Vii. Uluslararasi



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə136/159
tarix06.05.2018
ölçüsü3,89 Mb.
#42938
1   ...   132   133   134   135   136   137   138   139   ...   159

 

VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ 

347 


 

2013-cü ildə  Muzeydə  Azərbaycanın  paytaxtı  Bakının  erməni-  bolşevik 

qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və 

Bakının  azad  edilməsi-  95”  adlı  sərginin  açılışı  olmuşdur.  Sərgi  Milli  Azərbaycan 

Tarixi  Muzeyi,  Türkiyə  Respublikasının  Azərbaycan  Respublikasındakı  səfirliyi, 

Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin birgə səyləri ilə təşkil olunmuşdur.  

Son  dövrlər  Muzeyin  elmi-mədəni  həyatında  böyük  uğurlar  əldə  edilmişdir. 

Muzeyin  bir  sıra  əməkdaşları  Türkiyədə  keçirilən  elmi  simpozium,  konfrans, 

forumlarda məruzə ilə çıxış etmişlər.  

Milli  Azərbaycan  Tarixi  Muzeyinin Elmi  işlər  üzrə  direktor  müavini,  t.ü.e.d. 

Nərgiz Əliyeva Türkiyənin Samsun şəhərində keçirilən “Keçmişdən bugünə: Şəhər 

və  qadın”  adlı  V  Beynəlxalq  Simpoziumda  iştirak  etmişdir.  Samsun  şəhəri  Canik 

bələdiyyə  rəhbəri  Osman  Gencin  sədrliyi və  prof.  Osman  Kösenin  təşkilatçılığı ilə 

keçirilən  tədbirdə  N.Əliyeva   “XIX-XX  əsrlərdə  azərbaycanlı  qadın  geyimlərində 

milli-dini dəyərlər” mövzusunda məruzə ilə çıxış etmişdir (5). 

TÜRKSOY  (20  illik  yubileyi),  T.C.  Kültür  Bakanlığı,  Bursa  Böyük  Şəhər  

Bələdiyəsi,  TBMM  Milli  Sarayların  təşkilatçılığı  ilə,  2013-cü  il  tarixində  Türkiyə 

Cumhuriyyətinin  Bursa  və  İstanbul  şəhərində  keçirilən  “Türk  Dünyasının  Mədəni 

Mirası ve  Müzeylər”  adlı  Beynəlxalq  Forumu  baş  tutmuşdur.  Beynəlxalq Forumda 

Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiya  təhlükəsizliyi  üzrə direktor müavini, 

t.ü.f.d.  Həbibə  Əliyeva    «Günümüzdəki  Azərbaycan  Muzeyləri»  adlı  məruzəsi  ilə 

çıxış etmişdir.  

Forumda  türkdilli  ölkələrin  elmi  müəssisə  tədqiqatçıları  muzeylərin 

qorunması,  materalların  toplanması,  muzeylərin  müasir  durumu  və  inkişaf 

perespektivləri,  modern  muzeylər,  muzey  materiallarının  restovrasiya  və 

konservasiyası,  dünya  muzeyləri  ilə  yaranacaq  əlaqələr,  muzyelərin  təbliğ  və 

reklamları haqqında dərin  məzmunlu və çox  maraqlı məruzələrlə çıxış etmişlər.  

Milli  Azərbaycan  Tarixi  Muzeyinin  elmi  işçisi  t.ü.f.d.  Əli  Fərhadovun  “Mir 

Məhəmməd  Kərim  əl-Bakuvinin  “Kəşfül-həqayiq”  əsərində  dini,  təsəvvüfi və  ədəbi 

rəmzlər”  adlı  məruzəsi  2013-cü  ildə  Eskişehirde  “Qafqazdan  Anadoluya 

mədəniyyət  körpülərimiz”  beynəlxalq  Seyid  Yəhya  Şirvani  və  xəlvətilik 

simpoziumunun məqalələr  toplusunda dərc olunmuşdur (5).  

Keçmiş  Qafqaz  Universiteti  (indiki  Bakı  Mühəndislik  Universiteti)  tərəfindən 

nəşr  edilmiş  “Azərbaycan  –Türkiyə  əlaqələri  və  Heydər  Əliyev  (1-ci  kitab),  1991-

2001” kitabında Azərbaycan – Türkiyə mədəni əlaqələrinin 1991-2001-ci illər dövrü 

xronoloji  ardıcıllıqla  təqdim  edilir,  “İki  dövlət,  bir  millət”  arasındakı  mədəniyyət 

əlaqələrinin inkişafında Heydər Əliyev fenomeninin rolu faktik materiallar əsasında 

geniş  şərh  edilir  (1).  Onu  da  qeyd  edək  ki,  keçmiş  Qafqaz  Universitetinin  elmi-

mədəni fəaliyyətində Azərbaycan tarixinin, fəlsəfəsinin araşdırılması da xüsusi yer 

tutmuşdur.  Məsələn,  Universitetin  keçmiş  əməkdaşı,  prof.  Mehmet  Rıhtımın 

bilavasitə  rəhbərliyi  altında,  Milli  Azərbaycan  Tarixi  Muzeyinin  əməkdaşı,  t.ü.f.d. 

Ə.Fərhadovun  redaktə və  tərcüməsi ilə    Azərbaycanın  XV  əsr  sufisi  Seyid  Yəhya 

Şirvaninin, XIX əsr sufisi Seyid Nigarinin həyat və yaradıcılığını əks etdirən əsərlər 

əski  türkcədən  müasir  azərbaycan  dilinə  çevrilmişdir  (6).  Prof.  Mehmet  Rıhtım 

tərəfindən  Milli  Azərbaycan  Tarixi  Muzeyinə  Azərbaycanın  milli-mənəvi  irsini  əks 

etdirən onlarla ərəb, fars, türkdilli əlyazmalar da bağışlanılmışdır. Muzeyə hədiyyə 

edilən  XVIII  əsrə  aid  əmmamə  etnoqrafik  eksponatı  xüsusi  qeyd  etmək  lazımdlr. 

İstanbulda Eyüb Sultan tərəfdə tapılan Xəlvətiliyin Sivasi qoluna aid əmmamə sufi 

(Xəlvətiyyə) təriqətinə məxsusdur (5). 



VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

348 


Müasir  dövrdə  Azərbaycan-Türkiyə  mədəni  əlaqələri  daha  da  genişlənir  və 

bu  sahədə  böyük  uğurlar  əldə  edilmişdir.  Masallıda    keçirilən  beynəlxalq  folklor 

festivalında iki ildir ki, Türkiyənin tanınmış folklor qrupları təmsil olunur. Kollektivin 

çıxışı böyük maraqla qarşılanıb və əlbəttə ki, bu amil qarşıdakı illərdə çiyinlərimizə 

belə tədbirlərə daha böyük  səylə qatılma məsuliyyətini qoyur. Tarixi xüsusiyyətləri 

və mədəni fəaliyyətləri ilə bütünləşən Şəki təkcə Azərbaycanda deyil, Türkiyədə də 

diqqət  çəkən  bir  şəhər    olmaq  yolundadır.  “İpək  yolu”  festivalına  TRT-nin  “Axşam 

səfası” musiqi qrupu ilə qatılımışdıq və çox yüksək səviyyədə qarşılandıq.  

Son  vaxtlar  Azərbaycanla  Türkiyə  arasında  “Qardaş  şəhərlər”  layihəsi  də 

genişlənməkdədir  (8).  Qarşılıqlı  əlaqələrdə,  xalqlarımızın  bir-birini  daha  yaxından 

tanımasında  bu  layihənin  böyük  əhəmiyyəti  var.  Türkiyədə  Azərbaycan  mənşəli 

çoxlu vətəndaşlar yaşayır. Bu ölkədə çoxlu fəaliyyətlər həyata keçirmək, daha çox 

şəhərlərə  getmək  lazımdır.  Bu  mənada  xüsusilə  də,  “qardaş  şəhər”  münasibətləri 

önəmlidir.  Ona  görə  ki,  şəhərin  bir-birini  tanıması lazımdır.  Məsələn,  Məramda  bir 

park  salıb  və  adını  da  Şəki  qoyublar.  Bu  şəhərdə  Azərbayacan  və  Türkiyə 

bayraqlarının  yanaşı  asılması,  Şəki  adına  da  park  salınması  önəmli  hadisədir  və 

insanlar  da  bunu  görür.  Bundan  başqa,  Sumqayıtla  Samsun,  Masallı  ilə  Sandıklı, 

Bakı ilə  İzmir,  Abşeronla  Bursanın  İldırım ilçəsi  arasında  da  dostluq var  ki,  bunun 

artırılması lazımdır. 

Ankarada,  İstanbulda,  İzmirdə,  əski  şəhərdə  türk  folklor  konqresində  Aşıq 

Ələsgərin  adını  Yunis  İmrə,  Pirsultan  Abdal,  Ərzurumlu  Əmrah,  Gövhəri  kimi 

qüdrətli  saz  şairləri  ilə  bir  sırada  çəkirlər.  Türkiyə  Folklor  Araşdırmaları 

Akademiyasının prezidenti İrfan Ünver Nəsrəddin oğlu aşıq Ələsgərin yaradıcılığını 

çox  yüksək  qiymətləndirir  və  folklorşünas  Nizaməddin  Onk  ömrünü  A.Ələsgərə 

həsr etmişdir (9, s. 15).  

Azərbaycan və  Türkiyə mədəni  əlaqələrinin  inkişafında mühüm  rol  oynayan 

və  1992-ci  ilin  iyun  ayında  İstanbul  şəhərində  6  ölkənin  mədəniyyət  nazirləri 

tərəfindən  bünövrəsi  qoyulan  Türkdilli  Ölkələrin  Mədəniyyət  Nazirlərinin  Daimi 

Şurasının (TURKSOY) (7, s.344) 2003-cü il fevralın 5-də Bakı Muzey Mərkəzində 

növbəti  19-cu  iclası  keçirilmişdir.  İclasda  türkdilli  ölkələrin,  o  cümlədən  6  müstəqil 

dövlətin  və  Rusiya  Federasiyasının  subyekti  olan  6  türkdilli  respublikanın 

mədəniyyət  nazirləri iştirak  etmişlər.  Mədəniyyət  nazirləri  türkdilli xalqların mədəni 

inteqrasiyasında,  bu  qədim,  zəngin  irsin  araşdırılıb  üzə  çıxarılmasında,  dünyada 

geniş  təbliğ  olunmasında,  muxtəlif  mədəni  layihələrin  gerçəkləşməsində 

TURKSOY ilə qurduğu əməkdaşlıq əlaqələrindən danışmışlar (4, s. 241).  

2001-ci il mart ayının 9-da Azərbaycanda Ataturk Mərkəzi yarandı ki, həmin 

Mərkəzin qarşısına “Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi 

və ilk Prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm 

yeri  nəzərə  alaraq  Atatürk  irsini,  ümumiyyətlə  türk  tarixi  və  mədəniyyətinin  daha 

dərindən  öyrənilməsi  və  təbliğ  olunması”  vəzifəsi  qoyuldu.  Azərbaycanda  Atatürk 

Mərkəzinin əsasnaməsi təsdiq olunandan cəmisi bir necə ay sonra – 2002-ci ilin ilk 

günlərindən onun kifayət qədər məhsuldar fəaliyyəti başladı (2, s.6). Azərbaycanda 

Atatürk  Mərkəzinin  yaradılmasından  ötən  qısa  müddət  ərzində  Azərbaycan  – 

Türkiyə  elmi-mədəni  əlaqələrinin  möhkəmlənməsi  və  inkişafı  baxımından  bir  sıra 

əhəmiyyətli  işlər  görülmüş,  elmi  konfranslar  təşkil  edilmiş,  mədəniyyət  tariximizə 

dair  araşdırmalar  aparılmış  və  hər  iki  ölkənin  rəsmi  nümayəndələri,  yaradıcı 

insanları və mədəniyyət xadimləri ilə çoxsaylı görüşlər keçirilmişdir. Yarandığı qısa 

bir  muddət  ərzində  mərkəz  xalqlarımızın  mədəniyyət  tarixində  muhum  hadisələrə 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə