Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə29/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

 
89 
Azərbaycan  ədəbiyyatı  tarixində  ana  dilində  yaranan 
fəlsəfi qəzəlin banisi olduğu məlum olur (11, 256-257).  
H. Araslı Nəsiminin məhəbbət mövzusu ilə yanaşı 
didaktiki-
tərbiyəvi  şeirlər  də  yazdığını  göstərərək  onun 
insanlarda  gördüyü  pislikləri  tənqid  etməyə,  acgözlüyü, 
paxıllığı, xudpəsəndliyi insana yaraşmayan sifətlər kimi 
pisləməyə  çalışdığını,  sırf  didaktik  mövzuya  həsr 
olunmuş  şeirlərində  şairin  insanı  yaxşı  xasiyyətli,  səxa-
vətli, ədəbli və həyalı olmağa çağırdığını, insanı incidən, 
narahat  edən  xüsusiyyətləri  də  sayaraq  oxucunu 
bunlardan uzaqlaşmağa səslədiyini qeyd edir: 
Dəxi üç nəsnə könlü qəmgin eylər
Qulaq dut kim edim sənə hekayət: 
Yaman qonşu, yaman yoldaşi-bədxu
Yaman övrət siyasətdir, siyasət (11, 257). 
Alim  bu  tədqiqatında  Nəsiminin  bəzi  şeirlərinin 
bütünlükdə musiqidən bəhs etdiyini, klassik musiqimizin 
Üşşaq, Novruz, Rast, Hüseyni, Çahargah, Şahnaz, Segah, 
Hicaz,  İsifahan,  Əraq,  Rəhab,  Hasar,  Mübərriqə, 
Müxalif, Şur kimi bütün muğam adlarından bir qəzəlinin 
daxilində onun ahənginə uyğun şəkildə istifadə etdiyini, 
şeirin  sonunda    eyni  qafiyəli  qəzəli  olan  Sədini 
xatırladığını göstərmişdir:  
Üşşaq meyindən qılalım işrəti-Novruz 
Ta rast gələ cəngi-Hüseynidə sərəfraz 
Bir Çahargahi lütf qıla hüsni-bozorgi, 
Küçik dəhanindən bizə, ey dilbəri-Şahnaz. 
Zəngülə sifət nalə qılam zari-Segahə 
Çün  əzimi-Hicaz  eyləyə  məhbubi-xöşavaz  (11, 
273). 
Alim  Nəsiminin  seçilmiş  əsərlərinin  toplandığı  iki 
cildlik  nəşrə  Teymur  Kərimli  ilə  birlikdə  yazdığı  ön 
sözdə göstərir ki, Nəsiminin əsərləri Yaхın Şərqdə gеniş 
ya
yılmasına  baхmayaraq  həmin  dövrədək  ölkəmizdə 


 
90 
bütövlükdə 
toplanıb 
mükəmməl 
şəkildə 
nəşr 
еdilməmişdir: “Doğrudur, onun əsərləri ilk dəfə 1844-cü 
ildə,  sonra  isə  1871  və  1880-ci  illərdə  İstanbulda  çap 
еdilmişdir. Bu nəşrlərin əvvəlində şairin fars dilində şеir-
lərindən  də  nümunələr  vardır.  Azərbaycanda  isə 
görkəmli  ədəbiyyatşünas  Salman  Mümtaz 1926-cı  ildə 
Nəsimi divanını ərəb əlifbası ilə nəşr еtmişdir. Bu nəşrlər 
Nəsimi irsinin gеniş yayılmasında mühüm rol oynasa da, 
böyük  sənətkarın  əsərlərini  tamamilə  əhatə  еtməmişlər. 
Şairin ana dilində divanının еlmi-tənqidi mətnini ilk dəfə 
Azərbaycan  alimlərindən  Cahangir  Qəhrəmanov  nəşrə 
ha
zırlamışdır. O, Bakı, Lеninqrad və İrəvan əlyazmaları 
fondlarında  saхlanılan  bеş  nüsхəni  İstanbul  və  Bakı 
nəşrləri ilə tutuşduraraq şairin ana dilində əsərlərinin ilk 
еlmi-tənqidi  mətnini  ərəb  əlifbası  ilə  nəşr  еtdirmişdir” 
(40, 10-11). 
Yazılı  ədəbiyyatla  şifahi  xalq  ədəbiyyatının  əlaqə 
və münasibətləri probleminə həmişə xüsusi diqqət ayıran 
Həmid  Araslı  Məhəmməd  Füzulinin  yaradıcılığına  da 
tədqiqatlarında ayrıca yer vermişdir. Füzulinin də ardıcıl 
tədqiqatçısı və yorulmaq bilməyən naşiri kimi ölkəmizin 
sərhədlərindən  çox-çox  uzaqlarda  şöhrət  tapan  Həmid 
Araslı  şairin  həyat  və  yaradıcılığının  ayrı-ayrı 
məsələlərinə  20-dən  artıq  məqalə  həsr  etmiş,  özünün 
çoxillik araşdırmalarının yekunu kimi rus və Azərbaycan 
dil
lərində nəşr etdirdiyi “Böyük Azərbaycan şairi Füzuli” 
monoqrafiyasını  ortaya  qoymuşdur.  Həqiqət  budur  ki, 
alim  hələ  30-cu  illərdən  başlayaraq  Məhəmməd 
Füzulinin ya
radıcılığı ilə bağlı məqamlara təkcə ayrı-ayrı 
məqalələrində  deyil,  ədəbi-nəzəri  oçerk  və  əsərlərə 
yazdığı  müqəddimələrdə  də  daim  eyni  münasibəti 
göstərməkdə idi. Onun bu münasibəti Füzulinin vəfatının 
400  illiyi  münasibətilə  1958-ci  ildə  nəşr  olunmuş 
sözügedən 
monoqrafiyasında 
ümumiləşdirilərək 


 
91 
sistemləşdirilmişdir.  Həmid Araslının  bilavasitə 
rəhbərliyi ilə nəşr edilən beş cildlik isə füzulişünaslığın 
inkişafında  xüsusi  bir  mərhələ  hesab  edilir.  Təsadüfi 
deyil  ki,  təkcə  Azərbaycan  alimləri  deyil,  dünya 
füzulişünasları da bu günə qədər həmin nəşrə ən mötəbər 
mənbə kimi yanaşır, ona müraciət və istinad etmədən söz 
deməyə cəsarət etmirlər.  
Füzulinin özünün qəlb aləmindən xəbər verən lirik 
şeirlərində,  xüsusilə  qəzəllərində  saf,  təmiz  bir  qəlbin 
incə,  kövrək  duyğularının,  ülvi  bir  məhəbbətin 
həyəcanlarının ifadə olunduğunu, oxucusunu bədii sözün 
qüdrətilə  sehirləyib  düşünməyə,  öz  mənliyini,  kainatı, 
həyat  gözəlliklərini  dərk  etməyə  çağırdığını,  dostluğa, 
məhəbbətə  səslədiyini  vurğulayan  alim  sözügedən  beş 
cildlik  nəşrin  “Füzuli  “Divanı”nın  əlyazmaları  və  nəşri 
haqqında” başlıqlı ön sözündə Füzulinin bütün dünyaya 
aşiq  nəzəri  ilə  baxdığını,  məhəbbəti  kainatın 
yaranmasının  əsası  sandığını,  səhərin  açılmasında, 
günəşin  doğmasında,  baharın  gəlişində,  bülbülün 
naləsində  bir  məhəbbət  duyduğunu,  bütün  bunları 
məhəbbət  dili  ilə  izah  etdiyini,  Füzuli  qəzəllərinin  həm 
də  fəlsəfi-irfani  səciyyə  daşıdığını  yazır:  “İlahi  bir 
ənginlik  duyulan  bu  qəzəllərdə  əhli-həqqin  Tanrıya 
məhəbbəti  də  zaman-zaman  öz  əksini  tapır.  Bütövlükdə 
isə  ümumi  ruhu  ilə  Füzuli  şeirində  məhəbbət  insanları 
bir-
birinə yaxınlaşdıran, dostluq, mehribanlıq, fədakarlıq, 
səmimiyyət  yaradan  müqəddəs  bir  qüvvədir.  O,  insana 
gözəlliyi duymaq, dərk etməyi öyrədir, daxilən təmizliyə
şəxsi  varlığından  belə  keçməyə,  qorxmazlığa  sövq  edir. 
Bu  cəhət  Füzuli  qəzəllərində  o  qədər  bədii,  səmimi  və 
aydın  ifadə  olunmuşdur  ki,  xalq  hikməti  və  xalq 
zəkasının  qüdrəti  ilə  aşılanmış  bu  könül  nəğmələrini 
oxuyan  və  ya  dinləyən  hər  kəs  qəlbində  bir  saflıq, 
xeyirxahlıq, həyata məhəbbət, insana və onun maddi və 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə