VəLİyev dünyamali əMİr oğLU


Qloballaşma şəraitində Azərbaycanın xarici iqtisadi əlaqələrinin tənzimlənməsi problemləri



Yüklə 7,05 Mb.
səhifə26/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

7. 2. Qloballaşma şəraitində Azərbaycanın xarici iqtisadi əlaqələrinin tənzimlənməsi problemləri.
Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın sərt və mü­rəkkəb qanunların hökmran olduğu dünya bazarına inteq­rasiyasının əsas pa­rametrlərini müəyyən edən uzunmüddətli xarici inkişaf strategiyası zaman keçdikcə təkmilləşdirilir.

Azərbaycanın Rusiya daxil olmaqla bütün digər respublikalarda olduğu kimi 70 il ərzində "dəmir pərdələrlə" dünya birliyindən təcrid olun­ması və inkişaf etmiş regionların aqrar-xammal bazası olması dünya birliyinə inteqrasiya prosesinin obyektiv amilləri olmaqla, iqtisadiyyatın müasir dünya baza­rı­nın tələblərinə uyğunlaşdırılması üçün köklü və təxirəsalınmaz tədbirlər görülmə­si­ni təkidlə tələb edirdi.

SSRİ-nin süqutu ərəfəsində ümumittifaq xalq təsərrüfatı kompleksinin tərkibində olan respublikaların yalnız ikisi-Rusiya və Azərbaycan tam müstəqil olaraq mövcud olmaq imkanına malik idilər. Türkdilli Respublika olan Azərbaycanın belə müsbət vəziyyətdə olması yalnız Heydər Əliyev kimi uzaqgörən və müdrik şəxsiyyətin ölkəmizə rəhbərlik etməsi və titanik əməyi ilə əlaqədardır. Onun belə bir tarixi ifadəsi real məzmuna malikdir: “Mən o vaxt Azərbaycanın gələcəyi haqqında düşünürdüm”. Bununla yanaşı “SSRİ-nin iqtisadi vəziyyətinin elə xüsusiyyətlərini nəzərdən keçirmək lazımdır ki, onlar iqtisadiyyatın tədricən tənəzzülə uğramasına səbəb olmuş və nəticə etibarilə, keçmiş sovet respublikalarında siyasi proseslərin gedişinə təsir göstərmişdir. [75, s. 24] Bu xüsusiyyətlərdən biri bütün digər respublikalarda olduğu kimi Azərbaycanda da xarici iqtisadi, o cümlədən xarici ticarət əlaqələrinin Sovet İttifaqı dövründə iqtisadiyyatın müs­tə­qil bir sahəsi kimi mövcud olmamasıdır. Res­publikamız Ümumittifaq xalq təsər­rü­fatı kompleksinin tərkib hissəsi kimi xarici dünyadan yalnız, siyasi cəhətdən de­yil, həm də iqtisadi cəhətdən təcrid olunmuşdu. Mərkəzin icazəsi olmadan onun xarici aləmlə nə siyasi, nə də iqtisadi əlaqə yaratmaq hüququ yox idi. Xa­ri­ci ticarət üzərində dövlət inhisarı bu sahədə bütün məsələlərin mərkəzi döv­lət tə­rə­findən həll edilməsinə icazə verirdi.

Cədvəl №7. 1-də verilmiş məlumatlardan görünür ki, Azərbaycanın dünya ilə iqtisadi əlaqələrini yalnız şərti olaraq "xarici" əlaqələr adlandırmaq olardı. Çünki xarici ticarət əlaqələri əsas etibarilə (id­xalatın 80, ixracatın isə 95%-i) So­vet dövlətinin tərkibində cərəyan edirdi. Respublika SSRİ-dən kənara 1991-ci il­də (daxili qiymətlərlə) cəmisi 744 mln. rubl mal ixrac etmişdir. İstehsal amil­lə­ri­nin (kapital, işçi qüvvəsi) hərəkətindən isə heç söhbət də gedə bilməzdi. Yəni, yalnız SSRİ daxilində hərəkət edirdi. Nəticədə ölkəmizin qapıları Qərbdə baş verən texnoloji inqilab üçün uzun tarixi dövr ərzində bağlı olmuş və istehsalın ümumi ge­ri­li­yini şərtləndirmişdir.



Məsrəfçi iqtisadiyyatın maraqlı olmadığı elmi-texniki yeni­lik­lər Azərbaycana SSRİ səviyyəsində yalnız mərkəzi xətt ilə daxil olurdu. Res­pub­li­kanın istehsal potensialının texniki tərkibinin böyük əksəriyyəti dünyada özünə sa­tış bazarı tapa bilməyən sovet mənşəli mallardan ibarət idi.

Cədvəl № 7. 1
Azərbaycanda 1991-ci ildə iqtisadiyyat sahələri üzrə

məhsul gətirilməsi və göndərilməsi* (mln. rub)






Gətirilmişdir

Göndərilmişdir




Cəmi

O cümlədən

Cəmi

O cümlədən




SSRİ daxilində

İdx. (daxili qiy­m. )




SSRİ daxilində

İxr. (daxili qiym. )


Cəmi maddi ist. sahələri

11009,7

8836,6

2173,1

12199,3

11455,8

744, 0

O cümlədən sənaye

10530,0

8752,0

1778,0

11919,5

11189,2

730, 3

O cüml. Elek-troenergetika







115,8

115,8



Neft qaz sənayesi

905,8

776,7

129,0

1449,8

1249,6

200, 2

Qara metallurgiya

903 5

810,6

92,9

269,8

268,0

1, 8

Əlvan metallurgiya

1297,7

1230,0

67,6

383,4

378,9

4, 5

Kimya və neft-kimya

642, 8

599,3

43,6

1161,0

1131,0

30, 0

Maşınqayırma və metal emalı

1999, 8

1941,1

58,7

2115,0

2056,0

56, 1

Meşə, ağac emalı, kağız

362,2

293,6

68,5

14,7

14,5

0, 2

Tikinti mat sənayesi

151,5

144,4

7,1

40,5

40,2

0, 3

Yüngül sənaye

1212,1

906,1

306, 0

2269, 9

1861, 1

408, 9

Yeyinti sənayesi

2865,4

1862,0

1001, 4

3891, 5

3882, 2

9, 6

Digər

186,0

182, 9

3, 1

207, 5

188, 8

18, 7

Kənd təsərrüfatı

479,8

84, 6

395, 5

279, 9

266, 1

13, 8

*[41, 1991, s. 26-28].
Ümumittifaq xalq təsərrüfatı kompleksinin tərkib hissəsi olan respublika iqtisadiyyatının digər respublika və regionlarla iqtisadi əlaqələrini iqtisadi inteqrasiya adlandırmaq düzgün deyildir. Çünki müasir anlayışlara uyğun olaraq beynəlxalq iqtisadi inteqrasiya yalnız müs­təqil dövlətlər arasında baş verir.

Zəngin neft ehtiyatlarına malik olan Azərbaycanın ixrac etdiyi məhsulların ümumi həcminin yarısından çoxu - 51, 7%-i yüngül və yeyinti sə­nayesinin məhsullarından ibarət idi. Bunun isə 56, 1%-ni pambıq, üzüm, tütün və digər xammal və yarımfabrikatlar təşkil edirdi [103, s. 57-58].

Respublikadan ucuz qiymətlərlə mərkəzin ehtiyacları üçün aparılan qiymət­li xammal kənarda emal olunur, sonralar hazır məhsul şəklində geri gətirilərək, xammalın əsl sahibi olan Azərbaycan xalqına qat-qat baha qiymətlə satılırdı.

Bu mexanizm həmçinin Azərbaycanın zəngin sərvətlərindən alınan gəlirin Res­publika büdcəsində deyil, ümumittifaq büdcəsində əks olunması üçün uzun illər sınanmış bir mexanizm idi. Azərbaycandan daşınan xammaldan respublika büdcəsinə valyuta ayırmaları isə cəmi 8-10% təşkil edirdi.

Respublika zəngin sərvətlərə malik olduğu halda sənaye­nin təxminən yarısı kənardan gətirilən xammal ilə işləyirdi. Əsas istehsal sahələri kənardan yarımfabrikat və ehtiyat hissələrinin gətirilməsindən asılı idi. Ümumiyyətlə götürüldükdə bütün digər respublikalar kimi Azərbaycan iqtisadiyyatı da qapalı xarakter daşı­yır­dı. Belə ki, adambaşına düşən xarici ticarət dövriyyəsi 60-70 ABŞ dolları miq­da­rında idi. Müqayisə üçün nəzərə almaq lazımdır ki, 1988-ci ildə həmin gös­tə­ri­ci ABŞ-da 3200, Avropa Birliyində 6600, Yaponiyada 3700 və SSRİ-də isə 800 dollar idi.

Eyni zamanda göstərmək lazımdır ki, İttifaq ehtiyacları üçün daşınan sər­vət­lər qəsdən dolaşıq vəziyyətə salınmış statistika məlumatlarında öz düzgün ək­sini tapmırdı.


Cədvəl № 7. 2.

Azərbaycan Respublikasına 1991-ci ildə xalq istehlak mallarının

gətirilməsi və göndərilməsi* (mln. rubl. )





Göndərilmişdir (ixracatla birlikdə)

Gətirilmişdir (idxalatla birlikdə)

Fərq göndəriləndən (+) çox gətirilmiş, göndəriləndən (-) az gətirilmişdir

Cəmi xalq istehlakı malları o cüml.

2520, 1

2308, 2

-211, 9

A. Qida məhsul.

515, 3

743, 7

+228, 4

Heyvandarlıq



398, 4

+398, 4

Bitkiçilik məhsulları

116, 7

26, 3

-90, 4

Emal edilən qida məhsulları

398, 6

319, 0

-79, 6

B. Alkoq. içkilər

1016, 6

0, 5

-1016, 1

V. Qeyri-ərzaq mallar onlardan

988, 2

1564, 0

+575, 8

Parça, paltar, ayaqqabı

603, 8

786, 2

+182, 4

Mədəni-məişət malları

0, 1

279, 4

+279, 3

Təsərrüfat mal.

99, 4

193, 5

+94, 1

Xırdavat mal.

251, 0

283, 6

+32, 6

Tütün məmulatı

33, 9

21, 3

-12, 8

*[s. 41, 1991, s. 24. ]
Yalnız onu göstərmək kifayətdir ki, ölkəmizdə istehsal olunan mil­li gəlir və onun istifadəsi arasında uzun müddət 2 mlrd. rubldan çox fərq ol­muş­dur. Yəni, milli gəlir çox istehsal olunmuş, onun respub­likada istifadəsi isə hə­mişə az olmuşdur. Ölkəmizin xarici iqtisadi əlaqələri haqqında məlumatlar əslində yalnız "yenidənqurma" dövrün­dən çap olunmağa başlamışdır.

Bütün bunlar onu göstərir ki, beynəlxalq iqtisadi inteqrasiya sahəsində müstəqil Azərbaycanın qarşısında olduqca ciddi və mürəkkəb problemlər mövcud idi.

Müs­təqillik əldə edil­dik­dən sonrakı illər ərzində iqtisadiyyatımızda bey­nəlxalq rəqa­bət qabiliyyəti sahə­sin­də bir çox göstəricilər üzrə (ÜDM-də yı­ğım və son istehlak nisbətinin birinci xey­ri­nə dəyişməsi, ixrac və id­xa­lın strukturunun pozitiv istiqamətdə dəyişməsi, ti­ca­rət şərtlərinin yaxşılaşması və s.) ciddi irəliləmə özü­nü göstərir. Mil­li ba­zarın xeyli hissəsinin xarici firmalar tərəfində "fəth" edilməsi 90-cı illərin əvvəllərindəki real­lıq­la­rın­dandır. Məhz buna görə də «Heydər Əliyevin iqtisadi strategiyası Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin əsas prinsiplərinin və xarici iqtisadi əlaqələrin inkişafının milli iqtisadi maraqlarının gözlənilməsinə təminat verən dövlət proqramı əsasında həyata keçirilməsini məqsədəuyğun hesab edir» [86, s. 261]. Qlo­­bal təsərrüfat sisteminin tələblərinə uyğun olaraq, özəl böl­mənin nisbi zəifliyi şə­raitində dövlətin bazar iqtisadiyyatının prinsipləri əsa­sın­da təşkilatçı-tənzimləyici-təş­viqedici funksiyanın art­ma­sı obyektiv zərurətdir.

Xarici iqtisadi əlaqələr sahəsində təsərrüfat-təş­ki­latçılıq tədbirləri və milli iq­ti­sadi inkişaf strate­gi­ya­sı iki əsas istiqamətə yönəldilməlidir:

1. Az bir zaman kəsiyində beynəlxalq bazara genişmiqyaslı çıxmaq imkanı məh­­dud olduğu üçün, milli iqtisadiyyat daxili tələbin ödənilməsinə istiqamət­lən­di­ril­­məli, yerli firmaların xarici şirkətlərlə daxili bazarda sağlam rəqabət apara bil­mə­si üçün geniş imkanlar yaradılmalıdır. Bu sahədə əsas ümidin genişmiqyaslı hi­ma­­yəçilik tədbirlərinə bağlanması müasir anlayışlara uyğun deyildir. Çünki dün­ya öl­­kələrinin təcrübəsi göstərir ki, gömrük tariflərinin artırılması və digər yollar­la hi­ma­­yəçilik tədbirlərinin tətbiqi ticarət tərəfdaşlarının əks reaksiyasını do­ğu­rur və, on­­lar da eyni dərəcədə müvafiq tədbirlər görürlər. Ona görə də, milli ba­zar, bey­nəl­­xalq müqavilə və hüquq normalarına uyğun olaraq qorunma ilə ya­na­şı, əsas diq­­qət firmalar tərəfindən rəqabətqabiliyyətli məhsullar istehsal edilmə­si­nin bütün va­­sitələrlə təmin edilməsinə verilməlidir.

2. Açıq iqtisadiyyat modelini yekdilliklə seçmiş Azərbaycan dünya baza­rın­da da bərabərhüquqlu subyekt kimi fəal iştirak etməlidir. Latın Amerikası, Cənu­bi-Şərqi Asiyanın yeni sənaye ölkələrinin təcrübəsi və Türkiyə "möcüzəsi" açıq-aşkar göstərdi ki, müasir mərhələdə geriliyin az bir zaman kəsiyində aradan qaldırılması və sıçrayışlı iqtisadi inkişafın yeganə yolu daxili bazarın tələblərini ödəməklə yanaşı ixracat potensialının sürətli artımını təmin etmək, dünya bazarı ilə sıx inteqrasiyaya nail olmaqdır. Yeni texnika və texnologiyanın kilid həlqəsi olan valyuta ehtiyatlarının artırılması üçün idxalı əvəzetmə siyasəti ilə ixracyönlü iqtisadi inkişaf strategiyası ciddi olaraq optimallaşdırılmalıdır.

İstər daxili bazarın tələblərinin ödənilməsi, istərsə də ixracat potensialının artırılması həlledici dərəcədə düzgün struktur siyasətindən asılıdır.

Dünya bazarı ilə səmərəli iqtisadi inteqrasiya yalnız iqtisadiyyatın geniş di­ver­sifikasiyası ilə mümkündür.

Onu da nəzərə almaq lazımdır ki, iqtisadi strukturun qısa müddətdə əhə­miyyətli dərəcədə dəyişdirilməsi reallıqdan uzaqdır və, prioritet istiqamətləri müəyyən edərək, bütün maddi, maliyyə və insan ehtiyatlarının həmin sahələrə yö­nəl­­dilməsini tələb edir. Bu məqsədlə, gömrük, kredit və valyuta me­xa­niz­min­dən və di­­gər iqtisadi alətlərdən bacarıqla istifadə edilməsi həyati əhəmiyyət kəsb edir. Öl­kə­nin iqtisadi struk­turunun formalaşmasında və xarici iqtisadi əla­qələrinin xarakterində valyuta si­ya­səti mühüm rol oynayır. Müasir şəraitdə ayrı-ayrı milli iqtisadiyyatlar arasında qar­şı­lıqlı asılılığın artması ilə əlaqədar ola­raq, valyuta məzənnəsi milli iqtisadiyyatın inkişa­fının zahiri təzahürünə çevrilmiş, onun iqtisadi potensialını, əmək məhsuldarlığını müəyyən dərəcədə əks etdirir, is­tehsala güclü əks təsir göstərir.

Ölkənin milli iqtisadi inkişaf strategiyası qabaqcıl ölkələrin müsbət təcrübə­si və müasir dünyada gedən proseslər nəzərə alınmaqla hazırlanmışdır. Yalnız bu halda, dünyada özünü göstərən geniş qloballaşma proseslərindən Azər­bay­canın çıxarılması və sosial-iqtisadi tərəqqisi məqsədilə istifadə etmək olar.

İqtisadi elmləri doktoru, professor Şəmsəddin Hacıyevin qeyd etdiyi kimi «Müasir xarici iqtisadi strategiya çağdaş dünya iqtisadi sistemi ilə milli iqtisadiyyatın qarşılıqlı əlaqələri sahəsində bir çox hədəflərə cavab verməlidir. Bu siyasət hər şeydən əvvəl ölkənin maraqlarına cavab verməli və müvafiq qaydada qlobal iqtisadiyyata adaptasiya etməli və dünya təsərrüfat əlaqələrində baş verən dəyişikliklərə, təmayüllərə qarşı kifayət qədər elastik olmalı, dünyadakı elmi-texniki nailiyyətləri nəzərə almalıdır». {150, s. 11}

Nəzərə almaq lazımdır ki, Azərbaycan qlobal təsərrüfata «kiçik miqyaslı ölkə» modeli ilə, daxil olur; onun təkrar istehsal prosesində hasilat sənayesi üstünlük təşkil edir, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi zəif inkişaf etmişdir. Bu amillər xarici iqtisadi əlaqələrin xarakterinə ciddi təsir göstərir.

Qlobal təsərrüfat sistemində gedən sərt rəqabətə uyğunlaşmanın və qarşı­lıqlı faydalılıq prinsipi əsasında iştirak etməyin vacib şərti müasir biliklər əsasında müs­təqil xarici iqtisadi siyasət strategiyasının hazırlanaraq həyata keçirilməsi təşkil edir.

Başqa sözlə xarici dünya ilə qarşılıqlı əlaqələrdə elə bir strateji kurs işlənib hazırlanmalıdır ki, bu kurs Azərbaycanın dünya bazarında uzun müddət forma­laş­mış mövqeyini tədricən daha da yaxşılaşdıra bilsin və ölkəmizə mənfi təsir göstə­rən xarici iqtisadi amilləri aşağı səviyyəyə endirə bilsin.

Məhsuldar qüvvələrin və istehsalın getdikcə qloballaşması nəticəsində dün­ya təsərrüfatı sisteminin bütün həlqələrinin bir-birindən qarşılıqlı əlaqə və ası­lı­lı­ğının daha da dərinləşməsi bütün postsovet respublikalarının qapalı iqtisadi sis­temdən imtina edərək, açıq qapı siyasətinə keçilməsini şərtləndirmişdir.

Tarixin keyfiyyətcə yeni bir mərhələyə daxil olduğu - qloballaşma dövrün­də dünya bazarı ilə intensiv inteqrasiya edən gənc respublikamızda xarici iqti­sa­di fəaliyyət sahəsində strateji kursun hazırlanaraq həyata keçirilməsi üçün müs­tə­qil xarici iqtisadi fəaliyyət sisteminin yaradılması və durmadan təkmilləşdi­ril­mə­si müstəsna əhəmiyyətə malikdir.

Müstəqil dövlət mexanizminin formalaşması və onların köklü iqtisadi isla­hatların mühüm tərkib hissəsi kimi Azərbaycanın xarici iqtisadi əlaqələr siste­mi­nin yaranması və inkişafını bir-biri ilə daxili məntiqi əlaqəyə malik olan iki mühüm mər­hələyə bölmək mümkündür.

Mövcud ictimai-iqtisadi sistemin sürətlə dağılması ilə cəmiyyətdə yaranmış şok vəziyyətinin və yeni sistem axtarışlarının mövcud olduğunu və bu sistemin for­malaşmasının izafi məsrəflərinin özünü göstərdiyi 1992-1994-cü illər.

Daxili siyasi çəkişmələrə son qoyulması, ilk müstəqil Konstitusiyanın qəbul edil­mə­si, islahatların ilkin mərhələsinin başa çatması ilə siyasi və iqtisadi hə­yat­da sa­bit­li­yin getdikcə möhkəmlənməyə başlandığı 1995-ci ildən sonrakı dövr. Bu dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xarici iq­tisadi əlaqələr sisteminin yaradılması prosesi də yeni mərhələyə qədəm qoyurdu.

Xarici iqtisadi əlaqələrin intensivləşdirilməsi məqsədilə birinci mərhələyə bu sis­temin təşkilati hüquqi bazasının ilkin variantı formalaşdırılmışdır. 20 sentyabr 1994-cü ildə Transmilli korporasiyalar ilə «Əsrin müqaviləsi» imzalandıqdan sonra ikinci mərhələ başlanmışdır. «Bu müqa­vi­lə bütün dünyaya Azərbaycanın müstəqil dövlət olduğunu bəyan etməklə yanaşı, bey­nəlxalq iqtisadi güc mərkəzlərin nəzər-diqqətini ölkəyə cəlb edilməsi, res­pub­li­ka­nın dünya iqtisadiyyatına inteq­rasiyası yönümündə çox güclü təsirə malik bir təkan idi» [313, 21 iyul 2001].

12 may 1994-cü ildə atəşkəs haqqında Ermənistanla müqavilənin imza­lan­ma­sı da Azərbaycanın bütün qüvvə ilə müstəqil xarici iqtisadi fəaliyyətinin geniş­lən­dirilməsinə başlaması üçün yol açdı.

Məlum olduğu kimi xarici iqtisadi əlaqələrin əsas istiqamətləri xarici ticarət, bey­­nəl­xalq kapital və maliyyə hərəkəti, texniki-iqtisadi və elmi-texniki əməkdaşlıq və s.-dir.

Azərbaycanın siyasi istiqlaliyyət əldə etməsi bütün bu əsas istiqamət­lərdə müstəqil və modern xarici iqtisadi qurumlar yaradılmağa başlamasına imkan verdi. Az bir müddət içərisində müvafiq sahədə dövlət siyasətini həyata keçir­mək məqsədilə Xarici İqtisadi Əlaqələr Nazirliyi, İnvestisiyalar üzrə dövlət komi­tə­si və Dövlət Gömrük komitəsi yaradıldı. Xarici iqtisadi əlaqələr sahə­sində isla­hat­lar müstəqillik əldə edildikdən sonra dönmədən həyata keçirilən bazar iqtisa­diy­yatı mexanizminin yaradılmasına yönəldilmiş köklü islahatların tərkib hissəsi və mühüm istiqamətlərindən biridir. Görülən işlər nəticəsində xarici iqtisadi və valyuta əməliyyatlarının aparılması üzərində mövcud olan dövlət inhisarı ləğv edildi və xarici iqtisadi fəaliyyət sahəsində liberallaşdırılma aparılmağa başlandı. Lakin total əmtəə çatışmazlığı, daxili bazarda və pul tədavülündə mövcud olan disproporsiyalar, yeni yaradılan milli pul vahidi - manatın dönərlilik mexanizminin olmaması və real məzənnəsinin formalaşmaması, bazar qiymətlərinin reallığı əks etdirməməsi və xüsusilə daxili qiymətlərlə dünya bazarı qiymətləri arasında ciddi fərq xarici iqtisadi fəaliyyət sahəsində liberallaşmanın aparılmasına əngəl törədir və bu fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi sisteminin müəyyən dərəcədə saxlanılmasına səbəb olurdu. Əhalinin minimum istehlak tələbatını dövlət kanal­ları ilə xaricdən gətirilən mallar hesabına ödənilməsi məqsədilə dövlət SSRİ-dən miras qalmış ziyanlı bir sistemin - dövlətin mərkəzləşdirilmiş valyuta fondunu 90-cı illərin ortalarına qədər saxlamaq məcburiyyəti qarşısında qaldı.

Strateji malların ixracı sahəsində dövlət tənzimləmələrinin həyata keçiril­mə­si üçün lisenziyalaşdırma və kvotalaşdırma sistemindən istifadə edilirdi. Mər­kəz­ləşdirilmiş valyuta fondu hesabına ilkin tələbat mallarının idxalı başlıca olaraq dövlət təşkilatları vasitəsilə həyata keçirilirdi.

İnvestisiyalar üzrə Dövlət komitəsi yaradılsa da əslində kağız üzərində qal­dı və xarici investisiya və kreditlər bir neçə bürokratik dövlət orqanları tərəfindən tənzimləndi. Bütün bu boşluqlar strateji malların ixracında, ilkin tələbat mallarının dövlət kanalları ilə idxalında, gömrük işinin təşkilində, xarici investisiyaların ölkə­yə cəlb olunmasında korrupsiyaya geniş yol açmaqla yanaşı yerli və xarici sahib­kar­lığın inkişafı yolunda ciddi maneçilik törədildi. Bütün bunlar xarici iqtisadi əla­qə­lər kompleksində aparılan islahatların sürətləndirilməsini tələb edirdi. Əvvəlcə investisiyalar üzrə Dövlət Komitəsi ləğv edildi. 90-cı illərin ortalarında bu sahədə struk­tur islahatlar sürətləndi, Xarici İqtisadi Əlaqələr vəTicarət Nazirlikləri ləğv edil­dilər. Onların funksiyaları 1997-ci ildə yaradılan Ticarət Nazirliyinə, təsdiq olun­muş nomenklatura üzrə malların idxalı və ixracı planları hazırlanması və yeri­nə yetirilməsi funksiyası verilmişdir. Dövlət maddi-texniki ehtiyatlar komitəsi də ləğv edilərək əvəzinə «Azkontrakt» Dövlət İdarəsi yaradıldı. Həmin idarənin funksiyasına büdcə vəsaiti hesabına olan kontraktların bağlanması və yerinə yeti­rilməsi daxil edilmişdir. Xarici investisiya və yardımların tənzimlənməsi məq­sə­dilə Nazirlər Kabineti yanında Xarici Kredit və Yardımlar üzrə Milli agentlik təsis edildi. Bunlardan başqa Ticarət-Sənaye Palatasında təşkilati-kadr dəyişik­lik­ləri aparıldı. Xarici İqtisadi Əlaqələr Nazirliyinin tərkibində olan «Azərticarət», «Şərq xarici ticarət» və «Azərinkomves» yeniləşdirilərək səhmdar cəmiyyət­lərə çevrildilər. Xarici iqtisadi əlaqələr sisteminin normal və dinamik fəaliyyə­tinin təşkilində gömrük mexanizminin rolu olduqca böyükdür. Bu sahədə də Azərbay­canda 70 il ərzində mərkəzi dövlətin inhisarı mövcud olmuşdur. Azərbaycan Res­pub­likasının Dövlət Gömrük Komitəsi müstəqillik bərpa olunduqdan dərhal son­ra yaradılsa da onun fəaliyyətinin normal təşkili üçün müvafiq hüquqi baza yox idi. Respublikamızda gömrük nəzarətinin sərhəd boyu bütün mal və kapital hə­rəkətini tam şəkildə əhatə edə bilməsi üçün bir neçə il vaxt tələb olundu. Tə­sa­düfi deyildir ki, islahatların ilkin mərhələsində Azər­baycan dövlət gömrük or­qan­ları sisteminin və müstəqil gömrük siyasətinin formalaşmasına xüsusi diqqət ve­rirdi. Çoxsaylı qanun və hökumət qərarları ilə idarə olunan gömrük orqanla­rı­nın fəaliyyəti 1997-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş Gömrük Məcəlləsi ilə tənzimlənməyə başladı [4]. Hə­min məcəllə respublikamızda gömrük işinin təşkilinin dünya standartlarına ya­xınlaşdırılması yolunda ciddi addım oldu.

Azərbaycan dövləti iqtisadi inkişaf strategiyasına uyğun olaraq daxili və xarici siyasətin tərkib hissəsi kimi gömrük siyasətini həyata keçirir. Gömrük siyasətinin məqsədi gömrük məcəlləsində aşağıdakı kimi müəyyən edilmişdir.

- Azərbaycan Respublikasının gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi;

- Azərbaycanda daxili bazarın qorunması;

- milli iqtisadiyyatın inkişafının təşviq edilməsi;

- Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi.

Ölkəmizin gömrük siyasəti gömrük sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldilmişdir. Respublikamızda gömrük işi hamılıqla qəbul edilmiş beynəlxalq norma və təcrübə ilə uyğunlaşdırma və eyniləşdirmə istiqamə­tində inkişaf etdirilir.

Xarici iqtisadi əlaqələr sahəsində aparılan struktur islahatları özünün yeni mərhələsinə 2001-ci ilin birinci yarısında İqtisadi İnkişaf Nazirliyinin yaradılması ilə qədəm qoydu. Çox geniş funksiya və səla­hiyyətlər verilmiş [313, 13 iyul 2001] həmin nazirlik eyni zamanda Azərbaycan Respubli­kasının beynəlxalq əməkdaşlığı sahəsində dövlət siyasətini formalaş­dıran və həyata keçirən mərkəzi icra hakimiy­yəti orqanıdır. 11 iyun 2001-ci il tarixli Prezident Fərmanı ilə təsdiq edilmiş Əsasna­mə­yə əsasən Nazirlik beynəlxalq əməkdaşlıq sahəsində aşağıdakı çoxprofil­li funk­siyaları həyata keçirir:

- xarici iqtisadi fəaliyyət sahəsinin vəziyyətini araşdırır və inki­şafının proqnoz göstəricilərini hazırlayır;

- nəqliyyat, malların tranziti, habelə xarici ticarət daşınmaları­nın hüququ, tarif və digər tədbirləri sahəsində beynəlxalq müqavilələri hazırlayır, razılaşdırıl­ma­sında və həyata keçiril­məsində iştirak edir;

- Azərbaycan mallarının və xidmətlərin xarici bazarlara çıxarıl­ması, ixra­ca­tın həmçinin artırılması üçün əlverişli şəraitin ya­radılması, ölkə iqtisadiyyatının dün­ya iqtisadiyyatına səmərəli inteqrasiya olunmasını təmin etmək üçün tədbirlər işləyib ha­zırlayır və həyata keçirir;

- sənaye, ticarət və ictimai iaşə təşkilatlarında mövcud norma və qaydalara, dövlət tərəfindən tənzimlənən qiymətlərə, mal­ların (qiymətli metallardan və ya qiy­mətli, yarımqiymətli daş-qaşlardan və onlardan hazır­lanmış məmulatlar istisna ol­maq­la) keyfiyyət və təhlükəsizliyinə riayət edilməsinə nəzarət edir;

- daxili və xarici ticarət ilə bağlı elmi tədqiqatların aparılmasını təşkil edir, o cümlədən xarici iqtisadi fəaliyyət iştirakçılarını zəruri elmi-texniki, iqtisadi, hüquqi informasiya ilə təmin edir, xarici iqtisadi fəaliyyət məsələləri üzrə informasiya sistemləri­ni və baza göstəricilərini yaradır;

- dünya mal və xidmət bazarlarının konyuktrunu təhlil edir;

- xarici ticarət fəaliyyətinin qeyri-tarif tənzimləmə tədbirlərini müəyyən edil­miş qaydada tətbiq edir, o cümlədən qanunveri­ciliklə nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qayda­da ixrac və idxal üzrə əməliyyatların həyata keçirilməsi üçün li­senziyalar verir. Azərbaycan Respublikasının gömrük ərazi­sində mal çı­xa­rı­larkən zəruri olduqda və bu müvafiq müqavi­lə­lərdə (sazişlərdə), normativ hüquqi aktlarda və ya Azərbay­can Respublikasının beynəlxalq müqavilələrində (sazişlə­rin­­də) nə­zərdə tutulduqda malın mənşəyi haqqında sertifikat verir;

- Azərbaycan Respublikasında daxili bazarın qorunması üzrə müvafiq tədbirlər işləyib hazırlayır;

- ticarətdə rüsum və vergilərin dərəcələri ilə bağlı təkliflər verir;

- xarici dövlətlərdə, eləcə də beynəlxalq iqtisadi və ticarət təşkilatları ya­nın­da Azərbaycan Respublikasının ticarət-iqtisadi nümayəndəlik­lərini qanun­veri­ci­liklə müəyyən edilmiş qaydada yaradır və onların operativ fəaliyyətinə rəh­bər­li­yi həyata keçirir;

- Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq iqtisadi təşkilatlarla əmək­daşlığı təşkil edir, onların keçirdiyi tədbirlərdə Azərbaycan Respublikasını təmsil edir;

- Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə mütəmadi əsasda işgüzar əlaqələr yaradır, onların maliyyə və­sait­lərinin ölkənin iqtisadiyyatına cəlb olunması üçün məqsədyönlü iş aparır;

- xarici ölkələrin, beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının keçirdiyi təd­birlərdə iştirak edir və Azərbaycan Respublikasına investisiya qoyuluşu ilə bağlı onlarla danışıqlar aparır;

- Azərbaycan Respublikasında yerli və xarici şirkətlərin sərgilərini və yar­markalarını, eləcə də xarici ölkələrdə Azərbaycanın təsərrüfat subyekt­lərinin işti­rakı ilə beynəlxalq sərgiləri və yarmarkaları təşkil edir;

- istehlak bazarını keyfiyyətsiz malların idxalından mühafizə etmək məq­sə­dilə aidiyyəti dövlət orqanlarının cəlb etməklə müvafiq tədbirlər görür;

- malların idxalı barədə mühafizə tədbirlərinə dair təkliflərin hazırlanması məqsədi ilə tədqiqat, o cümlədən xarici dövlətlərin müvafiq orqanları ilə məslə­hətləşmələr aparır və bu işin nəticələri üzrə müvafiq tədbirlər həyata keçirir;

- malların, işlərin və xidmətlərin ixracının və idxalının tənzimlənməsi sahə­sində müvəqqəti texniki tədbirlərin (standartlar, təhlükəsizlik normaları, key­fiy­yə­tə uyğunluq sistemləri, malların qablaşdırılması qaydaları, mala qoşu­lan sənəd­lə­rin formaları, yükləmə qabağı inspeksiya tələbləri, ekoloji, baytarlıq, sanitar və fi­to­sanitar normaları, milli təhlükəsizliyin təmin olunması tədbirləri, malların, işlərin və xidmətlərin göstərilən normalara uyğunluğunun təmin edilməsi metodları) tət­bi­qi məqsədi ilə digər mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərir;

- ticarət sahəsində Azərbaycan Respublikasına qarşı ayrı-seçkilik siya­səti yü­rüdən dövlətlərə qarşı müvafiq sanksiyalarının tətbiq edilməsinə dair təkliflər verir və s.

Beləliklə xarici iqtisadi fəaliyyət kimi çoxtərəfli dövlət siyasətinin çoxpilləli idarə sistemindən təkpilləli idarə sisteminə keçirilməsi sahəsində uzun müd­dət­dir ki, aparılan iş İqtisadi İnkişaf Nazirliyinin yaradılması ilə başa çatmış oldu.



  1. Yüklə 7,05 Mb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə