Vilayət bağçası dördüncü cİld


Müasir dünyada ideoloji boşluq12



Yüklə 384,43 Kb.
səhifə5/21
tarix26.09.2018
ölçüsü384,43 Kb.
#70558
1   2   3   4   5   6   7   8   9   ...   21

Müasir dünyada ideoloji boşluq12

Bismillahir-Rəhmanir-Rəhim.


Gəncin cəmiyyətdə rolu

Siz əziz övladların, gənclərin, mömin, inqilabçı və ayıq oğlan və qızların bu saatda buraya toplaşması mənim üçün böyük nemətdir. Hər bir cəmiyyətin cavanlarının necə düşünmələri və işləmələri o cəmiyyət üçün çox önəmlidir. Hər bir ölkənin cavan nəsli əslində, həlledici qüvvədir. Əgər hər hansı bir ölkə maddi, elmi, sənaye, iqtisadi və müxtəlif sərvətlər cəhətindən tərəqqinin ən uca zirvəsində olsa belə, öz cavanlarını düzgün idarə edə bilməsə, gənc nəsil əldən çıxsa, heç şübhəsiz, çətin bir gələcəyi gözləməli olacaq.

Bu məsələ bu gün Qərb dünyasında, xüsusən də bəzi Qərb ölkələrində baş verməkdədir. Unutmaq lazım deyil ki, belə ictimai və tarixi tufanlar özünü tədricən göstərir. Diqqətsiz adamlar sona yaxınlaşmayınca nə baş verdiyini anlamırlar. Eqoist, şəxsi mənfəətini və öz cibini güdən adamlar da ya ümumiyyətlə, nə baş verdiyini anlamırlar, ya da anlayır, amma əhəmiyyətsiz yanaşırlar. Lakin hər bir cəmiyyətin uzaqgörən və qayğıkeş insanları gənc nəslin tələfolma təhlükəsini hiss edirlər. İndi bu hadisə baş vermişdir. Qərb cəmiyyətlərindəki uzaqgörən və qayğıkeş insanlar hansı faciənin baş verdiyinin fərqindədirlər. Cavanları çox ciddi şəkildə narkomaniya və bu kimi ictimai bəlalara düçar olmuşlar. Çoxları azdırıcı həyəcanların təsirindən adam öldürməyə, oğurluğa, soyğunçuluğa, cinayətə və çox çirkin şəhvətpərəstliyə üz tutmuşlar. Çoxları laqeyd olub seçkilərdə və ümumi tədbirlərdə iştirak etmirlər. Səbəbini soruşduqda deyirlər ki, bunun bizə əhəmiyyəti yoxdur. Onların laqeyd halı məhv olmaq əlamətlərindəndir.

İndi hansısa sionist ideoloqu özlərinin yüksək tirajlı beynəlxalq jurnallarında yazır ki, biz bugün-sabah bütün dünyaya sahib olacağıq. Bunları yazırlar. ABŞ-ın siyasi mütəfəkkirləri də açıq şəkildə deyirlər ki, dünya istəsə də, istəməsə də, bugün-sabah dünyanın taleyi bizim əlimizdə olacaq və bu bizim haqqımızdır. Bunu yazırlar, mən özüm görmüşəm. Qoy desinlər, reallıq isə bunun əksini göstərir. Çünki inkişaf vasitəsi hər şeydən çox insani iradənin sağlamlığı və ümumi bir məqsədə malik olmasıdır. Bu zaman hamı o məqsədə diqqət yetirir, onu ürəkdən qəbul edir və qüdrətlə ona doğru irəliləyir.

Bu iş cəmiyyətin bütün fərdlərindən gözlənilir. Lakin hər bir cəmiyyətdə bu mühüm hərəkətin ən əsas qüvvəsi gənclərdir. Baxın, gənc nəsil bu qədər əhəmiyyətlidir. Öz ölkəmizdə inqilab və İslam sayəsində, Allahla və Ona yaxın hər bir şeylə mənəvi əlaqəyə görə dəyərli bir gənc nəsil formalaşmışdır. Əlaqə çox mühümdür. Bu əlaqə inqilabdan öncədən inqilaba və ondan sonra bu günə qədər mövcud olmuşdur.

İnqilabdan əvvəl bütün amillər bunun əks istiqamətində idi, gənclər fəsada və laqeydliyə sövq edilirdilər. Siyasət belə idi. Bu siyasəti İranın qeyri-müstəqil hökuməti təyin etməmişdi. Onlar ümumiyyətlə, belə dəqiq, uzunmüddətli və humanitar proqramlara malik deyildilər. Bunu digərləri təyin etmişdilər. Bir məmləkəti tamamilə ələ keçirmək istəyən bir xarici güc üçün o məmləkətin gənc nəslinin necəliyi çox əhəmiyyət kəsb edir. Əgər gənc nəsil laqeyd, ölkənin maraqlarına və taleyinə etinasız olsa, onun işi asanlaşar. Bütün amillər gənclərin dindarlığının, iradəsinin, ixlasının, paklığının və hərəkətinin əks istiqamətində idi.


Gənclərin canlandırılmasında imamın rolu

Lakin fövqəladə bir amil peyda oldu. O amil imamın fəryadı idi; amma bir şəxs olaraq yox. İmamın böyük məharəti bu idi ki, özünü bir fərd kimi göstərmədi. İslam və müsəlmanlara aid məsələlərdə də fərd kimi ortaya çıxmadı. İmam İslamda qarışmış, ilahi təlimlərə könül vermiş, səmimi-qəlbdən və bütün vücudu ilə qəbul etmiş və canına hopdurmuş bir insan kimi meydana çıxdı. O, Allahın insan həyatına hakimiyyətini qəbul etmişdi; necə ki, öz şəxsi həyatında Allahın hakimiyyətini doğrudan da bərqərar etmişdi. O, Allahın bəndəsi və Allaha müti idi.

İlahi hakimiyyət buradan başlayır; əvvəl ürəklərimizi Allahın bəndəsi etməli, Allahı ürəyimizə və vücudumuza hakim etməliyik, sonra cəmiyyətə, ölkənin bütün sahələrinə və daha sonra bütün dünyaya. Belə insanlar işləyib irəliləyə bilərlər. İmam doğrudan da bu meydanda ilahi imam və rəhbər idi. Buna görə də, onun ucaltdığı fəryad İslam və Allah fəryadı idi. Allahın adına və yoluna görə ürəklərdə özünə yer açdı. Həmişə belədir. İlahi bir məsələ ortaya çıxdıqda tağutun ölçüb-biçdikləri öz-özünə məhv olur. Əsas budur ki, o ilahi məsələ, ilahi iradə və hərəkət ortaya çıxsın: “Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız”13. Kənarda otursa, heç bir təsiri olmayacaq. Ən böyük insanlar, ən uca müqəddəsliklər və elmlər meydana atılmadıqda və kənarda oturduqda bütün dalğalar onların başı üzərindən keçəcək, geri qalacaqlar. Lakin elə bir iman və iradə, elə bir elm, nurlu və pak qəlb meydana qoşulduqda işini görəcək.

Hər bir sehr möcüzə ilə batil olur. Musanın (ə) əsası ortaya çıxdıqda, “sizin gətirdiyiniz sehrdir”.14 Sizin gətirdiyiniz cadu və hiylədir, həqiqət deyil. Həqiqət Musanın (ə) əsasıdır. O, ortaya çıxdıqda bir işıqla itən kölgə sayağı, bütün sehrlər məhv olur.

İmam bu işi gördü, buna görə də ürəklərə yol tapdı. Bəziləri təəccüb edirlər. Təhlil edəndə deyirlər ki, necə oldu belə bir azğın və batil quruluşda, bütün mədəni mərkəzlərin gəncləri fəsada sövq etdiyi bir yerdə qəfildən gənclər irəli çıxdılar və bu böyük inqilab baş verdi. Səbəbi budur. Bunun çox aydın sosioloji və psixoloji təhlili var. İmam bu meydana elə bir miniklə gəldi ki, o miniyə kim minsə, bütün yatanları oyada bilər.
Müharibə imtahanı

Mömin gənc nəsil formalaşdı. Sonra müharibə imtahanı qarşıya çıxdı. Müharibə soba kimi gəncləri yumşaltdı. Bu nəsli, xüsusən də cəbhəyə gedənləri, hətta getməyə müvəffəq olmayanları da gözəl formaya saldı. Əlbəttə, bilərəkdən arxa çevirənləri yox, onlarda əksinə oldu. Qorxudan, zəiflikdən, inadkarlıqdan, tənbəllikdən və digər bu kimi səbəblərdən arxa çevirənlər formaya düşmədilər.

Adətən, imtahanda iki qrup olur: bir qrup qəbul olur, bir qrup isə kəsilir. Onlar imtahandan kəsildilər. Lakin arxa çevirmək qəsdində olmayıb buna müvəffəq olmayanlar, imkanı çatmayanlar, - yaş, yaxud peşə baxımdan problemlə qarşılaşanlar - lakin ürəkləri cəbhədə olanlar da formaya düşdülər. Yəni həqiqətdə İran xalqının əksəriyyəti belə oldu. Müharibə doğrudan da gəncləri və xalqı formaya salan bir soba idi. O zamandan düşmənin proqramları da başlandı.

Baxın, mənim danışdığım illərdə - 85, 86 və 87-ci illərdə siz əziz gənclər səhnədə deyildiniz. Bəziləriniz çox kiçik idiniz, bəziləriniz də hər halda, səhnədə deyildiniz. Məsələ belə idi ki, imam bir işarə edəndə hərbi bazalara və qarnizonlara könüllü seli axışırdı. Bəziləri də icazəsiz özləri cəbhəyə yollanırdılar. Düzdür, hərbi qüvvələr onları saxlayıb yerbəyer edir, onlara təlim keçirdilər. Cəbhədə onlardan istifadə edilirdi və onlar bir çox problemləri həll edirdilər. Yəni müharibə dövründə bizdə canlı qüvvə çatışmazlığı olmayıb. Silah-sursat problemi çox idi, amma canlı qüvvə həmişə hazır idi.


Müharibədə düşmənin karıxması

Düşmən nə deyirdi? Düşmən həqiqətləri görürdü, ona görə də mat qalmışdı. Onlar müharibəni planlaşdırıb inqilaba hərbi hücum hazırlayanda yalnız təşkilatlanmış ordu qüvvələrini hesablamışdılar, Mühafizəçilər korpusunu, Bəsici və bu qədər böyük canlı qüvvəni düşünməmişdilər. İndi onunla üz-üzə gəlirdilər. Buna görə də plan səhv çıxdı və onlar təbliğat hücumuna başladılar. Müharibə dövründə quruluş, inqilab və imam əleyhinə dəfələrlə deyilən sözlərdən biri bu idi ki, İran insan selindən istifadə edir. Biz cavabda deyirdik ki, bəli, biz insan selindən istifadə edirik, lakin ayıq və mömin insan selindən. Biz eşq və iman qüvvəsindən istifadə edirdik. Onlar nigaran idilər və elə buna görə də gənc nəsli bu hərəkətdən saxlamaq üçün planlar cızdılar.


İnqilabın məhdud olmaması

Mənim əzizlərim! Bu inqilab çox böyük bir hadisədir. Bu inqilab hətta İslam Respublikası quruluşu ilə məhdudlaşmır. Bu inqilab tarixi dəyişmiş və təkcə müsəlman xalqlar qarşısında yox, bütün bəşəriyyət qarşısında yeni bir yol açmışdır. Bu inqilab misilsiz bir hadisə idi.

Mən bir dəfə inqilabların tarixini bir-biri ilə qısa müqayisə etdim. Bu inqilabla Rusiyanın 1917-ci ildə baş vermiş Oktyabr inqilabı və 1789-cu ildə baş vermiş Böyük Fransa inqilabı arasında paralellər apardım. Bunlar bir-biri ilə çox fərqlənirlər. Ümumiyyətlə, bu inqilab o inqilablar növündən deyil, qəribə bir hadisədir. Dünyagörmüş, kələkbaz, çoxbilmiş sionist siyasətçilər anladılar ki, bu inqilab böyük bir inqilabdır, onunla mübarizə aparmalıdırlar. Onlar bu niyyətlə proqramlar hazırladılar. Onlar əslində, tarix miqyasında böyük olan bu hərəkətdən vahiməyə düşdülər. Buna görə də, xalqı və ilk növbədə gəncləri inqilabdan ayırmaq üçün uzunmüddətli proqramlar hazırladılar.
Vilayət layihəsinin əhəmiyyəti

Sizin işinizin, bu Vilayət layihəsinin və bu kimi işlər üçün çəkilən doğrudan da dəyərli zəhmətlərin əhəmiyyəti burada bilinir. Siz indi gənclik dövrünüzdə ayıq şəkildə ictimai həyata başlayırsınız. Bu bilgilər, məlumatlar, dini əsaslarla, dinin möhkəm elmi təməlləri ilə tanışlıq çox böyük bir şeydir. Mənim fikrimcə, bu layihənin əhatəsi genişləndirilməlidir. Belə layihələr o qədər faydalı, yaxşı və qurucudur ki, onlar üçün nə qədər sərmayə qoyulsa, fikrimcə, çox deyil.


İdeoloji çatışmazlıq

Avropanın, adətən, Qərb dünyasından və onun əlaltılarından ibarət bugünkü hakim dünyanın ən böyük çatışmazlığı düzgün təfəkkürə və kainatın düzgün dərkinə əsaslanan bir düşüncə və ideologiyanın olmamasıdır. Onların ən böyük çatışmazlığı budur, buna görə də, ardıcıl olaraq yalançı ideologiyalar düzəltməyə çalışırlar. Bizim inqilabımızdan qorxmalarının ümdə səbəblərindən biri budur ki, bu inqilabın düzgün dünyagörüşünə və yaradılış aləminə dair məntiqli və möhkəm dərkə əsaslanan, düzgün tərif olunmuş bir təfəkkürü vardır.


İslam təfəkküründə məqsəd

Buna əsasən, bizdə hər kəs bilir ki, dünyanın və yolun harasında yerləşir, hansı istiqamətə hərəkət edir. Bu zaman həyat da, mübarizə də məqsədli olur. İslam təfəkkürünə görə, insan həyatının məqsədi kamillik zirvələrinə çatmaqdır: maddi gözəlliklə yanaşı olan mənəvi təkamülə, necə deyərlər, dünyadan keçən axirətə, yüksək maddi gücə, mənəvi istiqamətlərə, etikaya və həqiqi bəşəri hisslərə malik mütərəqqi və mənəvi bir ölkə və ədalətli cəmiyyət qurmağa nail olmaq.

Görün nə qədər uca və gözəl bir məqsəddir! Qərblilərin belə bir şeyi yoxdur. Bir-birinin belinə mindirdikləri bütün bu sivilizasiya və yarış xudpəsəndliyə, şəxsi maraqlara dayanır. Buna görə də, bu yarışda bir yerdə qələbə əldə edirlər, amma başqa bir yerdə problemlər çıxır. Bu əxlaqi anormallıqlar, düşüncə boşluqları, cavanların sinir pozğunluğu, iztirabı və məqsədsizliyi sözügedən xudpəsəndlikdən, eqoistlikdən və şəxsi maraqların birinciliyindən qaynaqlanır.

İslam quruluşunda isə belə deyil. İslamın fəlsəfi təfəkkürü və İslam əsaslarının düzgün anlayışı insanın hər an harada, yolun harasında olduğunu və hansı səmtə doğru hərəkət etdiyini bilməsinə kömək edir, hadisələri analiz etmə qabiliyyəti yaradır və hər bir şəraitdə vəzifəsini müəyyənləşdirir.


Görkəmli şəxsiyyətlərə hörmət

Bu gün bizim cavanlarımız belə olmalıdırlar! Düzdür, düşmənin bundan xoşu gəlmir. Düşmən harada belə bir şey müşahidə edirsə, bacardığı qədər ona qarşı mübarizə aparır.

Bu gün İslam quruluşumuz parlaq elmi və mənəvi şəxsiyyətləri ilə fəxr edir. Əgər Allah-Taala bizim indiki nəslə Əllamə Təbatəbai, yaxud mərhum Şəhid Mütəhhəri kimi şəxsiyyətlərdən bəhrələnmək imkanı verməmişsə də, şükür olsun ki, bu əziz və böyük şəxsiyyət (cənab Misbah Yəzdi) o əzizlərin yerini tutub.

Mən həqiqətən, Allaha şükür edirəm ki, bizim cəmiyyətimizdə, xüsusən cavanlarımız arasında ona böyük hörmət var. Mən öyrənib gördüm ki, ölkəmizin hər yerində cavanlarımız ona böyük sayğı bəsləyir, inanır və onu uca tuturlar. Bu, Allahın böyük neməti və işin sağlamlığının əlamətidir. İnsan ilahi ruhiyyə ilə və ilahi məqsədlə işləsə, belə də olar.

Ümidvaram bu iş yüksək səviyyədə öz nəticə və səmərələrini versin və siz əziz gənclər - həm oğlanlar, həm qızlar, həm tələbələr və həm şagirdlər əldə etdiyiniz bu məlumatları, öyrəndiyiniz kitabları davam etdirəsiniz, bu mərkəzlə əlaqənizi kəsməyəsiniz. Bu işdə belə güclü və yaxşı formada günbəgün genişləndirilsin. Elmi və mədəni işlərlə məşğul olan şəxslər bunu dəyərli saysınlar, bunun qədrini bilsinlər və yaxşı qarşılasınlar. Siz də Allahın izni ilə hər biriniz öz çevrənizdə işıqlı bir çıraq kimi digərlərinin hidayətinə səbəb olun və onları ali İslam düşüncələri ilə tanış edin.

Mən korpusdan və Bəsicdən olan əziz qardaşlara və hər hansı bir yolla bu işdə zəhməti olanlara səmimi təşəkkürümü bildirirəm. Ümidvaram Allah-Taala hamının zəhmətlərini qəbul etsin və Öz yardımlarını bəxş etsin. İnşallah, həzrət Bəqiyyətullahın (ə) duası sizin hamınıza şamil olsun.

Allahın salamı və rəhməti olsun sizə!


Yüklə 384,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə