Vii. Uluslararasi



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə138/159
tarix06.05.2018
ölçüsü3,89 Mb.
#42938
1   ...   134   135   136   137   138   139   140   141   ...   159

 

VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ 

352 


 

olaraq,  ayrılıqda  hər  bir  ölkə  özünəməxsus  zəngin  və  qədim  musiqi 

mədəniyyətlərinə  malikdir.  Eyni  zamanda,  bu  ölkələr  arasında  qarşılıqlı  əlaqələr, 

Avropa  musiqisində  formalaşan  bir  çox  janrların  Azərbaycan  bəstəkarlarının 

yaradıcılığında  mənimsənilməsi  və  yeni  mövzu  ilə  zənginləşməsi,  ifaçılıq 

ənənələrindən  bəhrələnmə  Azərbaycan  musiqi  mədəniyyətində  multikultural 

dəyərlərin inkişaf etməsinə şərait yaratmışdır.  

Multikulturalizm  ölkədə  və  bütövlükdə  dünyada  müxtəlif  millətlərə  və 

məzhəblərə  məxsus  insanların  mədəni  müxtəlifliklərinin  qorunmasına,  inkişafına, 

azsaylı  xalqların  dövlətlərin  milli  mədəniyyətinə  inteqrasiyasına  yönəldilmişdir. 

Multikulturalizm  cəmiyyətdə  humanizmin,  tolerantlığın  təcəssümü  olub,  insanlar 

arasında  qarşılıqlı  anlaşma,  qarşılıqlı  zənginləşmə,  dostluq  və  əməkdaşlıq 

mühitinin  yaradılmasına  xidmət  edir. 

Mədəniyyətlərin  və  sivilizasiyaların 

dialoqundan  irəli  gələn  multikulturalizm  ənənələri  özündə  onların  mahiyyətini, 

xüsusiyyətlərini, tarixini və nailiyyətlərini ehtiva edir. 

 

Azərbaycan  musiqisində  dünya  mədəniyyətinə  müraciət  demək  olar  ki, 



bütün  dövrlərdə  özünü  göstərmişdir.  Azərbaycan  bəstəkarlıq  məktəbinin  banisi 

Ü.Hacıbəylinin ilk əsərlərindən başlayaraq, daha sonra Azərbaycan bəstəkarlarının 

böyük  bir  nəslinin  inkişaf  etdiyi  dövrlərdə  digər  xalqların  ədəbiyyatına, 

mədəniyyətinə,  müxtəlif  dini  inamlı  insanların  həyatı  ilə  bağlı  mövzulara  müraciət 

olunub. Lakin bütün bunlar hər dövrdə müxtəlif xarakter kəsb edib və müxtəlif janrlı 

əsərlərdə  təmsil  olunub.  Biz  bu  prosesi  oratoriya  janrının  timsalında  izləyərək,  öz 

qənaətlərimizi diqqətinizə çatdırmaq istərdik.  

Oratoriya  XVI-XVII  əsrlərdə,  demək  olar  ki,  opera və kantata  kimi janrlarla 

bir  dövrdə  meydana  gəlmişdir.  Lakin  oratoriya  ifaçılıq  tərkibinə  görə  adı  çəkilən 

janrlara  yaxın  olsa  da,  özünəməxsus  janr  xüsusiyyətlərinə  malik  olub,  teatr 

səhnəsinin  şərtiliklərindən  kənarda,  konsert  səhnəsində  ifa  olunmasına  görə 

operadan,  ardıcıl  süjet  xəttinə  malik  olmasına  görə  kantatadan  fərqlənir.  Musiqi 

tarixində əsasən bu janrların inkişafı yanaşı və qarşılıqlı təsir şəraitində olmuşdur. 

Təsadüfi  deyil  ki,  musiqi  tarixinə  aid  tədqiqatlarda  oratoriya  və  kantata  janrlarının 

adı  yanaşı  çəkilir.  Müasir  dövrdə  isə  bir  çox  əsərlərin  məhz  üç  janrın  -  opera, 

oratoriya  və  kantata  janrlarının  qovuşmasında  meydana  gəldiyini  müşahidə  edə 

bilərik.  

Oratoriya solo ariyalardan, reçitativlərdən, ansambl və xorlardan ibarətdir və 

dramatik süjetin inkişafına əsaslanır. Oratoriyanın əsas cəhətlərindən biri dramatik 

hərəkətə  nisbətən  rəvayətliliyin  üstünlük  təşkil  etməsidir,  yəni  bu  -    hadisələrin, 

səhnə  hərəkətinin  nümayişi  deyil,  onlar  haqqında  hekayətdir. Oratoriya janrı  üçün 

mövzunun dramatik və qəhrəmani-epik planda açılması xarakterikdir. 

Oratoriya janrı Orta əsrlər dövründən başlayaraq, müasir dövrə kimi, demək 

olar ki, həm Avropa, həm rus-sovet, həm də Azərbaycan musiqisində böyük inkişaf 

yolu  keçmişdir.  Avropa  musiqisində  ilk  oratoriyalar  dini  mövzulara,  Bibliya 

mətnlərinə  əsaslanaraq,  kilsədə  ifa  olunmaq  üçün  nəzərdə  tutulurdu.  Getdikcə 

oratoriyalarda,  eyni  zamanda,  həyat  və  məişət  hadisələri  ilə  bağlı  süjetlər  də  öz 

əksini tapmış, daha sonralar isə ictimai-siyasi hadisələrlə bağlı mövzular ön plana 

çəkilmişdir. 

XVIII  əsrdə  G.F.Hendelin  “Samson”,  “Messiya”  və  b.  oratoriyaları  janrın 

inkişafında mühüm mərhələ olmuşdur. Həmin dövrdə İ.S.Baxın dini mövzulu vokal-

instrumental  əsərləri  -  “Matveyin  İztirabları”,  “İoannın  İztirabları”  passionları  və  s. 

oratoriya  janrına  əhəmiyyətli  dərəcədə  yeni  cizgilər  gətirmişdir.  Qərbi  Avropa 



VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

353 


musiqisində sonrakı dövrlərdə Y.Haydn, V.A.Motsart, L.V.Bethoven, F.Mendelson, 

F.Şubert,  R.Şuman,  C.Rossini,  H.Berlioz,  S.Monyuşko,  A.Brukner,  Q.Volf,  F.List, 

C.Verdi,  Ş.Quno,  J.Bize,  S.Fran,  K.Sen-Sans,  A.Dvorjak,  İ.Brams,  K.Debüssi, 

K.Orf, B.Britten və başqa bəstəkarların yaradıcılığında da oratoriya janrının maraqlı 

nümunələri  meydana  gəlmişdir.  Bunların  əksəriyyətində  dini  mövzu  aparıcı 

əhəmiyyət kəsb edir  

XIX  əsr  rus  musiqisində  və  xüsusilə  XX  əsrdə,  sovet  dövründə  oratoriya 

janrı  çox  inkişaf  etmişdir.  Bu  baxımdan,  S.Prokofyev,  D.Şostakoviç,  İ.Stravinski, 

G.Sviridov  və  b.  bəstəkarların  oratoriyaları  müxtəlif  məzmunlu  rəngarəng  əsərlər 

kimi  diqqəti  cəlb  edir.  İnkişaf  prosesində  oratoriyalara  ənənəvi  dini  mövzu  ilə 

yanaşı,  ictimai-sosial,  siyasi  və  hərbi  tematika  daxil  olur.  Məsələn,  S.Prokofyevin 

“Sülhün  keşiyində”,  D.Şostakoviçin  “Meşələr  haqqında  mahnı”  və  s.  oratoriyaları 

qeyd edə bilərik.  

Azərbaycan  musiqisində  oratoriya  janrının  çiçəklənməsi  və  bir  janr  kimi 

özunu  təsdiq  etməsi  məhz  XX  əsrin  60-70-ci  illərinə  təsadüf  edir  ki,  bu  da 

Azərbaycanda siyasi mühitin yetişməsi ilə bağlı idi və müasir həyatın ictimai-siyasi 

durumunun,  real  həyati  hadisələrinin  qabarıq  əks  olunmasında  əhəmiyyətli  rol 

oynamışdır.  

Nəzərə  almalıyıq  ki,  dövrün  ab-havasının,  yaşanılan  mühitin  ictimai-siyasi 

durumunun  işıqlandırılmasında  oratoriya  janrı  daha  əlverişli  olması  ilə  fərqlənir. 

Belə ki, möhtəşəm ideyalardan yaranaraq meydana gələn bu janr irihəcmli olmaqla 

yanaşı,  baş  verən  hadisələrin,  məzmunun  hərtərəfli  açılmasında  müstəsna  rol 

oynayır, məzmun baxımından rəngarənglik daha çox nəzərə çarpır. Çünki mövcud 

ictimai-siyasi  şəraitin  obrazlı  və  dramaturji  ifadəsinin  ən  bariz  nümunəsi  oratoriya 

janrının zəminində həyata keçirilmişdir.  

Azərbaycan bəstəkarlarının oratoriya yaradıcılığı timsalında multikulturalizm 

ənənələrinin müxtəlif aspektlərdə təzahürlərini görürük. Artıq Avropada, xristian dini 

mühitində,  Bibliya  süjetləri  əsasında  yaranmış  oratoriya  janrının  Azərbaycan 

musiqisində təşəkkülü və milli zəmində inkişafı müxtəlif dinlərə və müxtəlif xalqlara 

məxsus milli dəyərlərin birləşməsinin və multikulturalizm ənənələrinin təcəssümünü 

nümayiş  etdirir.  Eyni  zamanda,  oratoriya  janrında  özünü  göstərən  mövzularda  da 

multikulturalizm ənənələrinin təzahürlərini qeyd edə bilərik. 

Azərbaycan  bəstəkarlarının  oratoriya  yaradıcılığında  bir  neçə  mövzu 

istiqaməti özünü göstərir. Bunları belə xarakterizə etmək olar: 1) tarixi şəxsiyyətlərə 

-  görkəmlil  şair  və  dövlət  xadimlərinə  həsr  olunmuş  mövzular;  2)  Şəhidlik, 

qəhrəmani-vətənpərvərlik  mövzusu;  Vətənin  müstəqillilyi  və  azadlığı  uğrunda 

canından  keçmiş  qəhrəmanlara  və  XX  əsrdə  Azərbaycan  tarixində,  eləcə  də 

Türkiyə  tarixində  baş  vermiş  hadisələrlə  bağlı  mövzular;  3)  Dini-tolerantlıq 

mövzusunun təcəssümü.  

Hər  bir  mövzu  istiqaməti  ümumiyyətlə  Azərbaycan  musiqisində  geniş 

işlənilmişdir. Bəstəkarlar bu mövzuda müxtəlif janrlı əsərlər yaratmışlar. Burada biz 

yalnız oratoriya janrına aid əsərləri qeyd edirik.  

Birinci  istiqamətlə  bağlı  olaraq,  Cahangir  Cahangirovun  “Sabir”,  “Hüseyn 

Cavid”,  Ramiz  Mustafayevin  “Nizami”,  “Hüseyn  Cavid”,  “Nəriman  Nərimanov” 

oratoriyalarını göstərmək olar. Bu əsərlər Azərbaycanın dahi şairləri Mirzə Ələkbər 

Sabirin, Hüseyn Cavidin, tanınmış dövlət xadimi Nəriman Nərimanovun yubileyləri 

münasibəti  ilə  yaranmışdır.  Bəstəkarlar  əsərlərin  məzmununda  onların  yaradıcılıq 

irsinə əsaslanmışlar. Bu halda oratoriya janrının məzmununda yeni xüsusiyyətlərin 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə