Vii. Uluslararasi



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə134/159
tarix06.05.2018
ölçüsü3,89 Mb.
#42938
1   ...   130   131   132   133   134   135   136   137   ...   159

 

VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ 

341 


 

üsulu  ilə  bəzədilib.    Astarı  buta  naxışlı  çit  parçadandır.  Kənarları  üçkünc  formalı 

tikmə  naxışlarla  bəzədilmiş  qırmızı  rəngli  parça  hissəsi  (14x8.5sm  ölçüdə)  atma 

qolları  kürəkdə  birləşdirilir.  Qeyd  edək  ki,  bu  geyim  tipi  vaxtilə  türk  xalqları  arasında 

geniş  yayılmışdır  və  Azərbaycan  milli  geyimləri  arasında  əsas  yerlərdən  birini  tutan 

çəpkənin ilkin formasıdır (Şəkil 1,2), (Abdulova, 2015:12). 

Tikmə  sənətinin  araşdırılması  baxımından,  fondda  mühafizə  edilən  araqçınlar 

böyük  maraq  kəsb  edir.  Araqçınların  üzərində  doldurma  tikmələrə  geniş  şəkildə    rast 

gəlinir.  Araqçının  üzərində  doldurma  texnikasıyla  işlənən  qabarıq  dairələri  görə  bilərik. 

Maraqlıdır ki, quşgözü dediyimiz tikmələr doldurma üsulu ilə ərsəyə gəlib.  Bunu biz EF 

1637, EF 1578, EF 1759  nömrəli araqçınların  üzərində izləyə bilərik (Şəkil 3,4). 

 Ənənəvi  türk  evlərinin  daxili  interyerlərinin    bəzədilməsində  divar  bəzəkləri 

önəmli  yer  tutur.  Buna  görə  də  tikmə  nümunələri  arasında  çoxlu  sayda  divar 

bəzəklərinə rast gələ bilərik. Bəzi inventarlar “süzəni” adı ilə geydə alınmışdır. Süzəni 

ifadəsi əsasən özbəklər arasında geniş yayılmışdır. Ola bilsin ki, Azərbaycana bu ifadə 

ticarət-iqtisadi  əlaqələr,  etnik-mədəni  təmas  nəticəsində  gəlmişdir.  Süzəni  tikmələrinin 

tarixi  mərkəzləri  əsasən  Buxara,  Nurata, Şəxrisəbz,  Səmərgənd  və  Daşkənd  şəhərləri 

hesab  olunur.  Süzəni    pələkdən  fərgli  olaraq  bütövlüklə  tikmələrlə  bəzədilirdi.  Bu  tip 

divar  bəzəkləri  özbəklərdə  XVIII  əsrin  sonralarından  istifadə  edilirdi.  İnama  görə, 

tikməçi  qadın  tikmənin  sonuncu  ilməsini  natamam  saxlayırdı,  çünki  başa  çatmış  tikmə 

onun  həyatının  sonunu  simvolizə  edirdi  (Хакимова,  2016:1624).    Bu  inam 

Azərbaycanda da geniş yayılmışdır.   

 Digər  marqlı  divar  bəzəyi  özünəməxsus  doldurma  texnikası  ilə  icra  olunub. 

Yerli  qanovuz  parçanın  üzərində  nəbati  naxışlar  həkk  olunub.  Bu  naxışlar  qayınağacı 

yarpaqlarına  oxşayır.  Tikmə  texnikası  çox  maraqlıdır.  Doldurma  ilmələr  adətən  eyni 

qaydada  sıx-sıx  naxışı  doldurur.  Bu  tikmə  də  isə  ilmənin  biri  bütöv  uzun,  digəri  qırıq 

xətlər  kimi  icra  olunub.  Bu  qaydada  naxış  bütövlüklə  doldurulur.  Göstərilən  tikmə 

texnikası  başqa  tikmələrdə  rast  gəlinməyib  və  ola  bilsin  ki,  bu  tikmə  nümunəsi  başqa 

xalqa məxsusdur (Şəkil 5).   

 Kişi  aksesuarlarına  aid  olan  EF  nomrəli  qobur  maraqlı  eksponatlardan  biridir. 

Qoburun  üstü  nəbati  naxışlarla  bəzədilib.  Xalçalarda,  divar  bəzəklərində  olduğu  kimi, 

əsas kompozisiya zərif bir   haşiyəyə alinib. Tikmə texnikasına gəldikdə, burada da biz 

güləbətin və doldurma tikmənin vəhdətin görürük (Şəkil 6).  

 Maraqlı  eksponatlardan  biri  EF  2244  nömrəli  boğçadır.  Bədii  doldurma  üsulu 

ilə  narıncı  rəngli  parça  üzərində  nəbati  naxışlar  icra  olunub.  Güldan  şəklində  olan 

naxışlara dəmir piləklər xüsusi gözəllik verir (Şəkil 7). Eyni texnologiya və üsulla ərsəyə 

gələn digər nümunəni də göstərə bilərik.    

 At  bəzəklərinə  gəldikdə,  Milli  Azərbaycan  Tarixi  Muzeyində  sərgilənən  XIX 

əsrə aid olan yəhərüstü də göstərə bilərik. Örtmə üsulu ilə güləbətin saplarla bəzədilmiş 

yəhərüstundə biz  pilək tikməyə rast gəlirik. (Şəkil 8) 

Dini  məzmunlu  tikmələrə  gəldikdə  bura  doldurma  üsulu  ilə  bəzənən 

canamazları  aid  etmək  olar.  Namaz  qılınarkən    istifadə  olunan  canamazlar  dini  motivli 

naxışlarla bəzənilirdi. Bu da onlara daha çox  yaraşıq verməklə yanaşı, onun daha çox 

hansı  məqsədlərlə  istifadə  olunduğunu  göstərirdi.  EF  2529  nömrəli  canamaz  bədii 

örtmə  üsulu  ilə  tikilib.  Tikmənin  ortasında  səkkiz  güşəli  ulduz  həkk  olunub.  Nəbati 

naxışlar canamaza xüsusi gözəllik verir  (Şəkil 9).  

EF  3982  nömrəli  canamaz  güləbətin  və  doldurma  tikmənin  vəhdətindən 

yaranıb. Naxışlar canamazlara xass olan stildə tərtib olunub. Hamar doldurma texnikası 

ilə icra olunub (Şəkil 10).  

 

 



 


VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

342 


NƏTİCƏ 

Beləliklə,  məqalə  doldurma  sənətinin  tarixindən,  məişətdə  istifadəsindən  bəhs 

edir.  Tədqiqata  muzey  materialları  da  cəlb  olunmuşdur.  Doldurma  tikmə  məmulatları 

türk  xalqlarının  məişətində  geniş  yer  tutur.  Azərbaycan  xalq  tətbiqi  sənətinin  gözəl  və 

əvəzolunmaz nümunələrindən olan tikmələr özündə  xalqımızın etnoqrafıyasını, tarixini, 

mədəniyyətini və adət-ənənəsini əks etdirir. Yəni bu tikmələrə baxaraq indi getdikcə yox 

olan  adət-ənənələrimiz,  vaxtilə  gündəlik  həyatımızın  ayrılmaz  hissəsi  olan  nümunələr, 

tikmələr  haqqında  təsəvvür  əldə  edirik.  Bununla  da  öz  zəngin  mədəniyyətimizi 

qoruyaraq gələcək nəsillərə çatdırımış oluruq.  

 Şəkil 1 

 Şəkil 2 

 Şəkil 3 

 Şəkil4 

 Şəkil 5 

 Şəkil 6 

 Şəkil 7 

 Şəkil 8 

 Şəkil 9 

 Şəkil 10 

İSTIFADƏ EDILMIŞ MƏNBƏ VƏ ƏDƏBIYYAT SIYAHISI 

Fond materialları: 

1.Araqçın EF 1578, 1637, 1759

2. Boxça EF 2244

3. Divar bəzəyi EF 2246

4. Qobur EF 5398

5. Xalat EF 190

6. Yəhərüstü EF 1732

Ədəbiyyat siyahısı: 

7. Abdulova G. S., 2014. Azərbaycan tikmələri//Azərbaycan xalçları cild 4 № 11

8. Abdulova  G.  S.,  2015.  Milli  geyimlərdə  qədim  türk  damğaları//  V  Respublika  elmi

konfransın materialları. 

9. Əliyeva G., 1990. Azərbaycan bədii parça və tikmələri XIX-XX əsrlərdə. Bakı



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə