Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

 
77 
öyrənmiş, dünyanın Gəncəli dahisinin milli tarixi köklərə 
nə qədər bağlı olduğunu ortaya çıxarmış alimin 1942-ci 
ildə  “SSRİ  EA  Azərbaycan  filialının  Xəbərləri”ndə  çap 
etdirdiyi “Nizami
də  xalq  sözləri,  xalq  ifadə  və  zərbi-
məsəlləri”  məqaləsi  böyük  şair-mütəfəkkirin  milli 
mənsubiyyətini  təsdiq  etmək  baxımından,  həqiqətən, 
ciddi hadisə idi. Və yazdığı zamandan on illər keçməsinə 
baxmayaraq, bü
tün bir monoqrafiyanın siqlətini daşıyan 
bu  məqalə  dünya  nizamişünaslığının  ən  dəyərli 
əsərlərindən biri olaraq qalır” (66). 
H.  Araslının  bilavasitə  Nizaminin  şifahi  xalq 
ədəbiyyatı  ilə  əlaqəsi  məsələsinə  həsr  olunmuş  digər 
tədqiqatları da vardır. Həmin əsərlərində şairin xalq söz 
və ifadələrindən tutmuş böyük epik janrlardan (nağıl və 
dastanlardan)  istifadəsi  ayrıca  tədqiqat  predmetinə 
çevrilir.  Bu  baxımdan  alimin  “Nizami  əsərlərinin  el 
variantları” (1941), “Nizami və xalq yaradıcılığı” (1939), 
“Nizami  və  Azərbaycan  xalq  ədəbiyyatı”  (1947)  və  s. 
əsərləri  xüsusilə  diqqəti  cəlb  edir.  H.  Araslı  xalq 
ədəbiyyatının  Nizami  yaradıcılığına  təsirinin  əhəmiy-
yətini  ümumiləşdirərək  yazırdı:  “Nizamini  bütün 
müasirlərindən fərqləndirən, onu dünya ədəbiyyatının ən 
yüksək  zirvəsinə  qaldıran  əsas  xüsusiyyətlərdən  biri  və 
ən  başlıcası  da  onun  xalq  ədəbiyyatı  ilə  yaxından  bağlı 
olması,  xalqdan  qüvvət  alaraq  yaradıcılığını  yeni  bir 
istiqamətdə  inkişaf  etdirməsidir”  (25,  1).  Daha  sonra  o, 
öz əsərlərində konkret misallarla “Nizaminin xalq dili və 
xalq  ədəbiyyatı  nümunələrindən  necə  istifadə  etdiyini 
elmi  təhlillər  əsasında  aydınlaşdırır.  Məsələn,  o, 
“Nizamidə  xalq  sözləri,  xalq  ifadə  və  zərb-məsəlləri” 
məqaləsində ayrı-ayrı söz və ifadələrin Nizami əsərlərinə 
Azərbaycan  dilindən  keçdiyini  inandırıcı  şəkildə  izah 
e
dir.  Professor  M.  Quluzadə  bu  məsələyə  toxunarkən 
yazır ki: “…burada müəllif Nizaminin doğma ana dilinin 


 
78 
Azərbaycan  dili  olduğunu,  dahi  şairin  əsərlərində  çoxlu 
Azərbaycan atalar sözləri və xalq məsəllərinin işləndiyini 
maraqlı  misallarla  göstərir  və  Nizaminin  azərbaycanlı 
mənşəyini  inkar  etməyə  çalışan  bəzi  İran  və  Avropa 
burjua  alimlərinin  qeyri-elmi,  mürtəce  görüşlərinin 
tamamilə əsassız olduğunu bir daha sübut edir” (65, 19-
20). 
 
“Nizami  və  Azərbaycan  xalq  ədəbiyyatı” 
məqaləsində  isə  alim  artıq  daha  dərin  ədəbi-bədii  təhlil 
vasitəsilə  Nizamidə  xalq  ədəbiyyatı  mövzularından, 
motivlərindən,  bədii  obraz  və  priyomlardan  istifadə 
yollarını aydınlaşdırır. 
İlk  növbədə  tədqiqatlar  diqqəti  şairin  öz  əsas 
mövzularını  folklordan  alması  məsələsinə  cəlb  edir.  H. 
Aras
lı  şairin  hələ  ilk  böyük  əsəri  olan  “Sirlər 
xəzinəsi”ndə xalq rəvayətlərindən istifadə edərək, əsərdə 
qoyduğu  ideyaları  oxucuya  maraqlı  surətdə  çatdırmağa 
çalışdığını  sənətkarlıq  nailiyyəti  kimi  qeyd  edir.  Bu 
baxımdan  “Nuşirəvan  və  bayquşların  söhbəti”,  “Bülbül 
və  qızılgül”  və  s.  hekayələrdən  ustalıqla  istifadə 
olunduğu  nəzərə  çatdırılır.  Lakin  şairin  ilk  məhəbbət 
dastanı olan “Xosrov və Şirin” əsərində xalq ədəbiyyatı 
ilə dərindən bağlı olması, bu mövzunun xalqdan olması 
qeyd  edilir  və  göstərilir  ki,  Nizaminin “bundan sonra 
yaratdığı əsərlərin hamısında bu bağlılıq hakim yer tutur” 
(27,10). 
H.  Araslı  şairin  “Leyli  və  Məcnun”  əsərinin  də 
mövzusunun  şifahi  xalq  ədəbiyyatından  alındığını  qeyd 
edir  və  göstərir  ki,  “ərəb  şifahi  xalq  ədəbiyyatında 
canlanıb  yaxın  şərq  xalqları  arasında  yayılmış  olan  bu 
dastanın  XII  əsrdə  Azərbaycan  xalqı  içərisində  məşhur 
olması  məlumdur”  (29,  10).  Bunu  şair  əsərin 
müqəddiməsində qeyd edir.  


 
79 
H.  Araslı  “Yeddi  gözəl”  poemasının  da  xalq 
nağılları  quruluşunda  yazıldığını,  qızların  söylədiyi 
nağılların  məzmununun  xalq  ədəbiyyatından  alındığını 
qeyd  etməklə  şairin  folklorla  bağlılığını  faktlarla  sübut 
edir.  Alim  həmçinin,  Nizaminin  son  əsəri  olan 
“İskəndərnamə”  poemasının  da  xalq  dastanları  əsasında 
quruldu
ğunu  nəzərə  çatdırır  və  yazır  ki:  “Nizami  bu 
əsərini  ərəb,  fars,  yunan,  rum  dillərində  yazılmış  tarixi 
məlumatlar  əsasında  qurduğu  kimi,  xalq  ədəbiyyatında 
İskəndər haqqında yayılmış rəvayətlərdən də çox istifadə 
etmişdir” (29, 11). 
Nizami əsərlərinin mənbələrini izah edən H. Araslı 
belə bir qənaətə gəlir ki, “Nizami əsərləri öz mövzu və 
quruluşu  ilə  yox,  eyni  zamanda  bədii  xüsusiyyətləri  ilə 
də  şifahi  xalq  ədəbiyyatı  ilə  bağlıdır”  (29,  11).  Bunu 
aydınlaşdırmaq üçün alim Nizaminin poemalarında obraz 
və  hadisələrin  təsviri,  qəhrəmanların  yaradılması 
baxımından xalq ədəbiyyatı nümunələrinə müraciət edir, 
müqayisələr aparır və Nizami yaradıcılığının Azərbaycan 
xalqının  şifahi  yaradıcılığı  ilə  üzvi  bağlı  olduğunu 
müəyyənləşdirir.  
H.Araslı  Nizami  əsərlərində  və  şifahi  xalq 
ədəbiyyatında  olan  surətləri  müqayisə  edərkən  şifahi 
ədəbiyyatda  rast  gəlinən  müsbət  və  mənfi  surətlərin 
mühüm his
səsinin  Nizami  poemalarında  da  olduğunu 
qeyd  edir.  O,  müqayisə  apararaq  göstərir  ki,  Nizamiyə 
qədər olan ədəbiyyatda bu surətlərin ancaq bir hissəsinə, 
yalnız  cəngavərliklə  əlaqədar  olan  hökmdar  surətlərinə 
təsadüf  edilir.  Tədqiqatçı  Nizaminin  şifahi  xalq 
ədəbiyyatına  müraciətində  bir  yeni  cəhət  kimi  həyatı 
hərtərəfli  əks  etdirən  obrazları,  xüsusən,  əməkçi  xalq 
içərisindən  çıxan  müsbət  surətləri  yaratmasını  görür. 
Alimin fikrincə, bu şairin xalq ədəbiyyatı ilə, beləliklə də 
xalq  həyatı  ilə  yaxından  bağlanmasına  imkan  yaradır. 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə