Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

 
74 
həyatına  və  xalq  məişətinə  yaxınlığı  və  bağlılığı  ilə 
fərqlənib,  Azərbaycan  xalqının  milli  xüsusiyyətləri  ilə 
ayrılmaz  dərəcədə  əlaqədar  olan  Nizami,  zəngin  şifahi 
xalq ədəbiyyatı ilə tərbiyələnib, öz yaradıcılığında ondan 
bacarıqlı istifadə yolu ilə rövnəqləndirilmişdir” (127,70-
71). 
Tədqiqatçı  Cahan  Ağamirov  Nizaminin  farsca 
yazsa  da,  türkcə  düşünməsi  məsələsinə  həsr  etdiyi 
“Həmid  Araslı  yaradıcılığında  Nizami  Gəncəvi  və 
türklük”  adlı  məqaləsində  haqlı  olaraq  göstərir  ki, 
“Azərbaycanda  Nizami  Gəncəvi  haqqında  ilk  araşdırma 
apa
ran, onu təbliğ edən, şairin türk olduğunu sübut edən 
alim akade
mik Həmid Araslıdır: “Nizamidə xalq sözləri 
və  xalq  ifadələri”  məqaləsində  böyük  alim  “Xəmsə”də 
100-
ə qədər türk sözləri olduğunu və Azərbaycan atalar 
sözlərindən  istifadə  olunduğunu  arayıb  tapmışdır.  Bu-
nunla  da  Nizaminin  türk  olduğuna  heç  bir  şübhə  yeri 
qoymamışdır.  Onun  yaylaq,  qışlaq,  köç,  alaçıq,  dağ, 
çirkin,  sancaq,  qırmızı,  dolma,  ələk,  çadır,  kömək  və  s. 
söz
ləri  onu  göstərir  ki,  Nizami  bu  sözlərdən  ustalıqla 
istifadə etmişdir” (209). 
Həmid  Araslının  folklorşünaslıq  sahəsindəki 
çalışmalarının    özünəməxsusluğu  yazılı  ədəbiyyatla 
şifahi  xalq  ədəbiyyatının  əlaqə  və  münasibətlərinə  həsr 
olunmuş  tədqiqatlarında  daha  qabarıq  şəkildə  nəzərə 
çarpır.  Həmid  Araslının  müraciət  etdiyi,  demək  olar  ki, 
bütün kla
ssik 
sənətkarların 
yaradıcılığının 
araşdırılmasında  bu  problem  ayrıca  tədqiq  olunur  və 
bununla  da  ədəbiyyatşünaslıq  elmi  yeni  tədqiqat 
ideyaları və faktları ilə zənginləşir. Alim yazır ki, “VII-
XII  əsrlərdə  saraylar  və  məscidlər  ətrafında,  böyük 
ticarət  şəhərlərindəki  təkyələrdə  yaranan  yazılı  ədə-
biyyatdan  tam  mənasilə  fərqli  olan  şifahi  ədəbiyyat, 


 
75 
köçəri  oymaqlar  arasında  yaranan  xalq  ədəbiyyatı  da 
xüsusi əhəmiyyətə malikdir” (23). 
V.  P.  Anikin  qeyd  edir  ki,  “folklor  Şərq 
müdriklərinə öz sərrastlığı və dəqiqliyi ilə seçilən elə bir 
hikmət bəxş etmişdir ki, eşidənlər bir yandan mat qalır, 
digər  tərəfdən  də  onlara  pərəstiş  edirlər”  (176,  18).  Bu 
baxımdan  Azərbaycanın  Nizami  Gəncəvi  kimi  nəhəng 
mütəfəkkiri də istisna deyil. Bu baxımdan onun Nizami 
yaradıcılığında  folklordan  istifadə  ilə  əlaqədar 
tədqiqatları xüsusi maraq doğurur. Bu da onunla bağlıdır 
ki,  dahi  şairin  əsərləri  yazılı  ədəbiyyatla  şifahi  xalq 
ədəbiyyatının  əlaqə  və  münasibətləri  probleminin  daha 
ətraflı  və  dərindən  araşdırılmasına  imkan  verir. Buna 
görədir  ki,  Nizami  və  folklor  probleminin  görkəmli 
tədqiqatçılarından  olan  ədəbiyyatşünas-alim  Tağı 
Xalisbəyli  bu  məsələyə  diqqəti  cəlb  edərək  yazırdı: 
“Xalqın  rəvayət,  əfsanə,  nağıl  və  dastanları,  qədim 
mifoloji  görüşləri  Nizami  Gəncəvinin  istər  tərbiyəvi, 
istər fəlsəfi və ictimai-siyasi, istərsə də elmi mülahizələri 
üçün əsas dayaqlardan olmuşdur. Folklorun Nizami Gən-
cəvi  sənətinə  təsiri  məsələlərinin  tədqiqi  şairin 
yaradıcılığının  ideya  və  sənətkarlıq  xüsusiyyətlərini 
araşdırmaq işinə ciddi yardım etdiyi kimi, şifahi və yazılı 
ədəbiyyat arasındakı əlaqə və münasibətlərin xarakterini 
açmaq üçün də əhəmiyyətlidir” (96, 5). 
Ümumiyyətlə,  Nizami  və  folklor  problemi 
nizamişünaslığın  çox  mühüm  sahələrindəndir.  Buna 
görədir ki, Nizami yaradıcılığının, demək olar ki, bütün 
tədqiqatçıları – Y. E. Bertels, M. Ələkbərli, M. Rəfili, M. 
Ə. Rəsulzadə, Ə. Axundov, M. Əlizadə, A. Rüstəmova, 
S. Paşayev və başqaları şairin folklor qaynaqlarından is-
tifadə  etməsindən  bu  və  ya  digər  şəkildə  bəhs  etmişlər. 
Adını yuxarıda çəkdiyimiz Tağı Xalisbəyli isə bu haqda 
xüsusi  tədqiqat  işi  yazmış  və  bir  neçə  kitab  nəşr 


 
76 
etdirmişdir.  Akademik  Həmid  Araslının  bu  sahədəki 
tədqiqatları isə xüsusilə seçilir. 
Alimin  Nizami  və  folklor  mövzusunun 
araşdırılması  sahəsindəki  ən  mühüm  cəhət  bundan 
ibarətdir  ki,  o,  bu  problemin  öyrənilməsinin  əsasını 
qoyanlardan  biri  olmuşdur.  Hələ  keçən  əsrin  30-40-cı 
illərində  Nizaminin  bir  şair  kimi  milli  mənsubiyyəti 
mübahisə  predmeti  olanda  Həmid  Araslı  Azərbaycan 
xalqının  milli  təfəkkürünün  məhsulu  və  ifadəsi  olan 
folklor  mövzu  və  motivlərini,  janr  və  ifadə  vasitələrini 
elmi  əsərlərində  araşdırıb  üzə  çıxaranda  böyük 
vətəndaşlıq vəzifəsini yerinə yetirməklə yanaşı, yazılı və 
şifahi  ədəbiyyat  arasındakı  əlaqə  və  münasibətlərin 
öyrənilməsi  kimi  yeni  bir  elmi  tədqiqat  istiqamətinin 
əsasını  qoymuş  olurdu.  O,  1941-ci  ildə  Nizami 
Gəncəvinin  folklor  əlaqələrinin  öyrənilməsinin  elmi 
əhəmiyyətini  izah  edərək  yazırdı:  “Xalq  ədəbiyyatı 
xəzinəsində Nizaminin şəxsiyyəti və onun qəhrəmanları, 
əsərlərinin süjetləri ilə əlaqədar çox materiallar vardır ki, 
bunların  elmi  surətdə  toplanması  nizamişünaslıq  işinin 
qarşısında  duran  mühüm  vəzifədir.  Bu  müxtəlif 
variantların  müqayisə  və  təhlili  istər  şairin  şəxsiyyətini, 
istərsə  də  onun  doğma  xalqı  ilə  münasibətlərini  tədqiq 
etmək  üçün  ən  mühüm  tədqiqat  obyektidir”  (25,  4). 
Nizami əsərlərinin el variantları ilə əlaqədar deyilmiş bu 
fikir  eyni  dərəcədə,  bəlkə  bir  az  da  artıq  şairin 
əsərlərində istifadə olunan folklor mövzularının, janr və 
ifadə vasitələrinin araşdırılması məsələsinə də aiddir.  
H. Araslı Nizami Gəncəvi haqqındakı, demək olar 
ki,  bütün  əsərlərində  şairin  xalq  ədəbiyyatından 
bəhrələnməsi  məsələsinə  toxunmuşdur.  Görkəmli  alim 
Nizami  Cəfərov  H.  Araslının  dünya  nizamişünaslıq 
elmində  tutduğu  əhəmiyyətli  mövqeyinə  işarə  edərək 
yazır:  “Nizami  yaradıcılığını  uzun  illər  boyu  dərindən 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə