Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə46/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

 
141 
quyuya  salınması  və  beşikdə  qoyub  getdiyi  oğlu  Uruz 
tərəfindən  qurtarıldığından  bəhs  edildiyini,  ata 
məhəbbətinin,  igidliyin,  xalqa,  vətənə  sədaqətin, 
təvazökarlığın tərənnüm olunduğunu bildirir (106, 12). 
“İç  oğuzun  dış  oğuza  ası  olması”  boyunda  isə, 
alimin  fikrincə,  bu  qəhrəmanların  öz  aralarındakı 
çəkişmələrindən danışılır. 
H. Araslı belə bir qənaətə gəlir ki, on iki dastandan 
beşi basqınçılara qarşı mübarizə, beşi əsatir, ailə-məişət 
mövzularına  həsr  edilmişdir.  İki  dastanda  isə  (“Eynək” 
və “Seynək”) basqınçılıq əhval-ruhiyyəsi vardır (20). 
Dastanın  araşdırılmasında  Həmid  Araslı  “Kitabi-
Dədə Qorqud”da İslam dininin təsirinin çox az olduğunu 
bildirmiş,  qəhrəmanların  “kafirlərlə”  müharibəsinə, 
Kərbəla  hadisələrindən  xəbərdar  olmalarına,  namaz 
qılmalarına,  dastanda  Allah,  Məhəmməd  və  başqa  dini 
adların dəfələrlə təkrarlanmasına baxmayaraq, İslam di-
ninin  dərin  və  əsaslı  kök  salmadığını  göstərmişdir. 
Alimin fikrincə, dastanda bütpərəstlik əlamətlərinə daha 
çox  təsadüf  olunur,  insanlar  Allahdan  çox  təbiət  qüv-
vələrinə  etiqad  edirlər.  Dini  təbliğat  aparan  ərəb,  fars 
ruhanilərini  “saqqalı  uzun  tat  əri”,  əzan  verməyi  isə 
banlamaq adlandırırlar, boylarda qadın, ata, ana, qardaş, 
at da Allah, Məhəmməd və Quran kimi müqəddəs sayılır. 
Hətta  “Dəli  Domrul”  boyunda  Allahın  adi  insan  kimi 
xudbin, məğrur və tərif sevən kimi verildiyini, Əzrayılın 
isə  real  qəhrəmandan  zəif  göstərildiyini  bildirən  Həmid 
Araslı dastanda xalqın öz qəhrəmanını dini qüvvələrdən 
üstün  tutduğu  qənaətinə  gəlir.  Həmçinin    alim,  qəh-
rəmanların İslam dininin haram buyurduğu şərab içərək, 
onu  din  nümayəndələrinin  qarşısında  da  təriflədiklərini 
qeyd edir. Dastanda İslam dininin təsirinin azlığına misal 
olaraq,  alim  dastandakı  andları  göstərir:  ““Dədə  Qor-
qud”da andlar da ma
raqlıdır.  Heç  bir  yerdə  qəhrəman 


 
142 
Allaha,  peyğəmbərə  deyil,  “Qılıncıma  doğranayın”, 
“Oxuma sancılayın”, “Torpaq kimi sovrulayın”, “Oğlum 
doğmasın,  doğsa  da  on  yaşına  varmasın”  deyə  real 
hadisələrə  and  içirlər,  dualar  isə  çox  sadə  və  təbiidir: 
“Sağ varıb əsən gələsən, uğrun açıq olsun”, “Yerli qara 
adağın  yıxılmasın”,  “Çalışında  qara  polad  üz  qılıncın 
kütəlməsin”,  “Çaparkən  ağ-boz  atın  büdrəməsin”  və  s. 
Yaxud: 
Dədə Qorqud söylədi ki, düşmənin 
Ölüsü ölsə sevinməsin kimsənin
Necə kim bu cümlə başlardan keçər, 
Cümlə aləm həm bu şərabdan içər” (107, 6-7). 
Həmid  Araslı  “Kitabi-Dədə  Qorqud”la  bağlı 
araşdırmalarında ailə münasibətlərindən xüsusilə danışır. 
Buna  misal  olaraq  “Qazan  xanın  evinin  yağmalanması” 
bo
yunda  Qazan  xanın  savaş  zamanı  məhz  qoca  anası 
üçün  narahat  olub,  düşməndən  yalnız  anasını  istədiyini 
alim  belə  qeyd  edir:  “Bu  dastanda  ana  məhəbbəti  çox 
parlaq  təsvir  olunmuşdur.  Var-yoxu  və  bütün  ailəsi 
əlindən  çıxmış  Qazan  hər  şeydən  çox  qoca  anasını 
düşünür.  O,  qoca  qarının  müharibə  zamanı  at  ayağı 
altında  qalacağından  qorxur.  Odur  ki,  döyüş 
başlanmadan  çağırıb  düşməndən  anasını  istəyir. Lakin 
onun anasını vermirlər, o vuruşmağa məcbur olur. Eyni 
zamanda Qaza
nın  oğlu  Uruzun  Şöklü  Məliyin  zinda-
nında  anasıyla  olan  söhbətini  bizə  belə  təqdim edir: 
“Eposda  Uruz  namuslu,  mərd,  qorxmaz  bir  gənc  kimi 
təsvir 
olunur. 

gəncliyindən 
doymamışdır, 
yoldaşlarından  ayrılmaq,  həyatın  gözəlliklərindən  məh-
rum  olmaq  istəmir.  Lakin  namus  yolunda  bunların 
hamısını  fəda  etməyə  hazırdır.  O,  anasını  düşmənlər 
tanımasın  deyə  hər  şeyə,  hər  zülmə  dözür.  Anasını 
çağırıb  tapşırır:  “Mənim  üzərimə  gəlməyəsən!  Mənim 
üçün  ağlamayasan!  Qoy  məni, qadın  ana,  çəngələ 


 
143 
vursunlar.  Qoy  ətimdən  çəksinlər,  qara  qovurma 
eləsinlər! Olar bir yedikdə sən iki yegil! Səni bilməsinlər, 
duymasınlar!”.  Anasına  təsəlli  verib  “sən  sağ  ol,  atam 
sağ olsun” deyir”.  
“Qazanın  dustaq  olduğu  boy”da  oğlu  Uruzun  onu 
xilas  etməsini,  Dəli  Domrul  boyunda  Allahın  Dəli 
Domrulun  canı  əvəzinə  can  istədiyi  zaman  ona    ata-
anasının  deyil,  arvadının  can  vermək,  Allaha  yalvarıb 
özünü ərinin əvəzinə qurban etmək istədiyini göstərir.  
Bu  baxımdan  Həmid  Araslı  dastandakı  qadın 
obrazlarını  da  xüsusi  təhlil  edir,  hər  bir  boydakı 
qadınların  qəhrəmanlığını  ayrıca  təhlil  edir:  “Dədə 
Qorqud”  dastanında  qadın  cəmiyyətin  bir  üzvü  kimi 
qiymətləndirilir.  Burada  qadınlar  igid  və  sədaqətli 
göstərilirlər.  Onlar  qoçaqlıqda  kişilərdən  geridə 
qalmırlar.  Evlada  məhəbbət  göstərir,  ata-anaya  hörmət 
bəsləyirlər.  Dirsə  xanın  qadını  oğlunun  ovdan 
qayıtmadığını gördükdə atına minir, qırx incəbel qız ilə 
onu dağlarda axtarır, yaralı oğlunu tapıb gətirir.  
Qazanın oğlu Uruz əsir düşdüyü zaman boyu uzun 
Burla xatın onu qurtarmağa gedən ərinin dalınca düşmən 
ilə  vuruşmağa  gedir.  Özünü  yaralanmış  ərinə  yetirir. 
Vuruşmada  adlı-sanlı  qəhrəmanlarla  bir  yerdə  iştirak 
edir, şücaət göstərir.   
Beyrəyin  nişanlısı  Banıçiçək,  gedəcəyi  oğlanla  ox 
atır,  at  çapır,  güləşir.  Nişanlısını  qəhrəman  gördükdən 
sonra evlənməyə razı olur. 
Qanturalının nişanlısı əri ilə birlikdə müharibə edir. 
Ya
ralanmış,  atı  oxlanmış  ərinə  özünü  yetirir.  “Yağının 
bir ucu mənim, bir ucu sənin” deyib vuruşur, sevgilisini 
ölümdən  qurtarır.  Dəli  Domrula  canı  əvəzinə  Əzrailə 
vermək  üçün  can  lazım  olur.  Atası,  anası  rədd  edir. 
Ancaq  onun  qadını:  “Bir  canda  nə  var  ki,  sənə 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə