VəLİyev dünyamali əMİr oğLU


Qlobal təsərrüfat sisteminə inteqrasiya prosesində səmərəli investisiya siyasəti dinamik iqtisadi inkişafın əsasıdır



Yüklə 7,05 Mb.
səhifə15/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

4. 5. Qlobal təsərrüfat sisteminə inteqrasiya prosesində səmərəli investisiya siyasəti dinamik iqtisadi inkişafın əsasıdır.
Elə etmək lazımdır ki, Azərbaycana qoyulan vəsait çox güclü sənaye potensialı yarada bilsin.

Ilham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Bазар игtисадиййаtына кечид шяраиtиндя дювляt цзяриня дцшян mцщцm функ­си­йа­лардан бири юлкядя йарадылан йени дяйярин даща чох щиссясинин капиtал гойулушу шяк­линдя игtисадиййаtа йюнялдилmясини tяmин еtmяк, бу сащядя эениш tяшвигедиcи tяд­бирляр сисtеmини щяйаtа кечирmяк вя ялверишли инвесtисийа mцщиtини форmалашдыр­mаг­дан ибаряtдир.

Azərbaycan dövlətinin malik olduğu təbii sərvətlərə özünün sahib çıxması nəticəsində ölkəmizin maliyyə imkanlarının genişlənməsi, investisiya mühitinin daha da yaxşılaşması ilə bağlı görülən tədbirlər investisiya qoyuluşlarının durmadan artmasına yol açmışdır.

Məlum olduğu kimi, iqtisadiyyat istehsal fondlarından daha yaxşı istifadə olunması və yaxud da köhnə fondların daha məhsuldar olan yeniləri ilə əvəz olunması və onların miqdarının artırılması hesabına arta bilər. Mövcud olan köhnəlmiş əsas fondlar hesabına uzunmüddətli inkişaf əslində yoxdur. Çünki onların aktiv hissəsi - maşın və avadanlıqlar tez bir zamanda köhnəlir, rəqabət qabiliyyətini itirir və ona görə də orta hesabla hər 7-8 ildən bir təzələnməlidirlər. Beləliklə, iqtisadi inkişaf istehsalın yenilənməsi və genişlənməsinin vacib şərti olan əsas fondlara investisiya qoyuluşu dərəcəsindən asılıdır.

Azərbaycan Respublikası güclü təbii-iqtisadi potensiala malik olduğu üçün investisiya qoyuluşu baxımından cəlbedicidir. Eyni zamanda, sahibkarlıq üçün yaradılmış əlverişli siyasi, sosial-iqtisadi mühit və nisbətən ucuz kadr potensialı bu cəlbediciliyi daha da artırır.

Azərbaycanda yaradılan əlverişli investisiya mühiti yalnız daxili və xarici investisiyanın həcminin ilbəil artmasına deyil, həm də dünya iqtisadiyyatında tətbiq edilən yeni texnologiyalar, istehsal və idarəçilik metodlarının və s. ölkəmizə gətirilməsinə də yol açır.

1994-cü ildən etibarən respublikamızda investisiya qoyuluşunu təşviq edən əsas amillər aşağıdakılardır:

- siyasi-iqtisadi sabitliyin təmin olunması;

- əlverişli iqtisadi mühitin yaradılması;

- ölkənin beynəlxalq nüfuzunun artması (kredit reytinqinin yüksəlməsi, beynəlxalq maliyyə institutları ilə səmərəli əməkdaşlıq);

- özəlləşdirmənin ilkin mərhələsinin uğurları (özəlləşdirilən müəssisələrin iqtisadi göstəricilərinin keyfiyyətcə yaxşılaşması) və s.

Ölkədə aparılan investisiya siyasəti iqtisadiyyatın, o cümlədən, regionların inkişafında mühüm rol oynayır. Bu siyasət xarici və yerli sərmayələrin cəlb olunması üçün ən əlverişli hüquqi və təşkilati şərait yaradılmasını nəzərdə tutur.

Sahibkarlıq fəaliyyətinin kreditləşdirilməsində və əlverişli investisiya mühitinin yaradılmasında banklar və kredit təşkilatlarının da mühüm rolu vardır. Azərbaycanın bank sisteminin inkişaf strategiyasının əsasını sərbəst maliyyə ehtiyatlarının səfərbər edilməsi, onların investisiya şəklində real sektora transformasiyası və daha effektiv paylaşdırılması təşkil edir. Bu məqsədlə bank sisteminin keyfiyyətcə yeni inkişafı, müasir bank texnologiyalarının tətbiqi, təkmil və sabit qanunvericilik bazasının formalaşdırılması, ən başlıcası isə onların etibarlılığının yüksəldilməsi və risk dərəcəsinin aşağı salınması və s. istiqamətlərdə əhəmiyyətli tədbirlər görülmüşdür. Aşağıdakı cədvəldən göründüyü kimi, ölkəmizdə investisiya imkanları və qoyuluşları sürətlə artır.



Cədvəl 4. 5





1995

2000

2001

2002

2003

2004

2005

2006

2007

Əsas kapitala qoyu-lan inves-tisiya-lar

228

1289. 9

1454. 5

2718. 0

4249. 2

5820. 4

6733. 4

6234. 5

7165. 8



Müstəqillik illərində Azərbaycanda investisiya imkanlarının

dinamikası. x) (mln manat)

x)(44, 2007, s. 36-37)


Adambaşına düşən əsas kapitala yönəldilmiş investisiyaların

həcmi və artım sürəti





1995

2000

2001

2002

2003

2004

2005

2006

2007

Manat

84. 3

122. 1

146. 5

261. 7

466. 6

601. 3

692. 5

745. 5

830. 8

İndeks

1995=100


100

144

174

261

553

713

821

884

986

Göründüyü kimi adambaşına investisiya qoyuluşlarının həcmi 2000-2007-ci illər ərzində 7 dəfə artmışdır.

Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Heydər Əliyevin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Bu sahədə qəbul edilən sənədlərdən «İnvestisiya fəaliyyəti haqqında» 1995-ci il 13 yanvar, «İnvestisiya müsabiqəsi haqqında» 1997-ci il 16 may, «İnvestisiya fondları haqqında» 1999-cu il 30 noyabr tarixli qanunları və s. qeyd etmək olar. Ölkəmizdə xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımların bir qismi Azərbaycanla müxtəlif ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır. Belə sazişlər Azərbaycan Respublikası Hökuməti ilə Pakistan, Gürcüstan, Almaniya, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Polşa, İtaliya, Fransa, İran, Avstriya və s. inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bağlanmışdır.

İnvestisiyaların sahə strukturunda da ciddi dəyişikliklər baş vermişdir. Neft sektoru ilə yanaşı ölkə daxilində qeyri-neft sektoruna yönəldilmiş investisiyalar iqtisadiyyatın inkişafına böyük təkan verir.

İqtisadiyyat sahələrinə yönəldilən investisiyalar 90-cı illərin əvvəllərinə nisbətən onilliyin sonlarına yaxın xeyli artmışdır. Cədvələ nəzər salsaq, görərik ki, ən çox investisiya yönəldilmiş sahə sənayedir. Həmin sahəyə yönəldilmiş investisiyalar ümumi investisiya həcminin 70-80%-ni təşkil edir.

90-cı illərdə iqtisadiyyat sahələrinə yönəldilmiş investisiyaların xüsusi çəkisi aşağıdakı kimidir.



Cədvəl 4. 6

İqtisadiyyat sahələrinə investisiya qoyuluşlarının xüsusi çəkisi

(faizlə)






1990

1991

1992

1993

1994

1995

1996

1997

İqtisadiyyat sahələri üzrə, cəmi

100

100

100

100

100

100

100

100

O cümlədən, sənaye

37, 4

35, 7

36, 6

39, 4

79, 2

46, 4

72

71

Kənd təsərrüfatı

14

15

6, 2

5, 3

0, 9

1, 9

1, 5

0, 5

meşə təsərrüfatı

0, 04

0, 1

0, 01

0, 01

0, 01










Nəqliyyat

6

7, 2

4, 4

8, 5

3, 2

4, 7

2, 3

3, 4

rabitə

1, 4

1, 1

1, 1

0, 8

0, 2

0, 6

1, 1

0, 9

Tikinti

2, 3

2, 7

1, 3

0, 8

0, 2

0, 3

0, 2

0, 5

ticarət, ictimai iaşə, maddi-texniki təchizat və satış

2, 5

2, 5

0, 9

1

0, 3

0, 3

0, 5

0, 9

Mənzil tikintisi

18, 5

23, 3

36, 8

28, 8

11, 8

21, 9

15, 9

11, 5

Kommunal

4, 5

4, 4

6, 9

5, 9

1, 1

6, 7

3

2, 9

təhsil

3, 5

4, 2

2, 1

2, 9

0, 3

0, 3

0, 2

0, 3

Sair

9, 9

3, 8

3, 7

6, 6

2, 8

16, 9

3, 3

8, 1

Onu da göstərmək lazımdır ki, sənaye sahəsi ümumi investisiya həcminin 70-80%-ni təşkil etdiyi halda, kənd təsərrüfatı sahəsinə qoyulmuş investisiya 1994-cü ildən 1997-ci ilə qədər maksimum 2% olmuşdur.



Göstərilən dövrdə sənaye sahələrinə yönəldilmiş investisiyaların statistik göstəricilərinə nəzər salsaq görərik ki, həmin sahələrdə xeyli dəyişikliklər özünü göstərir (cədvəl 4. 7).
Cədvəl 4. 7

Sənaye sahələrinə investisiya qoyuluşları. (faizlə)


 

1993

1994

1995

1996

1997

Sənaye, cəmi

100

100

100

100

100

o cümlədən:
















Elektroenergetika

9, 6

1, 1

2, 5

1, 6

2, 4

neft və qaz sənayesi

66, 5

95, 8

87, 4

92, 6

83

qara metallurgiya

1

0, 03

0, 03

0, 01




əlvan metallurgiya

1, 1

0, 3

0, 1

0, 03

0, 2

kimya və neft kimya sənayesi

6, 9

1

1, 9

0, 5

0, 3

maşınqayırma

4, 9

0, 6

0, 7

0, 5

0, 4

meşə, ağac emalı sənayesi

0, 4

0, 01

0, 03







tikinti materialları sənayesi

1, 3

0, 1

1, 6

0, 3

4, 3

Yüngül sənaye

1

0, 1

0, 2

0, 05

0, 1

Yeyinti sənayesi

2, 4

0, 4

0, 3

4, 2

3, 2

Ümumilikdə sənayedə cəmi investisiya qoyuluşları 1997-ci ildə 1991-ci ilə nisbətən təxminən 4 dəfə çox olmuşdur. Neft və qaz sənayesinə qoyulmuş investisiyalar ümumi investisiyaların 85-90%-ni təşkil edirdi. İkinci yerdə elektroenergetika, sonra kimya və neft - kimya sənayesi və maşınqayırma sənayesi durur. Həmin illərdə ən az investisiya qoyulmuş sahələr isə, qara və əlvan metallurgiya sahələridir .

Дахили йыьыm вя капиtал гойулушу иmканларынын mящдудлуьу ясас капиtала го­йу­лан инвесtисийаларын ялавя 9-да эюрцндцйц киmи 90-cı illərdə исtещсал вя tехнолоъи сtрук­tу­рунун дяйишmясиня сябяб олmушдур. Sonrakı illərdə bu prosesdə ciddi irəliləyişlər özünü göstərir.

Ясас капиtалын вя пассив (tикинtи гурашдырmа ишляри) вя акtив (mашын вя ава­дан­лыг) щиссяляринин нисбяtи биринжинин хейриня хейли дяйишmишдир. Юлкянин глобал tя­сяр­рцфаt сис­tеmиня гошулmасы зярурилийи mювжуд исtещсал апараtынын кюклц суряtдя йе­ниляш­mя­си­ни tяляб едир.

1998-1999-жу иллярдяn sonra ясас еtибариля харижи капиtалын жялб едилmяси щесабына ясас сянайе исtещсал фондларынын йениляшmяси яmсалынын аша­ьыдакы mялуmаtлардан эюрцндцйц киmи mцсбяt исtигаmяtдя дяйишmяси ся­на­йе поtенсиалынын перспекtиви бахыmындан ящяmиййяtлидир
Фондларын йениляшmяси яmсалы (фаизля)





1998

2000

2003

2004

2006

Сянайе цзря жяmи

О жцmлядян



2, 8

4. 8

21. 9

19. 2

13, 2

Хаm нефt вя tябии газ щасилаtы иля ялагядар хидmяtляр

4, 9

5. 1

29. 4

25. 9

15, 5

[44, 2005 с. 558].
Son illərdə iqtisadiyyat sahələrinə yönəldilmiş investisiyaların həcmi durmadan artır. 2002-2007-ci illər ərzində iqtisadiyyata yönəldilmiş investisiya­ların statistik göstəriciləri cədvəl 4. 8-dən daha aydın görünür.

Cədvəl № 4. 8
Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyalar*





1995

2000

2002

2003

2004

2005

2006

2007

Cəmi

























Mln. (AZN)

228. 0

1289. 8

2718. 0

4249. 2

5820. 4

6733. 4

7415. 6

9902. 7

mln. dollar

544. 4

1441. 4

2796. 6

4326, 2

5922, 7

7118. 5

8300. 4

11540. 3

Xarici inves­tisiyalar: mln. manat

78. 7

829. 5

2172. 0

3310. 9

4496. 4

4628. 5

4514. 2

5801. 0

mln. dollar

375, 1

927

2234, 9

3371, 0

4575, 9

4893, 2

5052. 8

6760. 3

Xüsusi çəkisi (%)

34, 5

64. 4

80. 0

77. 9

77. 3

68. 8

60. 9

58. 4

Daxili investisi-yalar:

























Mln manat

149, 3

460. 3

546, 0

938, 3

1324, 0

2104, 9

2901, 4

4101. 7

mln. dollar

168, 9

514. 4

561, 7

955, 2

1347, 2

2225, 3

3247, 6

4780. 0

Xüsusi çəkisi (%)

65, 5

35. 6

20. 0

20. 1

22. 0

31. 2

39. 1

41. 6

*[43, 2008, s. 124]
Bütün maliyyə mənbələri hesabına investisiyalar ümumilikdə 2002-2007-ci illər arasında iki dəfə artmışdır.

Daxili investisiyaların formalaşma mənbələrini iki qrupa bölmək olar (cədvəl 4. 9):

1. Dövlət sektoru (büdcə vəsaiti hesabına);

2. Qeyri-dövlət sektoru: Əhalinin şəxsi vəsaiti hesabına və müəssisə və təşkilatların vəsaiti hesabına;



Cədvəl 4. 9
Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə