VəLİyev dünyamali əMİr oğLU


Azərbaycanda nəqliyyat kompleksinin inkişafı



Yüklə 7,05 Mb.
səhifə23/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

Azərbaycanda nəqliyyat kompleksinin inkişafı.


Əminəm ki, bütövlükdə, gələcəkdə ener­ge­tika sektorundan sonra nəqliyyat sektoru bizim bölgədə ən önəmli istiqamətlərdən biri olacaqdır.

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycan Respublikasında SSRİ-nin vahid nəqliyyat sisteminin tərkib hissəsi kimi nəqliyyat kompleksi müəyyən inkişaf mərhələsi keçmişdir. Ölkədə nəqliyyat sisteminin bütün müasir növləri formalaşmış və inkişaf etmişdir. Bu sistemdə dəmiryolu, dəniz, avtomobil, boru-kəmər nəqliyyatı aparıcı rol oynayır. Elektrik enerjisi istehsalının ölkədə sürətli inkişafı nəticəsində respublikanın bütün ərazisini əhatə edən vahid elektron nəqliyyat sistemi inkişaf etmişdir.

1990-cı ildə Azərbaycan SSRİ nəqliyyat sisteminin ümümi yük dövriyyəsi 277.7 mln ton/km təşkil edirdi. Nəqliyyat sektorunda ümümi yük dövriyyəsinin 29%-i dəmiryol, 7%-i dəniz, 55%-i avtomobil və 10%-i neft və neft məhsulları daşınan boru-kəmər nəqliyyatının payına düşürdü. SSRİ dağıldıqdan sonra iqtisadiyyatın digər sahələri kimi nəqliyyat sektorunda da ciddi böhran özünü göstərmişdir. Belə ki, 1990-1994 cü illər ərzində nəqliyyat sektorunda ümumi yük dövriyyəsi 6 dəfə azalmışdır. Milli nəqliyyat sistemində vəziyyət yalnız 1995-ci ildən sabitləşməyə başlamışdır. 2000-ci ildən etibarən isə bu sektorda canlanma və inkişaf özünü göstərir. 2006-cı ildə Azərbaycanın nəqliyyat sektorunda yük dövriyyəsi 1995-ci ilə nisbətən 6 dəfə artaraq, 43294 mln ton/km təşkil etmişdir. 2007-ci ildə isə yük dövriyyəsi daha 80% artaraq, 77943 mln t/km-ə çatmışdır. Cəmi yük dövriyyəsinin 13,2%-i dəmiryol, 7,7%-i dəniz, 67,1%-i boru kəməri və 11, 7%-i avtomobil nəqliyyatı vasitəsilə daşınmışdır. Son 5 ildə nəqliyyat sektorunda yükdaşıma həcmi 1. 6 dəfə artmışdır. Həmin dövrdə yük dövriyyəsinin həcmi 3, 5 dəfə artmışdır. Nəqliyyatın bütün sahələrində 2007-cı ildə 999. 0 milyon manat əlavə dəyər yaradılmışdır. Ölkə iqtisadiyyatında nəqliyyatın xüsusi çəkisi 60% təşkil etmişdir. Nəqliyyat sektorunda çalışanların sayı 93. 2 min nəfərə çatmışdır. Ölkənin əlverişli siyasi-coğrafi mövqeyi Azərbaycanın ərazisində nəqliyyatın bütün növlərinin mövcud olması ilə xarakterizə edilir. Respublikada güclü infrastruktura malik Dəmiryolu, avtomobil, şəhər sərnişin nəqliyyatı, eləcə də dəniz, neft və qaz boru kəməri, hava nəqliyyatı fəaliyyət göstərir. Dəmir yollarını istismar uzunluğu 2122 km, onlardan 815 km ikixətlidir, 1270 km yol elektrikləşdirilmişdir. Ümumi isitfadədə olan nəqliyyat yollarının uzunluğu 18823 km, onlardan 11 km-i sement-beton, 6926 km-i asfalt-beton, 8467 km-i çınqıl, 3224 km-i isə qara örtüklü yollar təşkil edir. Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinə məxsus ticarət donanmasında ümümi dedveyti (gücü) 436 min ton olan 75 gəmi istimar edilir, onlardan bir hissəsi Xəzər dənizindən kənara qitənin müxtəlif limanlarında işləyir. Daşımalar əsasən neft və neft məhsulları daşıyan tankerlərlə Aktau-Abşeron-Bakı, Türkmənbaşı-Bakı, Okarem-Bakı-Abşeron, Türkmənbaşı-Okarem-İran limanları marşrutları, eləcə də Dəmiryolu vaqonları, avtomobilləri və sərnişinləri daşıyan gəmi-bərələrlə Türkmənbaşı-Bakı, Bakı-Aktau, marşrutları ilə həyata keçirilir. Azərbaycana məxsus dövlət və özəl aviaşirkətlərin TU-154, TU-134B, İL-76, Aerobus və Boinq tipli təyyarələri MDB, Avropa, Asiya, Yaxın Şərq ölkələrinə, eləcə də ölkə daxilində hava limanları arasında uçuşları yerinə yetirir.

Nəqliyyat sektoru sənaye, daxili və xarici ticarət, turizm və ümümiyyətlə iqtisadiyyat və əhali üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənaye mallarının istehsalı üçün xammal və digər maddələrin sənaye obyektlərinə və hazır məhsulun istehlakçıya səmərəli şəkildə çatdırılması üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi vacibdir.

2008 ci il dövlət büdcəsi layihəsində yaxın gələcəkdə nəqliyyat sektorunun inkişafının prioritetleri aşağıdakı kimi müəyyən edilmişdir:



  • milli iqtisadiyyatın infrastrukturu olan nəqliyyatın öncül inkişafı;

  • yol-kommunikasiya kompleksinin müxtəlif nəqliyyat növlərinin bərabərpaylı və ardcıl inkişafı;

  • təsərrüfatlararası əmtəə mübadiləsini gerçəkləşdirən yükdaşıma nəqliyyatının və əhalinin əsas sosial tələbatlarından birini təmin edən sərnişin nəqliyyatının bərabər inkişafı;

  • ölkə ərazisində byenəlxalq və tranzit dəhliz yollarının, eləcə də ölkənin regionlararası, şəhər və rayondaxili rayon nəqliyyat infrastrukturunun bərabərpaylı inkişafı;

  • Azərbaycan ərazisindən keçən nəqliyyat-kommunikasiya trafikinin və əsəas nəqliyyat vasitələrinin dünya standartlarına uyğun modernləşdirilməsi və müasirləşdirilməsi əsasında milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası;

  • Xəzər regionlarında istehsal olunan karbohidrogenlərin dünya bazarlarına çatdırılması zamanı enerjidaşıyıcıların beynəlxalq və tranzit nəql edilməsində Azərbaycanın tutduğu aparıcı mövqeyinin saxlanılması və gücləndirilməsi;

  • Azərbaycanda beynəlxalq nəqliyyat sisteminin gücləndirilməsi zamanı TRACECA, şimal-cənub, GNOGEYT Proqramlarının öncül həyata keçirilməsi;

  • Azərbaycanda hasil olunan neft və qazın ixrac marşrutlarının geniş diversifikasiyası və digər Xəzəryanı istehsalçı ölkələrin iştirakı ilə yeni transregional enerji dəhlizlərinin yaradılması və birgə inkişafı;

Azərbaycanın nəqliyyat sisteminin gələcək inkişafının mərkəzində Avropa-Qafqaz-Asiya TRACECA beynəlxalq dəhlizinin, Şimali Avropa-Rusiya-Xəzər dənizi-Azərbaycan-Gran-Gran körfəzi-Hindistan marşrutunu əhatə edən Şimal-Cənub beynəlxalq dəhlizinin, eləcə də transkontinental ixrac enerji dəhlizlərinin öncül inkişafı durur. Avropa-Qafqaz-Dəmiryol nəqliyyat dəhlizində nəqliyyatın fəaliyyəti durmadan genişlənir. Həmin dəhlizin Azərbaycan hissəsində 2000-ci ildə 29091 min ton yük daşınmışdırsa, 2007-ci ildə47939 min tona çatmışdır.

Dəmiryol nəqliyyatı. Neft sənayesinin sürətli inkişafı və kapitalist münasibətlərinin genişlənməyə başlaması Azərbaycanda hələ XIX əsrin ikinci yarısından kütləvi yük daşıma qabiliyyətinə malik olan dəmiryol nəqliyyatının yaradılmasını sürətləndirmişdir.

Azərbaycanda uzunluğu 20 km olan ilk dəmiryolu 1878-1880-ci illərdə tikilmişdir. Bu Bakını Sabunçu və Suraxanı qəsəbələri ilə birləşdirirdi. 1883- cü ildə Baki-Tbilisi magistral dəmiryolu (500 km) istismara verilmiş, Azərbaycan neftinin Avropa bazarına çıxarılmasını təmin etmişdir. 1890-cı ildə dəmiryolu Bakını Dərbənd ilə (211 km) birləşdirmişdir ki, bu da digər ölkələrlə iqtisadi əlaqələrin təşkil edilməsinə imkan yaratmışdır. Sovet hakimiyyəti yarandıqdan sonra müvcud dəmir yolları bərpa edilib, yenidən quruldu, yeni xətlərin çəkilişinə başlandı. SSRİ-də ilk dəfə 1926-cı ildə Bakı-Sabunçu arasında uzunluğu 20 km olan elektrikləşdirilmiş dəmiryolu işə salındı. 1941-1945-ci illərdə Bakı- Culfa dəmiryolunun (628 km) tikintisi başa çatmışdır. Bu yol Azərbaycanı Naxçıvan Muxtar Respublikası və İranla birləşdirmişdir. Bundan başqa bir neçə dəmiryolu qolları da tikilmişdir.

1990-cı ildə magistral dəmir yollarının uzunluğu 2. 12 min km olmuşdur ki, bu da 1913-cü ildəkindən 2. 5, 1940-cı ildəkindən isə 1. 6 dəfə çox idi. Dəmir yollarının yarıdan çoxu elektrikləşdirilmişdir.

SSRİ dağıldıqdan sonra Azərbaycan dəmiryolunun çətinlikləri əsas vaqon təmiri zavodlarının və ehtiyat hissələri buraxan müəssisələrin Rusiyada yerləşməsi ucbatından daha da artmışdır. Ayrı-ayrı sahələrdə vəziyyət bir sıra təbii hadisələrlə də ağırlaşırdı.

1988-ci ildə Ermənistan Azərbaycanla müharibəyə başladıqdan sonra Naxçıvana gedən dəmiryolu sahəsi bağlanmışdır. 1994-cü ildə Rusiya Çeçen döyüşlərinə silah göndərilməsinin qarşısını almaq bəhanəsi ilə sərhədi bağlamışdır. Bu isə Şimal istiqamətində yük dövriyyəsini sarsıtmışdır. Cənub istiqamətində də vəziyyət o qədər yaxşı deyildi. Belə ki, 1990-cı ilə qədər Azərbaycan mallarının Avropadan İrana daşınması yolunda mühüm yükləmə-boşaltma məntəqəsi sayılırdı. Yüklər bu ölkəyə dəmiryolu vasitəsilə bir çox ölkələrdən (Almaniyadan, Rumuniyadan, MDB ölkələrindən) gedirdi. İrana hər gün müvafiq olaraq 250-yə qədər vaqon yola salınırdı. Azərbaycan Culfa stansiyasından yüklərin daşınması üçün gündə 60 mindən 130 min dollaradək qazanc götürürdü.

1992-1994-cü illərdə baş verən dərin iqtisadi böhran Dəmiryolu nəqliyyatının işini də iflic vəziyyətinə salmışdır. Belə ki, 1990-1994-cü illər ərzində Dəmiryolu ilə yük dövriyyəsi 80. 3 min ton/km-dən 13. 0 min ton/km-ə qədər azalmışdır.

Azərbaycan iqtisadiyyatında xüsusi yeri olan dövlət dəmiryolu son illər özünün inkişaf dövrünü yaşayır. Bu sahədə aparılan islahatlar nəticəsində dəmiryolu ilə daşınan yüklərin həcmi artmış, sərnişinlərə göstərilən xidmətin səviyyəsi xeyli yaxşılaşmışdır. Müstəqillik əldə etdikdən sonra dəmiryolunun inkişaf strategiyası hazırlandı. İlkin mərhələdə zoxpilləli idarəetmə sistemi ləğv olundu və yerində çevik strukturlar yaradıldı. Lokomotivlərin və müxtəlif təmayüllü vaqonların əsaslı təmiri texnologiyası Azərbaycanda ilk dəfə olaraq mənimsənildi və təcrübəyə tətbiq edildi, nəticədə dəmiryolu ilə yük daşımalarının həcmi 1995-2007-ci illərdə 4 dəfə artmışdır. Azərbaycanın özünün olduqca əlverişli coğrafi vəziyyətinə görə valyuta qazanmaq imkanları var. Astara stansiyasından İran ərazisinə uzunluğu 5 kilometrdən çox olmayan dəmiryolunun tikilməsi ilə həm külli miqdarda əlavə gəlir əldə edilə bilər, həm iqtisadi inkişafa təsir göstərər.

Azərbaycan təkcə neft-qaz kəmərlərinin keçdiyi tranzit ölkə deyil. Ölkəmiz, həmçinin dünyanın müxtəlif regionlarını birləşdirən ticarət yollarının kəsişdiyi mühüm strateji müvqeyə malikdir. Bu səbəbdən ütən əsrin qlobal layihələrindən biri olan Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycan xüsusi rol oynamışdır. Dəhlizin istifadəyə verilməsi bir-birlərindən uzaqda yerləşən müxtəlif ölkələrə ticarət əlaqələrini genişləndirməyə büyük imkanlar yaratmış, Azərbaycan isə regionun ən böyük tranzit ölkəsinə çevrilmişdir. Həmin mövqenin möhkəmləndirilməsində artıq reallaşmağa başlayan Bakı-Tbilisi-Qars dəmiryolu büyük əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazından dəmiryol tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çatdırılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətləndirilməsinə, Avropa qonşuluq siyasəti çərziçəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsinə xidmət edir. Layihənin həyata keçirilməsi, həm də iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmiryoluna cəlb edilməsi eyni zamanda hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.

“Dəmir İpək Yolu” adlandırılan, Avropadan Çinə qədər birbaşa əlaqəni təmin etməyə imkan verəcək Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi ilə həm də Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı 1993-cü ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmiryolu yenidən bərpa olunacaqdır.

2007-ci il Noyabrın 21-də Gürcüstanın Tetro-Skaro rayonunda - Marabda stansiyasında Bakı-Tblisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bu yolun tikintisi bütün bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət kəsb edir və mən əminəm ki Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi bölgəyə daha da çox təhlükəsizlik, daha da çox əməkdaşlıq gətirəcək və bu imkanlardan istifadə edən ölkələr, əlbəttə ki, regional əməkdaşlıq baxımından da bir-birinə yaxın olacaqlar. Mən hesab edirəm ki, bu layihə bölgədə nəqliyyat təhlükəsizliyinə də öz müsbət təsirini göstərəcəkdir. Bu gün enerji məsələlərinin ön plana çıxması nəticəsində daha çox enerji təhlükəsizliyi haqqında danışılır. Ancaq nəqliyyat təhlükəsizliyi ondan az əhəmiyyət daşımır. Biz bu yolun yaradılması ilə nəqliyyat təhlükəsizliyi məsələsinə öz töhfəmizi veririk”.



Dəmiryolu nəqliyyatı infrastrukturunun gücləndirilməsi və bərpası üçün yeni lokomotivlərin, manevrli teplovozların və onların ehtiyat hissələrinin alınmasına, dəmiryolu sahələrində sahilbərkitmə işlərinin aparılmasına və körpülərin yenidənqurulmasına 2008-ci ilin dövlət büdcəsindən 15. 3 milyon manat həcmində dövlət əsaslı vəsaiti ayrılmışdır.

Azərbaycan Respublikasında nəqliyyat-yol kompleksinə daxil olan qurumların əsas iqtisadi-maliyyə göstəricilərinin proqnozu




Göstəricilər, nəqliyyat növləri

2002

2006

2007

2010

2011

2014

2015






fakt

fakt

fakt

proqnoz

proqnoz

proqnoz

proqnoz

1

Yük daşınması (min ton)

























Cəmi

82612

109033

114033, 5

130213, 1

136868, 7

160342

169358, 9




Dəmiryolu

17464

21000

22000

24484, 4

25635, 2

29679

31281, 7




dəniz

11381

16000

17000

20515, 7

21931, 3

26992, 4

29016, 8




aviasiya

31

33

33, 5

35, 1

35, 8

38, 2

39, 1




avtomobil

53736

72000

75000

85177, 9

89266, 4

103632, 4

109021, 3

2

Yük dövriyyəsi (mln ton km)

























Cəmi

18675

23840, 7

24990, 6

29807, 7

30745, 6

38133, 6

41108, 2




Dəmiryolu

6980

8186, 7

8576, 6

9368, 5

9799, 5

11290, 3

11843, 5




dəniz

6077

8000

8440

9919, 7

10528

12969, 7

13968, 4




aviasiya

84

94

99

115, 1

121, 5

143, 9

152, 4




avtomobil

5534

7560

7875

9369, 1

10296, 6

13729, 7

15143, 9

3

Sərnişin daşınması

(min nəfər)



























Cəmi

773346

835996, 6

852887, 5

915531, 8

947834, 5

1061839, 1

1103269, 7




Dəmiryolu

4442

5400

5670

6600

7043, 2

8563, 9

9154, 8




dəniz

14

16, 6

17, 5

19, 1

19, 7

21, 9

22, 7




aviasiya

732

1030

1100

1341, 5

1435, 4

1771, 5

1902, 6




avtomobil

76818

829550

846100

907571, 2

939336, 2

105148, 8

1092489, 6

4

Sərnişin dövriyyəsi (mln sərnişin km)

























Cəmi

11077

12046, 5

12346, 8

13485

14025, 3

15765, 2

16432, 9




Dəmiryolu

584

730

770

912, 3

968

1167

1242, 9




dəniz

6

6, 5

6, 8

7, 4

7, 7

8, 3

8, 6




aviasiya

884

900

950

1118, 4

1186, 6

1424, 6

1515, 8




avtomobil

9603

10410

10620

11446, 9

11863

13165, 3

13665, 6

5

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşınması

(min ton)



























Cəmi

36121, 7

49124, 6

53059, 6

66916, 9

72706, 8

94150, 7

103043, 8




Dəmiryolu

16586, 9

19620, 8

20555, 1

23233, 9

24325, 9

28186, 8

29737




dəniz

8841, 1

13500

15000

20699, 7

23121, 6

32310, 3

36219, 8




aviasiya

1, 9

3, 8

4, 5

7, 5

8, 9

14, 9

17, 7




avtomobil

10691, 8

16000

17500

22975, 8

25250, 4

33638, 7

37069, 8

6

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində sərnişin daşınması

(min sərnişin)




























Cəmi

154617, 4

161880

164087

173357, 9

177364, 8

191503, 2

197152, 3




Dəmiryolu

3884

4900

5500

7837, 9

8856, 8

12824, 7

14530, 4




dəniz

10,6

15

17

23,9

26,9

38,8

43,9
(2002-2015-ci illər)




aviasiya

44, 8

65

70

87, 9

95, 5

122, 9

133, 8




avtomobil

150678

156900

158500

165408, 2

168385, 6

178516, 8

182444, 2

7

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində tranzit yüklərin daşınması

(min ton)



























Cəmi

16387, 1

24400

27100

37304

41573

57818, 7

64654, 2




Dəmiryolu

7900, 5

11600

12800

17285, 3

19152, 1

26121, 9

28995, 3




dəniz

8486, 6

12800

14300

20018, 7

22420, 9

31696, 8

35658, 9
Göründüyü kimi yaxın perspektivdə nəqliyyat sistemi əslində sıçrayışlı şəkildə inkişaf edəcək və Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyasını daha da sürətləndirəcəkdir.
Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə