Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

 
70 
etməsi ilə bağlı haqlı mövqeyini və dəyərli fikirlərini biz 
də dəstəkləyirik. Xalqımızın etnik təfəkküründə mühüm 
yer  tutan,  həqiqətən  oyanış  missiyasını  yerinə  yetirən, 
həmçinin  milli  varlığımızın,  doğma  dilimizin  möhkəm 
dayaqlar üzərində yaşadılmasında əsas qaynaqlardan biri 
olan  aşıq  yaradıcılığının,  bu  zəngin  mirasın  əsasında 
yaradılan  aşıq  şeirinin,  dastanların  araşdırılması  kimi 
vacib və müqəddəs bir vəzifəni fundamental əsərlərində 
layiqincə yerinə yetirən Həmid Araslının bu istiqamətdə 
gördüyü işlər hər cür təqdir və təşəkkürə layiqdir. 
 
 
 
 
 


 
71 
II FƏSİL 
 
YAZILI ƏDƏBİYYATLA ŞİFAHİ XALQ 
ƏDƏBİYYATININ ƏLAQƏ VƏ MÜNASİBƏTLƏRİ 
PROBLEMİ 
 
Elmi-
nəzəri  ədəbiyyatda  problemin  qoyuluşu  və 
bununla  əlaqədar  alimin  görüşləri.  Həmid  Araslının 
Azərbaycan 
ədəbiyyatı 
tarixinin 
araşdırılması 
istiqamətində qələmə aldığı möhtəşəm əsərlərdən biri də 
1960-
cı  ildə  nəşr  etdirdiyi  üç  cildlik  “Azərbaycan 
ədəbiyyatı  tarixi”  kitabıdır.  Bu  tədqiqat  əsəri  bütün 
həyatını  və  yaradıcılıq  qüvvəsini  Azərbaycan  klassik 
ədəbiyyatının tədqiqi və nəşrinə həsr edən alimin əlli ilə 
yaxın  bir  dövrdə  yaranan  çoxcəhətli,  zəngin  irsinin 
müəyyən bir hissəsini təşkil edir. 
Alimin  bu  irihəcmli  tədqiqatına  aşıq  ədəbiyyatına 
aid nümunələr, “Kitabi-Dədə Qorqud” boylarından ayrı-
ayrı parçalar, eləcə də böyük Azərbaycan şairləri Nizami 
Gəncəvi,  Məhəmməd  Füzuli,  Məhsəti,  Xaqani,  Nəsimi, 
Xətai,  Saib,  Qövsi,  Vaqif  və  başqa  qüdrətli  söz 
ustalarının  həyat  və  yaradıcılıqlarının  ayrı-ayrı 
problemlərini incələyən çoxsaylı əsərlərindən nümunələr 
daxil  edilmişdir.  Tədqiqat  həm  də  H.Araslının  müxtəlif 
illərdə  qələmə  aldığı  və  bəhs  edilən  problemə  dair 
yazıldığı dövr üçün əksəri ilk araşdırmalar olub, sistemli 
ədəbiyyat  tariximizin  yaranması  və  orta  əsrlər  ədəbi-
mədəni əlaqələrimizin öyrənilməsində önəmli əhəmiyyət 
daşıyan  araşdırmalarının  müəyyən  qismini  əhatə  edir. 
Burada  Azərbaycan  ədəbiyyatının  40-50-ci  illərdə  hələ 
aydınlaşdırılmamış  bir  çox  səhifələrini  işıqlandıran, 
tədqiqatın  kənarda  qalmış,  yaxud  az  öyrənilən  ədəbi 
simaların  və  qeyri-mətbu  bədii  abidələrin  üzə 
çıxarılmasında  mühüm  yeri  olan,  eləcə  də  Azərbaycan 
ədəbi  irsinin  dünya  miqyasında  tədqiqi  ilə  bağlı 


 
72 
araşdırıcının  şəxsi  mülahizələrini  bildirən  məqalə, 
məktub  və  başqa  yazılarından  gətirilən  seçmələrlə  də 
tanış  olmaq  mümkündür.  Tədqiqata  daxil  olan  əsərlər 
mündəricə və mövzu baxımından təsnif edilərək müvafiq 
bölmələrə ayrılmışdır. 
H.  Araslının  bu  tədqiqatında  anadilli  yazılı 
ədəbiyyatımızın  ərsəyə  gəlməsində  önəmli  xidmətləri 
olmuş  Qazi  Bürhanəddin,  İmadəddin  Nəsimi,  Kişvəri, 
Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqaları kimi 
dahi  söz  sənətkarlarının  da  Azərbaycan  ədəbiyyatındakı 
yeri və mövqeyi tam həllini tapmışdır. Bu kitab və daha 
öncə  çapdan  çıxmış  iki  cildlik  “Müxtəsər  Azərbaycan 
ədəbiyyatı  tarixi”  kitabı  bir  daha  sübut  edir  ki, 
Azərbaycan  şairlərindən  İzzəddin  Həsənoğlu,  Qazi 
Bürhanəddin,  İmadəddin  Nəsimi,  Şah  İsmayıl  Xətai, 
Kişvəri, Arif Həbibi, Məhəmməd Füzuli, Qövsi Təbrizi, 
Saib  Təbrizi,  Məsihi,  Fədai,  Molla  Vəli  Vidadi,  Molla 
Pənah Vaqif və digərləri barədə ən ilk, ilk olduğu qədər 
də  mötəbər  tədqiqat  işi,  elmi-nəzəri  ümumiləşdirmə 
məhz Həmid Araslı yaradıcılığına məxsusdur. 
Həmid  Araslı  dahi  şairimiz  Nizami  Gəncəvinin 
yaradıcılığından  çox  geniş  şəkildə  bəhs  edən  dəyərli 
tədqiqatları  ilə  Azərbaycan  nizamişünaslığı  qarşısında 
misilsiz xidmətlər göstərmişdir. Alimin hələ keçən əsrin 
40-
cı illərindən Nizami Gəncəvinin zəngin yaradıcılığına 
böyük tö
hfə  verən  “Nizami  Gəncəvi”  (Bakı,  1947), 
“Azərbaycan  ədəbiyyatı:  tarixi  və  problemləri”  (Bakı, 
1968),  “Şərqdə  Leyli  və  Məcnun  əsərləri  və  Nizami” 
(Bakı,  1940),  “Nizami  əsərlərinin  el  variantları”  (Bakı, 
1940),  “Nizami  və  Azərbaycan  xalq  ədəbiyyatı”  (Bakı, 
1947), “Nizami və Vətən” (Bakı, 1948), “Şairin həyatı” 
(Bakı, 1967), “Nizami Gəncəvi və Sirlər xəzinəsi” (Bakı, 
1981),  “Nizami  Gəncəvi  və  qadın  obrazları”  (Bakı, 
1939),  “Nizamidə  xalq  sözləri  və  xalq  ifadələri”  kimi 


 
73 
elmi  tədqiqatları  Nizami  və  türklük  məsələlərinə  xüsusi 
elmi  şərhləri  ilə  seçilmiş,  bu  sahədə  aparılan  digər 
tədqiqatlar  üçün  əsas  qaynaq  olmuşdur.  Alimin  klassik 
ədəbiyyatımızın  öyrənilməsi  istiqamətində  tədqiqatla-
rının  önəmli  bir  hissəsinin  Nizami  Gəncəvi 
yaradıcılığının  araşdırılmasına  həsr  edilməsi  heç  də 
təsadüfi  deyildir.  Sovet  və  dünya  ədəbiyyatşünaslığında 
fərqli,  çox  zaman  yanlış  və  qərəzli  baxışların  üstünlük 
təşkil etdiyi dövrlərdə Nizaminin əsərlərinin ruhuna xas 
milli  çalarları  qabartmağa  çalışan  alim  adıçəkilən 
əsərlərdə onun sırf öz sözlərinə, ifadə tərzinə söykənərək 
şairin  farsca  yazsa  da,  türkcə  düşündüyünü  dərin 
məntiqli  dəlillər  və  faktlar  əsasında  ortaya  qoymağı 
bacarmışdır.  O,  Nizaminin  Qumdan  olması  barədə  irəli 
sürülən bütün iddia və mülahizələri darmadağın edərək, 
Nizami  fenomeninin  Azərbaycan  ədəbiyyatında 
göydəndüşmə, sıradan bir olay olmadığını, bu fenomenin 
şairin 
yaşadığı 
dövrün 
mədəni 
mühitindən 
qaynaqlandığını  göstərmiş,  şairin  yaşadığı  dövrü  hərtə-
rəfli təhlil süzgəcindən keçirmişdir. 
Tanınmış  alim  Azad  Nəbiyev  də  özünün  “Sirlər 
xəzinəsinin  folklor  mənbələrinə  dair”  məqaləsində 
Həmid  Araslının  “Nizami  Gəncəvi”  adlı  məqalələr 
məcmuəsinə  istinadən  belə  yazır:  “Həmid  Araslı 
tamamilə  haqlı  olaraq  göstərir  ki,  “fars  şərhçilərinə  və 
Av
ropa  tədqiqatçılarına  məchul  qalan  bu  ifadələrin 
hamısına  Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  qədim 
nümunələrində təsadüf olunur” (129, 27).  
Nizami Gəncəvi irsinin Azərbaycan xalq ədəbiyyatı 
ilə əlaqəsindən bəhs edən akademik Həmid Araslı yazır: 
“Nizami yara
dıcılığının  qüdrətini  Azərbaycan  mədəniy-
yəti  ilə  izah  edərkən,  bu  qüdrətin  əsas  təməlini  təşkil 
edən zəngin və qüdrətli şifahi xalq yaradıcılığını xatırdan 
çıxarmaq  olmaz.  Çünkü  bütün  Şərq  şairlərindən  xalq 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə