VəLİyev dünyamali əMİr oğLU


Heydər Əliyevin rəhbərliyi ilə



Yüklə 7,05 Mb.
səhifə27/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

3. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda

xarici ticarətin liberallaşdırılması və

tənzim­lənməsi istiqamətləri.
İqtisadi islahatların daha da dərinləşməsi prosesində xarici ticarə­tin və xarici iq­ti­sadi əlaqələrin səmərəliliyinin artırılmasını, xarici ticarət me­xa­niz­mi­nin təkmil­ləş­di­ril­mə­si, xaricə məhsul satışında müəs­sisə­lərin fəaliyyə­ti­nin sər­bəstləş­di­rilməsi res­pub­likanın valyuta ehti­yatlarının və ixracat poten­sia­lı­nın artırılmasında onların marağının güc­ləndirilməsi iqtisadi sahədə dövlət siyasətinin əsas xəttini təşkil edir.

Müstəqillik əldə edildikdən sonra xarici iqtisadi, o cümlədən ticarət siyasəti­nin formalaşması və inkişafı, respublikamız üçün tamamilə yeni olan bu sahədə həyata keçirilən islahatlar bazar islahatlarının mühüm və ayrılmaz tərkib hissəsi­ni təşkil edir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində, hələ islahatla­rın start mərhələsində, xarici iqtisadi, ticarət və valyuta əməliyyatları üzərində möv­cud olan dövlət inhisarı ləğv edilmişdir. Nəticədə müasir mərhələdə xarici iqtisadi ticarət əlaqələrinin böyük əksəriyyəti qeyri-dövlət sektoruna məxsus olan subyekt­lər tərəfindən aparılır. İxrac-idxal və valyuta əməliyyatları üzərində mövcud olan hərtərəfli dövlət nəzarəti xarici iqtisadi münasibətlərin dövlət tənzimlənməsi sis­temi ilə əvəz edilmişdir. Xarici iqtisadi fəaliyyətdə iştirak edən müəssisə və fir­malar bu tənzimləmə sistemində böyük sərbəstlik qazanmışlar.

Məlum olduğu kimi xarici ticarət siyasətinin formalaşması uzun tarixi dövr tələb edən bir məsələdir. Lakin müstəqillik əldə edildikdən sonra yaranmış özü­nə­məxsus tarixi dövr respublikamızda bu prosesin qısa müddət ərzində sürətlə formalaşmasını tələb edirdi. Məsələ bu baxımdan nəzərdən keçirildikdə aydın olur ki, 1992-1994-cü illərdə ölkədə total mal çatışmazlığı, daxili bazar və pul tə­da­vülünün ciddi disproporsiyaya və deformasiyaya məruz qaldığı, real valyuta mə­zənnəsi və normal bazar qiymətlərinin olmadığı bir şəraitdə xarici iqtisadi-ti­carət əlaqələrinin geniş miqyasda liberallaşdırılması şərtləri olduqca ağır idi. Ona gö­rə də liberallaşdırma əslində yalnız 1994-cü ildən sürətlənməyə başladı. Xarici tica­rə­tin tənzimlənməsi də bir sistem kimi bu dövrdən formalaşmağa başlamışdır.

Azərbaycanda müstəqil dövlət quruculuğu, onun bazar iqtisadiyyatı prin­sip­ləri əsasında həyata keçirilməsi və ölkəmizin beynəlxalq münasibətlər sisteminin bə­rabərhüquqlu üzvünə çevrilməsi respublikamızda xarici ticarətin tən­zim­lən­mə­si sistemi qarşısında olduqca mühüm və tamamilə yeni vəzifələr qoyurdu.

Xarici ticarət siyasəti hər şeydən əvvəl Azərbaycan Res­publikasının öz tə­bii sərvətləri üzərində suverenliyi prinsipini real­laşdırmağa xidmət edir. Bu məqsədlə xarici ticarət siyasəti: 1) ölkəmizin beynəlxalq iqtisadi və maliyyə mü­hi­tinə cəlb edilməsi və inkişaf etmiş ölkələrin bazar strukturuna yaxınlaşdı­rıl­ma­sı­nı, onun sərbəst və müstəqil xarici iqtisadi fəaliyyətinin həyata keçirilməsində və tənzimlənməsində müstəsna hüququnu təmin etməli; 2) daxili və xarici iqtisadi sahib­karlığın azadlığı prinsipini həyata keçirməli; 3) təsərrüfat subyektləri ara­sın­da ayrı-seçkiliyə yol vermədən, onların hüquq bərabərliyi prinsipini hər vasitə ilə qo­rumalı; 4) qanunun aliliyi prinsipini təmin etməlidir.

Dünya təsərrüfatında vahid hüquqi inzibati və maliyyə məkanının yaranma­sı prosesi getdikcə intensivləşir. Bu məkan çərçivəsində ayrı-ayrı dövlətlərin xari­ci ticarəti inkişaf edərək dünya miqyasında konfranta­siyalardan uzaqlaşaraq va­hid tama çev­rilir. Ölkəmiz hüquqi, inzibati və texniki xarici iqtisadi fəaliyyətin vahid şəklə sa­lınmış hü­quqi əsasını yaradan çoxtərəfli dövlətlərarası sazişlərin və razılaşma­ların geniş sisteminə daxil olur.

Xarici ticarətin tənzimlənməsinə Azərbaycan iqtisadiyyatında və əhalinin il­kin tələbat mallarına olan tələbatının ödənilməsində bu sahənin oynadığı mühüm rola uyğun olaraq, istiqlaliyyət əldə edildikdən sonra böyük əhəmiyyət verilir. Tə­sa­düfi deyildir ki, xarici ticarət Azərbaycanda iqtisadi islahatların daha sürətli get­diyi bir sahədir. İqtisadiyyatın düşmüş olduğu dərin böhrandan çıxması zə­ru­rə­ti xarici ticarətdə liberallaşmanın həyata keçirilməsini, bu sahədə totalitar rejim­dən miras qalmış buxovların sürətlə aradan qaldırılmasını təkidlə tələb edirdi. Azərbay­ca­na yardım göstərən beynəlxalq təşkilatlar da eyni tələblə çıxış edirdilər. Xa­ri­ci ti­ca­rətdə liberallaşdırma tədbirləri ilk növbədə qeyri-tarif tənzimləmələrinin ba­­zar iq­tisadiyyatının prinsiplərinə uyğunlaşdırılmasına, İnzibati-amirlik amillə­ri­nin məh­dud­laşdırılmasına yönəlmişdir.

Bu sahədə 1994-cü ildən sonra Respublika Prezi­den­tinin dörd fərmanı qəbul edilmişdir)

1. 10 yanvar 1994-cü ildə - "Azərbaycan Respublikasında xarici ticarətin səmə­rəliliyin artırılması tədbirləri haqqında";

2. 5 aprel 1994-cü il tarixdə - "Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında";

3. 17 dekabr 1996-cı ildə - "Azərbaycan Respublikasında xarici ticarətin tənzim­lənməsinin təkmilləşdirilməsi haqqında" haqqında.

4. 24 iyun 1997-ci il tarixdə ''Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması'' haqqında.

Həmin fərmanlar əsasında müvafiq normativ aktlar qəbul edilmişdir. Tədbir­lərin əsas istiqaməti xarici ticarətin bazar iqtisa­diyyatının prinsiplərinə uygun ola­raq liberallaşdırma yolunda addım­lamaqdır. Qəbul edilmiş qanunlarla daxili və xarici kvota və lisen­ziyaların (qismən) ləğvi, strateji məhsulların xarici ticarətinin mərkəz­ləşdirilməsi qaydasının aradan qaldırılması, qiymətlərin sərbəstləşdiril­mə­si, dövlət sifarişlərinin ləğvi və s. kimi tədbirlər həyata keçirilmişdir. Bu isə beynəlxalq ticarətin liberallaş­dırılması üçün çox mühümdür. Xarici ticarətdə kon­yuk­turaya daha həssas olan özəl bölmə payının respublikamızda getdikcə art­ma­sı beynəlxalq təşkilatların fəal iştirakı ilə həyata keçirilən liberallaşdırma siya­sə­tinin mühüm istiqamət­lərindən biridir.

"Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsinin təkmilləşdi­ril­məsi haqqında" 17 dekabr 1996-cı il tarixli fərmana əsasən Azərbaycan Res­pub­likasında istehsal, emal, təkrar emal olunan malların ixracında rezidentlər sər­bəstdirlər və bir sıra hallardan başqa onların fəaliyyətinə məhdudiyyət qoyulmur.

Başqa sözlə, bəzi mallar istisna olmaqla, Azərbaycan Res­publikasında is­tehsal olunan bütün malların ixracına icazə tələb olun­mur və onlar gömrük orqanlarında yalnız bəyan edilməklə ixrac edilirlər. İxracına fərmanın 1 №-li əla­və­sində məhdudiyyət qoyulmuş və Lakin keçmişdə "strateji mallar" adlandırılan məh­sullar "respublika ixra­catında mühüm əhəmiyyət kəsb edən mallar" adlandı­rılmışlar. İxracatı xüsusi qayda ilə həyata keçirilən bu mallara neft və neft məh­sul­ları, elektrik enerjisi, əlvan metallar və pambıq mahlıcı daxil edilmişdir. Dünya təc­rübəsində olduğu kimi adı çəkilən fərmanda da silah və hərbi texnika, barıt və partlayıcı maddələr, narkotik və psixotron vasitələri, incəsənət əsərləri, çöl hey­van­ları və s. malların ixracı və idxalı müvafiq dövlət orqanlarının icazəsi ilə həya­ta keçirilir. Göstərmək lazımdır ki, dövlət bölməsində özəl bölməyə nisbətən xari­ci ticarətin liberallaşdırılması daha məhdud xarakter daşıyır. Məsələn, kreditə ix­rac əməliyyatları, kossiqnasiya yolu ilə ixrac əməliyyatları və müvəqqəti ixrac əmə­liyyatları kommersiya strukturları tərəfindən sərbəst sürətdə aparıldığı halda, döv­lət müəssisələri tərəfindən həyata keçirildikdə bağlanmış müqavilələr Xarici İq­tisadi Əlaqələr Nazir­liyində (Dərslik çapa hazırlanarkən Xarici İqtisadi Əlaqələr Nazirliyi ləğv edilmiş və onun səlahiyyətləri yeni yaradılmış Ticarət Nazirliyinə veril­mişdir) qeydiyyatdan keçirilməklə aparılır.

Rezidentlər tərəfindən öz vəsaitləri, kossiqnasiya və ya dövlət zəmanətinə əsaslanmayan kreditlər hesabına aparılan idxal əməliy­yatları üzrə bağlanmış müqavilələr, bir sıra mallar istina olmaqla, sərbəst sürətdə (yalnız gömrük or­qan­la­rına bəyan edilməklə) həyata keçirilir. Bir sıra malların etil (yeyinti) spirti, alkollu içkilər (pivədən başqa), tütün məmulatının idxalının məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin malların idxalı Ticarət Nazirliyi tərəfindən verilmiş lisen­zi­ya­lar əsasında həyata keçirilir. Fərmanda lisenziyaların tender və inzibati üsulla veril­məsi qaydası müəyyən­ləşdirilməmişdir ki, bu da sui-istifadə hallarına yol aça bi­lər. Dempinq əleyhinə mübarizə tədbiri də nəzərdə tutulmuş və Ticarət Na­zir­li­yi tərəfindən müəy­yənləşdirilən siyahıya daxil edilmiş malların idxalı zamanı mal­la­rın həmin siyahıda göstərilən qiymətləri və onların mümkün dəyişmə hədlərinin əsas götürülməsi qaydası müəyyən edilmişdir. Barter əməliyyatlarına da bir çox qeyri-tarif məhdudiyyətləri (müqavilələrin qeydiyyatdan mütləq keçirilməsi, ekvi­valentliyin təmin edilməsi məcburiyyəti, vaxt məhdudiyyəti və s. ) qoyulmuşdur.

Xarici ticarətin liberallaşdırılmasında mühüm addım 24. 06. 1997-ci ildə «Azər­baycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haq­qın­da» fərman oldu. Fərmana əsasən Azərbaycan Respublikasında istehsal, emal, tək­rar emal olunan malların ixracında Rezidentlərə tam sərbəstlik verildi. Kreditə ixrac, təkrar ixrac, konsiqnasiya yolu ilə ixrac əməliyyatlarına aydınlıq gətirildi və sadələşdirildi. Fərmana əsasən rezidentlərin öz vəsaitləri, konsiqnasiya və ya dövlət zəmanətinə əsaslanmayan kreditlər hesabına aparılan idxal əməliyyatları üzrə bağlanmış müqavilələr yalnız gömrük orqanlarında bəyan edilməklə həyata keçirilməyə başladı.

Bununla yanaşı, satılan malların dəyərinin bəzən xarici banklara axması hallarının qarşısının alınması üçün mal satışının bir qayda olaraq yalnız onların haqlarının qabaqcadan ödənilməsi əsasında həyata keçirilməsi qaydasının saxlanmasını şərtləndirdi. Bu qayda satılan malların dəyərinin Respublikaya gəlməsini təmin etməklə yanaşı rəqabət qabiliyyəti onsuz da zəif olan malların ixracına müəyyən maneçilik törədir.

Azərbaycanda XİF-in tənzimlənməsinin mühüm formalarından biri də göm­rük-tarif tənzimlənməsindən ibarətdir. Respublikamız müstəqilliyini bərpa etdik­dən sonra gömrük tənzimləməsinə dair əsasnamələr qəbul olunmuşdur. Bu haq­da respublikada uzun müddət xüsusi qanunvericilik aktlarının olmaması məhz bu göm­rük əsasnamələrinin tez-tez dəyişdirilməsinə gətirib çıxarmışdır.

1994-cü il iyulun 1-də Respublika Nazirlər Kabinetinin 242 №li qə­rarları ol­muş­dur. Bu qərar ilə respublikada idxal və ixrac əməliyyatlarının göm­rük mexa­niz­mi vasitəsilə tənzimlənməsi qaydaları müəyyən edilmişdir. Bu qərarla «Azərbaycan Res­publikası ərazisindən çıxarılarkən göm­rük ixrac rüsumuna cəlb olu­nan malların qrup­lar üzrə siyahısı və gömrük ix­rac rüsumlarının dərəcələri», «göm­rük ixrac rüsu­mu haqqında müvəqqəti əsas­na­mə», «Azərbaycan Res­pub­li­ka­sı ərazisinə gə­ti­ri­lər­kən gömrük idxal rüsumuna cəlb olunan malların qruplar üz­rə siyahısı və gömrük id­xal rüsumlarının də­rə­cə­lə­ri», «gömrük idxal rüsumu haqqında müvəqqəti əsas­na­mə», «gömrük xidmətləri gös­tərilməsi qaydaları» təsdiq edil­miş­dir. Bu əsasnamə ilə əla­qədar ixracat üzrə bir sıra məhsullar göm­rük rüsumlarından azad edil­mə­miş­dir. Bu məhsullara dövlət tapşırığı ilə mal mübadiləsi əməliyyatları üzrə gön­də­ri­lən mal­lar, müəssisələrin istehsal tələbatı üçün xammal, ehtiyat hissələri, mə­mu­lat­lar, ava­danlıq, tikinti texnikası və ma­şın­lar, yük və sərnişin nəqliyyat vasitələri alınması üçün barter əməliyyatları əsa­sın­da göndərilən qeyri - strateji əhə­miy­yətli mallar; döv­lət tapşı­rığı ilə xarici valyu­ta­ya satılan mallar, respublikada is­teh­sal olunan ma­şın­lar, avadanlıqlar, texnoloji qur­ğular və digər hazır məmulatlar; kompensasiya və kooperasiya əsasında gön­dərilən mallar; tam məhsullar və ya­rım­fabrikatlar ha­zır­lan­ması üçün sifariş­çi­nin göndərdiyi xammallar; höku­mət­lər­arası sazişlər üzrə qarşılıqlı ra­zı­laş­malara müvafiq ixrac edilən mallar daxildir.

İdxalat zamanı da bir sıra məhsullar gömrük rüsumundan azad edilmişdir. Bun­­lara uşaq geyimləri və ləvazimatı, dərman malları, tibb avadanlığı və mə­mu­lat­ları, hökumətlərarası sazişlər üzrə qarşılıqlı razılaşmalar əsasən alınan mallar, ma­teriallar, texnologiya və ya avadanlıqlar; Azərbaycan Respublikası ərazisində ya­ra­dılan müştərək və tamamilə xarici investorlara məxsus olan müəssisələrin, bey­nəlxalq birliklərin və təşkilatların nizamnamə fonduna xarici iştirakçılar tərə­fin­dən pay ödənişi şəklində respublikaya, avadanlıq, istehsalat tələbatı üçün xam­mal və ma­teriallar; xarici investisiyaya qoyulmuş müəssisələrin əcnəbi işçi­lə­rin öz eh­ti­yacl­arı üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak; Azərbay­can Res­pub­li­ka­sına müvəqqəti olaraq gətirilmiş və gətirilmə şərtlərinə görə müəy­yən olunmuş müd­dətdə dəyişiklik etmədən xaricə aparılası mallar, müəs­si­sə­lərin istehsal tələ­ba­tı üçün gətirilən xammal, material, məmulat və ava­dan­lıq­lar; humanitar və tex­ni­ki yardım, xeyriyyə məsələsi və gətirilmiş mallar, ava­dan­lıqlar idxal rüsumundan azad edilmişdir. Bu qərara uyğun olaraq gömrük ixrac rü­sumları malların mü­qa­vi­lə­lər əsasında satılması valyuta ilə ödənilir. Əsas­na­mə­də qeyd edildiyi kimi Azər­bay­can Respublikasından digər xarici dövlətlərə iki­tə­rəfli azad ticarət haqqında sa­ziş olduğu təqdirdə malların ixrac və idxalına göm­rük rüsumu tutulmur. Gömrük tənzimləmə mexanizmini bir az yumşaltmaq və təkmilləşdirmək üçün Azərbaycan Respublikası bir sıra döv­lət­lərlə əlverişli rejim şəraiti yaradıl­mış­dır. Bu dövlətlərdən Türkiyə, Rusiya, İran, Uk­rayna, Qazaxıstan, Böyük Bri­ta­ni­ya, Finlandi­ya və b. ölkələrdə olmuşdur. Bu əl­verişli şəraitin yaradılması res­pub­likanın xarici iqtisadi əlaqələrin inkişafında müəyyən səviyyədə köməklik göstərirdi.

Bu sahədə aparılan islahatlar ilk illərdə xeyli ləng gedirdi. Yeni Gömrük Mə­cəl­ləsi yalnız 1997-ci ilin əvvəlində qəbul edilmiş və gömrük orqanları uzun müd­dət Sovet İttifaqından qalmış məcəllə əsasında öz fəaliyyətini təşkil etmişlər. 20 iyun 1995-ci ildə "Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanu­nu" qə­bul edilmişdir. Lakin Qanun yalnız Azərbaycan Respublikasının Gömrük Mə­cəl­ləsi qəbul edildikdən sonra qüvvəyə minmişdir. Gömrük tarifi haqqında qa­nun­da göstərilir ki, gömrük tarifi Azərbaycan Respublikasının gömrük sər­həd­dindən keçirilən mallara tətbiq edilir və xarici iqtisadi fəaliyyətin əmtəə no­menk­la­turasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.

İdxal və ixrac gömrük rüsumlarının dərəcələri və həmçinin əlverişli ticarət rejimi tətbiq olunan ölkələrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əl­verişli Ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır.

Qanuna əsasən Azərbaycanda aşağıdakı gömrük rüsumları tətbiq edilir:

- advalorem - malların gömrük dəyərinə görə faizlə hesablanan gömrük rüsumu;

- spesifik - mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan gömrük rüsumu;

- kombinə edilmiş - hər iki növü birləşdirməklə hesablanan gömrük rüsumu.

Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara mövsümi rüsumların (6 ay müddətində) tətbiq olunmasına icazə verilir.

Himayəçilik məqsədilə idxal edilən mallara aşağıdakı müvəqqəti rüsumla­rın tətbiqinə də icazə verilmişdir: xüsusi rüsumlar, antidempinq rüsumları və kompensasiya rüsumları.

Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur:

- mallar Azərbaycan Respublikasının gömrük ərazisində bu qəbildən olan mal­ların yerli istehsalçılarına ziyan vura biləcək kəmiyyətdə və şərtlə gətirildiyi təqdirdə;

- digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrıseçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.

Antidempinq rüsumları idxal olunan malların qiyməti Azərbaycan Respubli­ka­sının gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda; belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılara zi­yan vurduqda, və ya bu hal istisna edilmədikdə; Azərbaycan Respublikasında on­ların istehsalının təşkilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.

Kompensasiya rüsumları Azərbaycan Respublikasının gömrük ərazisinə gə­ti­rilən malların istehsalı və ixracı zamanı birbaşa və dolayı subsidiyalardan is­tifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vur­duqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu mal­ların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.

Gömrük tarifi haqqında qanunda xarici ticarətdə iştirak edən malın və gömrük də­yərinin və bu malın mənşə ölkəsinin müəyyən edilməsi qaydası müəyyənləşdirilmişdir.

Qanunda həmçinin malların idxalı və ixracı zamanı bir sıra gömrük tarifi gü­zəşt­lərinin tətbiqi nəzərdə tutulur. Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, öl­kənin ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada göm­rük sərhəddindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qay­ta­rıl­ma­sı, rü­sumdan azadetmə, onun dərəcələrini aşağı salınması, malın preferensial gə­ti­ril­mə­si (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür. Gömrük güzəştləri verilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Fərmanda gömrük rüsumlarından azadetmə, gömrük dərəcə-lərinin aşağı salınması halları konkret olaraq göstərilmişdir.

Azərbaycan Respublikasının gömrük əsasnaməsi öz struktur və tərkibinə görə bir sıra Avropa ölkələrinin gömrük kodeksinə yaxınlaşsa da, onların göstər­diyi fəaliyyət sferasının səviyyəsinə görə onlardan geri qalar.

Qeyd etmək lazımdır ki, xarici ticarətin beynəlxalq tənzimlənməsi gömrük vergiləri siyasəti dünya miqyasında beynəlxalq təşkilat olan ÜTT-i tərəfindən həyata keçirilir.

Dünyanın əksər ölkələri bu təşkilatın üzvləridir və bu təşkilat gömrük vergi­lə­rini tənzimləyir. Azərbaycanın da, bu təşkilata üzv olması və gələcəkdə öz XİƏ-in tənzimlənməsində gömrük mexanizmindən istifadə etmək ən vacib məq­sədlərdən biri hesab edilir. Bildiyimiz kimi dünyada mal hərəkət gömrük vergi­lərinin təyin olunması ÜTT tərəfindən təsdiq olunmuş harmonik kod sisteminə uy­ğun olaraq həyata keçirilir. Harmonik kod sistemi 9999 çeşiddə məhsulları özündə əks etdirir.

Xarici ticarət və gömrük tənzimlənməsini təkmilləşdirmək üçün bir sıra ciddi tədbirlər toplusu elmi əsaslara uyğun işlənib hazırlanmasıdır. Xarici Ticarətin Tən­zimlənməsində qeyri-tarif tənzimləmə mexaniz­mindən geniş istifadə olun­ma­lı­dır. Respublikada bu formadan çox təssüf ki, kifayət qədər geniş istifadə olunmur. Bunun nə­ti­cəsi olaraq Respublikaya bəzi dünya ölkələrindən bir sıra texniki və s. dünya stan­dartlarına uyğun olmayan məhsullar daxil olur. Respublikada daxili bazarın qorunması da diqqət mərkəzindədir.

Dünya iqtisadiyyatının müasir inkişaf mərhələsində və ölkələr arasında qar­şı­lıqlı aslılığın daha aydın təzahür etdiyi bir zamanda hər bir ölkənin və regionun mü­vəffəqiyyəti onun XİF-nin həyata keçiril­məsilə əlaqədar gömrük tənzimləmə me­xanizmin tətbiqindən çox-çox asılıdır.

Respublikamızda xarici ticarət əməliyyatları «Azərbaycan Respub­likasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları» haqqında 24 iyun 1997-ci il tarixli fərmanı ilə həyata keçirilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ÜTT-nin üzvlüyünə qəbul olma prosesi 1997-ci ilin iyun ayından Azərbaycan Respublikası Hökumətinin ÜTT-yə üzvolma niyyətinin bildirilməsi ilə başlayıb və bu tarixdən ÜTT-yə müşahidəçi kimi dəvət olunub.

Bundan sonra «Xarici Ticarət Rejimi haqqında Memorandum» ÜTT-nin Ce­nevrədəki Katibliyinə təqdim etmiş və ÜTT-nin qaydalarına uyğun olaraq, bu təş­ki­la­ta üzvolma prosesində Azərbaycan üzrə müvafiq işçi Qrupu ya­ra­dıl­mış­dır.

Hal-hazırda Azərbaycan Respublikasının ÜTT-nin üzvlüyünə qəbul olma pro­se­sinin son mərhələsi başa çatma ərəfəsindədir.


7. 4. Azərbaycanda müstəqillik illərində xarici ticarətin həcmi, əmtəə və coğrafi strukturunun dinamikası və inkişaf təmayülləri.
Müstəqillik elan edildiyi ilk günlərdən həyata keçirilməyə başlanan tədbirlər öl­­kənin xarici iqtisadi əlaqələr sahəsində "açıq qapı" siyasətinin yeridildiyini gös­tərir.

Araşdırmalar göstərir ki, müstəqillik illərində respublikamızın beynəlxalq əla­qələrinin xarakteri, forma və miqyası, xarici ticarət dövriyyəsinin quruluş tər­ki­bi və coğrafi istiqamət­ləri ciddi dəyişik­liklərə məruz qalmışdır. Respublika BMT-nin üzvü və beynəlxalq müna­sibətlərin müstəqil subyekti kimi dünyanın bütün öl­kə­ləri ilə bəra­bərhüquq­lu və qarşılıqlı faydalı əlaqələr yaradılması üçün ciddi cəhd­lər göstərir. Ölkəmiz dünyanın aparıcı və regional təşkilatlarının bəra­bər­hü­qu­qlu üzvü kimi beynəlxalq əmək bölgüsündə öz yerini tutmağa başlamış, bey­nəl­xalq əlaqələrin bütün formalırını müstəqil sürətdə həyata keçirir, ölkənin iqtisadi in­kişafı üçün xarici investisiya və kreditlərdən istifadə edir. Xarici ticarət əla­qə­lə­ri­nin yaradılması və qarşılıqlı tənzimlənməsi üçün yaxın və uzaq dövlətlərin çoxu ilə ikitərəfli və çoxtərəfli müqavilələr bağlanıbdır.

7. 3 saylı cədvəldə verilmiş statistika məlumatları və real həyat Azər­bay­ca­nın müstəqil xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin yaranma prosesinin olduqca mürəkkəb şəkildə getdiyini göstərir.

Cədvəl № 7. 3

1992-1996-cı illərdə Azərbaycanın xarici ticarət əlaqələri

(mln. ABŞ doll)*



İllər

İdxal

İxrac



Cəmi


O cümlədən

Cəmi


O cümlədən




Uzaq xaric

MDB ölk. ilə

Uzaq xaric

MDB ölk. ilə

1992

939, 8

332, 5

607, 3

1483, 9

754, 1

729, 8

1993

549, 9

241, 0

308, 9

724, 7

351, 0

373, 7

1994

777, 9

292, 1

485, 8

636, 8

362, 6

274, 2

1995

667, 6

439, 3

228, 4

547, 4

329, 8

217, 6

1996

960, 6

620, 8

339, 8

631, 2

341, 1

290, 1

*Cədvəl Dövlət Statistika Komitəsinin hər il buraxılan illik idxal-ixrac göstəriciləri arasında tərtib edilmişdir.

Cədvəl məlumatları göstərir ki, 1991-ci ildə SSRİ xalq təsərrüfatı komplek­sinin, mərkəzdən planlaşdırılan "hazır", "nomenklatura" bazarının dağılması, ənə­nəvi iqtisadi əlaqələrin qırılması bütün keçmiş sovet respublikaları kimi Azərbay­canda da istehsal və ticarətin iflic vəziyyətinə düşməsinə səbəb oldu. Yalnız bir il - 1992-ci il ərzində ölkəmizin xarici ticarət dövriyyəsi 40% azaldı. Süni sürətdə yaradılmış nəqliyyat blokadası da daxil olmaqla müxtəlif obyektiv və subyektiv amillərin təsiri altında xarici ticarət dövriyyəsi 1995-ci ilə qədər sürətli azalma meyli göstərdi. İxracatın və xüsusən ilkin tələbat malları idxalatının kəskin azal­ma­sı ölkədə ciddi sosial-iqtisadi böhranı daha da dərinləşdirdi.

Qapalı və birtərəfli inkişaf etmiş iqtisadi struktur "hazır" bazar əlaqələri po­zulduqdan sonra və dünya bazarı ilə ilk təmasdan iflasa uğradı və tökülən qan­lar hesabına nail olunmuş respublikanın müstəqilliyini də ciddi təhlükə altında qoydu. Əhalinin ilkin tələbatını ödəmək üçün həyati əhəmiyyət kəsb edən ixracat hər il azalaraq 1996-cı ildə 1992-ci ilə nisbətən cəmisi 42, 5% təşkil etmişdi, İd­xa­lat da cəmisi bir il ərzində (1992-ci ilə nisbətən 1993-cü ildə) 40%-dən çox azal­dı. Xarici ticarətin ümumi dövriyyəsi isə 1996-cı ildə 1992-ci ilə nisbətən 65, 6% təşkil etmişdir. Əhalinin ən zəruri istehlak mallarına tələbatının nəyin ba­ha­sına olursa olsun ödənilməsi zərurəti bütün qüvvələri bu məqsədə yönəltməyə vadar etmişdir. Təsadüfi deyildir ki, 1992-1996-cı illər ərzində ixracat 2,3 dəfə azaldığı halda, idxalat 1996-cı ildə 1992-ci il səviyyəsini ötüb keçmişdir.

Artıq Azərbaycan dünya iqtisadiyyatının qloballaşması və beynəlmiləlləş­mə­si, BƏB-nün dərinləşməsi şəraitində öz qapılarını beynəlxalq aləmə daha çox açan, xarici ölkələrlə və beynəlxalq təşkilatlarla aktiv iqtisadi, siyasi, elmi-texniki, mədəni və s. əlaqələr (münasibətlər) yaradan bir ölkəyə çevrilmişdir. Bu əlaqələr içərisində xarici ticarət daha önəmli yer tutur. Ölkəmiz dünya ölkələri ilə ikitərəfli və çox tərəfli müqavilələr bağlayaraq, qarşılıqlı faydalı ticarət əlaqələri yaradır, ölkənin inkişafı üçün xarici texnika və texnologiya idxal edir və BƏB-də öz yerini tutmağa ciddi cəhdlər göstərir.

Statistik rəqəmlərə müraciət etdikdə görürük ki, müstəqillik dövründə res­pub­li­ka­nın xarici ticarəti mürəkkəb bir şəraitdə forma­laşıb inkişaf edir. (bax: cədvəl № 7. 4)

Ona görə də respublika­mı­zın xarici ticarət əlaqələrinin formalaşması və inkişafı müstəqilliyimizin ilk on ili ər­zində mürəkkəb və ağrılı bir şəraitdə reallaşırdı. Təsadüfi deyildir ki, ümumi ticarət dövriyyəsi 1991-ci il səviyyəsini yalnız 2000-ci ildə ötüb keçmişdir.



Cədvəl № 7. 4

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə