Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

 
42 
ümumilikdə  mühitdə  dolaşan,  ziddiyyətlərlə  müşahidə 
olu
nan fikir ayrılıqları idi.  
H.Araslı  Sarı  Aşıqla  bağlı  mübahisələrdə  bir 
məqama,  orta  məktəb  dərsliklərində  gedən  fikirlərə  də 
özünün  münasibətini  bildirir.  Həmin  dövrdə  VIII  sinif 
üçün dərc olunmuş “Ədəbiyyat müntəxəbatı”nda da Sarı 
Aşıqla bağlı məlumat vardır. Burada Sarı Aşığın bəylər 
tərəfindən  böyük  bir  zülmə  məruz  qalması,  sevgilisinin 
bir  bəy  tərəfindən  əlindən  alınması,  söylədiyi 
bayatılarında  da  bu  hadisələrin  əks  olunduğu,  şikayət 
xarakterliliyi  vurğulanır.    Orada  qeyd  edilir  ki,  “Sarı 
Aşığın söylədiyi bayatılar ümumiyyətlə “aşığam”, “mən 
aşıq”,  “aşıq”  sözləri  ilə  başlanır”.  H.  Araslı 
müntəxəbatdan  bu  sitatı  verərək  yazır:  “Belə  bir  yanlış 
məlumatdan  sonra    müəllif  yazır  ki,  “əsl  bayatıları  bu 
şair  yaratmışdır.  Sonradan  yaranan  bayatılar  isə  ona 
nəzirədir” (14, 47). Mən F. Qasımzadə yoldaşın bu hök-

nə  heyrət  edirəm.  Belə  bir  qeyri-elmi  hökmün  dərs 
kitablarına  gətirilməsinə  təəssüf  edirəm.  Necə  yəni  əsl 
bayatıları bu şair yaratmışdır?”. Doğrudan da, burada H. 
Aras
lının  etirazları  və  mühitdə  dolaşan  fikirlərə  fəal 
münasibət  bildirməsi  diqqəti  cəlb  edir.  Bayatı  xalqın 
zəngin abidələri irsinə daxildir. Onun  Sarı Aşığa qədər 
ke
çib  gəldiyi  uzun  bir  yol  vardı.  Sarı  Aşıq  da  öz 
dövründə  həmin  zəngin  xəzinədən  bəhrələnmişdir.  H. 
Araslının bu  məsələdə etirazları doğrudur. 
H.  Araslının  B.  Behcətin  məqalələri  ilə  bağlı  da 
konkret  fikirləri  var.  O  bu  məsələdə  də  özünün 
obyektivliyini,  faktlara  elmi  münasibətini  bildirir:  “Sarı 
Aşıq  haqqında  son  zamanlar  B.  Behcətin  2  məqaləsi 
çıxmışdır. Bu məqalələrdə bir sıra yaxşı cəhətlər olduğu 
kimi,  səhvlər  də  yox  deyildir.  O  birinci  məqaləsində 
vaxtilə  ”Aşıq  Abdulla”  adı  altında  çap  olunmuş  bir 
kitabın  yeni  ad  altında  (“Sarı  Aşıq”  adı  altında)  təb 


 
43 
olunduğunu yazıb. Aşıq yaradıcılığı və kitabın 2-ci dəfə 
çap  olunması  haqqında  heç  bir  məlumat  verilmədiyini 
çox  haqlı  tənqid  edir”.  Folklorşünas  Q.  Umudov  da  öz 
araşdırmalarında bu məsələlərə diqqət yetirmiş və həmin 
mübahi
sələri  təfərrüatı  ilə  obyektivcəsinə  şərh  etməyə 
çalışmışdır.  O  yazır:  “H.  Araslı  Aşığın  şəxsiyyəti 
haqqında  gətirdiyi  tutarlı  dəlillərlə  S.  Mümtazın 
mülahizələrini  təsdiq  etmişdir.  Bunula  belə  o,  kitaba 
daxil edilmiş 500-ə qədər bayatının hamısının Sarı Aşığa 
aid olmadığı faktı ilə razılaşırdı. H. Araslı Aşıq haqqında 
mübahisələri qaldıran B. Behcətin məqalələrində müsbət 
cəhətlərin olduğunu etiraf etməklə yanaşı, bəzi fikirlərlə 
razılaşmır,  onunla  ciddi  polemikaya  girir.  Məsələn  o, 
“Aşıq  Abdulla”  adı  ilə  çap  olunmuş  bir  kitabın  ikinci 
dəfə  yeni  bir  adla  çap  olunduğunu,  lakin  bunun  nə 
məqsədlə  edilməsi  və  Aşığın  şəxsiyyəti  haqqında  əlavə 
məlumat  verilmədiyinin  haqlı  tənqid  olunduğunu 
göstərir” (156, 94-95). H. Araslı Aşığın Əzizi və Mədədi 
kimi şairlərlə “müşairəsi” olması tezisini qəbul etməyən, 
başqa  bayatı  deyənlərin  olmadığını  söyləyən,  nəticədə 
Aşığı idealizə edən B. Behcətlə razılaşmır. O hətta əlavə 
edir  ki,  “Həsrəti,  Qurban,  Vəcihi,  Mədədi,  Hüseyni, 
Məmi,  Əzizi,  Müştaqi,  Eyvaz  və  Məhəmməd  bəy  Aşiq 
kimi  bayatı  ustaları  ilə  yanaşı,  Əmani,  Baba,  Məzlum, 
Gülgəz, Saleh, Rəfiqi, Bikəs, Məsum və başqaları bayatı 
söyləmişlər” (32). H. Araslı öz məqaləsində Sarı Aşığı B. 
Behcətin  idealizə  etməsi,  ondan  başqa  qeyrilərin  bayatı 
yazmadığı  fikrinə  etiraz  edir.  Eyni  zamanda  xüsusi 
olaraq  vurğulayır  ki,  “Sarı  Aşıq”  kitabının  ən  böyük 
nöqsanı  müqəddimədə  bayatı,  aşıq  yaradıcılığı  və 
bununla  əlaqədar  bayatı  yazan  digər  aşıq  və  şairlər 
haqqında  məlumat  verilməməsidir”.  B.  Behcətin 
məqaləsindəki  mübahisə  doğuran  mühüm  məqamlardan 
biri  heç  nəyə,  tarixi  sənədlərə  istinad  etmədən  aşığı 


 
44 
qaramanlılarla  bağlamasıdır.  H.  Araslı  da  bu  faktı 
vurğulayır və onun “aşıq qaramanlıdır” deyimindən çıxış 
etməklə belə bir qənaəti irəli sürməsi əsassızdır” deyir. 
Bu  yazışmalarda  problem  doğuran  məsələlərdən 
biri  bayatı  adı  ilə  bağlı  fikirlərdir.  B.  Behcət  ikinci 
məqaləsində  xüsusi  olaraq  vurğulayır:  “Bəzi  adamlar 
xəyal  edirlər  ki,  guya  bayatı  “Boyat”  adlı  bir  taifəyə 
mənsub olan qoşmadır. Bu tamamilə yanlış və uydurma 
fikirdir” (121). O zaman mübahisələrdə fəal iştirak etmiş, 
mövqe  etibarilə,  əsasən  S.  Mümtazın  mülahizələrini 
müdafiə  edən  Ə.  Dəmirçizadə  “Bayatı  haqqında” 
məqaləsində  (71)  Behcətin  yuxarıdakı  sözlərini  təkzib 
etmişdir. 
S.Mümtazın  fikrincə,  “bayatı”  sözü  iki    hissədən 
ibarət olub, “bay” bəy, varlı, nüfuzlu şəxs, at isə ad, isim 
mənalarını ifadə edir.  Oğuz xanın nəvəsi olan Bayat xa-
na  da  bu  ad  “bay”  sözündə  ifadə  olunan  keyfiyyətlərin 
onda  olduğuna  görə  verilmişdir.  Bayat  qəbiləsi    onun 
törəmələrindən  ibarət  olmuşdur.  Onların  qoşduqları 
poetik nümunələr isə “bayatı” adlanmışdır (9, 8). Tarixi 
inkişaf  prosesində  qəbilə,  tayfa  birləşmələri  xalq 
bütövlüyünə  çevrildikdə  bayatılar  daha  geniş  əraziyə 
yayılmış, adını isə qoruyub saxlamışdır. Ə. Dəmirçizadə 
M. Kaşğarinin, Lazar Budaqovun, akademiklərdən N. Y. 
Marr  və  V.  V.  Radlovun  və  başqalarının  dediklərini 
ümumiləşdirməklə bu nəticəyə gəlir.  
H. 
Araslı 
aşıq 
yaradıcılığının 
görkəmli 
nümayəndələrindən  biri  olan  Sarı  Aşıqla  bağlı  bir 
məsələdə həm S. Mümtaza, həm də B. Behcətə özünün 
etirazını  bildirir  və  onların  dedikləri  ilə  razılaşmır.  Bu  
iradı  digər  tədqiqatçılara  da  aid  edir.  Belə  ki,  hər  hansı 
bir  sənətkar  haqqında  yazılarda  onun  həddindən  artıq 
yüksəldilməsi, 
ifrata 
varılması 
məsələsi 
var. 
Ədəbiyyatşünas  alim  xüsusi  olaraq  vurğulayır  ki,  bu 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə