Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə47/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

 
144 
qıymamışlar.  Mənim  canım  sənin  canına  qurban  olsun”  
deyir . 
Əsərdə  pis  qadınlar  da  tənqid  edilir.  Əlindən  iş 
gəlməyən, söz gəzdirən, tənbəl və qarınqulu  qadınların 
pisliyi göstərilir” (106, 8,10,14). 
Akademik H
əmid  Araslı  “Kitabi-Dədə  Qorqud”da 
qadın  obrazlarından  danışarkən  onların  daxili  aləminin 
açılmasına daha  çox  diqqət  yetirmişdir  ki,  bu da  həmin 
obrazların 
dolğunluqla 
çatdırılmasına 
imkan 
verm
əmişdir.  Lakin  professor  Kamran  Əliyev  problemə 
kompleks  yanaşmış,  bu  cəhətləri qeyd etməklə  bərabər 
h
əmin obrazların xarici görkəmini də təsvir etmiş, oxşar 
v
ə  fərqli cəhətlərinin müqayisəsini aparmış,  hətta zahiri 
göz
əlliyin ailə, soy-kök və  sosial tərz ilə  əlaqəli 
olduğundan  burada  söhbət  açmışdır:  “Eposun  mətnində 
başlanan  təsvir  ənənəsi,  yaxud  iki  Oğuz  xanımının  – 
Dirs
ə xanın qadınının və Burla xatunun zahiri baxımdan 
oxşarlığı  açıq-aydın  hiss  edilir:  uca  boy,  incə  bel, al 
yanaq, qara saç. Sad
əcə  olaraq, Dirsə  xanın    xanımının 
t
əsvirində olan “çatma qaş” və “dar ağız” ifadələri Burla 
xatunun t
əqdimatında yoxdur. Dirsə  xanın  xanımının 
t
əsviri ilə Burla xatunun təsvirinin müqayisəsində ortaya 
çıxan bu fərqlilik (“çatma qaş” və “dar ağız” ifadələrinin 
olmaması!)  Burla  xatunun  təsvirinin  natamamlığı  da 
dem
ək deyil. Yəni bu təsvirlər  iki  Oğuz  xanımının  bir-
biri il
ə  zahiri  oxşarlığını  sual  altına  salmır  və  onların 
b
ənzəyişinə  qətiyyən xələl gətirmir. Yəni Dirsə  xanın 
xanımının  da,  Burla  xatunun  da  təqdiminə  aid olan hər 
iki m
ətnə  bir söyləyicinin  danışığı,  yaxud  bir 
söyl
əyicinin ifası kimi baxmaq daha doğrudur” (86, 24-
25). 
         
Həmid Araslı dastandakı obrazlı ifadələrə də 
xüsusi  diqqət  yetirir:  “Dədə  Qorqud”  dastanının  bədii 
xüsusiyyətlərindən  danışarkən  qeyd  etmək  lazımdır  ki, 


 
145 
bütün  obrazlı  ifadələr  canlı  danışıq  dilindən  alınmışdır. 
Təbiətdən  alınan  müqayisələr,  təşbehlər  də  son  dərəcə 
maraqlı və sadədir. Qanturalını gördüyü zaman qızın ona 
məftun  olması  “öysəl  olmuş  dana  kimi  ağzının  suyu 
axdı”  şəklində  ifadə  olunur.  Arvadını  hamilə  qoyub 
getmiş  Qazlıq  Qoca  qayıdıb  gələndə  oğlumu,  ya  qızımı 
doğulduğunu belə sual edir: 
Qəytəbanın mayasın yüklü qoydum
Nərmidir, mayamıdır, onu bilsəm? 
Qara elin qoynunu yüklü qoydum, 
Qoçmudur, qoyunmudur, onu bilsəm?  
Ala gözlü görklü halalım yüklü qoydum, 
Ərkəkmidir, qızmıdır, onu bilsəm? (8, 19). 
Cavab da eyni köçəri-maldarlıq həyatından alınmış 
ifadələrdən verilir: 
   
Qəytəbanın mayasını 
   
Yüklü qoydun, nər  oldu. 
   
Qara eldə qoyunu 
   Yüklü qoydun, qoç oldu... (8, 19). 
Qəhrəmanın düşmən ordusuna hücumu: “Bir bölük 
qaza şahin girmiş kimi at saldı” – deyə təbii bənzətmə ilə 
ifadə olunur.  
Dastanlarda  nəzmin  ibtidai  şəklinə  rast  gəlirik. 
Şeirlərdə  “vəzn  və  qafiyə  o  qədər  də  bacarıqla 
işlənilməmişdir.  Buna  baxmayaraq,  şeirlərdə  dil  çox 
bədii, obrazlı və gözəldir” (8, 19).  Məsələn, Dirsə xan 
öz arvadını belə dindirir: 
   B
əri gəlgil, başım baxtı, evim taxtı! 
   
Evdən çıxıb yüyürəndə, səlvi boylum! 
   
Topuğunda sarmaşanda, qara saçlum
   
Qurulu yaya bənzər çatma qaşlum! 
Qoşa badam sığmayan dar ağızlum! 
Güz almasına bənzər al yanaqlum! (8, 20).  


 
146 
Başqa bir yerdə qadın gözəlliyi belə bədii ifadələr 
ilə təsvir olunmuşdur: 
Qar üzərində qan dammış kimi qızıl yanaqlum, 
Qələmçilər çaldığı qara qaşlum, 
Qurumsu qırx tutam qara saçlum... (8, 20). 
Dastanlarda  nəsr  dili  ahəngdar  bir  dildir,  cümlələr 
qafiyəlidir.  Burada  qoşa  kəlimələrə  tez-tez  rast  gəlmək 
olur: “Ov ovladı, quş quşladı”, “Oğuz bəylərilə Dondar 
sağa təpdi, igidlərlə Qarabudaq sola təpdi”, “Ünüm ünlə, 
sözüm  dinlə”,  “Qanı  –  dediyim  bəy  ərənlər,  dünya 
mənim, deyənlər?” və s.” (8, 21-22). 
Həmid Araslı əsərdə təsvir olunan müharibələrə də 
öz  münasibətini bildirərək, bu  müharibələrin “kafirlər”ə 
qarşı aparıldığını, lakin “kafir” sözünün din ayrı düşmən 
mənasında  işlənmədiyini  bildirir.  Alimin  fikrincə, 
qəhrəmanların  daxildə    –  öz    aralarında  və  ya  yadelli 
işğalçılara  qarşı  apardıqları  döyüşlər,  müharibələr  kimi 
xarici basqınlara qarşı vuruşduqları da məlumdur ki, bu 
yadelli işğalçılar da bəzi dastanlarda “kafir” adlandırılır 
(39). 
Alimin  fikrincə,  Dədə  Qorqud  dastanında  aparılan 
müharibələr  milli  və  ya  dini  vuruşma  olmayıb  əsasən 
tayfalar  arasında  gedərək  çox  zaman  talan,  qarət 
məqsədilə,  ya  da  qız  üstündə  aparılır.  Son  boyda  isə 
tayfanın  öz  içində  müharibə  getdiyi  Həmid  Araslı 
tərəfindən qeyd olunur (107, 7). 
Beləliklə,  Həmid  Araslı  bu  vaxta  qədər  çap 
olunanlar içərisində ən qiymətli, elmi əhəmiyyətə malik 
nəşrin əsas xüsusiyyəti əlyazmalarının foto surətinin nəş-
ri  və  iki  nüsxə  əsasında  tənqidi  mətnin  hazırlanması 
təşəbbüsü ilə əvvəlkilərdən fərqlənən, 1958-ci ildə Türk 
Dil Qurumunun nəşri olduğunu hesab edir (107, 10). 
“Kitabi-
Dədə  Qorqud”  haqqında  çox  tədqiqatlar 
aparılmışdır. Lakin bu böyük sənət abidəsinin tədqiqinin 


 
147 
hələ  də  araşdırılmasına  ehtiyac  duyulur.  Görkəmli  alim 
Həmid  Araslı  da  Azərbaycan  xalqının  qiymətli  abidəsi 
olan “Kitabi-
Dədə Qorqud”un tədqiq və nəşr işini elə bu 
baxımdan aparmışdır. 
 
Bu əsərin dili türk dilində danışan bir sıra xalqlara 
yaxın  olsa  da,  öz  lüğət  tərkibi,  frazeoloji  ifadələri  və 
qrammatik  quruluşu  etibarilə  digər  türk  dillərinin 
hamısından  daha  çox  Azərbaycan  dilinə  bağlıdır.  Elə 
bunun  nəticəsidir  ki,  abidəni  ərəb  əlifbası  ilə  nəşr  edən 
müəllim Rifət, eləcə də bunu yeni türk əlifbasına köçürən 
Orxan  Şaiq  bir  sıra  sözləri,  ifadələri,  hətta  bütöv 
cümlələri  –  fikirləri  ya  başa  düşməmişlər,  ya  da  təhrif 
etmişlər.  Məsələn,  müəllim  Rifət  “bələmək”  sözünü  
“bəlləmək” mənasında başa düşmüşdür ki, türkmənlərdə 
bu  söz  “qundamaq”  deməkdir.  “şillə”,  “səksənmək” 
sözlərini  türk  alimlərinin  anlamadıqları  halda  onların 
türkməncə  qarşılığı  “şappat”  və  “diksinmək”dır.  Türk 
nəşrlərində “günü” sözü “qısqanmaq”, “çaxmaq”, “alov”, 
“qarmalamaq”  sözü  isə  “qaranlıqda  o  tərəf  bu  tərəfə 
hərəkət  etmək”  kimi  izah  olunmuşdur  və  s.  Əsərdə  çox 
tez-
tez “payız” mənasında “güz” sözü işlədilir ki, bu da 
“güzlük” (payızlıq taxıl), güzəm (payız yunu) sözlərində, 
yaxud “yayda – 
yaylağa, payızda – güzdəyə” kimi atalar 
sözlərində öz izini saxlamışdır” (50, 52-53). 
Nazif  Ələkbərli  haqlı  olaraq  göstərir  ki, 
“Azərbaycan  ədəbiyyatşünaslığında  KDQ-nin  tədqiq 
tarixi Orxon-
Yenisey  abidələrinin  artıq  oxunmağa 
başlandığı,  ümumən  qədim  türk  yazılı  abidələrinə 
marağın  artdığı,  dastanın  ayrı-ayrı  boylarının  bədii 
tərcüməyə cəlb edildiyi bir vaxta təsadüf edir. XX əsrin 
əvvəlində  KDQ  artıq  türk  tədqiqatçılarının  da  diqqətini 
çəkir və onun orijinalı əsasında ilk bütöv nəşr hazırlanır. 
Kilisli müəllim Rifətin belə bir işə girişməsi bir çox türk 
tədqiqatçılarını  da  KDQ-nin  ədəbi  tarixi  mənşəyinə, 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə