Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə53/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   49   50   51   52   53   54   55   56   57

 
163 
parçaları göstərmək olar ki, burada Şərq orijinallığı, xalq 
dili və ruhu saxlanılmayıb, itirilmişdir” (190).   
İsrrafil  Abbasovun  fikrincə,  S.  S.  Penn  “Koroğlu” 
eposu ilə yaxından tanış idi. O, Tiflis ədəbi mühiti üçün 
adi  hal  sayılan  aşıq-söz  məclislərinin  iştirakçısı  olmuş, 
burada  xalq  qəhrəmanının  şəninə  qoşulmuş  dastan  və 
nəğmələrə dəfələrlə qulaq asmışdı (3, 6). 
P.  Əfəndiyev  və  M.  Sadıqov  A.  Xodzko  nəşrinin 
rus  dilinə  tərcümə  və  çapından  söz  açaraq  yazırlar  ki, 
“bundan sonra dastan
ın bir sıra qol, epizod və nəğmələri 
ayrı-ayrı  peşə  sahibləri  tərəfindən  toplanaraq  müxtəlif 
mətbuat səhifələrində dərc edilmiş, həmin peşə sahibləri 
içərisində  müəllim,  tələbə,  etnoqraf,  şərqşünas  və 
başqaları da olmuşlar”  (79; 193; 3, 5). 
Maraqlıdır  ki,  S.  Penn  nəşrindən  sonra  "Koroğlu" 
gürcü dilinə çevrilərək 3 dəfə çap edilmiş, daha sonra S. 
Dieli  onu  daha  iki  dəfə  nəşr  etdirmişdir  (186;  173,  56-
61).  Bir  sözlə,  S.  Pennin  nəşri  gürcü  tədqiqatçılarına 
böyük təkan vermiş, S. Dielinin ardınca David Givişnili 
dastanı  1887,  1891,  1911  və  1912-ci  illərdə  4  kitab 
şəklində dərc etdirmişdir (3, 7). 
Əslində, gürcülər “Koroğlu” ilə bundan daha əvvəl 
də  tanış  idilər.  Çünki  həmin  dövrdə  Azərbaycan 
türkcəsində  qoşub  yaradan  çoxlu  gürcü  aşığı  fəaliyyət 
gös
tərirdi  (215, 11-12).  Məsələn,  Xristofor  Cəlalov  bu 
mövzuya S. Penndən daha əvvəl müraciət etmişdi (181).  
Həmid  Araslı  Azərbaycanda  “Koroğlu”  dastanının 
əsaslı surətdə toplanması, işlənməsi və nəşri işinin əsasən 
sovet dövründə, yəni XX əsrdə başladığını qeyd edərək, 
bu işdə Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat 
və Dil İnstitutunun rolunu xüsusi diqqətə çatdırır və yazır 
ki,  ilk  dəfə  dastan  Hümmət  Əlizadə  tərəfindən  kitab 
şəklində  çap  edilmişdir.  O,  1949-cu  ildə  İnstitutun 


 
164 
əməkdaşı  M.  H.  Təhmasibin  bu  sahədə  gördüyü  işi 
xüsusi qeyd edir (38, 34). 
Həmid Araslının özü isə ilk dəfə “Koroğlu” barədə 
fikirlərini  sistemli  şəkildə  özünün    “XVII-XVIII  əsrlər 
Azərbaycan ədəbiyyatı tarixi” kitabında dərc etdirmişdir. 
Burada  alim  təkcə  dastanın  öyrənilmə  tarixindən  söz 
açmaqla,  quruluşu  və  qısa  məzmunu  haqqında  ümumi 
məlumat  verməklə  yetinməmiş,  Koroğlunun  özünə  və 
silah  yoldaşlarına,  Aşıq  Cünuna,  dastandakı  qadın 
surətlərinə,  eləcə  də  düşmən  tiplərinə  ayrı-ayrılıqda 
toxunaraq, onları təhlil süzgəcindən keçirmişdir.  
Qara Namazov yazır ki, “Koroğlu” dastanının həm 
Az
ərbaycan  versiyası,  həm də  dastanın  başqa  xalqlarda 
yayılmış  versiya  və  variantları  elmi  şəkildə  araşdırılıb 
t
ədqiq  olunmuşdur.  Azərbaycan  folklorşünaslığında 
H
əmid Araslı, M. H. Təhmasib və M. Seyidov dastanın 
qaynaqları, yaranması və öyrənilməsi məsələsini həm ta-
rixi istiqam
ətdə, həm də  ideya-sənətkarlıq  baxımından 
ardıcıl  izləmişlər. Bu müəlliflər, xüsusilə, XVI-XVII 
əsrlərdə  Yaxın  Şərqdə  baş  verən siyasi mübarizələri.., 
bunun n
əticəsində  yaranan kəndli  üsyanlarını,  bu 
üsyanların “Koroğlu” dastanının nüvəsini təşkil etməsini 
z
əngin mənbələr və  məxəzlər  əsasında  tədqiq  etmişlər”  
(123, 224). 
Bu  istiqamətdə  aparılan  tədqiqatlar  arasında, 
əlbəttə,  ilkin  və  əhəmiyyətli  olması  baxımından  Həmid 
Araslının  araşdırmaları  diqqətəlayiqdir.  Alimin  həmin 
tədqiqatları 
zəngin 
folklorumuzun 
araşdırılması 
istiqamətində  görülən  işlərə  bir  təkan  vermiş,  özündən 
sonrakı  mərhələdə  aparılan  tədqiqatları  ideya,  məzmun 
baxımından daha da zənginləşdirmişdir.   
 
 
 


 
165 
SON SÖZ 
 
Həmid  Araslının  ədəbiyyatşünaslıq,  folklorşünas-
lıq,  xüsusən  də  dastanşünaslıq  sahəsindəki  fəaliyyətinin 
araşdırılması nəticəsində alimin şifahi xalq ədəbiyyatımı-
za  baxışının,  dastanlarımızın  həm tarixi, həm də  ideya 
s
ənətkarlıq  özəllikləri barədə  görüşlərinin  Azərbaycan 
ədəbiyyatşünaslıq elmindəki yeri və s. bu kimi məsələlə-
rə aydınlıq gətirildi. Aydınlaşdırıldı ki, spesifik sinkretik 
xüsusiyyətlərə malik olan dastan yaradıcılığı dünyanı da 
məhz  bu  müstəvidən  dərk  edir.  Məhz  bu  cür  spesifik 
sinkretizm
i ilə səciyyələnən xalq düşüncəsi tarixi olayları 
rəvayət  və  əfsanələr  şəklinə  salaraq,  həmin  rəvayət  və 
əfsanələri real hadisə kimi qavrayır və təqdim edir.  
G
əldiyimiz nəticəyə 
gör
ə, 
Azərbaycan 
ədəbiyyatşünaslıq  elminin  bir  neçə  nəsli  Nizami  adına 
Ədəbiyyat  İnstitutunda  formalaşıb  inkişaf  etmişdir. 
Həmin  institutun  ədəbiyyatşünaslıq  və  folklorşünaslıq 
elmimizin  tədqiqi  və  təbliği  işində  yorulmadan  çalışan 
görkəmli  alimlərimiz  sırasında  Məmməd  Arif  Dadaşza-
də,  Məmməd  Cəfər  Cəfərov,  Kamal  Talıbzadə,  Bəkir 
Nəbiyev,  Əziz  Mirəhmədov,  Yaşar  Qarayev,  Əlyar 
Səfərli,  Məhərrəm  Qasımlı,  Azadə  Rüstəmova,  Bəhlul 
Abdulla  və  onlarla  başqaları  ilə  birgə  yorulmaz, 
məhsuldar,  vətənpərvər  alim  Həmid  Araslının  danılmaz 
yeri  və  xidmətləri  vardır.  Onun  bu  istiqamətdə  öz 
a
ktuallığı ilə seçilən tədqiqatları özündən sonrakı alimlər 
nəsli üçün bir qaynaq rolunu oynamışdır.   
Araşdırma sonucunda gəldiyimiz digər nəticələrdən 
biri d
ə  odur  ki,  şifahi  söz  sənəti, estetikliyi ilə  seçilən 
göz
əl, yaddaqalan ifadələr və dolğun fəlsəfi fikir xalqın 
m
ənəvi  ehtiyaclarından  qaynaqlanmışdır.  Ən  qədim 
zamanlardan 
ən dəyərli,  ən yaddaqalan folklor 
nümun
ələri  –  nağıllar,  əfsanələr,  bayatılar,  qoşmalar, 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə