Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə19/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

 
57 
dilimizdə  və  ədəbiyyatımızda olan yad təsirlər əleyhinə 
qəti mübarizə açdı və şairlərimizə öz ana dilində yazmaq, 
xalqa  onun  başa  düşdüyü  dil  ilə  xitab  etmək  imkanı 
verdi. Şah İsmayıl tək dil sahəsində deyil, demək olar ki, 
mədəniyyətimizin  bütün  sahələrində  həqiqi  bir  inqilab 
yaratdı” (34, 9). 
Alim Şah İsmayılın hələ öz dövründə ali hökmdar 
kimi  möhtərəm hesab edildiyini vurğulayaraq qeyd edir 
ki,  “Məhəmməd  Füzuli  qiymətli  əsərlərindən  birini 
“Bəngü-Badə”ni ona ithaf etmiş, elm və maarif, şeir və 
sənətin 
bu 
iradəli 
dostunu 
“Padşahi-dövran” 
adlandırmışdır” (34, 9). 
Aşıq ədəbiyyatından bizə məlum olduğu kimi, XVI 
əsr  aşıqları  Şah  İsmayılın  adına  xüsusi  dastan  yaratmış 
və  bu  dastanda  onun  bir  sıra  mübarizələri  təsvir 
edilmişdir:  Alim  əldə  etdiyi  yazılı  sənədlərə  əsasən  bu 
fi
krə belə aydınlıq gətirmişdir: “Azərbaycan SSR Elmlər 
Akademiya
sının  Əlyazmaları  fondunda  bizim  vaxtı  ilə 
ilk  dəfə  müəyyənləşdirib  haqqında  məlumat  verib  şərti 
olaraq  “Şah  İsmayıl”  dastanı  adlandırdığımız  kiçik  bir 
epizod  bu  fikri  təsdiq  edir.  Bu  epizod  Şah  İsmayıl 
Xətainin Çaldıran müharibəsinə həsr edilmişdir. Məlum 
olduğu  üzrə  Şah  İsmayıl  Xətai  1514-cü  ildə  Türkiyə 
sultanı  Sultan  Səlim  Azərbaycan  üzərinə  ordu  çəkdiyi 
zaman  Çaldıran  adlı  yerdə  Sultan  Səlimin  orduları  ilə 
qarşılaşmışdır.  Sultan  orduları  odlu  silahla  təchiz 
edildiyindən  Şah  İsmayıl  məğlubiyyətə  uğramışdı.  Bu 
mühari
bədə  Şahın  Taclı  xanım  adlı  cariyəsi  də  əsir 
düşmüş,  özü  çox  qəhrəmanlıqlar  göstərsə  də  məğlub 
olub, hətta Təbriz şəhərini də müvəqqəti tərk etmək məc-
buriy
yətində  qalmışdı.  Əlimizdə  olan  epizodda  xalq 
aşıqları  Şah  İsmayılın  məğlubiyyətindən  deyil,  onu 
Sultan Səlimdən daha qüvvətli göstərməyə çalışıb tarixi 


 
58 
həqiqəti  olduğu  kimi  yox,  öz  arzularına  uyğun  olaraq 
dəyişdirirlər” (8, 38-39). 
Tədqiqatçı  göstərir  ki,  həmin  dastanın  bir 
parçasında  Şah  İsmayıl  sərkərdələrindən  Əbdibəyin 
öldürülməsi, Taclı xanımın əsirlikdən qurtararaq Durmuş 
xanla  birlikdə  şahın  yanına  gəlməsi  və  bunların 
mükaliməsi dastanda xüsusi ilə diqqəti cəlb edir (34, 38-
39).  Şah  müharibədə  öldürülmüş  Əbdibəyi  xatırlayaraq 
ağlayır və deyirdi: 
  
İstədiyim, səni Alah gətirdi, 
  
Odlu könlüm üstə gülü yetirdi. 
  
Düşmənimi aralıqdan götürdü, 
  
Əbdibəydən ötrü Taclı, ağlaram! (34, 39). 
Taclı  xanım  isə  Şah  İsmayıla  aşağıdakı  sözlərlə 
təsəlli verir: 
   
İranın şahısan, Türküstan xanı, 
   
Mürşidi-kamilsən cahanın canı, 
   
Əbdibəy oldu şahın qurbanı, 
            
Taclı bəyim sana qurban, ağlama! (34, 39). 
Şah  İsmayıl  sərkərdələrindən  Salman  Xəlifə  şaha 
aşağıdakı sözlərlə təsəlli verir: 
   
Salman Xəlifəyəm şahın bir qulu
   
Yüz min qoşunum var, kürdü, dümbülü, 
   Çaparam Urumu, talaram çölü. 
    
Əbdibəydən ötrü, şahım, ağlama (34, 39). 
Durmuş xan isə söhbətə belə yekun vurur: 
     
Durmuş deyir: Allah mənim yarımdır, 
     
Rum və Firəngistan şikargahımdır. 
     
Mürşid izn versə, şadlıq varımdır. 
     
İstambulu allam, şahım, ağlama! (34, 39). 
Alim bu parçalara əsasən belə bir fikir irəli sürür ki
XVI əsrdə Şah İsmayılın adına mükəmməl qəhrəmanlıq 
dastanı olmuşdu: “Burada Taclı şaha sədaqətli qəhrəman 
bir  qız,  sərkərdələr  isə  mübariz,  qəhrəman,  ilk  Səfəvi 


 
59 
dövlətinin  möhkəmlənməsində  fədakarlıq  göstərən 
insanlar kimi  təsvir edilir. Xalq aşıqları Səfəvi dövlətini 
yenilməz,  qüdrətli  bir  dövlət  kimi  tərifləməyə,  hətta 
Çaldıran  məğlubiyyətini  də  bir  qalibiyyət  kimi  qələmə 
verməyə çalışırlar” (34, 39). 
Tədqiqatçı  əminliklə  qeyd  edir  ki,  bu,  Çaldıran 
müharibəsində  Şah  İsmayıl  və  Şah  İsmayıl 
tərəfdarlarının  göstərmiş  olduqları  qəhrəmanlıqla 
bağlıdır. 
XVI əsrdə yəqin ki, başqa aşıqlar da, əsərləri bizə 
qədər gəlib çatmayan sənətkarlar da aşıq yaradıcılığının 
gözəl nümunələrini yarada bilmişlər. Lakin, H. Araslının 
təbirincə  desək,  “aşıq  şeirinin  daha  qüvvətli  inkişafı 
XVII  əsrdə  meydana  gəlmiş,  aşıqlar  qəhrəmanlıq  və 
məhəbbət  dastanlarının  gözəl  nümunələrini  yaratmışlar 
(34, 39). 
XVII 
əsrin  ikinci  yarısında  qəhrəmanlıq 
mövzusundan  fərqli  olaraq  məhəbbət  mövzusunun  əsas 
xətt təşkil etdiyi gözəl dastanlar yaranır. Bu dastanlardan 
biri aşıq repertuarında çox geniş yer tutan “Şah İsmayıl” 
dastanıdır. Alim belə bir ehtimal irəli sürür ki, aşıqlar bu 
dastanı  I  Şah  İsmayılın  adına  düzəltmişlər:  “Bəlkə  də 
Şah  İsmayılın  qəhrəmanlığı,  onun  hakimiyyəti  öz 
zülmkar  dayısı  oğlanlarından  igidliklə  alması,  sonrakı 
aşıq  yaradıcılığında  bu  hökmdarın  adı  ilə  əlaqədar  yeni 
bir dastanın yaranmasına səbəb olmuşdur” (34, 39). 
H. Araslı hər iki dastanı müqayisə edərək belə bir 
qənaətə  gəlir  ki,  Çaldıran  müharibəsinə  həsr  edilmiş 
qəhrəmanlıq epizodu sonradan aşıqlar tərəfindən dəyişdi-
rilib  indi  bizə  bitkin  bir  dastan  kimi  gəlib  çatmış  “Şah 
İsmayıl”  dastanı  şəklinə  salınmış,  bəlkə  də  qədim  bir 
dastan qəhrəmanı Şah İsmayıl adlandırılmışdır. 


 
60 
“Şah  İsmayıl”  dastanının  məzmunu  zülmkar  Zülal 
şah  ilə  ədalətli  şahzadənin  (Şah  İsmayıl)  mübarizəsi, 
həqiqətin qələbəsi əsasında qurulmuşdur. 
Dastanda Zülal şah öz övladına belə rəhm etməyən, 
lakin  qorxaq,  həris  və  tamahkar  bir  hökmdar  kimi 
göstərilir.  Zülal  şahın  zülmü  o  yerə  çatmışdır  ki,  hətta 
özünün  igid  oğlu  İsmayılın  müvəffəqiyyətlərinə  də 
paxıllıq edir. Onun sevib-seçdiyi, qəhrəmanlıq sayəsində 
uzaq ölkələrdən gətirdiyi, özünə yaraşan gözəl sevgilisini 
əlindən  alır,  doğma  oğlunu  kor  etdirib,  dünya  işığına 
həsrət qoyur. 
“Xalq  belə  zülmkar,  qorxaq  şahlara  özünün  arzu 
etdiyi qoçaq, ədalətli və bacarıqlı şahzadəni qarşı qoyur. 
İsmayıl  öz  sevgilisinin  dalınca  getdiyi  səfərdə  bir çox 
maneələrlə  qarşılaşır.  Ərəb  Zəngi  və  onun  kimi  başqa 
qəhrəmanlarla  vuruşmalı  olur.  Bütün  çətinliklərə  dözür 
və  nəhayət,  sevgilisini  tapıb  gətirir.  İsmayılın  qalib 
gəldiyi adamlar ona köməkçi olurlar” (8, 65-66). Gözləri 
çıxarıldıqdan  sonra  şahzadəyə  xariqüladə  qüvvələr 
kömək  edib  sağaldır,  əsər  şahzadənin  zalım  ağasından 
intiqam alıb, hakimiyyət başına gəlməsi ilə bitir. 
Alim dastanda, xüsusən Ərəb Zəngi surətinin daha 
gözəl  işləndiyini  qeyd  edir:  “Ərəb  Zəngi  özünün 
qəhrəmanlığı və mərdliyi ilə nəzər-diqqəti daha çox cəlb 
edir. Kişilərdə vəfa görmədiyi üçün yol kəsib, həramilik 
edən  və  əlinə  düşənlərə  qan  udduran  bu  qəhrəman  qız, 
Şah İsmayıl tərəfindən məğlub edildikdən sonra xeyirxah 
işlər dalınca gedir, qəhrəmanın ən yaxın köməkçisi olur” 
(8, 66). 
Bu  dastanda  da  qadın  sədaqəti,  dostluq  və 
məhəbbət  xüsusi  yer  tutur.  Fiziki  qüvvəsi  ilə  bütün 
maneələrə qalib gələn qəhrəman öz mənəvi qüdrəti ilə də 
müasirləri  üçün  nümunə  olacaq  bir  şəxsiyyət  kimi 
canlanır. 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə