Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə45/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

 
138 
doyduğu üçün ona doyran, iynəyə tikən, tikənə isə sökən 
deyilməlidir. 
Həmid Araslı Dədə Qorqud obrazından danışarkən 
əsərin hər yerində qopuzun (sazın) Dədə Qorqud adı ilə 
bağlı  olub,  qəhrəmanların  düşmən  əlində  qopuz  olduğu 
zaman  onu  öldürməyib:  “Dədə  Qorqud  qopuzu  adına 
öldürmədim” dediklərini də qeyd edir (8, 7). 
  
Bundan  əlavə,  alim  “Basatın  Təpəgözü 
öldürməsi”  boyunda  da  ən  çox  yunan  və  Roma 
mifologiyasının təsirləri olduğunu qeyd edərək bu boyu 
Homerin “Odisse
ya”  poeması  ilə  müqayisə  edir: 
“Qəhrəman  Basatı  hələ  qundaqda  ikən  aslan  əmizdirir, 
böyüdür.  O,  gəncliyindən  qəhrəmanlığa  başlayır.  Dədə 
Qorqudun öyüdü ilə gəlir ata-anasının evində yaşayır. Bu 
Rim  şəhərinin  binasını  qoyanları  qurd  bəsləməsi 
haqqında  olan  əfsanəyə  çox  bənzəyir.  Hələ  Uruzun 
oğulluğa götürdüyü Təpəgözə  “Odisseya”da da təsadüf 
olunur” (106, 11).    
Həmid  Araslı  “Dədə-Qorqud”  dastanı  ilə  bağlı 
araşdırmalarında,  dastanda  folklorun  digər  janrlarıyla 
birgə  bu  gün  belə  xalq  içərisində  yaşayan  atalar 
sözlərinin 
də 
olduğunu 
göstərərək 
əsərin 
müqəddiməsində  Dədə  Qorqudun  hikmətli  sözlərindən 
nümunələr vermişdir: “Dağ gədiklərini ceyran bilər, uzun 
yolları dəvə tanıyar, ağır yükün zəhmətini qatır bilər” (8, 
29). 
Həmid  Araslı  “Dədə  Qorqud”  dastanının  bir 
müqəddimə,  on  iki  boydan  ibarət  olub  hər  boyda  bir 
qəhrəmanın  mübarizəsi,  igidliyi  təsvir  edildiyini,  əsərin 
həm  nəzm,  həm  də  nəsr  hissəsindən  ibarət  olduğunu 
bildirir. Alimin öz sözlərilə desək: ”Yəni hadisə nəsr ilə, 
qəhrəmanların  müsahibəsi  isə  şeirlə  ifadə  olunur”  (23, 
33). 


 
139 
Həmid 
Araslı 
“Kitabi-Dədə 
Qorqud”da 
qəhrəmanlıq,  ata-anaya  hörmət,  məhəbbət,  dostluq, 
səmimiyyət və fədakarlıq, qadına ehtiram, ana hüququnu 
üstün tut
maq, doğruluq kimi insan sifətlərinin tərənnüm 
edildiyini  bildirir.  Alimin  fikrincə,  təsvir  edilən 
cəmiyyətin başında xanlar xanı Bayandır xan durur, lakin 
boy
larda onun yalnız adı çəkilir. Əsərin əsas qəhrəmanı 
isə  Qazan  xan  və  onun  ətrafında  birləşən  bahadırlardır. 
Bundan  əlavə,  burada,  “qarğı  –  cida  gəzdirən”  rəiyyət 
qəhrəmanlarından,  nökərlərdən,  çobanlardan  da  bəhs 
edilir. 
Dastanların  başqa  qəhrəmanları  da  diqqəti  cəlb 
edir. Bunlar Oğuz bəylərindən ibarətdir. Bozatlı Beyrək, 
Qanturalı,  Buğac  kimi  bəy  oğullarıyla  birgə  Qaraca 
çoban surəti də öz qoçaqlığı ilə diqqəti cəlb edir (107, 5-
7). 
Alim 
dastanda 
igidlikləri 
təsvir 
edilən 
qəhrəmanların  mərd,  namuslu,  xalqı  sevən,  qorxmaz 
insanlar olduğu, qadınların sədaqətli, igid, müharibələrdə 
iştirak edərək ox atıb, qılınc oynadıb, at çapdığı, dastanın 
qoçaqlıq, məhəbbət, mərdlik sifəti ilə dolu hər boyunun 
öz təhlilini verərək oxucuya dastanın məzmununu xalqın 
anla
dığı  bir  dildə  izah  etməyə  çalışır.  Məsələn,  “Dədə 
Qorqud”  boylarından  birincisi  olan  Dirsə  xan  oğlu 
Buğacın qəhrəmanlığını özünəməxsus şəkildə təsvir edən 
alim  bu  boyda  Buğacın  anadan  olması  şəraitini,  onun 
qəhrəmanlığını,  adının  igidliyi  ilə  əlaqəsini,  ovda  qırx 
namərdin hiyləsi üzündən atası tərəfindən yaralandığında 
Xızrın  anasına  verdiyi  məsləhətlə  xilas  olmasını  geniş 
misallarla  göstərir.  Bu  boyda  ata  və  oğul 
münasibətlərindən bəhs olunur. 
“Bəyburabəy oğlu Beyrəyin” boyunun təsvirini də, 
qəhrəmanın anadan olması hadisəsi ilə başlayır, sonralar 
onun  igidliyindən,  eşq  macərasından,  toy  gecəsi  əsir 


 
140 
düşdüyündən,  Yalançı  oğlu  Yalıncığın  yalandan  onun 
ölüm  xəbərini  gətirərək  nişanlısı  ilə  evlənmək 
istədiyindən,  toy  günü  Beyrəyin  əsirlikdən  qaçaraq 
nişanlısını qaytardığından danışır.  
“Dəli  Domrul”  boyunda  isə,  alimin  fikrincə,  real 
hərb səhnələri təsvir olunmur, qəhrəmanın mübarızəsinin 
ilahi  qüvvələrlə  aparıldığı  bildirilir,  Dəli  Dom-rulun 
yaxşı  igidləri  öldürən  mövhumi-dini  qüvvə  olan 
Əzrayılla  mübarizəsi  təsvir  edilir,  nəticədə  dastan 
məhəbbətin ölümə qalib gəlməsi ilə bitir. “Qanturalı” bo-
yu
nun  təsvirinə  isə  alim,  qəhrəmanın  evlənmək  arzusu 
ilə başlayır. Bu boyda qəhrəman özü yerindən durmadan 
ondan qabaq duran, özü düşmənə çatmamış onun başını 
gətirən bir qız axtarır, lakin tapa bilmir. Trabzonda belə 
bir  qızın  olduğunu  öyrənib  ora  gedərək  qızın 
sınaqlarından  keçir,  sonra  döyüşlərdə  qızın  Qanturalı 
ölüm
dən qurtardığı təsvir olunur.  
“Qazan  xanın  evinin  yağmalanması”  boyununn 
t
əsvirində  isə  alim,  Qazan  xanın  evinin  “yağma” 
edilməsindən, ailəsinin əsir olmasından, Qaraca çoban ilə 
Qa
zanın onları qurtarmasından bəhs edir.  
“Basatın Təpəgözü öldürməsi boyu”nun təsvirində, 
alimin  fikrincə,  daha  çox  fantastik  anlar  əks  olunub 
igidl
ikdən, qoçaqlıqdan bəhs olunur.  
“Bəkil  oğlu  İmranın  boyu”ndan  danışan  alim,  bu 
boyu  sərhəd  qarovulçusu  Bəkilin  həyatının  təsviri  ilə 
başlayır. Onun oğlu İmranın atasının üzərinə yağı gələr-
kən ona oğuzlardan kömək istəməsini təklif etdiyi zaman 
etiraz edib özünün meydan
da yağıları məhv etməsindən 
bəhs  edir.  Bu  boydakı  at  və  atın  qoçaqlığının tərənnüm 
olunmasını  “Koroğlu”  dastanındakı  Qıratın,  “Qaçaq 
Nəbi”dəki Bozatın tərifi ilə eyniləşdirir. 
Qazanın  dustaq  olduğu  boyda,  alim,  hər  zaman 
qoçaqlığı  təriflənən  Qazanın  yatdığı  yerdə  tutulub 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə