VəLİyev dünyamali əMİr oğLU


Yanacaq-energetika sektoru və Azərbaycanın iqtisadi inkişafı



Yüklə 7,05 Mb.
səhifə18/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

Yanacaq-energetika sektoru və Azərbaycanın iqtisadi inkişafı


Bildiyimiz kimi, bu gün dünyanın siyasi gündəliyində enerji təhlükəsizliyi məsələləri xüsusi yer tutur. Azərbaycan bu sahəyə öz töhfəsini verir və gələcəkdə öz töhfəsini verməyə hazırdır. Biz irimiqyaslı enerji layihələrinin təşəbbüskarı və iştirakçısıyıq. Bu layihələr nəticəsində Azərbaycan xalqı həm böyük mənfəət götürür, həm ölkənin beynəlxalq mövqeləri möhkəmlənir, həm regional əməkdaşlıq üçün çox gözəl şərait yaranır. Bu gün bizim həm Xəzər­yanı ölkələrlə, qonşu dövlətlərlə, həm də Qara dəniz, Baltik dənizi ölkələri ilə üzərində işlədiyimiz konkret layihələr var. Bizim siyasi əlaqələr güclənir və əlbəttə ki, nəqliyyat, enerji və humanitar sahə­sində regional əməkdaşlıq bu bölgəyə daha da çox imkanlar gətirir, bizim qarşımızda daha da çox imkanlar açır və biz bundan sonra da regional işlərdə öz fəallığımızı davam etdirəcəyik.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti
Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanın enerji potensialı əsrlər boyu Rusiya, son 70 ildə isə SSRİ iqtisadiyyatının inkişafına xidmət etmişdir. Hazırda həmin potensial bütün dünyada iqtisadi sıçrayış üçün təsirli stimul ola bilər. Qərb və Azərbaycanın bir-birinə ehtiyacı vardır. əgər qlobal əməkdaşlıq tərəflərin birinin dünya bazarına çıxmasını təmin edirsə, digər tərəfə isə imkan verir ki, qarşıda duran enerji böhranından xilas olsun. ”

Ölkəmizdə bazar iqtisadiyyatına keçid və irimiqyaslı qloballaşma prosesi neft istehsalının intensivləşdirilməsi və beynəlxalq əhəmiyyət kəsb etməsi ilə bilavasitə əlaqədardır. Heydər Əliyev 1995-ci ildə demişdir: «Azərbaycanda ta qədimlərdən neft və qaz çıxarılır. Ölkəmizdə sənaye üsulu ilə neft çıxarılmasına hələ ötən əsrin ortalarında 1848-ci ildə başlanmışdır. Əsrimizin əvvəlində neft sənayemiz öz inkişafının yüksək mərhələsinə çatmışdı. Bu zaman dünya neft hasilatının çox hissəsi Azərbaycanın payına düşürdü. Bütün ötən dövr ərzində Azərbaycanda 1 milyard 400 milyon ton neft çıxarılmışdır. Lakin Azərbaycanda bu gün də zəngin neft və qaz yataqları var. Müstəqil dövlət kimi dünya birliyinə daxil olduğumuz indiki dövrdə biz enejri ehtiyatlarımızdan istifadə etmək üçün tədbirlər görürük» [17, s. 3].

Məlum olduğu kimi, bu istehsal sahəsi bütövlükdə ölkənin iqtisadi və sosial-siyasi inkişafında həlledici rol oynayır. Akademik Asəf Na­di­rov qeyd edir: «XIX əsrin ikinci yarısından başlayaraq Abşeronun zəngin neft sər­vətlərinin mənimsə­nilməsi zəminində Azərbaycanın getdikcə artan güclü sə­na­ye potensialı bütövlükdə onun iqtisadiyyatının geniş istiqamətli inkişafının möh­kəm əsaslarını yaratdı. O dövrlərdən bu günə qədər respublikanın iqtisadi in­ki­şafının başlıca yönümünü neft sənayesi və onunla bilavasitə əlaqədə ya­ran­mış müxtəlif istehsal sahələri müəyyən etmişdir. Məsələ ondadır ki, uzun müddət tər­kibində olduğu Sovet İttifaqının əsas neftçıxarma sənayesi mərkəzi kimi bu sa­hə özünün yüksək inkişafı ilə əlaqədar neft emalı, neft-kimya və kimya, geniş is­ti­qamətli neft maşınqayırması, metallurgiya, elektroenergetika və istehsal-texnoloji cə­hətdən sıx bağlı çoxlu başqa sahələrdən ibarət respublikada əhatəli sənaye kompleksinin yaranmasına səbəb olmuşdur. Xeyli vaxt bu əlaqəli sahələr birliyi res­publika sənaye məhsulunun yarıdan artığını vermişdir» [84]. Heydər Əliyev cənabları 1995-ci ildə demişdir: «Azərbaycanda neft və qaz sənayesinin böyük infrastrukturu yaradılmışdır. Elmi-tədqiqat institut­larından, elmi potensialdan əlavə, güclü neftayırma sənayemiz var. Hazırda respublikada ildə 9 milyon ton neft çıxarılır, neftayırma zavodlarının gücü isə təxminən 23-25 milyon tondur. Azərbaycanda güclü neft kimyası və neft maşın­qayırma kompleksləri var. Keçmiş Sovet İttifaqında buraxılan neft mədən avadan­lığının 70% -ə qədəri Azərbaycanın neft maşınqayırma zavodlarında istehsal olu­nurdu» [17, s. 35].

1969-cu ildə cənab Heydər Əliyevin respublikaya rəhbərliyə başlaması ilə ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, yanacaq-energetika sektorun­da da yeni inkişaf dövrünün təməli qoyuldu.

Xəzər dənizində axtarış-kəşfiyyat işlərini sürətləndirmək üçün xarici avadan­lıqla təchiz olunmuş nəhəng kompleks-Bakı Dərin Özüllər zavodu inşa edildi, yeni müasir səviyyəli üzən qazma qurğuları, sualtı borudüzən və kran gəmiləri alınıb Xəzərə gətirildi, neft-qaz sənayesinin infrastrukturunun əsas sahələri yenidən quruldu, onun möhkəm maddi-texniki bazası yaradıldı.

Məhz 70-80-ci illərin birinci yarısında yaradılmış güclü potensial Xəzər dənizində Günəşli, Çıraq, Azəri və Kəpəz kimi yeni neft yataqlarının açılmasını təmin etdi ki, bu da müasir Azərbaycan dövlətinin banisi cənab Heydər Əliyevin yaradıcısı olduğu yeni neft strategiyasının həyata keçirilməsində ilkin mərhələnin əsasını qoydu. Xüsusi vurğulamaq lazımdır ki, heç bir tarixi dövrdə neft sə­na­yesinin rolu Azərbaycanın sosial-iqtisadi həyatında müstəqillik əldə edildik­dən sonrakı dövrdəki qədər əhəmiyyətli olmamışdır.

Xəzər hövzəsi öz potensial neft və qaz ehtiyatlarına görə dünyada Yaxın Şərq və Rusiyadan sonra üçüncü yerdədir. Xəzərin Azər­baycan sektorundakı neft ehtiyatları müxtəlif və ən mötəbər ekspertlərin hesablamalarına görə «4 milyard tondan - 10 milyard tona» qədər, qaz eh­ti­yat­la­rı isə «1500 milyard m3» həc­mindədir. Azərbaycan Respublikası öz neft eh­ti­yat­larını xarici şirkətlərin inves­tisiya və ən yeni texnologiyası əsasında hasil edə­rək, onu dünya bazarına çıxarmaq və əldə etdiyi mənfəət hesabına iqtisadiyyatın qalan sahələrini inkişaf etdirmək üçün geniş imkanlar əldə etmişdir.

Xəzər dənizinin Azərbaycana aid olan hissəsində mövcud olan hasil ediləcək neftin dünya bazarına çıxarılmasında ABŞ və Qərb dövlətlərinə məxsus iri şir­kət­lər ilə bağlanılan neft müqavilələri xüsusi əhə­miy­yətə malikdir. 1994-cü ilin sentyab­rın­da Bakıda neft hasilatı üzrə ixtisaslaşmış və dünyanın 6 öl­kəsini təmsil edən 11 iri şirkət arasında Azərbaycanın Xəzər dənizi sektorunda 3 neft yatağının («Azə­ri», «Çıraq» və «Günəşli» yataqlarının) birgə istifadəsi nə­zər­də tutulan «Əsrin müqaviləsi» imzalandı. İmzalanmış müqavilə­də «Amoco-BP» 34%; ARDNŞ-10%, LUKOİL-10%, Unocol-10%, 36% isə qalan 6 şirkətin payına düşürdü. Bağ­lanmış müqaviləyə əsasən 30 il ərzində 600 mil­yon ton neft və 100 milyard m3 tə­bii qaz ehtiyatı olan bu yataqlarda görüləcək işlər, kar­bohidrogen ehtiyatlarının kəşfiyyatı, hasil edilməsi və ixracı ilə bağlı 8 milyard dol­lara yaxın vəsaitin sərf olunması nəzərdə tutulmuşdur. Bu dövrdə adı çəkilən ya­taq­la­rın tam miqyaslı işlənməsinin 3-cü fazası çərçivəsində mühəndis - layihə iş­lə­ri­nə də başlanılaca­ğı nəzərdə tutulmuşdur. «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi çərçivəsində «Faza-2» ən böyük la­yi­hə­lərdən biridir. «Azəri» yatağının qərb və şərq hissəsini əhatə edən «Faza-2» la­yi­həsi 1 milyard 350 milyon barrel neft hasilatına yönəl­di­lir. Bu layihə çər­çi­və­sin­də neft istehsalına 2006-2007-ci illərdə başlanılmışdır.

Neft mü­qavilələrinin iqtisadi modeli dünya praktikasında karbohidrogen istehsalında ge­niş tətbiq olunan «Prodekşn Şerinq» modelinə əsaslanır. Bu iqtisadi modelin ma­hiyyəti ondan ibarətdir ki, məhsulun istehsalına və satışına baş­lan­dıqdan son­ra əldə edilmiş ilkin gəlirdən layihənin həyata keçirilməsinə sərf olunmuş ka­pi­ta­lın ödənilməsinə və qalan məhsulu «mənfəət məhsulu» adlandı­raraq, mü­qa­vi­lə­yə əsasən iştirakçılar arasında bölüşdürülməlidir. Azərbay­can Respublikasında bağ­lanmış olan bütün müqavilələrin spesifik cəhətlərindən biri də bundan iba­rət­dir ki, layihələrin həyata keçirilməsinə çəkilən xərclər azaldıqca, ölkəmizə dü­şən məhsulun həcmi artır. Ekspertlərin hesablamalarına görə təkcə «Əsrin mü­qa­viləsi»nin reallaşdığı 30 il ərzində mənfəət məhsulunda ARDNŞ-nin payı ilk dövr­də 10% həddində müəyyən edilməsinə baxmayaraq, müqavilə başa çatana qə­dər həmin rəqəm 90%-dək yüksələcəkdir. Bütövlükdə bu məhsulun 50%-nə sahib ol­maq deməkdir. Bundan başqa yataqların kəşfi və işlənməsi ilə bağlı Azərbay­can tərəfinin payına düşən kapital xərclərini xarici şirkətlər öz öhdəsinə götü­rür­lər. Yəni onlar əldə etdikləri mənfəəti qabaqlamaqla xarici şirkətlər «Fiziki şəxs­lə­rin gəlir ver­gi­si» istisna olmaqla qalan vergilərdən azad olmuşlar. «Əsrin mü­qa­­vi­ləsi» im­za­lan­dıqdan sonra, Xəzərin Azərbaycan sektoruna aid olan hissəsin­də­ki, kar­bo­hid­ro­gen ehtiyatlarının birgə istismarını nəzərdə tutan əlavə 19 neft mü­­qa­viləsi bağ­lanmışdır. Azər­bay­can Respublikasının xarici şirkətlərlə imza­la­dı­ğı mü­qavilə­lə­rin içəri­sin­də öl­kəyə ən çox investisiya qoyan və öndə gedən şirkət Amoko ol­muş­dur. EXXON və BP şir­kəti ikinci və üçüncü yerləri tutur. ARDNŞ isə qoyulmuş ümu­mi in­ves­ti­si­yadan 50%-dən çoxunu təşkil edir. Lakin bunlarla be­lə Azər­bay­can Res­pub­li­kasının imzaladığı ilk 20 müqavilənin iqti­sa­di göstəriciləri aşa­­ğıdakı kimidir: proq­nozlaşdırılan neft ehtiyatı 2, 194 milyon ton, qaz ehtiyatı isə 1, 656 milyard m3-dır. Müqavilələrdə Azərbaycan Respubli­kası Dövlət Neft Şirkə­ti­nin payı ən azı 10%-dən 50%-ə qədər proqnozlaşdırılır. Bu o de­məkdir ki, ümumi nef­tin 35%-dən çoxu Azər­baycan Respublikasının sərən­ca­mın­dadır. Burada de­mək olar ki, ölkəmizin pa­yına 770 milyon ton neft düşə­cə­yi nəzərə alınmışdır [320, 2001, №2, s. 24].

“Əsrin müqaviləsi”nin imzalanması və onun uğurla həyata keçirilməsi Azərbaycanın neft sənayesinin, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına təkan vermişdir. Artıq neçə illərdir ki, Azərbaycanda “Əsrin müqaviləsi” çərçivəsində nəhəng tikinti-quraşdırma işləri aparılır, neft hasilatı getdikcə artırılır.

Azərbaycanın neft sektoruna yönəldilmiş 30 milyard dollardan artıq vəsait hesabına ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinin infrastruktur imkanları əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu da Azərbaycanda neft hasilatının kəskin sürətdə artırılmasına imkan yaratmışdır.

“Əsrin müqaviləsi”nin əhəmiyyəti haqqında Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyev demişdir: “Biz bu müqaviləni imzalamaqla Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik. Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük neft şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq”.


İllər üzrə (1996-cı ildən, 2006-cı il) neft hasilatı aşağıdakı rəqəmlərlə xarakterizə edilir:


İllər

mln ton

1995

9, 2

2000

14, 0

2001

14, 9

2002

15, 3

2003

15, 4

2004

15, 5

2005

22, 2

2006

32, 2

2007

41, 7

2008

50, 0

2007-ci ildə olkədə istehsal olunan ÜDM-in 55, 9%-i məhz neft sektoru hesabına formalaşmışdır ki, bu da əvvəlki ilə nisbətən 1, 5% bəndi çoxdur. Neft sektorunda artım əsasən neft hasilinin artımından təsirlənsə də, əvvəlki ilə nisbətən neft hasilatında artım tempi 26, 3% bəndi azalaraq 36, 8% təşkil etmişdir. Neft hasilatından fərqli olaraq, neft emalında yüksək artım tempi müşahidə edilmişdir. Neft emalının artım tempi əvvəlki ilə nisbətən 4%bəndi artaraq 7, 3% təşkil etmişdir ki, bu da onun neft sektorunun ÜDM-indəki payını 1, 7% bəndi yüksəldərək 5, 3%-ə çatmasına səbəb olmuşdur. Neft emalının artım tempinin yüksəlməsi bu sektorda müşahidə edilən keyfiyyət dəyişikliyi kimi qiymətləndirilə bilər.

Yaxın gələcək illərdə Azərbaycanda neft hasilatı maksimum səviyyəyə çatdırılaraq, ildə 60-65 milyon tonu ötüb keçəcək. Bu da, heç şübhəsiz, ölkəmizin iqtisadiyyatını artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsinə və xalqımızın firavanlığının təmin olunmasına gətirib çıxaracaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanın zəngin neft ehtiyatları var və biz bu təbii ehtiyatlardan Azərbaycan xalqının milli maraqlarının qorunması üçün, Azərbaycanda güclü iqtisadi potensialın yaranması üçün çox səmərəli şəkildə istifadə edirik. Neft Fondunun yaranması həm gələcək nəsillər üçün gözəl imkanlar yaradacaq və orada yığılan vəsait gələcək nəsillərə xidmət edəcəkdir. Bu, Azərbaycanın bugünkü problemlərinin həlli üçün də bizə yardımçı olur”.

Son illər ulu öndərin siyasi və iqtisadi islahatlar strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ümumi inkişafı getdikcə sürətlənir, neft strategiyası çərçivəsində yeni-yeni nailiyyətlər əldə olunur. Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində, xüsusən də neft-qaz sənayesində yeni dövr başlamışdır.

Hazırda ölkənin qaz sənayesinin işində ən ciddi irəliləyişlər müşahidə olu­nur. Artıq bu sahədə uzun illər davam edən böhranın qarşısı tamamilə alınmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaz hasilatının artırılması ilə bağlı göstəriş və tövsiyələri əsasında bu sahədə işlər getdikcə genişlənir. Ölkə əhalisinin və iqtisadiyyatının “mavi yanacağ”a olan tələbatının yaxşılaşdırılması işinə mühüm töhfələr verməyə çalışan neftçilərimiz son illər qaz hasilatı sahəsində ciddi dönüşə nail ola bilmişlər. Belə ki, ümumi qaz hasilatı 1995-2007-cı illərində 6, 6 mlrd.m3 -dən 11, 0 mlrd. m3 -ə çatmışdır.

Dövlətin neft strategiyasında neft və qaz sənayesi sahəsinin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilmişdir:

● işləməkdə olan yataqların neftvermə əmsalının artırılması məqsədilə yeni texnika və texnologiyaların tətbiqi;

● dənizin dərin sahələrində yerləşən yataqların istismara daxil edilməsi üçün müasir texnologiyaların tətbiqi;

● neft və qazın hasilatı, yığılması, hazırlanması, nəqli, saxlanması emalı sistemlərinin tikilməsi, yenidən qurulması və modernləşdirilməsi;

● neft və qaz sənayesi sahəsində elmi-texniki tərəqqiyə nail olunması və s

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində xüsusi vurğulamışdır ki, «Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsidir. 1994-cü ildə Heydər Əliyev tərəfindən baş­lanmış yeni neft strategiyası Azərbaycana böyük uğurlar gətirmişdir… Azərbaycan Xəzər dənizinin özünəməxsus olan sektorunda xarici şirkətlərlə çox uğurlu əməkdaşlıq edir. Azərbaycanın neft sənayesinə 10 mlrd. dollar sərmayə qoyu­lubdur. On minlərlə yeni iş yerləri açılıbdır, qısa müddət ərzində qazma qurğuları, platformalar, neft kəmərləri, neft terminalları və ölkəmiz üçün vacib olan digər infrastruktur yaradılıbdır [21].

Energetika sahəsində də ciddi irəliləyiş mövcuddur. Hər şeydən əvvəl gös­tərmək lazımdır ki, SSRİ dövrində elektroenergetika sistemi mərkəzləşdirilmiş şəkildə idarə edildiyindən iri stansiyaların tikintisinə üstünlük verilirdi. SSRİ-nin süqutundan sonra bütün müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da vahid elektroenergetika sisteminin dağılması ilə əlaqədar böyük çətinliklər yarandı. Respublikamızda elektrik enerjisi istehsal edən stansiyaların əksəriyyəti istilik elektrik mərkəzlərindən ibarət idi. Çünki o zaman respublika iqtisadiyyatının, xüsusən də sənayenin istilik enerjisinə böyük tələbatı var idi. Bir çox sənaye sahələrinin fəaliyyəti dayandığı üçün istilik enerjisinə tələbat da tamamilə azaldı. Bu da stansiyaların qənaət rejimində işləməsində böyük çətinliklər yaradırdı. Həmin dövrdə 1 kilovatt/saat elektrik enerjisinin istehsalına 700-800 qram şərti yanacaq sərf olunurdu. Stansiyaların faydalı iş əmsalı aşağı düşdüyündən dövlət belə qərara gəldi ki, bu stansiyaları işlətməkdənsə, onların fəaliyyətini dayandırıb sərf olunan yanacağı xaricə satıb həmin vəsait hesabına Rusiyadan enerji almaq daha sərfəlidir. Lakin belə bir vəziyyət Azərbaycanın elektroenergetika sistemini Rusiyadan asılı vəziyyətə salmışdır. Ona görə də Azərbaycanın elektroenergetika sisteminin əsaslı şəkildə yeniləşdirilməsi üçün beynəlxalq maliyyə qurumlarından kreditlərin alınması təmin olundu.

Respublikanın elektroenergetika sahəsinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın enerji sistemində yeni generasiya güclərinin yaradılması 1992-ci ildə dayandırılmışdı. Respublika rəhbərliyinin gördüyü tədbirlər nəticəsində 1996-cı ildən yeni güclərin yaradılmasına və stansiyalarda yenidənqurma işlərinə başlamışdır. Nəticədə, Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına gücü 150 MVt olan “Yenikənd” SES istismara verilmiş, xarici investisiyaların hesabına Bakı 1 saylı İstilik Elektrik Mərkəzində hər birinin gücü 53 MVt olan müasir tipli, yüksək faydalı iş əmsalına malik, ekoloji cəhətdən təmiz olan 2 qaz-turbin qurğusu istismara verilmişdir. Bu qurğularda yanacağın xüsusi sərfi 200 qram/kVts təşkil edir ki, bu da enerji sistem üzrə göstəricisindən 190 qram/kVts aşağıdır.

Yaponiyanın güzəştli krediti hesabına, MDB ölkələrində analoqu olmayan, müasir tipli, yüksək göstəricilərə malik 400 MVt gücündə buxar-qaz turbinli “Şimal” DRES-in birinci enerji bloku 2002-ci ildə istismara verilmişdir. Xarici qrant və kreditlər hesabına “Mingəçevir” SES-də, ötürücü şəbəkələrdə və yarım­stansiyalarda yenidənqurma-bərpa işləri görülmüşdür.

2002-ci ildə cənab İlham Əliyevin təşəbbüsü və yaxından köməyi nəticə­sində elektrik stansiyalarında yandırılan mazut yanacağının beynəlxalq bazara çıxarılması, əldə edilən vəsaitin hesabına Rusiya Federasiyasından təbii qazın alınması böyük iqtisadi səmərə vermişdir. Belə ki, mazut yanacağı ilə bağlı nəql və istismar xərcləri, avadanlığın korroziyaya uğraması ehtimalı, atmosferə atılan zərərli tullantıların miqdarı azalmışdır. Ona görə də yeni neft strategiyasının ikinci mərhələsi 14 fevral 2005-ci ildə Prezident İlham Əliyevin “2005-2015-ci illərdə yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramı”-nın imzalanması ilə başlandı. Həmin proqrama görə növbəti on ildə yeni yataqların axtarılması, kəşfiyyat işləri və s. məsələlərdə yerli kompaniyalara və ARDNŞ-nin fəaliyyətinə prioritet məsələ kimi baxılacaqdır. Azərbaycanın neft şirkəti müstəqil olaraq “Əşrəfi”, “Qarabağ” kimi yataqları işləyəcək, “Ümid” və “Babək” yataqlarında kəşfiyyat-axtarış işləri aparacaqdır.

Elektrik enerjisinin istehsalı ölkəmizdə 1995-2006-cı illərdə 17, 0 mln kv/saat-dan 24, 5 mln kv/saata çatmışdır. 2007-ci ildə yalnız əmtəəlik məhsul 20, 3 mln kv/saat olmuşdur.

Energetika sahəsində Azərbaycanın xarici iqtisadi əlaqələri

Son illərdə respublikanın xarici ticarətinə xas olan mühüm fərqləndirici cə­hət onun neft sektorunda baş verən ciddi dəyişikliklərin təsiri altında olmasıdır.

Neft və neft məhsulları Azərbaycanın ənənəvi strateji ixrac mallarıdır və xa­ri­ci ticarətdə əsas yer tutur.

Əlavə 9 məlumatlarından göründüyü kimi neft müqavilələri həyata keçi­ril­məyə başladıqca, neft hasilatında da ardıcıl artım özünü göstərmişdir. Neft istehsalının artımı isə neft ixracının çoxalması ilə müşahidə edilir. Belə ki, 1995-2002-ci illərdə neft hasilatı natura göstəriciləri ilə 65% artmışdır. Neft ixracatı isə həmin dövr­də 346, 6 mln. dollardan 1901, 9 mln. dollara qədər yüksəlmişdir. Başqa söz­lə, neft ix­ra­cından gələn gəlir 7 il ərzində 5, 5 dəfə çoxalmışdır. Neft və neft məh­sul­ları 1995-ci ildə cəmi ixracın 54, 4%-ni təşkil etdiyi halda 2005-ci ildə 78%-ə yük­səl­miş­dir. İxrac olunan neftin dəyər ifadəsində həcminin artması onun fiziki həc­mi­nin art­masından başqa, neft qiymətlərinin yüksəldilməsi hesabına da təmin edilmişdir.

1999-cu ilin mart ayından etibarən xam neftin qiymətlərinin ar­tı­mı ilə əlaqədar olaraq neft sektorunun gəlirləri də artmışdır. Göründüyü kimi, neft is­tehsalının artımı idxalı azaltmış, ixracın isə çoxalmasına səbəb olmuşdur. Dünya ba­zarında bir barrel neftin qiyməti 1998-ci ildə 12, 5 dollar olduğu halda 2008-ci ilin ortalarında 140 dolları keçmişdir. Dünya bazarında qiymətlərin be­lə kəskin artımı sü­rətlə inkişaf edən dünya iqtisadiyyatının neftə olan tələbatının ar­tımı hesabına olmuşdur. Qiy­mət­lə­rin artması neft sahəsindən gələn gəlirlərin art­ma­sı ilə yanaşı, Azərbaycan Res­pub­likasının dövlət büdcəsinə də müsbət təsir gös­tər­mişdir. Burada bir şeyi nə­zə­rə almaq la­zım­dır ki, qiymətlər dünya bazarına neft ixrac edən öl­kələrdə istehsalın azal­ma­sı nəticəsində yüksəlmişdir.

Azərbaycan Respublikasında bir sıra yağlar və sürtkülərin hazırlanması üçün lazımi avadanlığın olmadığına görə xarici ölkələrdən bu məhsulu idxal edir.

Əsrin müqaviləsi imzalandıqdan son­ra, əsas problemlərdən biri də ölkədə çıxarılan neftin dünya bazarına hansı mar­şrutla çıxarılması idi. Əsas ixrac boru kəmərinin han­­sı marşrut üzrə se­çil­mə­si son dərəcədə geniş müzakirəyə səbəb olmuş, bir ne­­çə variant təklif edil­miş, geopolitik üstünlüklər öyrənilmiş və «Əsas ix­rac boru kəmərinin» (ƏBK) Bakı - Ceyhan marşrutu qəbul edil­­mişdir. Azər­bay­can­da neft hasilatının artması, onun ixracını həyata keçirmək üçün yaradılmış konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyatlar Şirkəti (ABƏŞ) ilkin neftin ha­sil edilməsinə və dünya bazarına çıxarılmasına 1997-ci ilin 12 noyabrdan baş­la­mışdır.

Bakı - Supsa (Poti) neft kəməri 1999-cu ilin aprelində istifadəyə verilmiş, il­lik ötürmə qabiliyyəti təxminən 5, 1 milyon tondur. Bu marşrut keçən əsrin son­la­rın­da inşa edilmiş, Bakı - Batumi neft kəmərinin əsaslı təmirindən sonra fəaliy­yə­tə baş­lamışdır. Bakı-Supsa neft kəmərinin yenidən istifadəyə verilməsi üçün 565 mil­yon dollar həcmində sərmayə qoyulmuşdur. ƏBK-i va­si­təsilə Azər­bay­can neftinin dünya bazarına çıxarılması aparılmış he­sab­la­ma­lara görə 2010-2015-ci illərdə isə 40-45 milyon to­na çatdırılacağı nə­zər­də tutulmuşdur. Beləliklə, Azərbaycan nefti­nin dünya ba­za­rına çıxarılmasının artırılması ölkənin iqtisadi-siyasi potensia­lının artırılmasına gə­tirib çıxaracaqdır.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin 2006-ci ilin iyun ayında işə düşmüşdür. Regionda indiyədək həyata keçirilən layihələr arasında ən bö­yük layihə olan Bakı-Tbilisi-Ceyhan yüksək üstünlüklərə malikdir. Layihə üzrə hazırlanmış sazişlər Azərbaycan, Türkiyə, Gürcüstan dövlətləri arasında imzalan­mışdır. Beləliklə, Bakıda keçirilən ƏİBK - in sponsorlarının birinci konfransında 12 ölkədən olan 32 neft şirkəti təmsil olunur. Onların arasındakı razılaşma qay­da­la­rına görə sərmayə neftin nəqli hesabına 1 barrel üçün 2, 58 dollar tarif olmaqla ötü­rüləcəkdir. Azərbaycan tərəfdən layihənin hazır­lanmasında ARDNŞ iştirak edir.

Neftin boru kəməri vasitəsilə ixrac edilməsi siyasi və iqtisadi əhəmiyyət kəsb edir, bu isə dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə həyata keçirilir və Azərbaycan neftinin dünya bazarına çıxarılması və neft məhsulları üzrə iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan verəcəkdir. Qazaxıstanın da bu xəttə neft ötürəcəyi haqda razılaşma əldə edilmişdir.

Neft sektorunda ədlə ediləcək gəlirlər iqtisadiyyata daxil olduqda, uyğun valyuta məzənnəsinin saxlanılması çox vacibdir. Nəzərə alsaq ki, özəl sektor likvidlik baxımından, məhdud səviyyədədir, onda neft sektorundan əldə ediləcək gəlirlərin uğurla idarə olunmasında istifadə ediləcək əsas taktika vasitəsi fiskal siyasəti olacaq. Eyni zamanda, izafi neft gəlirlərinin Neft Fondunda və dolayısı ilə ölkə xaricində akkumulyasiyası nəticəsində fiskal stereliziasiyası (yəni fiskal vasitələrlə artıq maliyyə vəsaitlərindən ölkə bazarının tənzimlənməsi) təmin edilərsə, bu da öz növbəsində valyuta məzənnəsinin izafi revalvasiyasının qarşısını alacaq və ən başlıcası *Holland sindromu*nun inkişaf potensialını zəiflədəcək.

Yüksək enerji siyasətinin nəticəsi olaraq Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri fəaliyyətdədir, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri tamamilə istismara verilibdir, Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz) qaz boru kəməri işə düşübdür. Azərbaycan öz neftini dünya bazarına çıxarmaqla iqtisa­diyyatında yüksək templi inkişafa nail olmaqdadır. Azərbaycanın valyuta ehtiyat­ları 8 milyard dolları ötüb, dövlət büdcəsi hər il artırılır. 2008-ci ildə Azərbaycanda gündə azı 1 milyon barrel neft hasil edilir. Mütəxəssislərin proqnozlarına görə, ixrac edilən neftin həcmi 2008-ci ildə 50 milyon tona çatacaq. Bakı-Tbilisi-Ceyhan neft kəməri ildə ixrac ediləcək 50 milyon ton neftin 40 milyon tonu Azərbaycanın payına düşəcəkdir. Azərbaycan qazının Türkiyə və Yunanıstana nəqli reallaşır. Bununla da Azərbaycan öz qaz potensialı ilə Avropa İttifaqının bazarına daxil olacaqdır. 2012-ci ildən başlayaraq Azərbaycan dünya bazarına 10 milyard kubmetr qaz cıxaracaqdır. Uzaq perspektivdə bu rəqəm 20 milyard kubmetrə qədər artacaqdır.

Xəzərin Azərbaycan sektorunda kifayət qədər neft ehtiyatları mövcüddur. Mütəxəssislərin hesablamalarına görə, təkcə “Azəri-Çıraq-Günəşli” yataqlarında 1 milyard 200 milyon ton neft ehtiyatı vardır. İstismarda olan mövcüd yataqlarda qaz ehtiyatı 1, 5 trilyon kubmetrdir. Azərbaycan qazını Avropa bazarına çatdırmaq üçün ən müasir nəqliyyat infrastrukturu mövcuddur. Cənab İlham Əliyev 2008-ci ilin ayında Bakıda keçirilən Beynəlxalq Konfransda bəyan etmişdir ki, ölkəmizdə mövcud neft ehtiyat ları ən azı 100 il iqtisadiyyatın inkişafını təmin edəcəkdir.

2007-ci ilin birinci rübündə “Şahdəniz” yatağından çıxarılan Azərbaycan qazının Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə ixrac edilməsinə başlanılıb. Mütəxəssislərin fikrincə, təkcə “Şahdəniz” yatağında qaz ehtiyatlarının həcmi 1 trilyon 200 milyard kubmetrdir. Azərbaycan bu qazı ixrac etməsə, daxili tələbatını 100 ilədək təmin edə bilər. Bundan əlavə, Azəri-Çıraq yataqlarında da 300 milyard kubmetr qaz vardır.

Enerji sektorunun Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsirini aşağıdakı amillərlə izah etmək olar:

- neft və qazın dünya bazarında satılması ilə ölkəyə çoxlu miqdarda gəlir daxil olur, nəticədə, dövlət büdcəsinin mədaxili yüksəlir, valyuta ehtiyatları artır;

- büdcənin artması ilə büdcədən maliyyələşən təşkilatların maliyyə vəsaitlə­ri, işçilərin əmək haqları, sosial müavinətlər artırılır, səhiyyə, təhsil sahələrində köklü dəyişikliklər baş verir, ordu gücləndirilir;

- valyuta ehtiyatları artdıqca, qeyri-neft sektorunun inkişafı üçün layihələr həyata keçirilir, yeni sənaye sahələri yaradılır, milli proqramların reallaşması sürətləndirilir, sosial islahatlar həyata keçirilir;

- yeni sənaye və istehsal sahələrinin yaradılması ilə daxili tələbat ödənilir, ticarət dövriyyəsi artırılır, işsizliyin qarşısı alınır, dövlət büdcəsinin gəlirləri ar­tırılır;

- ölkəyə investisiya axını güclənir, xidmət və turizm sahələri genişlənir.

Beləliklə, Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində əmək bölgüsü getdikcə dərinləşir və bölgüdə respublikada enerji daşıyıcıları (əsasən neft) istehsalı xüsusi yer tutur. Hazırda ölkəmizdə Qərb dövlətləri ilə iqtisadi əmək­daşlığın əsas obyekti neftçıxarma sənayesidir.

Azərbaycan yanacaq-energetika kompleksinin inkişafı, onun dünya ener­getika sisteminə inteqrasiyası milli iqtisadiyyatın modern­ləşdiriləcək sürətli inki­şafı üçün geniş imkanlar açır, ölkənin daxili və xarici ehtiyatlarının enerji ehtiyat­ları ilə təmin edilməsi iqtisadiyyatın sabit və dayanıqlı inkişafına zəmin yaradır.

Neft və qaz hasilatı sənayesinin inkişafı məqsədilə aşağıdakı istiqamətlərdə tədbirlər davam etdirilir:



  • yeni yataqların axtarışı və kəşfiyyatı;

  • aşkar edilmiş yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi;

  • işlənmədə olan yataqların yeni quyuların qazılması və fəaliyyətsiz quyuların bərpası;

  • işlənmədə olan yataqlar üzrə neftvermə əmsalının artırılması məqsədi ilə yeni texnika və texnologiyaların tətbiqi;

  • neft və qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması və modernləşdirilməsi;

  • elm və texnikanın nəaliyyətlərindən və qabaqcıl təcrübədən geniş istifadə edilməsi;

Energetika sənayesinin inkişafı üçün isə aşağıdakı tədbirlər həyata keçirilir:

  • alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişlən­dirilməsi;

  • yeni stansiyaların və ötürücü şəbəkələrin tikintisi;

  • stansiyalarda və enerji ötürmə sistemində yenidənqurma işlərinin aparıl­ması;

  • yanacaq sərfinin azaldılması.



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə