Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə39/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

 
120 
məlumat  verildikdən  sonra  H.  F.  Dits  tərəfindən  alman 
dilinə tərcümə olunan “Təpəgöz” boyuna, V. V. Bartold 
tərəfindən  rus  dilinə  tərcümə  olunan  boylara  münasibət 
bildirilir, həmçinin ayrı-ayrı söz və ifadələrin oxunuşuna 
diqqət  yetirilir.  Məqalədə  bəzi  antroponimlərə  də 
münasibət bildirilmişdir. Məsələn, H. Araslı göstərir ki, 
Beyrək  boyunda  Banıçiçəyin  qardaşının  adı  Qorcar, 
Qarcar, Qracar şəklində yazılıb” (11, 21; 152, 11-13). 
Alim  haqlı  olaraq  qeyd  edir  ki,  “həmin  adı  M. 
Ergin  Karçar,  V.  V.  Bartold  Karçar,  F.  Zeynalov  və  S. 
Əlizadə  isə  Qarçar  şəklində  oxumuşdur.  Müəllif  Dədə 
Qorqudu  əsərin  iştirakçılarından  biri  kimi  təqdim 
etməklə  bərabər,  onun  tarixi  şəxsiyyət  olmadığını  da 
qeyd  edir.  Məqalədə  “Buğac”  adının  buğa  öldürmə  ilə 
bağlılığı,  Allah,  Məhəmməd  və  başqa  dini  adların  çox 
təkrar  olunduğu  əsaslandırılır.  Beyrəyin  Banıçiçəklə 
yarışı  “Şah  İsmayıl”  dastanında  qəhrəmanın  Ərəbzəngi 
ilə vuruşmasına bənzədilir” (11, 22, 23; 152, 13). 
Ə.  Tanrıverdinin  fikrincə,  “Kitab”ın  Bakı 
nəşrlərindən “ən mükəmməli 1988-ci ildə F. Zeynalov və 
S.  Əlizadə  tərəfindən  çap  edilən  “Kitabi-Dədə 
Qorqud”dur. Tədqiqatçı həmin nəşri ona görə kamil bir 
nəşr hesab edir ki, burada Drezden və Vatikan əlyazma 
nüsxələri  M.  Ergin  və  H.  Araslının  nəşrləri  ilə 
tutuşdurulmuş,  yeri  gəldikcə  Orxan  Şaiq  Gökyayın 
nəşrinə  və  V.  V.  Bartoldun  rusca  tərcüməsinə  istinad 
edilmiş,  qrafemlərin  paleoqrafik  və  orfoqrafık 
xüsusiyyətlərinə diqqətlə yanaşılmışdır: “Qeyd etdiyimiz 
nəşrlər  “Kitabi-Dədə  Qorqud”un  dilçilik,  ədəbiyyat-
şünaslıq,  tarix,  etnoqrafiya  və  digər  elmlər  baxımından 
tədqiqinə  imkan  yaratdı.  “Dədə  Qorqud”  dastanı  üzrə 
XIX  əsrdən  başlayan  çoxşaxəli  tədqiqlər  bu  gün  də 
davam etməkdədir. Araşdırmalarda türkün mənəviyyatını 


 
121 
əks etdirən, onun ən dəyərli atributu olan antroponimlər 
də diqqət mərkəzində olmuşdur” (152, 12). 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, dastandakı 
antroponimləri  ilk  dəfə  V.  V.  Bartold  araşdırmışdır.  O, 
1930-
cu  ildə  rus  dilində  çap  etdirdiyi  “Türk  eposu  və 
Qafqaz”  (Турецкий  эпос  и  Кавказ)  adlı  məqaləsində 
Dədə  Qorqudu  dastanın  giriş  ilə  12  boyunu,  eləcə  də 
ayrı-ayrı  boyları  bir-biri  ilə  əlaqələndirən  yeganə  vasitə 
kimi göstərmiş, hər bir boyun şərhini verərək, boylardakı 
Dərbənd,  Bayburt,  Əlincə,  Bərdə,  Gəncə  kimi 
topon
imləri  etnotoponim  kimi  gözdən  keçirmişdir. 
Dastandakı  şəxs  adlarının  boylar  üzrə  qruplaşdırılması, 
bəzi antroponimlərin (Qazan, Uruz və s.) bir neçə boyda 
işlənməsinin  dəqiqləşdirilməsi,  qəhrəmanların  bir-birinə 
qohum
luq  münasibətinin  və  titullarının  boyların 
müqayisəsi  əsasında  müəyyənləşdirilməsi  də  ona 
məxsusdur (177, 109-120). 
Həmid 
Araslı 
özündən 
əvvəlki 
nəhəng 
tədqiqatçının  fikirlərindən  yararlanmaqla  yanaşı,  onu 
təkrarlamamış,  yeri  gəldikcə  özü  də  problemə  orijinal 
münasibətini bildirmişdir. O, 1962-ci ildə qələmə aldığı 
"“Kitabi-
Dədə  Qorqud”  haqqında”  məqaləsində  əvvəlki 
fikirlərini daha da inkişaf etdirərək, Dədə Qorqud adının 
qazax,  qırğız,  başqırd,  türkmən  şifahi  ədəbiyyatında  da 
geniş  yayıldığını  vurğulamış  və    yazmışdır:  “Hələ  XV 
əsrdə  Nizaminin  “Leyli  və  Məcnun”  əsərinin  müəyyən 
fəsillərini sərbəst tərcümə edib, eyni zamanda həm də öz 
orijinal  əlavələri  ilə  bu  mövzunu  yeniləşdirən 
Azərbaycan  şairi  Ətai  həmin  poemada  Dədə  Qorqud 
adını  bir  neçə  dəfə  təkrar  edir.  Aydın  olur  ki,  müəllif 
“Dədə Qorqud” dastanını yaxşı bilirmiş” (22, 35). 
Alim  eyni  məqaləsində  Adam  Oleari  və  Övliya 
Çələbinin  əsərlərində,  həmçinin  “Dərbəndnamə”lərdə 
Dədə  Qorqudun  tarixi  şəxsiyyət  kimi  göstərildiyini, 


 
122 
“qəbri isə Dərbənddədir” fikrinin qeyd edildiyini bildirir 
(22, 33). 
Alimin  bəzi  tədqiqatçıların  “Dədə  Qorqud” 
dastanlarının  türkmən  xalqına  məxsus  olduğunu  hesab 
etdiyini  bildirərək,  əsərin  ərəb  əlifbası  ilə  çox  nöqsanlı 
bir  şəkildə yazıldığına görə  dastandakı  sözlərin  sistemli 
dillərin  hamısında  yazmağın  mümkün  olduğunu qeyd 
edir. Məsələn, “Gəlib  kəlməsi  gilib, gəlib, gülüb, gəlub, 
kilib,    kilub  oxunduğu  kimi  ərəbcə  it  mənasında  olan 
kəlb də oxunar” (21, 60-69). 
Həmid  Araslının  mətnşünaslıq  fəaliyyətindən 
danışarkən,  onun  görkəmli  türk  alimi  Orxan  Şaiq 
Gökyaya  yazdığı  açıq  məktub  da  xüsusilə  diqqəti  cəlb 
edir.  Bu  məktubda  alim  Orxan  Şaiq  Gökyaya  müraciət 
edərək,  onun  Azərbaycan  xalqının  ölməz  ədəbi 
abidələrindən olan “Dədə Qorqud” dastanlarını yeni türk 
əlifbası  ilə  nəşr  edib  bu  qədim  xəzinənin  türk 
oxucularına  tanıdılmasında  Kilisli  müəllim  Rifətdən 
sonra  böyük  xidmət  göstərdiyini  vurğulamışdır. 
Həmçinin  alim  “Dədə  Qorqud”un  bu  nəşrindəki  çox 
ciddi  nöqsanlara  baxmayaraq  Orxan  Şaiq  Gökyayın 
zəhmətini xüsusi qeyd etmiş, kitabı elm aləmində “Kitabi 
Dədə  Qorqud”  abidəsinin  öyrənilməsi  sahəsində  əsas 
müraciət  ediləcək  inandırıcı,  mötəbər  bir  əsər  kimi 
görmək  istədiyini  bildirmişdir.  Lakin  alim  Orxan  Şaiq 
Gökyayın  abidənin  özünü  çox  yerdə  düzgün  oxuya 
bilmədiyini, sözləri yanlış mənalandırdığını, başqa-başqa 
alimlərin  tədqiqatlarından  gətirdiyi  misalları  da  təhrif 
etdiyini,  bu  sahədə  çalışan  alimlərin  işinə    yuxarıdan 
baxdığını, əsəri elmi şəkildə nəşrə hazırlamış tədqiqatçı-
la
rın  zəhmətinə  laqeydlik  göstərdiyini,  yersiz 
mübahisələrə  girişdiyini,  “Dədə  Qorqud  dastanları”nı 
bacardıqca  Azərbaycan  mühitindən,  Azərbaycan 
zəminindən ayırmağa çalışdığını göstərmiş və bunu ayrı-


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə