Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə11/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   7   8   9   10   11   12   13   14   ...   412

Qapının qabağında təkərli bir kresloda, sadə kəndli kreslosunda ağsaçlı bir adam oturub, günəĢə 

baxaraq gülümsəyirdi. 

Qocanın yanında bir yeniyetmə oğlan, balaca çoban duraraq əlindəki süd kasasını ona uzatmıĢdı. 

Yepiskop dinməzcə bu səhnəyə tamaĢa edirdi. Bu zaman qoca dilləndi. ―Çox sağ ol, – dedi, – 

daha mənə heç bir Ģey lazım deyil‖. Onun gülümsəyən gözləri günəĢdən ayrılaraq, uĢağın üzünə 

zilləndi. 

Yepiskop yaxın gəldi. Qoca ayaq səsini eĢidib, baĢını çevirdi və onun üzündə uzun ömür sürmüĢ 

insanın hələ də ifadə edə biləcəyi dərin bir heyrət göründü. 

– Burada yaĢadığım gündən bəri birinci dəfədir ki, yanıma adam gəlir, – dedi. – Siz kimsiniz, 

cənab? 


Yepiskop cavab verdi: 

– Mənim adım Byenvenü Mirieldir. 

– Byenvenü Miriel. Mən bu adı eĢitmiĢəm. Əhalinin monsenyor B’envenü dedikləri adam siz 

deyilsinizmi? 

– Bəli, mənəm. 

Qoca xəfifcə gülümsəyərək davam etdi: 

– Elə isə siz mənim yepiskopumsunuz. 

– Müəyyən dərəcədə. 

– XoĢ gəlmiĢsiniz. 

Konvent üzvü əlini yepiskopa uzatdı, lakin yepiskop onun əlini sıxmadı. O, ancaq bunu dedi: 

– AldanmıĢ olduğuma çox Ģadam. Siz heç də xəstəyə oxĢamırsınız. 

– Tezliklə yaxĢı olaram cənab, – deyə qoca cavab verdi. Bir qədər sükutdan sonra o dedi: 

– Üç saatdan sonra mən öləcəyəm. 

Sonra davam edərək: 

– Mənim təbabətdən bir az baĢım çıxır, – dedi. – Ölümün necə yaxınlaĢdığını bilirəm. Dünən 

yalnız ayaqlarımın altı soyumuĢdu: bu gün soyuq dizlərimə qədər qalxdı, indi də soyuğun 

getdikcə yuxarı qalxaraq belimə çatdığını hiss edirəm, soyuq ürəyimə çatan kimi ürəyim 

dayanacaqdır. Amma günəĢ nə gözəldir! Kreslomu havaya çıxartdırdım ki, son dəfə dünyanı seyr 

edim. Siz mənimlə danıĢa bilərsiniz, bu məni qətiyyən yormaz. Can verməkdə olan bir adama 

baxmağa gəlməkdə yaxĢı etmiĢsiniz. Bu dəqiqələrin Ģahidi olmalıdır. Hər kəsdə bir qəribəlik 

olur, bax, mən günəĢ doğana qədər yaĢamaq istərdim. Lakin bilirəm ki, heç üç saat da 

yaĢamayacağam. Hələ qaranlıq ikən ölüb qurtaracağam. Ancaq bunun nə fərqi var? Həyatı baĢa 

vurmaq çox sadə Ģeydir... Bunun üçün sabahın açılması lazım deyil. Qoy belə olsun. Mən 

ulduzların iĢığında öləcəyəm. 

Qoca bu sözləri dedikdən sonra uĢağa tərəf dönərək: 

– Get yat, – dedi. – Bütün keçən gecəni sən mənim yanımda oturdun, yorğunsan. 

UĢaq daxmaya getdi. 

Qoca, uĢağı gözləri ilə müĢayiət edərək, öz-özünə danıĢırmıĢ kimi əlavə etdi: 

– O, yuxuda ikən mən öləcəyəm. Yuxu ilə ölüm bir-birinə yaxın qonĢudur. 

Bütün bunlar yepiskopa gözlənildiyindən az təsir etdi. O, bu ölümdə Allahın iĢtirak etdiyini nə 

isə hiss etmirdi. Açıq söyləyək – çünki böyük qəlblərin kiçik ziddiyyətləri də bütün qalanlar kimi 

eynilə dürüst qeyd olunmalıdır – onu ―monsenyor‖ adlandırdıqlarına yeri gəldikcə istehza etməyi 

sevən yepiskopa burada ―monsenyor‖ deyilməməsi ona bir qədər toxunmuĢdu. O buna cavab 

olaraq, az qala ―vətəndaĢ‖ deyə müraciət etmək istədi. O, həkimlərə və keĢiĢlərə xas olan və 

özünün heç alıĢmamıĢ olduğu kobud bir etinasızlıq göstərmək istədi. Axı bu adam, bu Konvent 

üzvü, bu xalq nümayəndəsi vaxtilə dünyanın böyüklərindən biri idi: yepiskop, bəlkə də, ömründə 

birinci dəfə olaraq, özündə bir sərtlik hiss etdi. 

Konvent üzvü isə bu zaman təvazökar xoĢhallıqla ona baxırdı. Bu baxıĢda məzara yaxınlaĢmıĢ 

insan üçün tamamilə yerli olan bir itaətkarlıq əlaməti vardı. 

Maraqlanmağı təhqir hesab edən, buna görə də adətən maraqlanmaqdan çəkinən yepiskop isə 

Konvent üzvünü diqqətlə nəzərdən keçirirdi: rəğbətdən doğmayan bu diqqəti baĢqasına 



göstərmiĢ olsaydı, yəqin ki, vicdan əzabı çəkərdi. Konvent üzvü ona qanundan xaric, hətta 

mərhəmətə belə layiq olmayan bir adam kimi görünürdü. 

Özünü düz tutan və ucadan, sakit bir səslə danıĢan J. fizioloqların heyrətinə səbəb olan səksən 

yaĢlı qocalardan biri idi. Ġnqilab öz dövrünün təcəssümü olan bu cür adamlardan az görməmiĢdi. 

Bu qocanın hər cür sınaqdan çıxmıĢ bir adam olduğu hiss edilirdi. Ölümə bu qədər yaxın olduğu 

halda hərəkətləri sağlam bir adamın hərəkətləri kimi idi. Onun aydın baxıĢı, möhkəm səsi, 

qüvvətli və geniĢ çiyinləri ölümün özünü də çaĢdıra bilərdi. Müsəlmanların Əzraili onu görmüĢ 

olsaydı, qapını yanıldığını zənn edərək, mütləq geri qayıdardı. J. sanki, özü ölmək istədiyi üçün 

ölürdü. Onun can çəkiĢməsində sərbəst iradə hiss olunurdu. Yalnız ayaqları hərəkətsiz idi. Ölüm 

əvvəlcə bu ayaqlardan bərk-bərk yapıĢmıĢdı. Ayaqları soyuq və ölü idi, baĢı isə bütün həyati 

qüvvəsilə yaĢayır və, görünür, tamamilə aydın iĢləyirdi. Bu təntənəli dəqiqədə J. ġərq 

nağıllarında təsvir edilən beldən yuxarısı ət, aĢağısı mərmər olan padĢaha bənzəyirdi. 

Kreslonun yaxınlığında bir daĢ vardı. Yepiskop bu daĢın üstündə oturdu. Söhbət ex abrupto1 

baĢlandı. 

Yepiskop təqdiredici bir ahənglə dedi: 

– Mən sizin üçün sevinirəm. Siz, hər halda, kralın ölümünə səs vermədiniz. 

Konvent üzvü bu ―hər halda‖ sözü arxasında gizlənən acı kinayəni elə bil, hiss etmədi, lakin 

cavab verərkən üzündən təbəssüm silindi. 

– Mənim üçün çox da sevinməyin, cənab, – dedi, – mən zalım hökmdarın məhv edilməsinə səs 

vermiĢəm. 

Bu sərt ahəng yepiskopun ciddi ahənginə cavab idi. 

– Siz bununla nə demək istəyirsiniz? – deyə yepiskop soruĢdu. 

– Mən demək istəyirəm ki, insan üçün yalnız bir zalım var – o da cəhalətdir. Mən də həmin 

zalımın məhvinə səs verdim. Kral hakimiyyətini, yəni mənbəyi yalandan ibarət olan hakimiyyəti 

bu zalım doğurmuĢdur, bilik isə həqiqətdən doğmuĢ olan hakimiyyətdir. Yalnız bilik insanları 

idarə edə bilər. 

Yepiskop: 

– Bir də vicdan, – deyə əlavə etdi. 

– Hər ikisi bir Ģeydir. Vicdan – bizdə fitrən mövcud olan biliklərin məcmusudur. 

Monsenyor B’envenü onun üçün tamamilə yeni olan bu sözləri bir qədər heyrətlə dinləyirdi. 

Konvent üzvü sözünə davam edərək dedi: 

– On altıncı Lüdovikə gəlincə, mən ―yox‖ dedim. Mənim insanı öldürməyə haqqım yoxdur, lakin 

zülmü məhv etməyi özüm üçün bir vəzifə hesab edirəm. Mən zalımın məhv edilməsinə, yəni 

qadınlar üçün fahiĢəliyin, kiĢilər üçün köləliyin, uĢaqlar üçün cəhalətin məhv edilməsinə səs 

verdim. Respublikaya səs verərkən, mən bütün bunlara səs vermiĢ oldum. Mən qardaĢlıq üçün, 

sülh üçün, açılan sabah üçün səs verdim! Mən xurafatın və yanlıĢ fikirlərin puç edilməsinə 

yardım etdim. Xurafatın və yanlıĢ fikirlərin yox olmasından iĢıq doğur. Biz köhnə dünyanı 

yıxdıq və əzablar kasası olan bu köhnə dünya bəĢər nəslinin üzərinə tökülərək, sevinc kasasına 

çevrildi. 

Yepiskop dedi: 

– ġübhəli bir sevinc. 

– Narahat olmuĢ bir sevinc deyə bilərdiniz, indi mən adı min səkkiz yüz on dördüncü il olan 

keçmiĢə qayıtdıqdan sonra – yox olmuĢ sevinc. Heyhat, iĢimiz baĢa çatdırılmadı, mən bunu etiraf 

edirəm biz köhnə quruluĢu zahiri cəhətdən yıxdıqsa da, ideyalar aləmindən onu tamamilə məhv 

edə bilmədik. Cinayətləri məhv etmək kifayət deyil, adətləri dəyiĢdirmək lazımdır. Dəyirmanı 

dağıtdıq, külək isə qaldı. 

Siz dağıtdınız. Dağıtmaq faydalı ola bilər, lakin mən qəzəb təsiri altında dağıtmaqdan qorxuram. 

– Ədalətin də öz qəzəbi vardır, cənab yepiskop və bu ədalət qəzəbi tərəqqi ünsürüdür. Necə olur 

olsun və nə deyirlər, desinlər, lakin Fransa inqilabı Ġsa zamanından bu günə qədər bəĢəriyyətin 

ən qüdrətli hərəkatı olmuĢdur. Düzdür, mükəmməl deyil, lakin çox nəcib və yüksək bir 

hərəkatdır. Ġnqilab ictimai təklikdə olan bütün məchulları mötərizədən kənara çıxartdı, beyinləri 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə