Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

 
80 
Artıq  özündən  əvvəlki  ədəbiyyatdan  fərqli  olaraq 
Nizaminin  xalq  ədəbiyyatından  şah,  vəzir  obrazları  ilə 
yana
şı çoban, əməkçi, daşkəsən, kərpickəsən surətlərinə, 
alim  surətlərinə  müraciətini  H.  Araslı  bir  yenilik  kimi 
qiymətləndirir. 
H.  Araslı  o  dövr  ədəbiyyatında  müstəsna  bir  yer 
tutan  müsbət  qadın  surətləri  yaratmasını  da  şairin  xalq 
ədəbiyyatı ilə  bağlılığında  görür.  O,  göstərir ki, Nizami 
bütün Şərq ədəbiyyatında müsbət qadın surətləri yaradan 
ilk  sənətkardır.  Alim  Nizaminin  “Şəmira,  Nüşabə  kimi 
qüdrətli  hökmdar,  Şirin  kimi  qoçaq,  Fitnə  kimi  ağıllı, 
Leyli  kimi  sadiq,  Çin  kənizi  kimi  hazırcavab,  Mariya 
kimi  alim  qadın  surətləri  yaratmasında”  (26)  xalq 
ədəbiyyatından  gələn  motivlərin  mühüm  rolu  olduğunu 
qeyd  edir.  O,  Nizaminin  qadın  obrazlarının,  eləcə  də 
“Dədə Qorqud” dastanlarında, “Şah İsmayıl” dastanında, 
“Həzar  dastan”  nağılında,  “Valeh”  dastanında rast 
gəlinən bir çox motivlərin xalq ədəbiyyatından gəldiyini 
şairin  folklorla  əlaqəsinin  yeni  bir  təzahürü  olduğunu 
aydınlaşdırır. 
H. Araslı Azərbaycan dastanlarında verilmiş qadın 
surətlərinin  xüsusiyyətlərindən  birinin  onun  evlənəcəyi 
oğlanı  sınaqdan  keçirməsi  ilə  sıx  bağlı  olduğuna  işarə 
edərək  bu  sınağın  fizioloji  qüvvət,  söz  ustalığı  və  bilik 
sahəsində  aparıldığını  qeyd  edir:  “İstəyəni  çox  olan 
qızlar  özlərini  tilsimbənd  edir  və  onları  qurtaracaq 
qəhrəmanla  evlənəcəklərini  şərt  qoyurlar.  Ya  da  sözdə 
onu  bağlayacaq  aşiqə,  haqq  aşiqinə  gedəcəklərini  vəd 
edirlər.  Bəzi  dastanlarda  qəhrəman,  qızın  saxladığı 
canavarlar  ilə  vuruşur,  bəzən  özü  ilə  güləşir,  bəzən  də 
onun  tapmacalarına  cavab  tapır,  sonra  onunla  evlənir” 
(29,  19).  Tədqiqatçı  bütün  bu  məsələlərin  Nizami 
əsərlərində  də  mövcud  olduğunu  konkret  faktlarla 
müqayisələr əsasında açıb göstərir. 


 
81 
H.  Araslı  Nizami  yaradıcılığını  şifahi  xalq 
ədəbiyyatı  ilə  bağlayan  əsas  cəhətlərdən  birini  də  onun 
atalar  sözlərindən  və  xalq  idiomlarından  istifadə 
etməsində görür. O, göstərir ki, “əsasən atalar sözü kimi 
mənalı  aforizmlər  yaradan  dahi  sənətkar  öz  zəngin 
yaradıcılığında  tez-tez  atalar  sözlərinə  müraciət  edib 
fikirlərini əsrlərin süzgəcindən, təcrübəsindən keçmiş bu 
hikmətli ifadələrlə təsbit etməyə çalışmışdır” (29, 23-24). 
H. Aras
lı  Nizaminin  istifadə  etdiyi  idiomatik 
ifadələr,  atalar  sözləri,  zərb-məsəllər  haqqında 
danışarkən  maraqlı  bir  üsuldan  istifadə  edir.  O,  fars 
dilindən  gətirdiyi  bu  cür  ifadələrin  məhz  Azərbaycan 
təfəkkürünün  məhsulu  olduğunu,  konkret  ifadələrin 
məhz Azərbaycan dilindən götürülüb tərcümə edildiyini 
elmi əsaslarla sübut edir. Ümumiyyətlə, belə bir nəticəyə 
gəlir  ki:  “Nizami  “Xəmsə”sinin  hər  səhifəsində  rast 
gəldiyimiz atalar sözləri, şairin idiomları, qəhrəmanların, 
obrazların “Dədə Qorqud” dastanları ilə yaxınlığı, onun 
dastan  və  nağıllardan  istifadə  etməsi  əsərlərində  əsas 
ideyaların  xalqdan  alınması  şairin  ana  Vətən,  böyük 
Azərbaycan varlığı ilə bağlılığını aydınlaşdırır” (25, 2). 
Nizami  və  şifahi  xalq  ədəbiyyatı  mövzusunun 
mühüm  bir  tərəfi  də  şairin  yaradıcılığının  özündən 
sonrakı  yazılı  ədəbiyyata  olduğu  kimi,  şifahi  xalq 
ədəbiyyatına  da  təsir  göstərməsidir.  Məsələnin  bu 
tərəfinə  diqqəti  cəlb  edən  H.Araslı  yazır:  “Nizami  əsas 
mövzularını 
şifahi 
xalq 
ədəbiyyatından 
alıb, 
yaradıcılığını  xalq  mənafeyinə  uyğun,  onun  istək  və 
arzuları ilə bağlı inkişaf etdirən bir sənətkar olduğundan 
onun  əsərləri  sonrakı  şifahi  xalq  ədəbiyyatına  dərin  bir 
təsir göstərmişdir” (29, 27).  
H.  Araslının  fikrincə,  “Nizaminin  heç  elə  bir 
poeması  yoxdur  ki,  xalq  poeziyasında  onun  süjeti  ilə 
əlaqədar  əsər  olmasın.  Bunların  bir  hissəsi  Nizaminin 


 
82 
xalq  ədəbiyyatından  istifadə  edərək  yaratdığı  süjetlər 
olsa da, mühüm bir hissəsi Nizami yaradıcılığından xalqa 
keçmişdir. Bəzən şair böyük bir xalq dastanının süjetini 
iki misra ilə ifadə etmiş, bəzən də xalq şairin iki misrası 
əsasında böyük bir dastan yaratmışdır”  (25, 3).  
H.  Araslının  bu  mülahizələri  ədəbiyyatşünaslıqda 
bəzi mübahisələrə səbəb olmuşdur. Məsələn, Nizami və 
folklor  mövzusunun  görkəmli  tədqiqatçılarından  Tağı 
Xalisbəyli yazır: “Hörmətli alimin bu fikrinin bir hissəsi 
ilə  qəti  şəkildə  razılaşa  bilmərik.  Ona  görə  ki,  əvvəla, 
xalq  yaradıcılığından  Nizami  Gəncəvi  yaradıcılığına 
keçməsi məsələsi aydındır. Lakin Nizaminin xalqa təsiri 
və  ya  keçməsi  məsələləri  heç  kəsə  qəti  şəkildə  məlum 
deyil  və  məlum  olacağı  da  gözlənilmir.  İkincisi,  elə  bir 
misra  və  beytə  rast  gəlmirik  ki,  şair  hər  hansı  bir 
müəyyən dastanın süjetini vermiş olsun” (95, 39). 
Lakin  qeyd  etmək  lazımdır  ki,  nəinki  Nizaminin, 
habelə  bir  çox  dünya  sənətkarlarının  əsərləri  əsasında 
şifahi  xalq  ədəbiyyatı  nümunələri  yarandığı  məlumdur. 
Bundan  başqa,  əgər  Nizaminin  “Xəmsə”si  özündən 
sonrakı yazılı ədəbiyyata təsir etmişsə, şifahi ədəbiyyata 
da  təsir  edə  bilər.  Axı,  şifahi  ədəbiyyat  da  ilk  əvvəl 
konkret bir şəxs tərəfindən deyilir və sonra inkişaf edir, 
dəyişir,  zənginləşir.  Buna  görə  də,  məsələn, 
“İsgəndərnamə”  poeması  haqqında  ayrıca  tədqiqatın 
müəllifi  Əli  Abbasovun  “Nizaminin  İsgəndər  surəti 
folklora və yazılı ədəbiyyata güclü təsir etmişdir” (2, 86) 
fik
rini  həqiqətə  uyğun  hesab  etmək  olar.  Bu  fikir  H. 
Araslıdan sonra deyilsə də, onun mülahizələrini bir az da 
möhkəmləndirir. 
H. Araslının tədqiq obyektinin çoxcəhətli və zəngin 
olduğunu  vurğulayan  V.  Vəliyev  Nizami,  Füzuli  və 
XVII-
XVIII  əsrlərin  görkəmli  söz  ustalarının  H. 
Araslının    səmərəli  zəhməti  nəticəsində  geniş  təhlil 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə