Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə12/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   8   9   10   11   12   13   14   15   ...   412

sakitləĢdirdi; qəlbləri yumĢaltdı, iĢıqlandırdı, o yer üzünə mədəniyyət selləri axıtdı. O, 

xeyirxahlıqla dolu idi. Fransa inqilabı insanpərvərliyin özünün taxta çıxmasıdır. 

Yepiskop özünü saxlaya bilmədi və pıçıldadı; 

– Eləmi? Bəs doxsan üçüncü il? 

Ölməkdə olan adam heybətli bir təntənə ilə kresloda bir qədər dikəldi və son qüvvələrini 

toplayaraq çığırdı: 

– Aha! Bəs belə! Doxsan üçüncü il! Mən bu sözləri gözləyirdim. Min beĢ yüz il ərzində buludlar 

toplaĢdı, sıxlaĢdı. On beĢ əsr keçdi və nəhayət, göy guruldadı, ildırım çaxdı. Siz göy gurultusunu 

mühakimə etmək istəyirsiniz. Yepiskop ola bilsin, özü-özünə etiraf etmədən yüngül bir pərtlik 

hiss etdi. Lakin bunu bildirməyərək cavab verdi: 

– Hakim ədalət adından, keĢiĢ mərhəmət adından danıĢar. Mərhəmət özü də elə ədalətin eynidir, 

lakin onun daha yüksək dərəcəsidir. Ġldırımın zərbəsi sərrast olmalıdır. 

Sonra Konvent üzvünün düz gözünün içinə baxaraq əlavə etdi: 

– Bəs On yeddinci Lüdovik? 

Konvent üzvü əlini uzadıb yepiskopun çiynindən yapıĢdı. 

– On yeddinci Lüdovik! Mənə baxın! Siz kimin üçün yas tutursunuz? Günahsız bir uĢaq üçün? 

Əgər belə olsaydı, mən də sizinlə birlikdə ağlardım. Lakin siz kral oğlu üçün ağlayırsınızsa, bu 

barədə mənə imkan verin, hələ bir qədər fikirləĢim. KartuĢun qardaĢı. Qrev meydanında asılmıĢ 

və ölüncəyə qədər orada qoltuqlarından asılı qalmıĢ günahsız uĢaq, günahı yalnız KartuĢun 

qardaĢı olmasından ibarət olan uĢaq mənim nəzərimdə yalnız On beĢinci Lüdovikin nəvəsi 

olduğu üçün Tamil həbsxanasına salınmıĢ olan baĢqa bir günahsız uĢaqdan, On beĢinci 

Lüdovikin nəvəsindən daha artıq mərhəmətə layiqdir. 

– Cənab, – deyə yepiskop onum sözünü kəsdi, – bu iki adın müqayisə edilməsi mənim xoĢuma 

gəlmir. 


– KartuĢla On beĢinci Lüdovikinmi? Siz hansını müdafiə etmək niyyətindəsiniz? 

Hər ikisi susdu. Yepiskop buraya gəldiyinə az qala peĢman olmuĢdu. Bununla bərabər o, 

qəlbində nəyin isə sarsıldığını tutqun surətdə hiss etdi. 

Konvent üzvü yenə sözünə davam edərək: 

– Ah. Cənab keĢiĢ! – dedi. – Siz kobud həqiqəti sevmirsiniz, halbuki Ġsa onu çox sevərdi. O, 

zalımları məbəddən qamçı ilə qovardı. 

Onun verdiyi cəza sərt həqiqətlərin gözəl bir carçısı idi. O ―sinite parvulos‖1 deyə çığırdıqda, 

uĢaqlar arasında fərq qoymurdu. O, Varavqanın varisi ilə Ġrodun varisini yanaĢı qoymaqdan 

çəkinməzdi. Günahsızlığın özü, cənab, ən gözəl bir zinətdir. Günahsızlığın ―əlahəzrət‖ olmağa 

ehtiyacı yoxdur. Cır-cındır içində də o, gözəl libaslar içində olduğu qədər əzəmətlidir. 

Yepiskop yavaĢ bir səslə: bu doğrudur, – deyə dilləndi. Konvent üzvü sözünə davam edərək 

dedi: 


– Mən öz fikrimdə israr edirəm. Siz on yeddinci Lüdovikin adını çəkdiniz. Bir-birimizi anlamağa 

çalıĢaq. Deyin görək, biz kimə ağlayacağıq: bütün günahsızlara, əzab çəkənlərə, bütün uĢaqlara – 

həm aĢağıda, həm yuxarıda olanlaramı? Əgər belə isə mən razıyam. Lakin təkrar edirəm, bu 

halda doxsan üçüncü ildən çox-çox əvvəlki illərə qayıtmaq və on yeddinci Lüdovikdən çox-çox 

qabaq həlak olmuĢ adamlar üçün göz yaĢı tökmək lazımdır. Siz mənimlə birlikdə xalqın 

uĢaqlarına ağlasanız, mən də sizinlə bərabər kral uĢaqlarına ağlayaram. Yepiskop: 

– Mən hamı üçün ağlayıram, – dedi. 

– Eyni dərəcədə! – deyə J. səsləndi. – Lakin tərəzinin müvazinəti pozularsa, qoy xalqın çəkdiyi 

iztirablar üstün gəlsin, çünki xalqın iztirabı daha uzun sürür. 

Yenidən sükut çökdü. Birinci olaraq Konvent üzvü sükutu pozdu. O, dirsəyinə söykənərək bir az 

qalxdı və yatağını Ģəhadət barmağı ilə baĢ barmağının arasında yüngülcə sıxaraq, – bu, həm 

soruĢan, həm də mühakimə edən adama xas olan ani bir hərəkət idi, – gözünü yepiskopun üzünə 

zillədi. Bu baxıĢda qeyri-adi bir qüvvə, can çəkiĢmə qüvvəsi vardı. O, sözə baĢladı. Bu, 

partlayıĢa bənzəyirdi. 

– Bəli, Cənab, – xalq çoxdan zülm altında əzilir... Lakin dayanın, mənim demək istədiyim bu 

deyil. Siz nə üçün yanıma gəlib sorğu-sual edir və On yeddinci Lüdovik haqqında danıĢırsınız? 




Mən sizi tanımıram. Burada olduğum zamandan bəri mən tək yaĢayıram və bu hasardan kənara 

bir addım belə atmamıĢam, mənə kömək edən bu uĢaqdan baĢqa kimsəni görməmiĢəm. 

Doğrudur, adınızı bəzən ötəri eĢidirdim və etiraf etməliyəm ki, sizin birinizdən o qədər də 

danıĢmırlar, lakin bu hələ heç bir Ģeyi sübut etmir. Mahir adamlar min bir vasitə ilə xalqın, bu 

sadə camaatın baĢını aldada bilirlər. Yeri gəlmiĢkən deməliyəm ki, mən sizin karetanızın 

təkərlərinin gurultusunu nədənsə eĢitmədim. Görünür, siz onu yolun döngəsində, meĢənin 

arxasında qoyub gəlmiĢsiniz. Sizə deyirəm, – mən sizi tanımıram. Yepiskop olduğunuzu 

söylədiniz, lakin bu, hələ sizin əxlaqınız, Ģəxsiyyətiniz haqqında heç bir Ģey bildirmir. Sualımı 

yenə təkrar edirəm: siz kimsiniz? Siz bir yepiskopsunuz, yəni kilsə knyazısınız, illik renta ilə 

təmin olunmuĢ və qulluqdan böyük gəliri olan, zərli paltarları və gerbi olan adamlardan birisiniz. 

Din Ģəhəri yeparxiyasının on beĢ min frank maaĢı və on min frank baĢqa gəliri, yəni, cəmisi ildə 

25 min frank gəliri var. Siz – yaxĢı aĢpazları, livreyalı lakeyləri olan, yaxĢı yeməyi sevən və 

cümə günləri toyuq əti yeyən, qabağında və arxasında lakeylər durmuĢ zinətli karetalarda sərilib 

özünü göstərən, Həzrət Ġsa naminə saraylarda yaĢayan və karetalarda gəzən adamlardan birisiniz, 

halbuki Həzrət Ġsa özü ayaqyalın gəzərdi... Siz bir yüksək mənsəb sahibisiniz! Rentalar, saraylar, 

atlar, xidmətçilər, gözəl yeməklər, həyatın bütün cismani ləzzətləri – bunların hamısı sizin və 

eləcə də peĢə yoldaĢlarınızın ixtiyarındadır, onlar kimi siz də bunlardan ləzzət alırsınız. Bunların 

hamısı doğrudur, lakin bununla ya həddindən çox, ya da həddindən az söylənilmiĢdir. Bunlar 

sizin daxili qiymət və mahiyyətiniz haqqında, yəqin ki, mənə ağıl və hikmət öyrətmək üçün 

buraya gəlmiĢ adamın kim olduğu haqqında mənə heç bir Ģey izah etmir. Mən kimlə danıĢıram? 

Siz kimsiz? 

Yepiskop baĢını əydi və: 

– Vermis sum1 deyə cavab verdi. 

Konvent üzvü öz-özünə donquldadı: 

– Karetada gəzən həĢərat! 

Rollar dəyiĢmiĢdi, indi Konvent üzvü təkəbbürlü, yepiskop isə müti idi. 

O, mülayimliklə: 

– Elə olsun cənab, – dedi, – lakin bir izah edin görək, mənim bu kolların arxasında, buradan iki 

addımlıqda dayanmıĢ karetam, gözəl xörəklərim, cümə günləri yediyim toyuqlar, 25 min franklıq 

illik gəlirim, sarayım və lakeylərim məgər onu isbat edir ki, mərhəmət yaxĢı sifət deyil, rəhm 

etmək hamının borcu deyil və doxsan üçüncü il amansız olmamıĢdır? 

Konvent üzvü bir kölgəni qovurmuĢ kimi, əlini altına çəkdi və dedi: 

– Sizə cavab verməzdən əvvəl, xahiĢ edirəm məni bağıĢlayasınız... Sizin qarĢınızda müqəssirəm, 

cənab. Siz mənim yanıma gəlmiĢsiniz, siz mənim qonağımsınız. Sizə qarĢı nəzakətli olmaq 

mənim borcumdur. Siz mənim fikirlərimi inkar edirsiniz, mən də yalnız sizin dəlillərinizə etiraz 

etməklə kifayətlənməliyəm. Sizin sərvətiniz və həyatdan aldığınız nəĢələr bizim mübahisəmizdə 

mənim əlimdə sizin əleyhinizə gözəl bir silahdırsa da, bu silahdan istifadə etməmək daha 

nəzakətli olardı. Sizə söz verirəm, artıq mən bu məsələyə toxunmayacağam. 

– TəĢəkkür edirəm, – deyə yepiskop cavab verdi. J. sözünə davam edərək: 

– Mübahisəmizə qayıdaq, – dedi. – Biz nədən danıĢırdıq? Yanılmıramsa, siz doxsan üçüncü ilin 

amansız olduğunu söylədiniz? Yepiskop: 

– Bəli, amansız idi, – dedi. – Gilyotinanı alqıĢlayan Marat haqqında siz nə fikirdəsiniz? 

– Bəs siz draqonadalar münasibətilə ―Te Deut‖ deyə oxuyan Bossüe haqqında nə düĢünürsünüz? 

Cavab çox sərt idi və amansız polad tiyə kimi düz hədəfə dəymiĢdi. Yepiskop diksindi, o, etiraz 

etməyə söz tapmadı, lakin Bossüeyə bu cür isnad etmək onu təhqir etmiĢdi. Ən ağıllı adamların 

da öz pərəstiĢkarları var və məntiq tərəfindən bunlara kifayət qədər ehtiram edilmədikdə, onlar 

bəzən bundan bərk inciyirlər. 

Konvent üzvü isə artıq boğulurdu, son dəqiqələrin adi rəfiqi olan ölüm xırıltısı onu danıĢmağa 

qoymurdu, bununla belə ağlının tamamilə aydın olduğu gözlərindən əks olunurdu. O, sözünə 

davam edərək dedi: 

– Mən sizə daha bir neçə kəlmə demək istəyirəm. Doxsan üçüncü il ümumiyyətlə, insanlığın 

təsdiqi olan inqilabdan təcrid edilmiĢ halda götürülərsə, bu il – heyhat! – Onun təkzibi kimi 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə