Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə49/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

 
151 
məqalədə,  “Qutadqu  bilik”dən  və  Orxon  kitabələrindən 
bəhs  edir,  birincini  Orxon  abidələrinin  inkişafı  və 
təkamülü kimi qiymətləndirir. A. Musaxanlının fikrincə, 
KDQ  “lisan  və  mündəricəsi  ilə  ilk  azəri  əsəridir...” 
“Oğuznamə”  isə  Azərbaycan  torpaqlarının  ərəb 
işğalından  qat-qat  əvvəl  “türklər  arasında  bir  kitab 
halında bulunmuşdur” (212). 
Deyil
ənlərə Azərbaycan Yazıçılar İttifaqının 1934-
cü  ildə  sədri  olmuş    M.  K.  Ələkbərlinin  həmin  ilin  av-
qustunda  Moskvada  keçirilmiş  I  Ümumittifaq  Yazıçılar 
qu
rultayındakı  hesabat  məruzəsini  də  əlavə  etmək 
lazımdır.  Həmin  məruzədə  də  eposdan  bəhs  edilmiş, 
fəqət o, yanlışlıqla, həm də lüğət kimi təqdim edilmişdir. 
“Ki
tab”ı  X  əsrin  məhsulu  edən  M.  K.  Ələkbərli  Dədə 
Qorqudu  real  şəxsiyyət,  lüğət  və  dastanların  müəllifi 
kimi təqdim etmişdir. O, eyni fikri 1935-ci ildə işıq üzü 
görən  “Azərbaycan  ədəbiyyatı”  kitabında  da  təkrar 
etmişdir  (212).  
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  onun  öz 
dövrü üçün çox cəsarətli hesab edilə biləcək bu fikirləri 
M.  K.  Ələkbərlinin  sonradan  repressiyaya  uğramasının 
əsas 
səbəblərindən 
biri 
olmuşdu. 
Görkəmli 
ədəbiyyatşünas-alim  Kamal  Talıbzadə  yazırdı:  “Tarix 
boyu  Azərbaycan  yazıçıları,  bədii  söz  ustaları  olmazın 
işgəncələrə,  təzyiqlərə  məruz  qalmışlar.  Bircə  sovet 
hakimiyyəti  illərində  yüzlərlə  Azərbaycan  yazıçısının 
uzaq  Sibir  çöllərinə  göndərilib  məhv  edilməsini,  on 
illərlə qaranlıq zindanlarda saxlanılıb qətlə yetirilməsini, 
İkinci  Dünya  müharibəsinin  qızğın  atəş  nöqtələrinə 
sürgün  edilməsini  xatırlamaq  kifayətdir”.  Təbii  ki,  belə 
ziddiyy
ətli  bir  dövrdə  Azərbaycan  Yazıçılar  İttifaqının 
yurdumuzun  istedadlı  qələm  sahiblərini  öz  ətrafına 
yığaraq  fəaliyyətə  başlaması  çox  çətin  idi.  Bir  tərəfdən 
pərakəndəliyə  son  qoyulur,  digər  tərəfdən  isə  yazıçılar 


 
152 
sovet  ideologiyasına  xidmət  etməli,  onun  prinsipləri 
əsasında yazıb-yaratmalı idilər. Əlbəttə, çətin bir şəraitdə 
xalqa  və  ədəbiyyata  xidmət  etmək,  onun  inkişafına  nail 
olmaq  həyat  bahasına  başa  gəlsə  də,  milli  təfəkkür 
sahibləri  bu  ağır  işin  öhdəsindən  gəlməyə  çalışırdılar. 
Qaranlığın  içində  işıq  yandırmağın  nə  demək  olduğu 
aydındır.  O  dövrün  yazıçı  və  şairləri  bəzən  də  sovet 
prinsiplərini qalxan kimi əllərində tutaraq onun arxasında 
milli düşüncənin, şüurun məhsulu olan bədii yaradıcılıq 
nümunələrini hifz etməyə çalışırdılar (151). 
Ağır  repressiya  şəraitinə  baxmayaraq,  “30-cu  illər 
KDQ-
yə marağın artdığı dövrdür. Şair və müəllim Ə. C. 
Sultanzadə  “Ədəbiyyat  qəzeti”nə  göndərdiyi  məktu-
bunda  təklif  edirdi  ki,  KDQ  şifahi  deyil,  yazılı 
ədəbiyyatımızın  ilk  abidəsi  və  tarixi  şəxsiyyətin  ədəbi 
irsi hesab e
dilməlidir”.  1939-cu  ildə  KDQ  ilk  dəfə 
Azərbaycanda H. Araslının tərtibi, redaktəsi və ön sözü 
ilə  çap  olunmuşdur.  Yeri  gəlmişkən,  qeyd  edək  ki, 
dastanın  1962  və  1978-ci  il  nəşrləri  də  H.  Araslı 
tərəfindən  hazırlanmış,  ön  söz  də  onun  tərəfindən 
yazılmışdır. “Aşıq yaradıcılığı” monoqrafiyasında (1960) 
müəllif  KDQ-yə  xüsusi  yer  vermişdir.  “Azərbaycan 
ədəbiyyatı  tarixi”nin  I  cildində  (1960)  KDQ  haqqında 
bölməni  də  H.  Araslı  yazmışdır.  H.  Araslı  eposu 
Azərbaycan dastanlarının ən qədim nümunəsi adlandırır, 
onun  X-
XI  əsrlərin  köçəri  həyatına  aid  olduğunu 
göstərir, böyük tarixi və bədii məziyyətlərindən söz açır. 
Ədəbiyyatşünasın  fikrincə,  dastandakı  poetik  forma, 
məzmun  ibtidai  şəkli,  nəsr  dili  isə  qafiyələnən 
cümlələrdən  ibarət  ahəngdar  dildir.  O,  ümumən,  əsərin 
canlı, obrazlı, zəngin xalq dilində yazıldığını qeyd edir. 
Qəhrəmanlığın  əsərdə  rolu  bir  daha  təsdiqlənir,  eyni 
zamanda  qarətçilik,  qəbilə  çəkişmələrinin,  tayfa 
mübarizəsinin mövcudluğu da etiraf olunur. H. Araslının 


 
153 
fikrincə, əsərə İslam dininin təsiri çox azdır, qəhrəmanlar 
şərab içirlər və s. Alim belə hesab edir ki, Dədə Qorqud 
əsərin müəllifi yox, iştirakçısıdır” (212). 
H. Araslı ilə təxminən eyni vaxtda ədəbiyyatşünas 
M.  Rəfili  də  eposun  tədqiqi  ilə  məşğul  olmuşdur. 
Tədqiqatlarında  bütünlüklə  H.  Araslının  dərc  etdirdiyi 
mətnə  istinad  edən  M.  Rəfili  bir  sıra  məqalələrində 
(191),  rus  dilində  qələmə  aldığı  “Qədim  Azərbaycan 
ədəbiyyatı”  kitabında  (192),  eləcə  də  1944-cü  ildə 
müdafiə  etdiyi  və  Azərbaycan  ədəbiyyatı  tarixinə  həsr 
etdiyi doktorluq d
issertasiyasında  eposdan  ətraflı  bəhs 
etmiş,  onu  Azərbaycan  mədəniyyətindəki  yüksəlişin 
başlanğıcı kimi qiymətləndirmişdir.  
M.  Rəfili  “Kitab”da  təsvir  edilən  hadisələrin 
Homerin  “Odisseya”sı,  Roland  dastanları  və  Nibelunq 
nəğmələri,  İqor  polku  haqqında  dastan  və  s.  ilə 
səsləşdiyinə  diqqət  çəkərək  “Odisseylə  Basatın, 
Polifemlə Təpəgözün yaxınlığını epik abidələrin qaynaq 
yaxınlığı  ilə  əlaqələndirir,  alman  alimi  Ditsin  Homerin 
Şərqə  səyahət  etməsi  mülahizəsinə  haqq  qazandırır”. 
Həmid  Araslı  ilə  eyni  mövqedən  çıxış  edən 
ədəbiyyatşünasın  sözlərinə  görə,  “Kitabi-Dədə  Qorqud” 
XI  əsrin  abidəsidir  və  bu  dövr  Azərbaycan 
mədəniyyətinin səviyyəsini əks etdirir”. KDQ-də ilk dəfə 
realist  təhkiyənin  fantastik  obrazlarla,  qəhrəmanlığın 
mifoloji  motivlərlə  çulğaşdığını  göstərən  M.  Rəfili 
dastan  haqqında  bir  çox  elmi  konfranslarda  çıxış  etmiş, 
eynən  Həmid  Araslı  kimi  özünü  zərbə  altına  qoysa  da, 
onu daim müdafiə etmişdir (41).  
XX  əsrin  50-ci  illəri  Kitabi-Dədə  Qorquda 
münasibətin əsaslı şəkildə dəyişdiyi və olduqca mənfi bir 
şəkil aldığı illərdir. İş o yerə çatmışdı ki, bu mövzu orta 
məktəb dərsliklərindən belə çıxarılmışdı. Təsadüfi deyil 
ki, həmin dövrdə Cəfər Xəndan, Mirzağa Quluzadə və b. 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə