Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə44/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

 
135 
yerlərin  adının  çəkildiyini  qeyd  edərək,  “Dədə-
Qorqud”un  Azərbaycanla  bağlı  olduğunu  vaxtilə 
müxtəlif    məqsədlə  Qafqaza  gəlmiş  alimlərin, 
səyyahların  fikirlərinə  istinadən  göstərir:  “Adam  Oleari 
hələ  1638-ci  ildə  Dərbənddə  olduğu  zaman, 
azərbaycanlılardan Dədə-Qorqud hekayələrini eşitdiyini, 
Qazan  xanın  və  arvadı  Burla  xatunun,  eləcə  də  Dədə 
Qorqudun  özünün  burada  qəbirləri  olduğunu  qeyd 
etmişdir.  Həmin  əsrin  ortalarında  Şamaxıya  gəlmiş 
səyyah  Övliya  Çələbi  isə  öz  səyahətnaməsində 
Dərbənddə Dədə Qorquq qəbri olduğunu və Şirvanlıların 
bu  qəbrə  böyük  ehtiram  bəslədiklərini,  hətta  etiqad 
etdiklərini yazır” (22). 
Həmid  Araslı  araşdırmalarında  nağıllardakı  atalar 
sözlərilə  “Kitabi-Dədə  Qorqud”  dastanlarındakı  və 
Nizami  əsərlərindəki  ifadələri  də  eyniləşdirilir: 
“Azərbaycan  nağıllarında  qəhrəmana  qorxulu  səfərdə 
təsadüf  edənlər  “Sən  hara,  bura  hara,  quş  gəlsə,  qanad 
sala
r,  qatır  gəlsə,  dırnaq  salar”  -  deyə  müraciət  edirlər. 
“Dədə  Qorqud”  dastanlarında  da  elçiliyə  gələn  Qorqud 
ataya Dəli Qarcar belə müraciət edir: “Ayaqlılar buraya 
gəldiyi  yox,  ağızlılar  bu  suyumdan  içdiyi  yox...  burada 
ney
lərsən?” (22).  
Bu ifadəni biz Xosrovun dalınca tənha yola çıxmış 
Şirinə  təsadüf  edən  Şapurun  danışığında  da  görürük.  O 
bu hadisəyə təəccüb edib belə deyir: 
 
Budu göft: ey pəri peykər, çe mərdi? 
 
Pəri gər nisti, inca çe kərdi? 
 
Ki şir inca rəsəd bizur gərdəd 
 
Və gər mar ayəd, inca dur gərdəd” (22, 185). 
Həmid  Araslı  dastanı  nəinki  araşdırmış,  tədqiq 
edərək çap etdirmişdir, həm də onu vurulan damğalardan 
var qüvvəsi ilə müdafiə etmişdir: “Xalq düşməni M. C. 
Bağırov 1951-ci  ildə  “Dədə  Qorqud”  dastanlarını 


 
136 
millətçilik  təbliğ  edən  pantürkist, panislamist  bir  abidə 
adlandıraraq, bu dastanların Azərbaycanla heç bir əlaqəsi 
olma
dığını  iddia  edirdi.  Bu  iddia  tamamilə  əsassızdır. 
Məlum  olduğu  üzrə,  V.  İ.  Leninin  qeyd  etdiyi  kimi, 
panislamizm  XIX  əsrin  ortalarında,  pantürkizm  isə 
birinci dün
ya  müharibəsi  ərəfəsində  ortaya  çıxmış 
cərəyanlardır.  X-XI  əsr  şifahi  ədəbiyyat  abidəsini 
pantürkizm,  panislamizm  abidəsi  kimi  qiymətləndirmək 
özü sovet elminə ziddir. M. C. Bağırov bu əsərin dilinin 
də  hətta  Azərbaycan  dili  olmadığını  iddia  edirdi. Bu 
iddia da tamamilə əsassızdır” (20). 
Həmid Araslı XIX əsrdən başlayaraq Dədə Qorqud 
haqqında  aparılan  geniş  tədqiqatlar  nəticəsində  bu  adın 
qazax,  qırğız,  başqırd,  türkmən  kimi  bir  çox  türk 
xalqlarının şifahi ədəbiyyatında əfsanəvi övliya, aşıq piri 
kimi 
xatırlandığını aydınlaşdırmışdır. 
Alim    həmçinin  Dədə  Qorqudun  şəxsiyyəti 
məsələsinə  də  aydınlıq  gətirərək  onun  adının  müxtəlif 
tarix  və  əfsanələrdə  çəkildiyini,  Qədim  Şərq 
tarixçilərinin  əsərlərində  (Rəşidəddin  Nəvai)  bəzən  İsa, 
bəzən Oğuz, bəzən Məhəmməd, bəzən xəlifələr müasiri 
kimi  göstərildiyini  qeyd  edir.  Qəbrinin  Dərbənd, 
Sırdərya sahili və Əxlatda olmasını isə alim onun tarixı 
şəxsiyyət  kimi  deyil,  Xızır  kimi  əfsanəvi  şəxsiyyət 
olması  ilə  bağlayır  və  bildirir  ki,  bu  ad  İslamiyyətdən 
əvvəl də bəzi yerlərdə müşgülü-bilici, bəzilərində ozan-
baxşı  piri  kimi  tərənnüm  olunmuşdur.  Həmid  Araslının 
fikrincə,  bütün  bunlar  Dədə  Qorqudun  “Kitabi-Dədə 
Qorqud”  əsərinin  müəllifi  olduğunu  düşünənlərin 
yanıldığını  isbat  edir:  “Dastanlar  müəyyən  bir 
şəxsiyyətin  əsəri  deyildir.  Dastanların  müxtəlif 
zamanlarda, müxtəlif ozanlar tərəfindən yaradılmasını bu 
dastanlar  arasında  olan  ziddiyyətdən,  müəyyən 
şəxsiyyətlərin  ayrı-ayrı  dastanlarda  başqa-başqa  şəkildə 


 
137 
verilməsindən də aydın görmək olur. (Qazan bəyin oğlu 
U
ruzun “Uruzun əsir getdiyi boyda” hələ on beş yaşına 
qədər heç bir müharibə görməyib on beş yaşında atası ilə 
sərhədlərə  çıxması  göstərildiyi  halda,  “Qazanın  əsir 
alınması  boyu”nda  atası  əsir  düşdükdən  sonra  doğulan 
Uruzun onu xilas etməsi söylənilir) (23, 32). 
Həmid  Araslı  XV  əsrdə  yaşamış,  “Leyli  və 
Məcnun”  əsərinin  müəyyən  fəsillərini  tərcümə  etmiş 
Azərbaycan  şairi  Ətainin  də  həmin  poemada  Dədə 
Qorqud  adını  bir  neçə  dəfə  təkrar  etdiyini,  Drezden 
kitabxanasında  olan  “Atalar  sözləri”ndən,  Topqapıda 
tapılmış  əlyazmasındakı  məlumatlardan  başqa  Dədə 
Qorqud  adı  ilə  bağlı  nəsihətamiz  fikirlər  də  verildiyni 
qeyd edir:  
“Xoş demiş Qorqud təhəmmül xoş durur
Hey şəkər tək qəhri udmaq nuş durur
Pişqədəmlər sözün eşitmək gərək
Hər nə kim pirlər demiş, etmək gərək” (107, 8). 
Beləliklə,  Həmid  Araslı  tarixdə  Dədə  Qorqud  adlı 
bir  adamın  olması  haqqında  heç  bir  iz  olmadığını 
söyləyir,  Dədə  Qorqudun  dastanın  iştirakçılarından  biri 
ola
raq  çətin  zamanlarda  gəlib  xalqa  kömək  edib, 
qəhrəmanlıq  göstərən  gənclərə  ad  qoyduğunu, 
qəhrəmanlar  qalib  olduqları  zaman  şadlıq  çalıb,  nəsihət 
verdiyini  bildirir.  Alim  Dədə  Qorqudun  bir  mifik 
şəxsiyyət olduğunu qeyd edir, onun xalq içərisində yanlış 
qoyduğu dörd ad haqqındakı mənzuməni  misal çəkir: 
“Gəlinə ayran demədi o Dədə Qorqud
Ayrana doyran demədi o Dədə Qorqud
İynəyə tikən demədi o Dədə Qorqud
Tikənə sökən demədi o Dədə Qorqud” (107, 8). 
Alimin  fikrincə,  xalq  gəlin  gəldikdən  sonra  oğulu 
ata-
anadan  ayırdığı  üçün  ona  ayran,  ayranı  yeyənin 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə