Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə37/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

 
113 
   
Qocalıbsan, qəlbin kövrəklənibdir
  
İşdən, gücdən olub bikar ağlarsan, 

deyə tənqid edərkən Vidadi də Vaqifin məhəbbət 
mövzu
sundan kənara çıxa bilmədiyini göstərərək yazırdı: 
    
Gəl danışma müxəmməsdən - qəzəldən, 
    
Şeiri-həqiqətdən, mədhi-gözəldən, 
    
Sənin ki, halını billəm əzəldən, 
    
Elə deyib canan, dilbər ağlarsan (120, 4). 
Qeyd etm
ək  lazımdır  ki,  XXI  əsrdə  də  görkəmli 
aliml
ərimiz tərəfindən  M.  P.  Vaqifin  yaradıcılığı 
haqqında  yazılan  tədqiqat  əsərlərində  bu mövzu 
qabardılmışdır. 
Azərbaycan Milli Elmlər 
Akademiyasının  həqiqi  üzvü, fil.ü.e.d.,  professor  
Muxtar  İmanov  da  M.  P.  Vaqif  ilə  M.V.Vidadi 
yaradıcılığını  araşdırarkən bu məqama diqqəti 
yön
əltmişdir:  “Qurbanidən üzü bəri  tanıdığımız 
aşıqlardan hər birinin kədərli şeirləri də var, nikbin ruhlu 
şeirləri də. Amma M. V. Vidadi kimi hədsiz kədərli, M. 
P. Vaqif kimi h
ədsiz nikbin şair tapmaq çətindir” (105, 
3-4).       
Son  şeirləri də  göstərir ki, qəriblik, tənhalıq  hissi 
M. P. Vaqif üçün d
ə  yad deyil, bəlkə  də,  dünyanın  ən 
t
ənha  şairlərindən biri elə  M. P. Vaqifin özüdür. Bəlkə 
d
ə, mistik məhəbbət mövzusu kimi qəriblik-tənhalıq 
mövzusunu da M. P. Vaqif  bil
ərəkdən bir qırağa qoyur, 
k
ədərin ifadəsinə  xidmət edəcək mətləblərdən 
m
əqsədyönlü  şəkildə  imtina  edir.  İmtina  etdiyi  əzabkeş 
aşıq  obrazının  yerinə  M. P. Vaqif məhz zövqü-səfa 
sahibinin  obrazını  gətirmək istəyir. Bu zövqü səfa 
sahibini M. P. Vaqif az-
az  hallarda  “aşiq”  adlandırır. 
Çünki aşiqin Tanrı təcəssümü olan gözələ can atmaqdan
əzabkeşlikdən  başlayan  məlum  əlamətləri,  nişanələri 
var” (105, 3-18). 


 
114 
Vaqifl
ə  Vidadi  arasındakı  deyişmələrdə  bizə 
m
əlum  olmayan  bir  sıra  mühüm  siyasi  hadisələrin də 
ifad
əsinə  işarələr var.  Vidadi  şeirlərinin birində  Vaqifə 
yazır: 
  
Əgər Allah xana verə nüsrətlər, 
  
Zaye olmaz heç çəkdiyin əməklər. 
  
Başa gələr eylədiyin niyyətlər, 
  
Gər sidqlə nəngü qeyrət eylərsən” (120, 12). 
Molla  Vəli  Vidadi  və  Molla  Pənah  Vaqifin,  eləcə 
də  həmin  dövrdə  yaşayıb-yaratmış  digər  söz 
sənətkarlarının    bilavasitə  şifahi  xalq  yaradıcılığından, 
eləcə də xalq danışıq dilindən qidalanan zəngin ədəbi irsi 
ədəbiyyatımızın XVII-XVIII əsrlər dövrünün daha vacib 
bir  mərhələdə  araşdırılmasını  tələb  edir  və 
ədəbiyyatşünaslarımız  qarşısında  mühüm  vəzifələr 
qoyur. Həmid Araslı bu vacib vəzifənin öhdəsindən çox 
vicdanla  gəlmiş  və  öz  tədqiqatlarında  bu  dövr 
ədəbiyyatımızın araşdırılmasına xüsusi diqqət ayırmışdır. 
 
 


 
115 
III FƏSİL 
 
FOLKLOR ÖRNƏKLƏRİNİN VƏ ƏDƏBİ 
ABİDƏLƏRİN NƏŞRƏ     HAZIRLANMASI, 
ŞƏRHİ MƏSƏLƏLƏRİ 
 
        
Həmid 
Araslının 
mətnşünaslıq 
fəaliyyəti. 
H.Araslının  çoxşaxəli  zəngin  elmi  yaradıcılığında  onun 
özündə  dəqiqlik,  yüksək  peşəkarlıq  və  s.  bu  kimi  üstün 
cəhətləri  birləşdirən  mətnşünaslıq  fəaliyyəti  də 
əhəmiyyətli rol oynayır. Mətnşünaslıq sahəsində də çox 
məhsuldar  çalışan  Həmid  Araslının  bu  istiqamətdə 
gördüyü  işlər  mətnşünaslıq  elmində  ayrıca  bir  epoxa 
təşkil  edir.  O,  müxtəlif  illərdə  Məhsəti  Gəncəvi, 
İmadəddin  Nəsimi,  Şah  İsmayıl  Xətai,  Məhəmməd 
Füzuli, S
aib  Təbrizi,  Qövsi  Təbrizi,  Molla  Vəli  Vidadi, 
Molla  Pənah  Vaqif  və  b.  klassiklərimizin  əsərlərini 
təkrar-təkrar  nəşr  etdirmiş,  bu  istiqamətdəki  axtarışları 
ilə  klassik  irsimizin  öyrənilməsinə  yeni  ruh  və  nəfəs 
gətirmişdir.  Elə  bu  səbəbdəndir  ki,  onun  tərtib etdiyi 
mətnlər alimlər tərəfindən daha diqqətəlayiq və mötəbər 
mənbə hesab edilir.  
Həmid  Araslı  şifahi  xalq  ədəbiyyatımızın  zəngin 
nümunələri olan “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və b. 
dastanları, eləcə də ədəbiyyatımızın qədim və orta əsrlər 
dövrünü 
bəzəyən  dahi  Nizami,  Füzuli,  Nəsimi,  Qövsi 
Təbrizi,  Saib  Təbrizi  və  b.  şairlərimizin  yaradıcılığını 
orijinal mətnlərdən tədqiq etməklə kifayətlənməmiş, eyni 
zamanda  digər  xalqların,  xüsusən  də  Şərq  xalqlarının 
ədəbiyyatını  da  daim  diqqət  mərkəzində  saxlamış, 
Firdovsi, Cami, Hafiz, eləcə də böyük özbək şairi Əlişir 
Nəvai  irsini  də  müqayisəli  şəkildə  araşdırmaqla  məşğul 
olmuş,  bu  şairlərin  yaradıcılığının  əsasını  təşkil  edən 
klassik mətn nümunələrini orijinaldan oxuyub izləmişdir. 


 
116 
O, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə məhz 
bu  prizmadan  yanaşaraq,  ədəbi  əlaqələrin ilkin 
tədqiqatçılarından biri kimi geniş şöhrət tapmışdır. Alim 
“Nizami və Nəvai” adlı əsərində Türk dünyasının bu iki 
dahi  sənətkarını  “müqayisə  etmiş,  hər  iki  şairin 
əsərlərinin geniş təhlilini vermişdir” (158, 230). 
Alim Əlişir Nəvainin “Fərhad və Şirin” poemasına 
yazdığı  “Böyük  şair”  adlı  ön  sözündə  Əlişir  Nəvainin 
özbək xalqının XV əsrdə yetirdiyi sənətkarlar içərisində 
dün
yəvi  şöhrət  qazanıb,  bütün  Yaxın  Şərq  xalqları 
tərəfindən sevilən, şair, alim, mütəfəkkir, bacarıqlı dövlət 
xadimi və mədəniyyət hamisi kimi təqdir edilən görkəmli 
şəxsiyyət  olduğunu  diqqətə  çatdıraraq  yazır:  “Həyatını 
xalqın  səadəti  uğrunda  mübarizəyə  sərf  edib,  yorulmaq 
bilmədən  çalışan  Əlişir  Nəvai  (1441-1501)  XV  əsrdə 
çiçəklənməkdə  olan  özbək  mədəniyyətinin  ən  mühüm 
ədəbi  abidələrini  yaradan  qüdrətli  bir  sənətkardır.  Hələ 
kiçik yaşlarından bir çox mühüm siyasi hadisələrin şahidi 
olub  böyüyən  şair,  məktəb  yoldaşı  Hüseyn  Bayqaranın 
hakimiy
yəti  zamanı,  dövlət  vəzifəsində  olduğu  illərdə 
bütün  imkanlardan  istifadə  edərək  xalqın  mənafeyi  və 
mədəniyyətin  inkişafı  üçün  çalışmışdır.  Zəngin  bir  irsə 
malik  olan  Nəvai...  gəlirini  elm  və  mədəniyyətin 
inkişafına,  məktəb  və  mədrəsələrin  tikilməsinə  və 
ehtiyacına sərf etmiş, bir sıra elmi əsərlərin yaranmasına 
imkan  yaratmışdır.  Öz  xeyirxah  məsləhətlərilə  ölkənin 
siyasi qüdrətini möhkəmləndirməyə çalışan Nəvai, həyatı 
dəfələrlə  təhlükədə  olsa  belə,  yenə  də  əzmindən 
dönməyən  bu  alovlu  vətənpərvər,  xüsusən  özbək  ədəbi 
dilinin  əsaslanıb  təkmilləşməsi  uğrunda  daha  ciddi 
mübarizə aparıb, bu dili Yaxın Şərqdə ən görkəmli dillər 
səviyyəsində şöhrətləndirmişdir” (12, 3). 
“XIII-
XVI  əsrlərdə  Azərbaycan  ədəbiyyatı”  adlı 
tədqiqat  işində  klassik  ədəbiyyatımızın  Əvhədi,  Əssar, 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə