Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə18/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

 
54 
əsasını təşkil edir” (8, 13). Tədqiqatçı bu yolla yaranmış 
dastanlara misal o
laraq  “Koroğlu”nu göstərir (8, 20). 
Alimin  ikinci  hesab  etdiyi  yol  F.  Qasımzadənin 
birinci  hesab  etdiyi  yoldur.  Həmid  Araslı    bu  yolla 
yaranmış dastanlara nümunə olaraq “Qurbani”, “Abbas-
Gülgəz” və “Aşıq Qərib” dastanlarını göstərir (8, 20). 
Həmid Araslının göstərdiyi üçüncü yol dastanların 
aşıqların  özləri  tərəfindən  yaradılması  ilə  bağlı  fikridir.  
Bu fikir Feyzulla Qasımzadənin “Ustad aşıqlar haqqında 
sevgi dastanları bəzən onların özləri tərəfindən, həyatda 
ikən yaradılırdı” (8, 13) qeydi ilə, demək olar ki, üst-üstə 
düşür.  Bu  isə  “dastan  yaradıcılığında  ən  əsaslı  yol 
olmuşdur  ki,  indi  də  sovet  aşıqları  tərəfindən  davam 
etdirilməkdədir” (8, 21). 
Aşıq    yaradıcılığında  dastan  araşdırıcılığı  xüsusi 
yer tutur. Dastan özünün bir sıra xüsusiyyətləri ilə şifahi 
ədəbiyyatın  başqa  növlərindən  fərqlənir.  Hər  şeydən 
əvvəl  dastanlarda  xalqın  azadlıq  uğrunda  apardığı 
mübarizə,  xalq  qəhrəmanlarının  qoçaqlığı,  yenilməzliyi 
daha  canlı  və  daha  ətraflı  əks  etdirilir.  Xalqın  mənəvi 
zənginlikləri,  onun  azadlıq  arzuları  aşıq  yaradıcılığının 
dastan növündə daha geniş və aydın ifadə olunur. 
Dastan  janrını  və  onun  araşdırılma  problemlərini 
Azərbaycan eposşünaslığının tədqiq aktuallığını heç vaxt 
itirməyən  mövzularından  adlandıran  tədqiqatçı  Gülnarə 
Seyidova  haqlı  olaraq  yazır  ki,  dastan    janrı  və  onun 
araşdırılması ilə bağlı məsələlər ilk növbədə üç mühüm 
amillə  –  dastanın  bir  janr  kimi  başqa  folklor  janrları 
içərisində  mövqeyi,  janrın  milli  düşüncədəki  rolu  və 
dastanşünaslığın  elmi  təcrübəsinin  nəzəri  və  metodoloji 
cəhətdən  ümumiləşdirilməsi  zərurəti  ilə  şərtlənir: 
“Dastan  janrının  araşdırılma  problemlərinin  tədqiqi 
dastanşünaslığın  elmi  təcrübəsinin  nəzəri  və  metodoloji 
cəhətdən  ümumiləşdirilməsi  zərurəti  ilə  bağlıdır. 


 
55 
Azərbaycan  eposşünaslığının  zaman  cəhətindən  bir 
əsrdən  yuxarı  araşdırma  təcrübəsi  olduğunu  və  bu 
ənənənin çoxsaylı tədqiqatlarla təmsil olunduğunu nəzərə 
aldıqda  dastanşünaslığın  elmi  təcrübəsinin  nəzəri  və 
metodoloji  cəhətdən  ümumiləşdirilməsi  “Azərbaycan 
dastanlarının  araşdırılması  problemləri”ni  bir  mövzu 
kimi  folklorşünaslığın  daim  aktual  vəzifəsinə  çevirir” 
(142, 3). 
Alim qeyd edir ki, dastan Azərbaycan folklorunun 
həm poetik forması, həm də janr quruluşu baxımından ən 
iri  janrıdır.  “Kitabi-Dədə  Qorqud”,  “Koroğlu”  kimi 
dastanlar öz əhatəliliyi, zəngin tarixi, mətn nəhəngliyinə 
görə fundamental abidələr hesab olunur. Eyni zamanda, 
dastan janr kimi də digər janrların fövqündə dayanmaqla 
onları  öz  poetik  quruluşuna  daxil  edə  bilir.  Təsadüfi 
deyildir  ki,  folklorşünaslıqda  dastanlar  epik  növə  aid 
edilməklə  həm  də  epik-lirik janr hesab olunur: “Öz 
poetik  quruluşunda  nəsr  və  nəzm  formalarını,  janr 
quruluşunda epik, lirik, dramatik növün başqa janrlarını 
(atalar  sözü,  məsəllər,  qaravəllilər,  xalq  şeirinin  qoşma, 
gəraylı,  müxəmməs,  bayatı  və  s.)  birləşdirən  dastan 
janrının  poetik  dünyası,  əslində,  tükənməz  aləmdir. 
Folklorşünaslıq elmimizin nəzəri səviyyəsi dərinləşdikcə 
dastanın poetik quruluşunun daha dərin qatlarına enmək 
imkanı  yaranır.  Bu  da  öz  növbəsində  göstərir  ki, 
Azərbaycan  dastanlarının  tədqiqi  ilə  bağlı  bütün 
problemlər  folklorşünaslığımız  üçün  daim  aktual  olan 
mövzudur” (142, 3).  
Bu kontekstdən çıxış edərək Həmid Araslının etnik 
təfəkkürümüzün  formalaşmasında  çox  mühüm  mərhələ 
təşkil  edən  Azərbaycan  dastanlarına  həsr  olunmuş 
çoxsaylı  araşdırmalarının  aşağıdakı  istiqamətləri  əhatə 
etdiyini göstərə bilərik:  


 
56 
1.  “Kitabi-
Dədə  Qorqud”un  tədqiq  tarixi,  eposun 
poetik  xüsusiyyətləri,  mifoloji  kökləri,  yarandığı  və 
hazırkı şəklini aldığı tarixlər;  
2. “Kitabi-
Dədə  Qorqud”la  bağlı  mətnşünaslıq 
məsələləri və dastanın dil xüsusiyyətləri
3.  Qəhrəmanlıq  və  məhəbbət  dastanlarının  tədqiq 
tarixi, eposun poetik xüsusiy
yətləri,  mifoloji  kökləri, 
yarandığı və hazırkı şəklini aldığı tarixlər;  
4.  Qəhrəmanlıq  və  məhəbbət  dastanları  ilə  bağlı 
mətnşünaslıq məsələləri  və dastanın dil xüsusiyyətləri; 
5.  Aşıq  yaradıcılığının  nəzəri-poetik  məsələləri  və 
Azərbaycan 
dastanlarının 
gürcü 
və 
erməni 
mənbələrindəki yeri və əksi; 
6. Dastanlarımızdakı termin və anlayışlar.  
H.Araslının  tədqiqatlarında  dastanlarla  bağlı 
gəldiyi qənaət xüsusi maraq doğurur. Alim yazır ki, ayrı-
ayrı  qoşmaları  aşıq  sadəcə  oxuyursa,  dastanlarda  həm 
nəsr, həm də şeir iştirak edir. Aşıq dastanın nəsr hissəsini 
bir  aktyor  kimi  söyləyir.  Nəzm  hissəsini  isə  hadisəyə 
uyğun,  dastanın  məzmunu  ilə  bağlı  havalarda oxuyur, 
nəzm hissəsi isə əsasən aşıq qoşmalarından ibarət olur. 
 
H.Araslı dastanları öz mövzularına görə iki hissəyə 
bölür: tarixi qəhrəmanlıq və məhəbbət dastanları (8, 12) . 
Alimin “Şah İsmayıl” dastanının Səfəvi dövlətinin 
banisi  Şah  İsmayılla  bağlı  olduğuna  aid  maraqlı 
mülahizələri xüsusi əhəmiyyət kəsb edir: “XVI əsrdə baş 
verən  tarixi  hadisələr  əsasında  dastan  epizodları  da  ya-
ran
mışdır.  Azərbaycan  hökmdarı  Şah  İsmayıl  Xətainin 
apardığı müharibələrə, Azərbaycanı birləşdirmək uğrun-
da gös
tərdiyi səyə aşıqlar biganə qala bilməzdilər. Onun 
bir  çox  vuruşmaları  yəqin  ki,  aşıq  şeirində  öz  ifadəsini 
tapmışdır” (34, 9). 
Həmid Araslı Şah İsmayıl Xətainin ədəbi dilimizin 
inkişafındakı  rolunu  özəlliklə  vurğulamışdır:  “Xətai  


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə