Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə52/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   49   50   51   52   53   54   55   56   57

 
160 
və  dastanın  bir  qolundan  bəhs  edilir.  Rus  mətbuatında 
dastana  dair  ilk  məlumat  İ.  Şopenə  məxsusdur”  (211, 
76). 
Maraqlıdır  ki,  Həmid  Araslı  özünün  “XVII-XVIII 
əsrlər Azərbaycan ədəbiyyatı tarixi” kitabının “Koroğlu” 
eposunun  öyrənilmə  tarixi”  bölümündə    “Тифлисские 
ведомости”  qəzetinin  68-ci  sayında  (180)  isə  naməlum 
müəllifin  “Деревня  Огруджа:  замок  разбойника 
Урушана  Кер-оглы,  его  история”  məqaləsinə  istinad 
etsə  də,  İ.  Şopen  haqqında  bircə  kəlmə  də  söz  açmır. 
Alim yazır ki, “İlk əvvəl aşıqların hafizəsində yaşayan bu 
dastanın  ayrı-ayrı  nəğmələri  şeir,  sənət  maraqlılarının 
xüsusi kitab şəklində düzəltdikləri cünglərdə qeyd edildi. 
Biz XVII, XVIII və XIX əsrlərdə Azərbaycanda yazılan 
bir  sıra  əlyazmalarda  Koroğlunun  ayrı-ayrı  qoşmaları, 
xüsusən  qəhrəmanlıq  və  məhəbbətə  həsr  edilmiş 
nəğmələrinə rast gəlirik” (38, 33). 
İ. Şopenin fəaliyyətindən söz açan professor İsrafil 
Abbasov  qeyd  edir  ki,  “toplayıcının  qeydlərindən  bəlli 
olur  ki,  ifaçı-aşıq  çunqurun  müşayiəti  ilə  Koroğlunun 
əfsanəvi qəhrəmanlığını tərənnüm etmiş və onun şücaəti 
barədə  həyəcanlı  nəğmələr  oxumuşdur.  Lakin  İ.  Şopen 
toplamış olduğu bu mətni “bir erməninin tərcüməsindən 
son
ra  yazıya  köçürmüşdür.  Məhz  bu  səbəbdən  də  o, 
mövcud  mətnin  dəqiq  olmayacağını  etiraf  etmişdir”  (3, 
5). Maraqlıdır ki, həmin mətnin bir erməninin rus dilinə 
tərcüməsindən  sonra  yazıya  köçürülməsi  səbəbindən 
qüsurlu  olduğunu  İ.  Abbasovdan  daha  öncə  V.  M. 
Jirmunski və X. T. Zərifov (184, 23-24), daha sonra isə 
M. H. Təhmasib (154, 11-12.) də qeyd etmişlər.  Əslində 
heç  İ.  Şopenin  özü  də  bunu  gizlətmirdi  və  hətta  bunu 
etiraf da etmişdir (214;  78, 348). 
İsrafil  Abbasov  daha  sonra  yazır:  “İ.  Şopen 
variantının  məzmun  çalarları,  burada  cərəyan  edən 


 
161 
hadisə və əhvalatların inkişaf dinamikası belə bir qənaət 
doğurur  ki,  araşdırıcıların  göstərmiş  olduqları  bir  çox 
qüsurlara baxmayaraq bu toplama-
təbdil 
işi 
“Koroğlu”nun  süjet  xəttinin  əsas  düyün  nöqtələrini 
qoruya  bilmişdir.  Diqqətəlayiq  cəhət  isə  onda  özünü 
göstərmişdir ki, İ. Şopen dastan qəhrəmanının mənşəyini 
bilavasitə  türk  aləmi  ilə  bağlamışdır.  Bu  isə  eposun 
genezisi baxımından xüsusi dəyərə malik təşəbbüs kimi 
qiymətləndirilməlidir” (3, 5). 
“Koroğlu”  dastanının  toplanması,  tədqiqi  və  nəşri 
tarixindən söz açarkən, Aleksandr Xodzkonun da xüsusi 
rolunu  qeyd    etmək  lazımdır.  Şopendən  iki  il  sonra 
“dastanı bütövlükdə azərbaycanlı Aşıq Sadığın ifasından 
yazıya  alınaraq  onu  1842-ci  ildə  Londonda  "Spesimens 
of popular poetry of Persia as found in the adventures 
and improvisations of Kurroghlu" kitabında çap” etdirən 
A. Xodzkonun sa
yəsində,  "Koroğlu"  dastanı  Avropada 
tanınmaq  və  geniş  yayılmaq  imkanı  əldə  etmişdir  (19). 
Sonrakı illərdə həmin  kitab S. Penn tərəfindən rus dilinə 
tərcümə  edilmiş,  öncə  "Kavkaz"  qəzetində,  daha  sonra 
isə ayrıca kitab şəklində nəşr edilmişdir (187;  213).  
Kitab aşağıdakı bölmələrdən ibarətdir: “1. Ön söz; 
2.  "Koroğlu"  dastanına  giriş;  3.  Koroğlu  igidlikləri  və 
improvizasiyaları  (yəni  aşıq  şeirləri);  4.  Həştərxan 
tatarlarının  xalq  mahnıları;  5.  Üç  kalmık  mahnısı;  6. 
Türkmən 
mahnıları; 
7. 
İran 
türklərinin 
(azərbaycanlıların)  mahnıları;  8.  İran  mahnıları;  9. 
Gilanlıların mahnıları; 10. Rudbar dağlılarının mahnıları; 
11. Talış mahnıları; 12. Mazandaran mahnıları; 13. Mətn 
nümunələri; 14. Antoni Kontskinin fortepiano arxasında 
aranjima
nında 9 Azərbaycan mahnısı. Sonuncu bölməyə 
no
tlar əlavə olunub” (213). 
Bu  nəşr  O.  Volfun  1843-cü  ildə  işıq  üzü  görən 
alman nəşri üçün əsas rolunu oynamış, 1853-cü ildə  isə 


 
162 
“Jorj Sand və Adolf Brelyenin (Bir çox  mənbələrdə isə 
Adolf Berje kimi qeyd olunub–V.S.) 
tərcüməsində 
fransız oxucularına da çatdırılmışdır” (3, 5).  
İ. Şopen barədə heç bir məlumat verməyən Həmid 
Araslı  A.  Xodzkonu  da  sadəcə  bir  cümlə  ilə 
xatırlatmışdır:  “XIX əsrin 40-cı illərində A. Xodzko adlı 
bir  nəfər  Cənubi  Azərbaycan  aşıqlarından  topladığı 
das
tanı yazıya köçürüb, 1892-ci ildə ingilis dilində nəşr 
etdirmişdir. Bu əsər 1856-cı ildə S. Penn tərəfindən rus 
dili
nə tərcümə olunub Tiflisdə çıxan “Kavkaz” qəzetinin 
21, 24, 26, 27, 30, 34, 36, 42-
ci nömrələrində “Ker-oqlu 
vostoçnıy poet-nayezdnik” sərlövhəsilə çap olunmuşdur” 
(38, 34). 
Dastanın  rus  dilinə  tərcümə  və  çapından 
danışarkən,  bu  işdə  əvəzsiz  xidmətləri  olmuş  S.  S. 
Pennin  adını  xüsusi  çəkmək  lazımdır  (207).  O,  kitaba 
yazdığı  ön  sözdə  göstərmişdir  ki,  “Koroğluya  məxsus 
improvizasiyalar  Qafqazın  yerli  xalq  nəğməkarları, 
diyar-
diyar  gəzən  el  aşıqlarının  ifasında  tez-tez 
səsləndirilməkdədir. 
Kitabda 
təqdim 
edilən 
improvizasiyalar  məşhur  şərqşünas  alim  Aleksandr 
Xodzkonun Şərqdə keçirdiyi 13 il müddətində “pers” və 
türk  dilində  dərlədiyi  (topladığı    –  V.  S.)  və  hər  biri 
müxtəlif dövrlərə aid olan yerli rəvayətlərdir” (189).   
S.  S.  Penn  yazmışdır:  “Kitabın  ingilis  dilindən 
tərcüməsi Tiflisdə çıxan “Kavkaz” qəzetinin oxucularını 
özü-
özlüyündə oxşarsız bir əsərlə tanış etmək istəyindən 
irəli  gəlir.  Bu  yöndə  mənim  böyük  marağım  onunla 
bağlıdır  ki,  Koroğlunun  improvizasiyaları  yerli  Qafqaz 
sazandarlarının (yaxud sazəndələrinin) – eldən-elə gəzən 
müğənnilərin  dilindən  düşmədiyi  halda,  bu  günədək 
bütövlükdə  toplanmamış  və  rus  dilində  çap 
olunmamışdır.  İstisna  kimi  bir  neçə  cılız  hekayətəoxşar 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə