Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə10/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   6   7   8   9   10   11   12   13   ...   412

orada öldürüldüyünü zənn edirdi, o isə sağ-salamat idi. Özü ilə bərabər bir çamadan da 

gətirmiĢdi. Görün məni necə qarət ediblər!‖ – deyə çamadanı açdıqda məlum oldu ki, içindəkilər 

Ambren Notrdam kilsəsinin cavahirləridir. Bunu ona oğrular bağıĢlamıĢdılar. 

Bu dəfə o, evə qayıdarkən, mən özümü saxlaya bilməyib onu bir az danladım, ancaq kimsə 

eĢitməsin deyə, araba təkərləri guruldadığı zaman danıĢmağa çalıĢırdım. 

Ġlk zamanlar öz-özümə fikirləĢirdim ki: ―heç bir təhlükə onu dayandıra bilməz, o qorxu bilməz 

bir adamdır‖. Ġndi, nəhayət, buna adət etmiĢəm.  ―Madam Maqluara iĢarə edirəm ki, ona söz 

qaytarmasın. O, istədiyi qədər canını təhlükəyə qoyur. Mən madam Maqluarı çağırıb, öz otağıma 

keçirəm, onun üçün dua edib, yuxuya gedirəm. Mən sakitəm, çünki möhkəm bilirəm ki, onun 

baĢına bir bədbəxtlik gələrsə, bu mənim də axırım olacaqdır. Mən qardaĢım və yepiskopumla 

bərabər Allah-taalanın hüzuruna gedərəm. Madam Maqluar onun ―ağılsızlıq‖ adlandırdığı 

hərəkətlərinə məndən çətin adət edirdi. Ġndi isə daha öyrənmiĢik. Birlikdə ibadət edirik, birlikdə 

qorxumuzdan titrəyirik və sonra yuxuya gedirik. Ġblis özü evimizə girmək istəsə, kimsə ona 

mane olmaz. Doğrudan da, bu evdə biz nədən qorxa bilərik? Hamıdan qüdrətli olan tanrı hər 

zaman bizimlədir. Ġblis gəlirsə gedər, Allah-taala isə hər zaman bizim üstümüzdədir. 

Bu mənim üçün kifayətdir. Ġndi qardaĢımın mənə bir kəlmə belə söz deməsi lazım deyil. Mən 

onu sözsüz də baĢa düĢürəm. Odur ki, ixtiyarımızı qəzavü-qədərə tapĢırmıĢıq. 

Ruhən böyük olan adamla belə rəftar etmək lazımdır. 

Sizin de Fo ailəsi haqqında istədiyiniz məlumatı qardaĢımdan soruĢdum. Sizə məlumdur ki, o hər 

Ģeyi bilir, onun zəngin hafizəsi var – axı o, indiyə qədər də royalist olaraq qalır. SoruĢduğunuz 

ailə doğrudan da, Kan dairəsində qədim bir norman ailəsidir. Hələ beĢ yüz il bundan əvvəl Raul 

de Fo, Jan de Fo və Toma de Fo dvoryan imiĢlər, həm də onlardan biri RoĢforun sahibi imiĢ. Bu 

nəslin son nümayəndəsi olan Gi Etyen Aleksandr polk komandiri, habelə Bretaida yüngül süvari 

qoĢunda nə isə bir vəzifədə olmuĢdur. Qızı Mariya Lunza Fransa peri fransız qvardiyası 

polkovniki və ordu general-leytenantı hersoq Lun de Qramonun oğlu Adrien-ġarl de Qramona 

ərə getmiĢdir. Sonluqları dəyiĢməklə ―Fo‖ müxtəlif Ģəkildə yazıla bilər: Faux, Fauq və Faauca. 

Mənim əzizim! Hörmətli qohumunuz cənab kardinaldan xahiĢ edin ki, bizə dua etsin. Sizin 

sevimli Silvaniyanıza gəlincə, sizin yanınızda keçirdiyi qısa anları mənə məktub yazmağa sərf 

etməməklə çox yaxĢı iĢ görmüĢdür. Axı o sağlamdır, sizin istədiyiniz kimi iĢləyir və məni 

əvvəlki kimi sevir. Elə bu mənim üçün kifayətdir. Sizin vasitənizlə o, mənə salam göndərmiĢdir. 

Mən də bunu özüm üçün xoĢbəxtlik hesab edirəm. Mən özümü pis hiss etmirəm, bununla belə 

gündən-günə arıqlayıram. Salamat qalın, daha kağızım yoxdur, buna görə sizdən ayrılmağa 

məcburam. Salamlarımı, ehtiramlarımı qəbul edin. 

 

Batistina. 



P.S. Nəvəniz çox gözəldir. Bilirsinizmi, bu yaxında onun beĢ yaĢı tamam olacaq! Dünən küçədən 

dizinə qayıĢ bağlanmıĢ bir at keçirdi. O, bu atı görüb soruĢdu ki: ―Atın dizinə nə olmuĢdur?‖. Bu 

uĢaq elə sevimlidir ki! Balaca qardaĢı isə köhnə süpürgəni kareta zənn edərək, otaqda sürüyə-

sürüyə, ―Dəh-dəh!‖ deyib çığırır. 

 

Bu məktubdan aydın olur ki, hər iki qarı özlərini yepiskopun adətlərinə yaxĢı uyğunlaĢdıra 



bilmiĢdi – bu, kiĢini onun özündən yaxĢı baĢa düĢən qadınlara aid xüsusiyyətdir. Din Ģəhərinin 

yepiskopu öz təvazökar və sadə görünüĢünü daim mühafizə etməklə, bəzən cəsarət tələb edən 

böyük və gözəl iĢlər görər və bunu hətta dərk etməzdi. Qadınlar titrər, lakin onun iĢinə 

qarıĢmazdılar. Bəzən madam Maqluar iĢ görülməzdən əvvəl ona xəbərdarlıq etməyə cəsarət 

edərdi, lakin nə iĢ görülən zaman, nə də iĢindən keçəndən sonra bunu eləməzdi. ĠĢ baĢlanmıĢdısa 

heç kəs, heç bir vaxt ona, hətta hərəkətlə də mane olmazdı. Bəzən – o, bu barədə qadınlara bir 

söz deməli olmurdu, bəlkə də, o qədər təvazökar idi ki, özü də bunu dərk etmirdi, – qadınlar 

yepiskopun, həqiqətən, yepiskop kimi hərəkət etdiyini dumanlı surətdə hiss edir və bu zaman 

evdə süzən kölgəyə çevrilirdilər. Onlar öz iradələrinin təzahüründən əl çəkərək, yepiskopa 

xidmət edirdilər, itaət etmək - yox olmaq demək idisə, onlar o saat yox olurdular. Bəzən 

qayğıkeĢlik göstərmək adamı yalnız darıxdıra bilər. Onlar bunu çox incə bir həssaslıqla 



duyurdular. Buna görə yepiskopun hətta təhlükədə olduğunu bilsələr belə, onlar yepiskopun 

fikrini anlamasalar da, təbiətini o qədər yaxĢı anlayırdılar ki, qayğısını çəkməz və onu Allaha 

tapĢırardılar. 

Həm də, məktubdan göründüyü kimi, Batistina deyirdi ki, qardaĢının ölümü eyni zamanda onun 

da ölümü olacaqdır. Madam Maqluar bunu demirdi, lakin bunun belə olduğunu bilirdi. 

 

 



ONUNCU FƏSĠL. 

Yepiskop naməlum bir iĢıq qarĢısında. 

 

Yuxarıda göstərdiyimiz məktub yazıldıqdan bir qədər sonra yepiskop, bütün Ģəhərin rəyincə, 



quldurlar yatağı olan dağlara getməkdən daha ehtiyatsız bir hərəkət etdi. 

Din Ģəhərinin kənarında büsbütün yalqız yaĢayan bir adam var idi. Həmin adam, – bu qorxulu 

sözü elə dərhal desək yaxĢıdır, – vaxtilə Konvent üzvü olmuĢdu. Adı J. idi. 

Kiçik Din Ģəhərinin əhalisi bu Konvent üzvünün adını az qala dəhĢətlə çəkərdi. ―Bir təsəvvür 

edin – Konvent üzvləri! Konvent üzvləri adamların bir-birini ―vətəndaĢ‖ və ―sən‖ deyə 

çağırdıqları zamanlar yaĢayırdılar. Bu adam div kimi bir Ģey idi; o, kralın ölümünə səs 

verməmiĢdisə də, hər halda, buna yaxın bir Ģey etmiĢdi. O, az qala padĢah qatili idi. O, dəhĢətli 

idi. Necə olmuĢdu ki, qanuni padĢahlar qayıtdıqdan sonra bu adamı xüsusi cinayət məhkəməsinə 

vermiĢdilər? Bəlkə də, onun baĢını kəsməzdilər, – hər halda, mərhəmət göstərmək lazımdır, – 

ancaq onu ömürlük sürgün etmək faydasız olmazdı! Heç olmazsa, baĢqalarına nümunə olmaq 

üçün! Və s. və i. a. Xüsusən, ona görə ki, bu cür adamların hamısı kimi, o da allahsız idi...‖. 

Qazların çalağan haqqındakı mühakiməsi. 

Ancaq J. həqiqətən, çalağan idimi? Onun sürdüyü sərt, tənha həyatına baxılacaq olursa, bəli, 

doğrudan da, o, çalağan idi. O, kralın ölümünə səs vermədiyinə görə, qara siyahıya düĢməmiĢdi 

və Fransada qala bilmiĢdi. 

O, Ģəhərdən qırx dəqiqəlik məsafədə, insan mənzilindən, yollardan uzaqda, unudulmuĢ vəhĢi bir 

dərədə, dağlar arasında yaĢayırdı. Deyildiyinə görə, orada onun bir parça yeri, bir daxması, bir 

mağarası var idi. Nə qonĢusu vardı, nə də yoldan keçən. O bu dərəyə köçdüyü zamandan bəri 

həmin Dərəyə gedən cığırı ot basmıĢdı. Bu yerdən danıĢanda, elə bil, cəllad yuvası haqqında 

danıĢırdılar. 

Lakin yepiskop onu xatırlayar, ara-sıra üfüqdə görünən və qoca Konvent üzvünün yaĢadığı 

dərəni göstərən ağaclığa tərəf baxaraq düĢünürdü: ―Orada yalqız qalmıĢ bir ruh vardır‖. 

Daxildən gələn bir səs də ona deyirdi: ―Sən o adamın yanına getməlisən‖. 

Lakin etiraf etmək lazımdır ki, əvvəldə çox təbii görünən bu fikir, bir qədər düĢündükdən sonra, 

yepiskopa mənasız və qeyri mümkün, hətta ikrahlandırıcı görünürdü. Çünki əslində, o da 

hamının fikrinə Ģərik idi və özü belə açıq surətdə fərqinə varmadan, Konvent üzvü ona nifrətə 

yaxın olan və ―ədavət‖ sözü ilə yaxĢı ifadə olunan bir hiss təlqin edirdi. 

Lakin yoluxucu xəstəliyə tutulmuĢ qoyundan uzaq qaçmağa çobanın haqqı varmı? Yox! Ancaq 

qoyunla qoyunda da fərq vardır. 

Mərhəmətli yepiskop çox çətin vəziyyətə düĢmüĢdü. O, neçə dəfə dərəyə tərəf getmiĢ və yarı 

yoldan geri qayıtmıĢdı. 

Lakin bir gün Ģəhərə xəbər yayıldı ki, Konvent üzvünə onun mağarasında xidmət edən balaca 

çoban həkim dalınca gəlmiĢdir; deyirdilər ki, qoca kafir ölüm halındadır, o iflic olmuĢdur, bu 

gecəni çətin ki, baĢa vursun. Bəziləri bu sözləri söylərkən: ―Allaha Ģükür!‖ deyə əlavə edirdilər. 

Yepiskop əsasını götürdü, yuxarıda dediyimiz kimi, donu çox köhnə olduğundan və axĢamlar 

adətən soyuq külək əsdiyindən rədasını geydi və yola düĢdü. 

Yepiskop adamların lənət yağdırdığı yerə çatdığı zaman günəĢ artıq üfüqə doğru enməkdə idi. 

Ürəyi yüngülcə çırpınaraq gördü ki, lap mağaraya çatmıĢdır. Xəndəyi adladı, təbii çəpərdən 

keçdi, qapının ağzını kəsən payanı qaldırdı, baĢlı-baĢına buraxılmıĢ bir bostana girdi, irəliyə 

doğru bir neçə cürətli addım atdı və birdən sıx, hündür kollar arasından heyvanın yuvasını gördü. 

Bu kiçik, çox alçaq, yoxsul və təmiz bir daxma idi; onun qabaq tərəfini tənək bürümüĢdü. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə