Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

 
27 
Araslının Azərbaycan şifahi xalq ədəbiyyatının müxtəlif 
janrları  barədə  yazdığı  tədqiqat  əsərlərindən  geniş 
istifadə edilmişdir (76, 15). 
Qeyd edi
lməsi  ən  vacib  məsələlərdən  biri  də  odur 
ki,  Həmid  Araslı  Azərbaycan  ədəbiyyatı  ilə  bağlı  təkcə 
ölkəmizdə və bütövlükdə keçmiş Sovet məkanında deyil, 
həm də bütün dünya miqyasında yazılan elmi işlərin heç 
birini  diqqətdən  kənarda  qoymamış,  onları  mütəmadi 
izləmiş,  ədəbiyyatımızın  tarixi  ilə  bağlı  hər  cür  yanlış 
düşüncələrə  olduqca  həssas  yanaşmışdı.  O,  xalqımızın 
ayrı-ayrı dövrlərdə yaradaraq ərsəyə gətirdiyi həm şifahi, 
həm də yazılı ədəbi əsərlər, eləcə də onların müəllifləri 
haqqında deyilən, həqiqəti əks etdirməyən, yanlış, bəzən 
isə  tam  qərəzli  fikirlərə  qarşı  daim  etiraz  səsini 
yüksəltmiş,  gerçəyi  sona  qədər  müdafiə  etməkdən  heç 
vaxt  çəkinməmişdi.  İstər  şifahi,  istərsə  də  yazılı  söz 
sənətimizin 
yaranma 
dövrünün 
düzgün 
müəyyənləşdirilərək  sistemli  şəkildə  öyrənilməsində 
Həmid  Araslının  ölçüyəgəlməz  xidmətləri  olmuşdur. 
Alim  iki  cildlik  "Müxtəsər  Azərbaycan  ədəbiyyatı  tari-
xi”nin (1943-
1944)  birinci  cildində  ədəbiyyatımızın  ən 
qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf 
mərhələlərinin tam elmi və sistemli mənzərəsini vermiş, 
yüzillər  boyu  yaşayıb-yaratmış  sənətkarların  dolğun 
portret
lərini yarada bilmişdir (23; 24). 
Həmid  Araslının  Azərbaycan  elminin  inkişafında 

stərdiyi  əvəzsiz  xidmətlərdən  biri  də  onun  gərgin 
pedaqoji  fəaliyyəti  ilə  gələcək  nəslin  bu  istiqamətdə 
yüksək  səviyyədə  tərəqqi  etməsində  bilavasitə  oynadığı 
müəllimlik peşəsi ilə bağlıdır. H.Araslı müəllimlik kimi 
üstün  məsuliyyətli  və  hərtərəfli  bilik  tələb  edən  bir 
sahədə  misilsiz  uğurlar  qazanmışdır.  Görünür  ki,  bu da 
təsadüfi  deyildir.  Çünki  H.Araslı  xalqımızın  böyük 
maarifpərvər, tərəqqisevər ziyalısı, XX əsrin əvvəllərində 


 
28 
həm  də  müəllimlik  kimi  şərəfli  bir  peşə  ilə  öz 
soydaşlarının bilik, savad əldə etməsində var qüvvəsi ilə 
çalışan  unudulmaz  şairimiz  Abdulla  Şaiqin  tələbəsi 
olmuşdu.  Öz  mühazirələrində  klassik  ədəbiyyatımızın 
şanlı  səhifələri  ilə  tələbələrini  yaxından  tanış  edən  H. 
Araslı  həm  də  milli-mənəvi  dəyərlərimizin  qorxmaz  bir 
təəssübkeşi kimi çıxış etmiş, dahi Azərbaycan şairlərinin 
gənc nəsillər tərəfindən tanınıb sevilməsində sayagəlməz 
əməyi  ilə  seçilmişdir.  Xaqani,  Nizami,  Xətai, Füzuli, 
Vaqif  kimi  klassikləri  həm  də  vətən  və  xalq  azadlığı 
çarçıları  kimi,  işğalçı  müharibələr  əleyhinə  çıxan  mərd 
mübarizlər  kimi  canlandıran  H.Araslı  dinləyicilərində 
vətən  sevgisi,  müharibələrə,  qəsbkarlara  qarşı  qəzəb  və 
etiraz  hissi  oyatmaq  məqsədilə  elə  tarixi,  ədəbi  fakt  və 
sənədlərə  müraciət  edirdi  ki,  onlar  düz  hədəfə  dəyirdi, 
müharibənin  alovları  içərisində  böyük  rəşadət  göstərən 
xalqımızın  əhval  ruhiyyəsi  ilə  həmahəng  səslənirdi. 
Xüsusilə  II  Dünya  Müharibəsinin  qanlı-qadalı  illərində 
gərgin  tədqiqat  işləri  ilə  bərabər,  həm  də  pedaqoji 
fəaliyyətlə məşğul olan alim sonrakı bir çox ziyalı və elm 
xadimlərinin  formalaşmasında  mühüm  rol  oynamışdır. 
Sevimli  şairimiz  Abdulla  Şaiqin  oğlu,  akademik  Kamal 
Talıbzadə  də  bu  alimlərimizdən  biri  olmuş,  öz 
müəlliminin  xidmətlərini  həmişə  sonsuz  minnətdarlıqla 
xatırlamışdır:  “Azərbaycan  filologiyasının  banilərindən 
olan  akademik  Həmid  Araslını  ilk  dəfə  müəllim  kimi 
tanımışam,  özü  də  əsil  vətəndaş-müəllim,  öz  fənnini 
ehtirasla  sevən,  ona  nəcib  məqsədlə,  məsləklə  yanaşan 
bir  müəllim  kimi.  Böyük  Vətən  Müharibəsinin  ağır 
illərində  o,  Azərbaycan  ədəbiyyatı  tarixi  kursundan 
mühazirələr  oxuyurdu.  Bu  mühazirələrdə  biz 
müəllimimizin  zəngin  elmi  məlumatı  ilə  yanaşı  həmişə 
onun  öz  şəxsi  mövqeyini,  müəllimlik  qayəsini  də  aydın 
görürdük.  Mən  həmişə  atamın  keçdiyi  ömür  yolunu 


 
29 
xatırlayarkən  istər-istəməz  Həmid  müəllimi  gözlərim 
önünə  gətirirəm.  Çünki  onlar  həm  də  təbiətləri etibarilə 
bir-bir
ilərinə  çox  bənzəyirdilər.  Ümumiyyətlə,  bizim 
xeyli tanınmış müəllimlərimiz olub. Mir Cəlal Paşayev, 
Əli  Sultanlı,  Məmməd  Arif  və  başqaları.  Biz  onların 
hamısına  hörmətlə,  məhəbbətlə  yanaşardıq.  Amma,  nə 
gizlədim,  onların  arasında  mənim  üçün  ən  sevimlisi 
H
əmid müəllim idi. Bunun da bir səbəbi yəqin ki, onun 
atamın  istəkli  tələbəsi  olması  ilə  bağlı  idi.  Mən  onu 
həmişə  müəllimlər  müəllimi  kimi,  ən  gözəl  insani 
keyfiyyətləri  özündə  birləşdirən  ipək  təbiətli,  zərif    bir 
şəxsiyyət kimi xatırlayıram” (148).     
H
əmid Araslı xalqın ziyalı ordusunun yetişməsində 
müəllimlik  sənətinin  nə  qədər  çətin  və  məsuliyyətli  bir 
xidmət  olduğunu  bilən  sadə,  mehriban,  təvazökar 
davranışları 
ilə 
bu 
gün 
təkcə 
Azərbaycan 
ədəbiyyatşünaslıq  elminin  yox,  həm  də  digər  türk 
xalqlarının  elm  aləmində  öz  nüfuzu  ilə  seçilən,  elmi 
tədqiqatları ilə  yeni, parlaq səhifələr yazan bir çox alim-
ziyalıların  formalaşmasında  əhəmiyyətli  rol  oynamışdır. 
Bu  baxımdan  onun  qardaş  özbək  xalqının  elmi  tərəqqi 
istiqamətində  hazırladığı  yüksək  səviyyəli  kadrların 
formalaşmasındakı  xidmətlərini  xüsusilə  qeyd  etmək 
lazımdır: “Həmid müəllim nəhəng tədqiqatçı-alimlikdən 
əlavə, sonralar Azərbaycan ədəbi-bədii fikrinə yeni nəfəs 
gətirən  bütöv  bir  ədəbiyyatşünaslar  ordusunun 
unudulmaz  müəllimi  kimi  yaddaşlarda  qalıb.  Təsadüfi 
de
yildir  ki,  özbək  ədəbiyyatçıları  onu  öz  doğma 
sənətkarları kimi, öz müəllimləri kimi qiymətləndirirlər. 
Çünki H. Araslı Özbəkistan üçün çoxlu elmi kadrlar ha-
zırlayıb.  O,  hər  il  Daşkənddə  keçirilən  ənənəvi  Nəvai 
konfranslarının fəal iştirakçısı olardı. İndinin özündə də 
hər  hansı  bir  azərbaycanlı  alim  Özbəkistanda  səfərdə 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə