Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə50/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

 
154 
bu  kimi  alimlər  susmağa  və  mövqelərini  dəyişməyə 
məcbur  qalmışdılar.  Bununla  belə,  Həmid  Araslı  və 
Mikayıl Rəfilinin yolunu davam etdirən Ə. Dəmirçizadə, 
M. Arif, Ə. Sultanlı, M. Təhmasib, H. Əfəndiyev dəyərli 
əsərlər yazmaqda davam edir, ana kitabımızın ədəbiyyat 
tariximizdə layiq olduğu şərəfli yeri yenidən tuta bilməsi 
üçün  əllərindən  gələni  əsirgəmirdilər.  Məsələn,  dastanı 
dil baxımından tədqiq edən Ə. Dəmirçizadə onun mətni, 
leksik  tərkibi,  fonetik-qrammatik  xüsusiyyətləri  barədə 
bu  gün  də  öz  dəyərini  saxlayan  düşüncələrini  ortaya 
qoymuş  və  bildirmişdi  ki,  “epos  IX-X  əsrlərə  aiddir  və 
şifahi  də  olsa  mükəmməl  bir  ədəbi  dildə  yazılmışdır. 
Dastanlarda  nəsr  aparıcıdır,  nəzm  isə  sərbəst 
xarakterlidir” (72, 23; 73, 5; 74, 43). 
M.  Arif,  Ə.  Sultanlı,  M.  Təhmasib  və  b.  bu  kimi 
alimlər  “Kitab”la  bağlı  tədqiqatlarında  məhz  Həmid 
Araslının  çap  etdirdiyi  mətndən  çıxış  etmiş,  dastanın 
tarixi,  mədəni,  mənəvi  və  əxlaqi  keyfiyyətlərini  çox 
yüksək  dəyərləndirmişlər.  Məsələn,  “Kitabi-Dədə 
Qorqud”u sırf folklor nümunəsi kimi gözdən keçirən M. 
Arif onu X-
XI  əsrlərə  aid  etmiş  və  yazmışdır:  “Dədə-
Qorqud 
dastanları X-XI əsrin yadigarı olub, Azərbaycan 
ədəbiyyatı tarixində ana dilində qələmə alınmış ilk böyük 
ədəbi  abidədir”.  Bununla  da  o,  faktiki  olaraq  Həmid 
Araslı ilə eyni mövqeni paylaşmışdır. (45, 3; 44, 17-18). 
Eyni  yolla  gedən  Əli  Sultanlı  sözügedən  abidənin 
Avropa  folkloru  ilə  əlaqələrini  tədqiq  etmiş,  Həmid 
Araslı  və  Mikayıl  Rəfilidən  sonra,  bu  problemin  ətraflı 
öyrənilməsində  böyük  rol  oynamışdır  (146; 147). 
Abidənin yaranma və yazıya alınma tarixləri, dastandakı 
obraz  və  personajlar,  onların  ilk  növbədə  də  Dədə 
Qorqudun şəxsiyyəti və s. məsələlərə geniş yer ayıran Ə. 
Sultanlı  Dədə  Qorqudun  dastanın  ilk  yaradıcısı 


 
155 
olduğunu,  eposun  İslamdan  çox-çox  öncəki  əsrlərdə 
ərsəyə gəldiyini bildirmişdir.  
“Kitabi-
Dədə  Qorqud”un  dərindən  öyrənilməsi  və 
təbliğində M. H. Təhmasibin xüsusi rolu və payı var. O 
da  öz  araşdırmalarında  daha  çox  H.  Araslının  nəşrinə 
üstünlük  vermiş,  yeri  gəldikcə  alimin  fikirlərindən  çox 
sayda sitatlar gətirmişdir. Onun bu sahədə araşdırmaları 
40-
cı  illərdən  başlayır.  Alim  “Kitab”a  həsr  etdiyi 
məqalələrində  eposun  ayrı-ayrı  məqamlarına  diqqət 
çəkərək,  “Basatın  Təpəgözü  öldürdüyü  boy”la  Homerin 
“Odisseya”sını,  “Sindibadnamə”ni,  Quzey  Qafqaz 
xalqlarının  müştərək  abidəsi  olan  “Nart”  dastanlarını 
tutuşdurmuşdur  (154).    H.  Araslı  nəşrlərinin elmi 
redaktoru da məhz M. H. Təhmasib olmuşdur. 
Bu  sırada  H.  Əfəndiyevin  də  adını  xüsusi 
vurğulamaq lazımdır. “Kitab”ı Azərbaycan bədii nəsrinin 
ilk  və  ən  qədim  nümunəsi  hesab  edən  H.  Əfəndiyev 
Həmid  Araslının  yolu  ilə  gedərək,  onun  Azərbaycan 
coğrafiyası və tarixi ilə sıx bağlılığını xüsusi vurğulamış, 
ayrı-ayrı boyları, onların ideya və sənətkarlıq  özəllikləri-
ni diqqət mərkəzində saxlamış, “Kitabi-Dədə Qorqud”un 
hər  boyunun  ayrıca  bir  qəhrəmanlıq  hekayəsi  olduğunu 
söyləmişdir. Onun fikrincə, qəhrəmanların simasında real 
həyati  cizgilər  fövqəladə,  xəyali  və  əfsanəvi 
xüsusiyyətlərlə birləşir, O, yazır ki, əsərin dili musiqili, 
ahəngdar, şeirə yaxın bir dildir (75). 
“Kitabi-
Dədə 
Qorqud”un 
Azərbaycan 
ana 
dilimizdə gerçəkləşdirilən növbəti nəşri Fərhad Zeynalov 
və Samət Əlizadənin adı ilə bağlıdır (172). Həmin nəşrdə 
mətnin çağdaş şəkli ilə yanaşı, onun keçmiş Azərbaycan 
əlifbası,  yəni  kiril  hərfləri  ilə  orijinalı  verilmişdir. 
“Tükənməz  xəzinə”  adlı  ön  sözdə  eposun  əvvəlki 
tədqiqatçılar,  o  cümlədən  Həmid  Araslı  tərəfindən 
araşdırılması  və  nəşri  barədə  qısa  məlumatla  yanaşı, 


 
156 
dastandakı  obrazlar,  “Kitab”ın  məzmun,  ideya-bədii 
xüsusiyyətləri  barədə  də  bilgilər  yer  almaqdadır. 
Müəlliflər burada aşağıdakı tezislərlə çıxış etmişlər: 
“1.  KDQ-
də ən qədim dini-mifoloji təsəvvürlər və 
bəzi  adət-ənənələr  oğuzların  ibtidai  dövrünə,  yəni 
eramızın III-IV əsrlərinə təsadüf edir. 
2.    KDQ-
də cərəyan edən hadisələr VI-VIII əsrləri 
əks etdirir. 
3.    Qorqud  dastanların  yaradıcısı  deyil,  iştirakçısı 
və obrazlardan biridir. 
4.    KDQ  boyları  şifahi  şəkildə  VI-VIII  əsrlərdə 
formalaşmağa  başlamış,  VII-IX  əsrlərdə  tam  təşəkkül 
tapmışdır. 
5.   KDQ boylarının ilk qələmə alınması X əsrdən 
əvvələ təsadüf edir. 
6.   KDQ-
nin  əlyazma  nüsxələri  artıq  XIV  əsrdə 
mövcud idi. 
7. KDQ-
nin  “Müqəddimə”si  abidənin  yazıya 
alındığı dövrdən mövcuddur” (172, 5). 
“Ön söz”də müəlliflər O. Ş. Gökyayın, M. Erginin 
və  H.  Araslının  hazırladıqları  nəşrləri  “ən  mükəmməl 
nəşrlər” kimi dəyərləndirmişlər. 
XX  əsrin  70-80-ci  illərində  eposun  tədqiqat 
i
stiqamətləri  sırf  ədəbi-tarixi kontekstdən  çıxaraq  daha 
geniş  məzmun  qazanmış,  yeni  və  orijinal  araşdırma 
metodla
rı ortaya çıxmışdır. Bu sırada Süleyman Əliyarlı, 
Elməddin  Əlibəyzadə,  Pənah  Xəlilov,  Əjdər  Fərzəli, 
Tofiq  Hacıyev,  Samət  Əlizadə,  Kamil  Vəliyev,  Aydın 
Məmmədov,  Kamal  Abdullayev,  Mirəli  Seyidov,  Azad 
Nəbiyev,  İsrafil  Abbaslı  kimi  tədqiqatçıların  adını 
çəkmək lazımdır. Onlardan  Süleyman Əliyarlı (85; 175), 
Elməddin  Əlibəyzadə  (83),  Pənah  Xəlilov  (100;  7)  və 
Əjdər  Fərzəli  (90)  məsələyə  daha  çox tarixi-coğrafi, 
Tofiq Hacıyev (91), Samət Əlizadə (172), Kamil Vəliyev 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə