Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə28/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

 
86 
mübaliğələrdən  xali  deyildir.  Şairənin  əsl  siması  isə  bu 
mübaliğələr içərisində itib getmişdir” (112, 5). 
Alimin  sözlərinə  görə,  “Məhsətinin  bədahətən  
söylədiyi rübailərin, müasirləri ilə müaşirəsinin və Əmir 
Əhmədlə olan müaşiqəsinin uzun müddət xalq içərisində 
ağızdan-ağıza  söylənib, nəhayət,  dastana  çevrildiyini  və 
bu  dastanın  sonralar  Hani  adlı  bir  yazıçı  tərəfindən 
qələmə  alındığını  söyləyən  alim  daha  sonra  yazır: 
“Məhsətinin  aşiqanə  rübailəri  ilə  xalq  bayatılarını 
müqayisə  etdikdə,  bunların  arasında  fikir  ayrılığı 
olduğunu aydın görürük. Şairə könlünə müraciət edərək 
deyir ki: 
   
Ey ürək, ömrünü vermədən bada 
   
Gülüb yetməmisən kama, murada 
   
Kimsə yetişmədi dadıma, heyhat, 
   
Mən ürək əlindən gəldim fəryada! (112, 5) 
Məhsətinin  bəzi  rübailəri  bizcə,  sonrakı  dastan 
qəhrəmanlarının  şeirləri  ilə  uyğun  gəlir.  O,  rübailərinin 
birisində yazır: 
   
Ürək xeyir görməz hicrində hərgiz
   
Qiyaməti görsün gözlərim. 
   
Sənə böhtan deyən mənim adımdan 
   
Görüm, bu dünyada qoymasın bir iz (112, 6). 
“Abbas  və  Gülgəz”  dastanından  gətirdiyimiz 
aşağıdakı qoşma eyni fikri ifadə edir: 
   
Səhər-səhər sərçeşmələr başında, 
   
Gün kimi aləmə yayılan pərim. 
   
Hər kim məndən sənə yaman qandırsa, 
   
Ya əqrəb dişləsin, ya ilan, pərim (112, 6). 
Alim  gətirilən  bu  misalların  Məhsəti  rübailərinin 
şifahi  xalq  yaradıcılığı  ilə  nə  qədər  əlaqəli  olduğunu 
aydınlaşdırdığı  fikrini  irəli  sürür  və  şairənin  xalqa 
aşiqanə  şeirləri  ilə,  bayatılarla  fikrən  yaxınlığının  onun 


 
87 
şəxsi  kədər  və  iztirablarını  deyil,  qadınlığın  bütün  ürək 
sözlərini əks etdirməsi ilə bağlı olduğunu göstərir. 
Məhsəti  yaradıcılığı  şifahi  xalq  ədəbiyyatı  ilə  bu 
qədər yaxın səsləşsə də, onun yaradıcılığı, əsasən dövrün 
yazılı ədəbiyyatı ilə sıx surətdə bağlıdır. H. Araslı yazır 
ki, Məhsəti Gəncəvi öz rübailərində nücum, təbabət və s. 
elmlərdən  gələn  istilahları  işlədir,  XII  əsr  ədəbiyyatına 
xarakterik olan müqayisə və məcazlardan, təşbih və istia-
rələrdən bacarıqla istifadə edir, bütün bunlar isə şairənin 
zəngin  biliyə  malik  olduğunu  aydın  göstərir:  “Lakin  o, 
müasirlərindən  fərqli  olaraq,  xalq  ədəbiyyatına  daha 
yaxından bağlı bir sənətkar olduğu üçün xatiratı da geniş 
xalq içərisində çox yayılmışdır” (112, 5). 
Həmid  Araslı  Xaqani  Şirvanidən  yazarkən  qeyd 
edir ki, 
“Xaqaninin əsərləri bədii xüsusiyyətləri etibarilə 
son dərəcə zəngindir. Onun istər məhəbbət mövzusunda, 
istərsə  də  ictimai  mövzularda  yazılmış  şeirlərində  bir 
tərəfdən  xalq  ədəbiyyatına  xas  olan  obrazlı  ifadələr, 
digər  tərəfdən  kitabdan  gələn  elmi  və  fəlsəfi  biliklərlə 
əlaqədar  terminlər,  eyni  zamanda  tarixdən  və  dini 
əfsanələrdən alınmış ifadələr çox işlədilir” (98, 11). 
Alim  fikrini  aşağıdakı  misallarla  əsaslandırır:     
“Səba  ilə  mənim  ortamda  bir  qovğa  qopar  onda,   
Deyərlər bu küləklə çarpışan insan nə nadandır. (98, 325)  
Yox şikayət etməyə haqqı, çəkirsə kim qəmin
Çünki,  hər  bir  dərdli  qəlbə  öz  qəmindir  qəmküsar  (98, 
339) 
                   
Ətir saçır aləmə sübh yeli bir bahar
Hər daşa ziynət verir jalə ilə ruzigar. 
Qoydu oyunbaz bulut qarşıya yaz sahirin, 
Hər bir ağacda səhər seyr eləyir aşikar (98, 342). 
Həmid  Araslı  İmadəddin  Nəsiminin  də  ilk 
tədqiqatçılarından hesab edilməkdədir. O, "Fədakar şair" 


 
88 
adlı  oçerkin,  bir  çox  elmi  məqalənin,  eləcə  də  Nəsimi 
əsərlərinin  nəşrlərinə  yazılmış  əksər  müqəddimələrin 
müəllifidir.  Bu  sırada  Nəsiminin  600  illik  yubileyi 
ərəfəsində nəşr edilən "İmadəddin Nəsimi" kitabçasını da 
xüsusi  qeyd  etmək  lazımdır.  Alim  bu  tədqiqat  əsərində 
XIV  əsrin  ağır  illərində  Azərbaycan  xalqının  zəngin 
vətəninin  hələ  monqol  istilaçılarının  talanından  yaxa 
qurtarmadığına  işarə  edərək  həmin  dövrdə  yurdumuzun 
Orta Asiyadan hücum edən Teymur ordularının atlarının 
ayağı  altında  tapdandığını  da  ürək  ağrısı  ilə  qeyd 
etmişdir. 
İmadəddin  Nəsiminin  yaşadığı  tarixi  dövrün 
işıqlandırılması  fonunda  bu  əzmkar  şairin  həyatı,  adı, 
dövrünün  müdrik  alimi  təbrizli  Fəzlullah  Nəiminin 
başçılığı ilə yaradılmış “Hürufilik” təriqəti, Nəsiminin bu 
təriqətdə  tutduğu  mühüm  mövqeyi,  xalq  şeiri  ruhunda 
gözəl  qəzəllər  yaradan  şairin  yaradıcılığının  üstün  bədii 
keyfiyyətlərini 
dəyərləndirən 
alim 
Nəsiminin 
Azərbaycan  ədəbiyyatı  tarixində  zəngin  irs  qoyub 
getdiyini  vurğulamışdır:  “Nəsimi  Azərbaycan  dilində 
şeirin  ilk  qəzəl  nümunələrini  yaradan,  öz  mütərəqqi 
fikirlərini  yüksək  bədii  dildə  ifadə  etməyi  bacaran 

drətli sənətkarlardan biri olmuşdur. Onun ana dilindən 
başqa ərəb və fars dillərində də yaratmış olduğu divanlar 
şairin  adının  öz  vətənindən  çox-çox uzaqlarda, bütün 
Yaxın Şərqdə şöhrətlənməsinə səbəb olmuşdur (15, 19). 
Həmin  tədqiqatında  H.  Araslı  qeyd  edir ki, 
Nəsiminin  ana  dilində  yazılmış  və  dünyanın  müxtəlif 
kitabxanalarında 
əlyazma 
şəklində 
saxlanılan 
“Divan”larını  qarşılaşdırdıqda  son  dərəcə  mürəkkəb  və 
ziddiyyətli  bir  yaradıcılıq  yolu  keçmiş,  yaradıcılığa 
məhəbbət  mövzusunda  yazdığı  şeirlərlə  başlamış 
sənətkarın  dövrün  siyasi-ictimai,  əxlaqi  mövzularında 
gözəl  əsərlər  yaratdığı,  öz  dərin  mənalı  şeirlərində 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə