Vii. Uluslararasi



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə135/159
tarix06.05.2018
ölçüsü3,89 Mb.
#42938
1   ...   131   132   133   134   135   136   137   138   ...   159

VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

343 


10. Богуславская И.Я., 1972. Русская народная вышивка. Москва

11. Жозен  Бертин-Гест.,  2007.  Традиционная  китайская  вышивка.  История,  техника,

мотивы. Москва 

12. Ращупкина С.Ю., 2012. Белая гладь. Русские мотивы. Москва

13. Хакимова  Г.А.,  2016.  Узбекская  вышивка-  могучая  ветвь  на  древе  народная

творчества.// Молодой ученый. №11 (115) 




VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ


VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

345 


MÜASIR DÖVRDƏ AZƏRBAYCAN - TÜRKİYƏ MƏDƏNİ 

MƏLAQƏLƏRİNDƏN (MILLI AZƏRBAYCAN TARİXİ MUZEYİNİN TƏCRÜBƏSİ 

ƏSASINDA) 

CURRENT CULTURAL RELATIONS BETWEEN AZERBAIJAN AND TURKEY 

(BASED ON THE EXPERIENCE OF THE NATIONAL MUSEUM OF HISTORY OF 

AZERBAIJAN) 

Aynur BABAYEVA



 

ABSTRACKT 

  

When North Azerbaijan achieved its independence, in all areas of   cultural 

life, including  other fields  has  undergone  sudden,  unprecedented  growth  and  has 

been observed the flourishing of cultural relations between Azerbaijan and Turkey.   

  

Today, friendly  and  brotherly relations  between  Turkey  and  Azerbaijan 



tracing its  roots  back  to  ancient  times are  at  a  high  level  which  is 

based on mutual understanding 

and mutual support. 

Two of the 

determining 

factors  of  the  relations between  the  two  countries  are  described  by  the  following 

words  by  outstanding  leader  of  the  Turkic  world,  Mustafa  Kemal  Ataturk 

who said that  “Azerbaijan’s  joy  is  ours, Azerbaijan’s grief  is  ours”  and  Nationwide 

Azerbaijan’s leader,  a  prominent  figure  Heydar  Aliyev described  it  as  “one 

nation, two  states”.   After  looking  at  events  unfolding  in  the  early  of  the  20

th

 

century,  it  will  be  seen  that  that  Azerbaijani  people  and  Turkish  have  always 



supported  each  other  and  had passed  through  severe  trials  and  events  of  the 

reviewed  period.   They  have a  common  language  and  culture  that  unite  them  as 

one  nation. Turkey  and  Azerbaijan  are two  countries  brotherly  and friendly  States 

with cultural and language links   have already attained a higher level  both on the 

state  level  and  in  nationwide  level  in  all  areas  as  well  as  in  cultural  relations, 

linkages which are also being strengthened developing fast and effectively. 

Şimali Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu 

kimi, mədəni münasibətlərdə də böyük dirçəliş baş verib. Qədim tarixi köklərə malik 

olan Azərbaycan-Türkiyə münasibətləri bu gün birgə, qarşılıqlı səylər və sarsılmaz 

iradə  əsasında  inkişaf  etdirilir.  İki  ölkə  əlaqələrindəki  təyinedici  faktorlar  türk 

dünyasının böyük lideri Mustafa Kamal Atatürkün sözləriylə “Azərbaycanın sevinci 

sevincimiz,  kədəri  kədərimizdir”  və  Azərbaycanın  ümummilli  lideri,  görkəmli 

şəxsiyyət Heydər Əliyevin “bir millət – iki dövlət” sözləriylə ifadə edilib. 

Azərbaycan  -  Türkiyə  müasir  mədəni  münasibətlərini  qısa  bir  məqalə 

çərçivəsində  əhatə  etmək  qeyri-mümkündür.  Biz  burada  Milli  Azərbaycan  Tarixi 

Muzeyinin bu əlaqələrdəki roluna da toxunacağıq. 

Türk  xalqlarının  kökü  eyni  genetik-mənəvi  başlanğıcdan  qaynaqlanır.  İndi 

dünya yenidən qloballaşmaya, bütovləşməyə doğru üz tutub. XXI əsr bütün dünya 

dövlətləri  və  millətləri  arasında  iqtisadi,  siyasi,  mədəni  əlaqələrin  artması,  son 

nəticədə  qloballaşma  ilə  xarakterizə  olunmaqla  yanaşı,  eyni  zamanda  ayrı-ayrı 

xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə də xarakterikdir. 

 Bakı, Milli Azərbaycan Tarixi Muzeyi. 




VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ

346 


Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərliyinin I forumunda nitq 

söyləyən  Rəcəb  Tayyib  Ərdoğan  da  hər  kəsin  nəzərinə  çatdırırdı  ki,  “Türkiyə  və 

Azərbaycan  tarixlərinin  ən  çətin  dövrlərində  bir-birinə  dəstək  olmağın  ən  gözəl 

nümunələrini göstərmişlər. 1918-ci ildə Nuri Paşanın komandanlığı ilə Türk Qafqaz 

İslam  ordusunun  uzun  mübarizələr  nəticəsində  Bakını  xilas  etməsi  Azərbaycan 

üçün  önəmli  dönüş  nöqtəsi  idi.  Eynilə,  Anadoluda  Qazi  Mustafa  Kamal  Atatürkün 

öndərliyi  ilə  aparılan  milli  mücadilə  həm  də  azərbaycanlı  qardaşlarımızdan  gələn 

maddi  və  mənəvi  yardımlar  nəticəsində  müvəffəqiyyət  qazanmışdır.  Bunu  xüsusi 

vurğulayıram.  Həm  də  qarşılıqlı  olaraq,  bu  yardım  və  dəstək,  sadəcə,  qardaşın 

qardaşa  borc  verməsi  kimi  yox,  yalnız  yardım  etmək  düşüncəsi  ilə  göstərilmişdir” 

(4). 

Azərbaycan yazıçılarının IX qurultayında yazıçı Anarın cox haqlı qeyd etdiyi 



kimi: “... Türkiyəylə sıx mədəni əlaqələr bizim müasirləşməyimizə, dünya dəyərlərini 

mənimsəməyimizə, 

dünyanın 

qabaqcıl 

millətləri 

sırasında, 

demokratik, 

maariflənmiş, müasir bir cəmiyyət kimi tanınmağımıza yardım etməlidir. Keçmişdə 

bizim  dünyaya  pəncərəmiz  yalnız  rus  mətbuatı  vasitəsilə  idisə,  bu  gün  daha  bir 

pəncərə,  Türkiyə  pəncərəsi  dünyanı  tanımaqda  və  özümüzü  dünyaya  tanıtmaqda 

əhəmiyyətli rol oynaya bilər” (4, s. 7).   

Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələrinin inkişaf etdirilməsi sahəsində 

səmərəli  fəaliyyət  göstərilməsində  qarşılıqlı    elmi  simpozium,  seminar  və 

konfransların  çox  mühüm  əhəmiyyəti  olmuşdur.  Azərbaycanın  müstəqillik  əldə 

etdiyi ötən illər ərzində bu istiqamətdə bir sıra uğurlu işlər görülmüş, türkiyəli alimlər 

Azərbaycanda,  azərbaycanlı  alimlər  isə  Türkiyədə  keçirilmiş  çoxsaylı  elmi 

tədbirlərdə  faydalı  iştirakları  ilə  Azərbaycan  –  Türkiyə  elmi-mədəni  əlaqələrinin 

problemlərini  və  həlli  yollarını  birgə  araşdırmışlar.  Bu  baxımdan  2012,  2017-ci 

illərdə Bakıda keçirilmiş birgə konfranslara nümunə olaraq AMEA Milli Azərbaycan 

Tarix  Muzeyində  Türkiyənin  Səlcuq  Universiteti  ilə  birgə  təşkil  edilən  Beynəlxalq 

Türk Sənətləri, Tarixi və Folkloru Konqresini göstərə bilərik (5).   

AMEA  Milli  Azərbaycan  Tarixi  Muzeyi  və  Türkiyənin  Səlcuq  Universitetinin 

birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbirlərin kecirilməsində 

məqsəd  qloballaşan  və  cağdaşlaşan  dünyada  türk  xalqlarının  layiq  olduqları  yeri 

tutmasında,  yeni  dünya  düzənində  türk  humanitar  gerçəkliyinin,  mövqeyinin 

müəyyənləşməsində  elmi  konseptual  strategiyanın  və  proqramın  hazırlanmasıdır. 

Məlum  olduğu  kimi,  çağdaş  dünya  müxtəlif  siyasi,  iqtisadi,  mədəni  və  mənəvi 

əsaslar 


üzərində 

ortaq 


bir 

məxrəcə 


gəlir, 

sivilizasiyanın 

gələcəyini 

müəyyənləşdirmək  üçün mənəvi  resursları  bir  daha  nəzərdən  keçirir.  Bəşəriyyətin 

gələcək  inkişafında  mənəvi  ehtiyatların  rolu  və  funksiyası  bütün  xalqlar  və 

millətlərin  humanitar  elmləri  qarşısında  böyük  və  aktual  vəzifələr  qoyur.  Bu 

konfransın  keçirilməsində  həm  də  o  məqsəd  izlənilir  ki,  türk  xalqlarının  elmi 

təşkilatlarının  inteqrasiyası  təmin  olunsun,  elmi  və  mədəni  məsələlərin  həlli  üçün 

ortaq bir məclisimiz olsun. Milli Azərbaycan Tarixi Muzeyi məhz belə bir təşəbbusu 

gercəkləşdirir.  Türk  xalqlarının  zəngin  tarixi  mədəni  keçmişi  vardır.  Bu  zənginlik 

gələcəyə  də  aparılmalıdır.  Bunun  ucun  mənəvi  dəyərlərə  ciddi  elmi  yanaşma  ilə 

yanaşı elm siyasəti və milli mədəniyyət konsepsiyası işlənib hazırlanmalıdır. 

Muzeydə  Səlcuq  Universitetinin  birgə  əməkdaşlığı  ilə    2012-ci  ildə  IV 

Beynəlxalq  Türk  əl  toxumaları  (tekstil)  və  ənənəvi  sənətlər  və  2017-ci  ildə  “Türk 

sənəti, Tarixi və Folkloru Konqresi/Sənət fəaliyyəti” adlı VII Beynəlxalq Konfransları 

keçirilmişdir. 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə