Vii. Uluslararasi



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə133/159
tarix06.05.2018
ölçüsü3,89 Mb.
#42938
1   ...   129   130   131   132   133   134   135   136   ...   159

VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

338 


çalışmaya  başlamış,  Aşıklar,  Kaplıcada  gibi  yapıtlarında  organik  yuvarlak  formlar 

yaratmış, ayrıca bakır levhalarla figürsüz yapıtlarda üretmiştir.”

8

   



Resim 13: Hadi Bara’nın Başı 

KAYNAKÇA 

GEZER  Hüseyin,  Cumhuriyet  Dönemi  Türk  Heykeli,  Türkiye  İş  Bankası  Kültür 

Yayınları. 

BERK  N.,  GEZER  H.,  Cumhuriyetin  Ellinci  Yılı  Dizisi 2,  Türkiye  İş  Bankası  Kültür 

Yayınları, 1.Basım, 1973 

TANSUĞ Sezer, Çağdaş Türk Sanatı, Remzi Kitabevi, 5.Basım, 1999 

Eczacıbaşı Sanat Ansiklopedisi 

https://www.flickr.com/photos/saltonline/14482774749/

 Son Erişim:7.4.2017 

http://www.sabihabengutas.com/sabihabengutas-sanat-hakkindaki-gorusleri.html

  

Son Erişim: 7.4.2017 



http://mimoza.marmara.edu.tr/~avni/ERZiNCAN/heykel/

 Son Erişim: 7.4.2017 

8

 Eczacıbaşı Sanat Ansiklopedisi, Cilt 1, s.579, Z.Rona 




VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

339 


DOLDURMA TİKMƏ ÜSULU VƏ ONUN ETNOQRAFİK MATERİALLARDA 

İSTİFADƏSİ 

(SATIN STITCH METHOD AND ITS UTILIZATION ON ETHNOGRAPHIC 

MATERIALS) 

Günel SÜLEYMANOVA



 

ABSTRACT 

Turkic People created wealthy and unique culture throughout their century-

old history and one most developed  branch of their activity is Decorative Applied 

Art.The  various  types  of  artistic  art,  like  forging,  jeweller’s  art,  copper-working, 

wood-working, 

stone-working, 

bone 

embroidery, 



carpet-making, 

artistic 

embroideries include to Decorative Applied Art. The technique and composition of 

artistic  embroideries  links  to  old  history  and  proves  the  inheritance  of  nation’s 

culture. Embroideries were widely spread as a part of daily life of Turkic People. 

Turkic  People  owned  various  type  of  embroideries.  One  of  them  is 

embroidery in  satin stitch. This type of stitch was called “doldurma” in Azerbaijan, 

shiraljin”  in  Kazakhistan,  “bosma”  in  Uzbekistan.  There  were  various 

ethnographic materials decorated with  satin stitch in the daily life: Koynak, kulaja, 

nimtana,  arkhalig,  aragchin,  wall  decoration,  ortuk  (cover),  pilllow-case, 

mutakkauzu, namazlig, saddle-cloth and etc. Satin stitch is exist in Azerbaijan from 

XII  century.  Embroidery  samples  found  from  Kharabagilan  monument  of 

Nakhchivan prove this fact. What about the technique of embroidery, we can guess 

that this was a protoype of satin stitch, and over the time this embroidery type have 

been improved and transfered to nowdays situation. Embroidery is preserved in the 

Archaeological Fund of National Museum of Azerbaijan History. 



GİRİŞ 

Kameral,ev məşğuliyyəti sayılan tikmə sənəti insana hər zaman daha yaxın 

olub,  onun  vasitəsilə  qadınlar    geyim  və  bir  çox  ev  əşyalarını  bəzəyiblər.  Tikmə 

ümumiyyətlə,  xalq  sənətinə  xas  olan  bütün  xüsusiyyətlərə  malik  olmaqla  yanaşı, 

özünəməxsus spesifik keyfiyyətlər və neçə-neçə nəslin inkişaf etdirdiyi üsullarla da 

səciyyələnir. Ustalar onlardan ən zəruri və dəyərli olanları qoruyur, nəsildən-nəslə 

ötürür,  təsadüfi  və  bəsid  üsullardan  isə  vaz  keçirdilər.  Beləliklə,  bu  gün  xalq 

sənətinin  istənilən  əsərində  bizi  heyran  edən,  naxışlarda  öz  təcəssümünü  tapan 

məzmun,  forma  və  ifadə  vasitələrinin  əsrarəngiz  harmoniyası,  həmahəngliyi 

yaranırdı (Богуславская, 1972:5). 

Tikmə  sənətinin bir neçə növü mövcuddur: təkəldüz, güləbətin, doldurma, 

quşgözü və s.  Bu  tikmə növləri müxtəlif xalqlarda yayıldığı kimi, Azərbaycanda da 

inkişaf etmişdir.  Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda mühafizə 

olunan  və  müasir  dövrümüzə  qədər  gəlib  çatmış  tikmə  nümunələri  (AF23596; 

AF24335)  xalqımızın  bu  sənətin  sirlərinə  çox  qədim  zamanlardan  yiyələndiyini 

sübut  edir.  V-VII  əsrlərə  aid  edilən  tikmə  qalıqları  qondarma  üsulu  ilə  dəri  parça 

üzərinə  əlavə  edilməklə  ipək  və  güləbətin  sapla  icra  olunmuşdur  (Abdulova, 

2014:97).  

 AMEA Milli Azərbaycan Tarixi Muzeyi. 




VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

340 


Azərbaycanda geniş yayılan, tikmə sənətimizə şöhtət qazandıran  və elmi 

cəhətdən öyrənilən tikmə növləri təkəldüz və güləbətindir. Digər  tikmə növlərimiz, 

o cümlədən,  doldurma  da    elmi  tədqiqata  çox  az  cəlb  olunub.Bu  səbəbdən  də

məqalə doldurma tikmə sənətinin tədqiqi yolunda bir cəhddir. 

Tikmə sənəti  Çində hələ 4 min il əvvəl inkişaf edib. (Жозен Бертин-Гест, 

2007:13).  Doldurma tikmə sənəti türk xalqlarında geniş yayılmışdır. Bu tikmə növü 

Türkiyədə “çin”, Özbəkistanda “şıraljın”, Azərbaycanda “doldurma” adlanırdı.  

  Örtmə üsulu ilə işlənilən naxışlara hələ orta əsr Xarabagilan geyimlərində 

də təsadüf edilmişdir. Bu üsulla bəzədiləcək naxışların səthi tamamilə örtülməlidir. 

əməliyyat müəyyən  dərəcədə mürəkkəb  olduğundan,  tikişçidən  hövsələ,təmkin və 

diqqətli olmağı tələb edilir. Bir-birilə paralel gediləcək ilmələr naxış üzərinə elə sıx 

yatırdılmalıdır  ki,  onlar  atlas  kimi  hamar  və  şux  görünsün.Məhz  buna  görə  də, 

keçmişdə bu cür tikmələrə “atlas ilmə” də deyilirdi (Əliyeva,1990:115).    

 Bu  növ  tikmə  üsulu  mürəkkəb  kompozisiyalar  yaratmaq,  canlı  təsvirlər 

əldə  etmək  üçün    tətbiq  edilirdi.    Doldurma  üsulunda  müxtəlif  növ  saplar  istifadə 

edilirdi: ipək, yun, qızıl. Təsvirlər mahud, ipək, kətan parçalarda icra olunurdu.  

Qeyd etdiyimiz kimi, doldurma- tikmə sənətinin  xüsusi bir üsuludur ki, onun 

vasitəsilə  naxış  bütövlükdə  ilmələrlə  doldurulur.  Belə  tikmələrin  bir  çox  növü 

mövcuddur  ki,  onların  hamısını  iki  böyük  qrupa  bölmək  olar:  ikitərəfli  və  birtərəfli. 

Birinci növ tikmələrdə təsvirin fonu hər iki tərəfdən ilmələrlə doldurulur-belə ki, astar 

tərəfdəki  təsvir  üz  tərəfdəki  şəkildən,  demək  olar  ki,  fərqlənmir.  Birtərəfli 

doldurmada isə təsvirin üzərinə salınan ilmələr parçanın yalnız üz tərəfini doldurur 

(Ращупкина, 2012:3-4). Bu da müxtəlif texnikaların tətbiqindən asılıdır.  

Tikmə  sənəti  ilə  bağlı  geniş  bir  tədqiqat  olmadığından    bu  növ  tikmələrin 

Azərbaycanda nə vaxtdan mövcud olması barədə dəqiq bir fikir söyləmək mümkün 

deyildir. Ehtimal etmək olar ki, bu növ tikmə Azərbaycanda XII əsrdən mövcuddur. 

Bu  dövrə  aid  Naxçıvanın  Xarabagilan  abidəsindən    tapılan  tikmə  nümunəsi  çox 

maraqlıdır.  Yüngül,  şəffaf  qaz  parçasının  üzərində  qızılı,qırmızı,yaşıl,  mavi,qara 

rəngli  ipək  saplarla  tikilmiş  yarpaqlı  qönçələrin    sahədə  ritmik  təkrarından  ibarət 

olan tikmə nümunəsi əsrlər boyunca torpaq altında qalmasına baxmayaraq öz şux 

və gözəl rənglərini qoruyub saxlamışdır (Abdulova,2014:98). Tikmənin texnikasına 

gəldikdə, qöncələr əvvəlcə doldurma  üsulu ilə tikilib sonra ilmələrin arasından, bir 

növ sapları bərkitmək üçün, qırıq xətlərə bənzər tikiş qoyulub.  Təxmin etmək olar 

ki,  bu  doldurma  tikmə  növünün  prototipi  olmuş,  zaman  keçdikcə  bu  tikmə  üsulu 

təkminələşmiş və  indiki  halına  gəlib  çıxmışdır.  Hal-hazırda  bu  tikmə  texnologiyası 

yalnız Dağıstanda yayılıb və “qaytaq tikməsi” adı ilə məşhurdur. Dağıstanda tapılan 



“qaytaq  tikməsinin”  ən  qədim  nümunəsi  XVIII  əsrə  aid  edilir.  Bu  barədə  etnoqraf 

Həbib  İsmaylov  məqalələrinin    birində  məlumat verir.  Bu  tikmə  texnologiyası  Milli 

Azərbaycan  Tarixi  Muzeyinin  Etnoqrafiya  Fondunda  qorunub  saxlanılan  bəzi 

araqçınların  bəzədilməsində  də    istifadə  olunub.  Bu  texnologiyaya  ən  çox  qızılı 

saplarla  işləmələrdə  rast  gəlinir.Orta  Asiyada  isə  bu  tikmə  növü  süzəni  ustası 

Mədinə Qasımbəyovanın dediyinə görə, XVIII əsrin sonralarında yaranıb.  

Məişətdə  doldurma tikmə  üsulu  ilə müxtəlif maddi mədəniyyət  nümunələri 

bəzədilmişdir:  köynəklər,  arxalıqlar,  araqçınlar,  canamazlar,  boğcalar,  yəhərüstü, 

divar bəzəkləri, süzəni və pələklər.  

Doldurma  tikmə  üsulu  ilə  bəzədilmiş    Etnoqrafiya  fondunda  saxlanılan  ən 

maraqlı  eksponatlarından  biri    XVIII  əsrə  aid  olan  geyimdir.  Bu  geyim  inventar 

kitabında  “sart”  geyimi  kimi  qeydə  alınmışdır.  Geyimin  üzəri  xamar  doldurma 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə