VəLİyev dünyamali əMİr oğLU


Daxili investisiyaların formalaşma mənbələrinə görə bölgüsü (milyard AZN)



Yüklə 7,05 Mb.
səhifə16/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

Daxili investisiyaların formalaşma mənbələrinə görə bölgüsü (milyard AZN)




Göstəricilər



2001

2002

2003

2004

2005

2006

2007

Xüsusi çəki %

Xüsusi çəki %

Xüsusi çəki %

Xüsusi çəki %

Xüsusi çəki %

Xüsusi çəki %

Xüsusi çəki %

1

Daxili investisiyalar

100

100

100

100

100

100

100

1.


Büdcə vəsaiti hesabına

4. 9

7. 5

11. 2

8. 9

11. 5

14. 2

25. 1

2

Əhalinin şəxsi vəsaiti hesabına

12. 9

15. 9

13. 1

8. 4

8. 8

3. 8

3. 5

3

Müəssisə və təşkilatların vəsaiti hesabına

82. 2

76. 6

75. 7

82. 7

79. 7

70. 7

61. 6

4

Digər

-

-

-

-

-

11. 3

9. 8

İnkişaf etmiş ölkələrdə investisiyaların yalnız 20-25 %-i şirkətlərin öz vəsaiti (amortizasiya və mənfəət) hesabına həyata keçirildiyi halda, digər keçid iqtisadiyyatlı ölkələrdə olduğu kimi, Azərbaycanda da əsaslı qoyuluşların 70%-i firmaların hesabına maliyyələşdirilir. Bununla yanaşı, ölkəmizdə dövlət hesabına maliyyələşən kapital qoyuluşları mütləq rəqəmlərlə və nisbi olaraq aşağıdakı rəqəmlərdən göründüyü kimi durmadan artır.






2004

2005

2006

2007

2008 proqnoz

Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları(mln. man)

96. 9

159. 9

879. 6

1927. 2

2822. 0

ÜDM-da xüsusi şəkisi(%)

1. 14

1. 28

4. 88

7. 64

8. 97

Büdcədə xüsusi şəkisi(%)

6. 45

7. 47

23. 21

31. 80

33. 13

Son beş ildə dövlət kapital qoyuluşlarının fiziki həcmi 29. 1 dəfə artmış, indi və yaxın perspektivdə dinamik inkişafın əsasını təşkil etmişdir.

2007-ci ildə ölkə iqtisadiyyatına qoyulan investisiyalar başlıca olaraq daxili mənbələr hesabına artmışdır. İnvestisiya xərcləri əsasən qeyri-neft sektorunun inkişafı məqsədlərinə yönəldilmişdir.

Belə ki, əsas kapitala 6, 8 mlrd. AZN və ya ötən ildəkindən 17, 8% çox investisiya qoyulmuşdur. Ümumi investisiyaların 59, 6%-i daxili mənbələr hesabına həyata keçirilmişdir ki, bu da əvvəlki illə müqayisədə 13, 8 faiz bəndi çoxdur.

Daxili investisiyaların qoyuluşunun artımında büdcə vəsaitləri ilə yanaşı büdcədənkənar fondların vəsaitləri də mühüm rola malik olmuşdur. Büdcə vəsait­ləri hesabına maliyyələşən daxili investisiyaların həcmi 2 dəfə, büdcədənkənar fondlar isə 54% artmışdır. Əsas kapitala daxili investisiya qoyuluşlarının 42,6%-i büdcə vəsaitləri hesabına həyata keçirilmişdir. Müqayisə üçün, 2006-ci ilin müvafiq dövründə daxili investisiyaların ümumi həcmində büdcə vəsaitlərinin xüsusi çəkisi 14,2% təşkil etmişdir.

Neft sektoruna investisiyaların azalması xarici investisiyaların artım tempinin azalmasına əhəmiyyətli təsir etmişdir. Belə ki, investisiyaların 40,4%-i xarici mənbələr hesabına formalaşmışdır ki, bu da 2006-cı ilin müvafiq dövrünə nisbətən 13, 8% bəndi azdır.

Neft sektoruna qoyulan investisiyaların həm həcmi və həm də cəmi investisiyalarda xüsusi çəkisi artmışdır. Belə ki, 3,5 mlrd. AZN məbləğinə çatmış bu investisiyalar keçən illə müqayisədə 4, 8% artsa da, onun cəmi investisiyalarda xüsusi çəkisi 4,3 faiz bəndi azalaraq 51% təşkil etmişdir. Bu, investisiyaların başlıca olaraq qeyri-neft sektoruna yönəldilməsi ilə bağlıdır.

2007-ci il qeyri-neft sektoruna qoyulan investisiyaların artımı ilə xarakterizə olunur. Belə ki, qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi 28, 8% artmış, onun qeyri-neft ÜDM-ə nisbəti isə ötən illə müqayisədə 2, 8 faiz bəndi artaraq 35,7% təşkil etmişdir. 2007-ci ildə ümumi investisiyaların 49%-i qeyri-neft sektoruna yönəldilmişdir ki, bu da ötən illə müqayisədə 4, 3% bəndi çoxdur.

2007-ci ildə qeyri-neft sektoruna investisiyaların 19%-i nəqliyyatın, 7%-i emal sənayesinin, 4, 8%-i rabitənin inkişafı məqsədlərinə yönəldilmişdir.

Təqdirəlayiq haldır ki, daxili investisiyalarda əhalinin şəxsi vəsaiti hesabına yatırılan sərmayənin də xüsusi çəkisi artmaqdadır. Bu vəsait 2001-ci ildə 282, 2 milyard manat (12, 9%) olmuşdur və 2005-ci ildə əhalinin şəxsi vəsaiti hesabına yatırılan vəsait 2, 6 dəfə artaraq 726, 0 milyard manata (AZN) çatmışdır.

Cədvəl 4. 9-da daxili investisiyaların sahə strukturuna ayrı-ayrılıqda verilmiş və bu vəsaitlər bir sıra makroiqtisadi göstəricilərlə müqayisəsi edilmişdir.

Son illər respublikada mənzil tikintisinin sürətlə artımı müşahidə edilməkdədir. Belə ki, tikintinin ÜDM-də xüsusi çəkisi 2001-cü ildəki 5, 8%-dən 2006-ci ildə 10, 0%-ə yüksəlmişdir

İnvestisiyaların sənayenin və ölkə daxilində bütün sahələrin inkişafı üçün geniş istifadəsi ölkə iqtisadiyyatında yalnız neft sənayesinin deyil, qeyri-neft sektorunun inkişafına və ölkə iqtisadiyyatının daha da təkmilləşməsinə təkan verən bir addım kimi nəzərə çarpır.

İqtisadiyyatın sahələri üzrə investisiyadan istifadə edilməsi (faizlə).





2007

Xüsusi çəkisi, faizlə

İqtisadiyyatın sahələri üzrə, cəmi

100

O cümlədən:




Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı

3. 3

Balıqçılıq, balıqyetişdirmə

-

Sənaye

62. 2

Mədənçıxarma sənayesi

50. 5

Emal sənayesi

4. 1

Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi

7. 6

Daşınmaz əmlak, icarə və istehlakçılara xidmət

6. 5

Tikinti, nəqliyyat və rabitə

11. 7

Təhsil

1. 3

Səhiyyə

1. 3

Digər

2. 3

İnvestisiya mühitinin daha da yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 mart 2006-cı il tarixli «İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında» sərəncamı böyük əhəmiyyətə malik olmaqla, ölkənin qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha bir təzahürü kimi dəyərləndirilir. Ölkə iqtisadiyyatının qeyri-neft sahələrində sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edən «Azərbaycan İnvestisiya Şirkəti» Açıq Səhmdar Cəmiyyəti məhz həmin sərəncamla yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq investisiya siyasətinin düzgün həyata keçirilməsi nəticəsində ölkədə dayanıqlı inkişaf edən bazar iqtisadiyyatı daha da təkmilləşir, kiçik və orta sahibkarlığın inkişafı sürətlənir, əhalinin məşğulluğuna nail olunmaqla əmək ehtiyatlarından daha səmərəli istifadə təmin olunur.

2008-ci il dövlət büdcəsi layihəsinə əsasən 2008-2011-ci illər üzrə DİP çərçivəsində iqtisadi sahələrin inkişafına 10240, 8 mln AZN və ya 65, 7 %, sosial sahələrin inkişafına 3313 mln AZN və ya 21, 3 % nəzərdə tutulmuşdur. Növbəti dörd il ərzində investisiyanın 39, 4 %-i sənaye, energetika və nəqliyyat sektorlarına yönəldiləcəkdir. Bundan başqa, kommunal infrastruktur, su ehtiyatları və irriqasiya sektorlarına qoyulan investisiya xərcləri ümumi investisiya xərclərinin müvafiq olaraq 15, 4 və 9, 4 %-ni təşkil edir.

Ölkə başçısının “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” 30 mart 2006-cı il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan İnvesti­siya Şirkəti (AİŞ) də artıq fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşısına qoyulmuş vəzifələri icra edir. Yeni yaradılmış bu şirkətin əsas məqsədi ölkədə qeyri-neft sektorunda fəaliyyət göstərən kommersiya təşkilatlarına müddətli sərmayələr qoymaqla Azərbaycan iqtisadiyyatının bu sahə­si­nin inkişafına nail olmaqdır. Şirkət tərəfindən 50-dən artıq investisiya layihəsinə baxılmışdır. Artıq bir neçə layihənin reallaşdırılmasına başlanmışdır. Hazırda ölkə daxili investisiya layihələrinin həyata keçirilməsində iştirak edən AİŞ-in gələcəkdə digər ölkələrdə investisiya layihələrində iştirakı da başlanmışdır.

Yaxın perspektivdə Azərbaycan Respublikası üçün dövlət investisiya siya­səti ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə uyğun olaraq daha əlverişli investisiya mühitinin təmin edilməsi məqsədi ilə ümumi biznes şəraitinin yaxşılaş­dırılması, xüsusi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdiril­məsi, bütün investorlar üçün azad rəqabət mühitinin yaradılması, sabit normativ-hüquqi rejimin təmin edilməsi və iqtisadi sabitliyin qorunması prinsiplərinə əsaslanaraq aşağıdakı prioritetlərin həyata keçirilməsinə yönəldiləcəkdir:

a) infrastruktur sahələrinin inkişafı və onların obyektlərinin davamlı istismarının təmin edilməsi;

b) regionların tarazlı inkişafının təmin edilməsi;

c) insan kapitalının davamlı inkişaf etdirilməsi və sosial təminatın gücləndirilməsi.

a) İnfrastruktur sahələrinin inkişafı və davamlı istismarı. Dövlət investisiya siyasətinin başlıca məqsədi, vəsaitləri sosial və iqtisadi cəhətdən zəruri, lakin özəl sektor üçün cəlbedici olmayan layihələrə yönəltməkdir. Ona görə də 2008-2011-ci illərdə özəl sektorun inkişafı üçün əhəmiyyətli olan Azərbaycanın infrastuktur sahələrinin sürətli inkişaf dövrü olacaq. Orta müddətdə ölkənin mühüm infrastuktur obyektlərinin, o cümlədən, beynəlxalq magistral və daxili əhəmiyyətli yolların yeni­dənqurulması, içməli su və suvarma sistemlərinin bərpası və genişləndirilməsi, regionların qazla təminatının bərpası, kanalizasiya sistemlərinin bərpası üzrə investisiyaların həyata keçirilməsi nəzərdə tutulur.

b) Regionların tarazlı inkişafının təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2004-ci il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək və davamlı olaraq infrastruktur və sosial obyektlərin tikinti və yenidənqurulması ilə yanaşı qeyri-neft sektorunun inkişafı tədbirlərinin birgə olaraq həyata keçirilməsi, orta və uzunmüddətdə dayanıqlı inkişafı üçün zəmin yaradılır.

c) İnsan kapitalının davamlı inkişaf etdirilməsi və sosial təminatın güc­ləndirilməsi sahəsində təhsil, səhiyyə və sosial təminat obyektlərinin bərpası və genişləndirilməsi, onların maddi-texniki təchizatının gücləndirilməsi orta müddətdə prioritet məsələlər kimi qəbul olunmuşdur. 2011-ci ilə qədər ölkənin regionlarında məktəblərin tikintisi, yenidənqurulması və genişləndirilməsi nəzərdə tutulur. Məc­buri köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, onların iqtisadi vəziyyət­lərinin yüksəldilməsinin dəstəklənməsi istiqamətində əhəmiyyətli tədbirlər görülə­cəkdir. Gənclərin inkişafı və sağlam həyat tərzinin təşviqi və təmini üçün bir sıra regionlarda olimpiya mərkəzləri və idman kompleksləri yaradılacaq, ipoteka fondunun vəsaitləri artırılacaqdır.

2008-2011-ci illəri əhatə edən DİP üzrə xərclərin ümumi məbləğinin 15581 milyon manat olması planlaşdırılır ki, həmin məbləğin də 12362 milyon manatı daxili, 3219 milyon manatı isə xarici mənbələrdən maliyyələşdiriləcəkdir. Eyni zamanda proqram dövründə növbəti illərdə maliyyələşdirilmədə daxili mənbələrin payı artdıqca, xarici mənbələrin payının azalması gözlənilir.



Cədvəl 4. 10

2008-2011-ci illər üzrə Azərbaycan Respublikasının Dövlət İnvestisiya

Proqramının maliyyələşdirmə mənbələri üzrə strukturu


Mənbə

Ölçü

Vahidi

2008

2009

2010

2011

2008-2011

cəmi

Daxili vəsait hesabına

mln AZN

3374

3243

3035

2710

12362

xüsusi çəkisi

%

83, 4

76, 6

77, 2

79, 8

79, 3

Dövlət büdcəsi

mln AZN

2841

3000

2815

2660

11316

xüsusi çəkisi

%

70, 2

70, 8

71, 5

78, 3

72, 6

Dövlət Neft Fondu

mln AZN

533

243

220

50

1046

xüsusi çəkisi

%

13, 2

5, 8

5, 7

1, 5

6, 7

Xarici kreditlər hesabına

mln AZN

670

990

872

687

3219

xüsusi çəkisi

%

16, 6

23, 4

22, 8

20, 2

20, 7

Cəmi

mln AZN

4044

4233

3907

3397

15581

2008-ci ildə ümumi investisiya xərcləri çərçivəsində daxili mənbələrin payı 3374 milyon manat, xarici mənbələrin payı isə 670 milyon manat təşkil edəcəkdir. Dövlət büdcəsindən investisiya xərclərinə 2841 milyon manat və ya 2007-ci ilin dəqiqləşdirilmiş xərclərinə nisbətən 50 % çox vəsait yönəldiləcəkdir.

“Azərbaycan Respublikasının dövlət investisiya proqramı” ölkə iqtisadiy­yatının, əsasən qeyri-neft sektorlarının davamlı olaraq yüksək artım templəri ilə dinamik və tarazlı inkişafına, əhalinin iqtisadi və sosial tələbatının daha yüksək sə­viyyədə təmin olunmasına, regionlararası inkişaf səviyyəsində olan fərqin azaldılmasına, optimal strukturuna nail olunmasına, ixrac potensialının yüksəldil­məsinə, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin qorun­masına yönəlmiş dövlət əhəmiyyətli investisiya layihələrinin həyata keçirilməsini təmin etmək məqsədilə xidmət edir.

Respublikada neft gəlirlərinin istifadəsi təsdiq edilmiş “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya” ilə müəyyən edilmiş prinsiplər əsasında həyata keçirilir.

Qloballaşma dövründə iqtisadi strukturun diversifikasiyasının təmin edilməsi üçün investisiyaların neft və qeyri-neft sektorları arasında səmərəli bölgüsü mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi neft kontraktlarının icrası üçün böyük miqyasda investisiyalar tələb olunur. Neft və qeyri-neft sektorları arasında investisiyaların bölgüsü 1995-2007-ci illərdə aşağıdakı nisbətdə (faizlə) həyata keçirilmişdir. [44, 2007, s. 476]:





1995

2000

2001

2002

2003

2004

2005

2006

2007

Neft sektoruna

40. 6

51. 9

58. 7

68. 8

73. 2

75. 3

65. 2

54. 7

51. 0

Qeyri-neft sektoruna

59. 4

48. 1

41. 3

31. 2

26. 8

24. 7

34. 8

45. 3

49. 0


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə