Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

 
33 
sənəti irsimiz vardır” (8, 3). “Dədə Qorqud” dastanından 
bəhs edərkən görkəmli tədqiqatçı qeyd edir ki, əsərin hər 
yerin
də  qopuz  (saz)  Dədə  Qorqud  adı  ilə  əlaqədardır: 
“Hətta  qəhrəmanlar  düşmənin  əlində  qopuz  olduğu 
zaman  onu  öldürmürlər.  “Dədə  Qorqud  qopuzu 
hörmətinə  çalmadım”  deyirlər.  Bu  faktlar  Qorqudun 
Molla  Nəsrəddin  kimi  bir  şəxsiyyət  olduğunu  aydın 
göstərir” (53, 22). 
 “Kitabi-
Dədə  Qorqud”  dastanlarında  biz  müasir 
aşıq  məfhumunu  ifadə  edən  ozan  adı  ilə  məşhur xalq 
sənətkarlarına rast gəlirik. Belə bir incə mətləbə toxunan 
tədqiqatçı yazır: “Ozan kəlməsi Azərbaycan dili üzərində 
o  zamanın  din  və  hökumət  dili  olan  ərəb  dilinin 
hegemoniyası nəticəsində öz yerini aşıq kəliməsinə tərk 
edir.  Bu  yeni  kəlmə  isə  xalq  dilinin  ahənginə 
uyğunlaşaraq aşıx şəklini alır. Ancax Ozan kəlməsi dildə 
uzun zaman yaşayır, bu gün belə xalq poeziyasında buna 
rast gəlinir: 
                                         
Qızım, qızım, qız ana, 
                                         
Qızım verrəm ozana. 
                                         Ozan axca qazana
 
Qızım geyə, bəzənə” (9, 3). 
Akademik  Həmid  Araslının  “XVII-XVIII  əsr 
ədəbiyyat  tarixi”  adlı  əsəri  də    xüsusi  əhəmiyyətə 
malikdir. Müəllif əslində doktorluq dissertasiyası olan bu 
əsərində  “Koroğlu”,  “Şah  İsmayıl”,  “Aşıq  Qərib”,  
“Abbas-
Gülgəz”,  “Şəhriyar  “  və  başqa  dastanlar 
haqqında  danışır,  bunların  hər  birini  ictimai-məfkurəvi 
və bədii cəhətdən təhlil edir.  
M
əlum  olduğu  kimi,  folklorun  yaradıcısı  xalq, 
toplayıcısı  və  naşiri isə  alimlərdir. Odur ki, müəllifin 
yaradıcılığında  folklorun  bu  dərəcədə  araşdırılmasına 
ön
əm verilməsi təqdirəlayiqdir. Bu isə xalqın keçmişinə, 
milli 
ənənəsinə  və  kökünə  yenidən nəzər  salınmasını 


 
34 
z
əruri edir.  Bu yolla,  yəni  milli-mənəvi  yaddaşı 
dirç
əltməklə  milli  düşüncə  və  ruha yeni güc və  stimul 
verilmiş olur. 
Həmid  Araslı  haqlı  olaraq  bildirir  ki,  “Hələ  yazılı 
ədəbiyyatın  olmadığı,  ulu  babalarımızın  çox  ibtidai  bir 
həyat keçirdiyi zamanlar, onların əməklə əlaqədar olaraq 
yaranmış  bir  ədəbiyyatı  var  idi.  Təbiət  qüvvələrinin 
sirrini  öyrənmək  və  ona  təsir  etmək  üçün  ibtidai 
cəmiyyətdə  bir  çox  adət  və  ayinlər  yaranmışdır.  Yağış 
yağdırmaq,  gün  çıxarmaq,  yaxşı  bol  məhsul  götürmək 
üçün  təbiətə  təsir  etmək  istəyən  insanlar,  müəyyən 
ayinlər keçirir və bu ayinləri müxtəlif rəqs və nəğmələrlə 
icra edirdilər” (41, 9). 
Həmid  Araslı  bu  barədə  fikrini  ifadə  edərkən 
həmişə M. H. Təhmasibə istinad etmişdir. Təhmasib isə 
fikrini  belə  ifadə  etmişdir:  “Qədim  azərbaycanlıların 
etnik  tərkibinə  daxil  olan  bir  sıra  qəbilələrdə  müxtəlif 
heyvanlara – 
ilana, öküzə, ata və s. sitayiş edilirdi. Bəzi 
qəbilələrdə  bir  sıra  bitkilər,  çiçəklər  müqəddəs  hesab 
olunur,  başqa  tayfalarda  suya,  eləcə  də  oda  etiqad 
bəslənilirdi...  Məsələn,  suyun,  odun,  yağışın,  qışın, 
baharın  özünəməxsus  məbudları  vardı.  Ümumiyyətlə, 
qədim  azərbaycanlı  təbiəti  bir-birinə  zidd  olan  iki 
qüvvənin – işıq və zülmətin daimi mübarizəsi kimi başa 
düşür,  bütün  yaxşı  şeyləri  birincinin,  mənfiləri  isə 
ikincinin  ətrafına  toplayaraq,  onların  özünə  məxsus 
məbudlarını  yaradırdı.  Bəzi  hallarda  bu  məbudlar 
haqqında  müxtəlif  mifik  təsəvvürlər  də  düzəldilirdi” 
(155, 16). 
Şifahi  ədəbiyyatı  təşkil  edən  dastan,  nağıl,  atalar 
sözü, bayatı və s. bu kimi xalq ədəbiyyatı nümunələrinin 
ilk əvvəl xalq içərisindən çıxmış bir sənətkar tərəfindən 
yarandığını diqqətə çatdıran alimin sözlərinə görə, xalqın 
ruhunu ifadə edən  bu cür əsərlər dillər əzbəri olur, bunu 


 
35 
söyləyən  şairin  adı  isə  zaman  keçdikcə  xatirələrdən 
silinir: “Bu bədii əsərlər yarandığı zaman heç bir yerdə 
qeyd olunmadığından söyləyənlər tərəfindən dəyişdirilir, 
getdikcə  bir  sıra  şəkillərdə  yaşayır  və  nəhayət,  ellik 
yaradıcılıq məhsulu olaraq,  ilk şəklinə bənzəməyən yeni 
əsərlərə çevrilir” (41, 9). 
“Həmid  Araslının  ədəbiyyatımız  qarşısında  ən 
mühüm  xidmətlərindən  biri,  heç  şübhəsiz ki, “Kitabi-
Dədə Qorqud” eposunun nəşri və tədqiqidir. Dastanı aşıq 
yaradıcılığının məhsulu hesab edən Həmid Araslı yazır: 
“Azərbaycan  aşıq  poeziyasının  yüksələn  qədim  və 
zəngin  bir  tarıxı  vardır.  Azərbaycan  ədəbiyyatının  ən 
qədim  abidəsi  olan,  yaradılış  tarixi  X-XI  əsr  təxmin 
edilən  “Kitabi-Dədə  Qorqud”  dastanları  belə  aşıq 
yaradıcılığı məhsuludur. Biz bu dastanlarda müasir aşıq 
məhfumunu  ifadə  edən  Ozan  adı  ilə  məşhur  xalq 
sənətkarlarına rast gəlirik” (9, 3). 
Alimin fikrincə, indi “Kitabi-Dədə Qorqud” adı ilə 
məşhur  olan  bu  dastan,  oğuz  qəbilələrinin  Azərbaycana 
gəldiyi  əsrlərin  tarixi  hadisələri  ilə  səsləşən,  XI  əsrdə 
bizə  məlum  olmayan  bir  şəxs  tərəfindən  yazıya 
köçürülmüş müxtəlif dastanlardan ibarətdir (8, 18).  
Həmid  Araslı  dastanın  mənşəyinin  qədim  köçəri 
xalqlardan götürüldüyünü he
sab  edərək  yazır: 
“Heyvandarlıqla  məşğul  olan  kəndlilər,  oturaq 
kəndlilərdən  fərqli  olaraq  köçəri  həyat  keçirirdi. 
Köçərilər içərisində ozanların çox böyük hörməti var idi.  
Əldə  qopuz,    eldən-elə,  oymaqdan-oymağa  gəzən  bu 
sənətkarlar  qəhrəmanlıq  göstərən  ayrı-ayrı  başçıların  və 
xalq  qəhrəmanlarının  adına  dastanlar  düzəldir,  qədim 
dastan  və  rəvayətləri  danışır,  eyni  zamanda  xalqın 
məsləhətçisi, bilicisi kimi də sevilirdilər. İndiki aşıqların 
əcdadı  olan  bu  ozanların  məşhurları  dədə  adlanırdı. 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə