Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə42/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

 
129 
tədqiqinə  həsr  etdiyi  digər  üç  mоnоqrаfiyаsı  еlmi 
kаmilliyinə,  mövzu  yеniliyinə,  əhаtə  gеnişliyinə,  əsərə 
yаnаşmа  və  tədqiqаt  üslubunun  bənzərsizliyinə, 
prоblеmlərin qоyuluşu və həllindəki yеnilik ruhunа görə 
mütəхəssislərin  və  охuculаrın  diqqətini  cəlb  еtmiş, 
qоrqudşünаslıqdа  yеni  söz,  yеni  аddım  kimi  öz  lаyiqli 
qiymətini аlmışdır.  
 
Şübhəsiz  ki,  Həmid  Araslının  bu  istiqamətdə 
gördüyü  işlər,  çəkdiyi  zəhmətlər  olmasaydı,  adıçəkilən 
tədqiqatların  yaranmasında  da  problemlər  qarşıya 
çıxardı.  Bütün  bunlar  Həmid  Araslının  qoyduğu 
məktəbin,  onun  ədəbiyyatşünaslıq  və  mətnşünaslıqdakı 
rolunun nə qədər əzəmətli olduğunu göstərir. 
 
Həmid  Araslının  “Kitabi-Dədə  Qorqud”  və 
“Koroğlu” eposlarını nəşrə hazırlaması, onlara yazdığı 
şərhlər  haqqında.  “Həmid  Araslının  ədəbiyyatımız 
qarşısında  ən  mühüm  xidmətlərindən  biri,  heç  şübhəsiz 
ki, “Kitabi-
Dədə  Qorqud”  eposunu  nəşr  və  tədqiq 
etməsidir. 1939-cu ildə o, həmin əsəri Azərbaycanda ilk 
dəfə  nəşr  etdirmişdi;  bir  neçə  türkdilli  xalqın  müştərək 
məhsulu  olan  bu  eposu  alim  məhz  Azərbaycan  ədəbi 
abidəsi kimi tədqiq etmiş, onun dilinin məhz Azərbaycan 
dili qayda-
qanunlarına daha çox uyğun gəldiyini konkret 
dəlillərlə  əsaslandırmış  və  sonrakı  nəşrlərdə  də  həmin 
fikrini  inkişaf  etdirmişdir.  1950-ci  ildə  “Kitabi-Dədə 
Qo
rqud”un  akademik  B.  Bartold  tərəfindən  rus  dilinə 
tərcüməsini  müfəssəl  təshihlərlə  çap  etdirməsi  (M.  H. 
Təhmasiblə  birgə)  Həmid  müəllimin  əhəmiyyətli  elmi 
işlərindəndir.  SSRİ  EA  nəşriyyatında  görkəmli 
türkoloqlardan  V.  Jirmunski  və  A.  Kononov  tərəfindən 
nəşr  olunarkən,  həmin  təshihlərin  əksəriyyəti  nəzərə 
alınmışdı” (69). 


 
130 
Həmid  Araslı  folklorumuz  üçün  böyük  əhəmiyyət 
daşıyan dastanı təkrar nəşr etdirmişdir. Bu əvəzsiz tarixi 
abidənin hər nəşri bir daha mükəmməlləşdirilərək bir ne-
çə dəfə çap olunmuşdur. Lakin təkrar nəşrlərin oxşar və 
fərqli cəhətləri də vardır. Məsələn, dastanın 1939-cu ildə 
latın  qrafikası  ilə  çap  olunmuş  nəşrində  Həmid  Araslı 
həm  redaktor,  həm  də  dastanın  tədqiqat  tarixindən, 
dastandakı  surətlərdən,  dastanın  Azərbaycan  şifahi  xalq 
ədəbiyyatına  təsirindən,  yarandığı  tarixi  şəraitdən,  bir 
sıra  boyların  məzmunundan  ibarət  giriş  məqaləsinin 
müəllifidir.  Kitabın  sonunda  izahlar  və  lüğət  vardır. 
1950-
ci  ildə  H.  Araslının  M.  H.  Təhmasiblə  birgə  çapa 
ha
zırladıqları  akademik  V.  V.  Bartold  tərəfindən  rus 
dilinə  tərcümə  olunan  kitabın  bu  nəşrinin  də  sonunda 
şərhlər və düzəlişlər verilmişdir. 1962-ci il nəşrində yenə 
də Həmid Araslının yazdığı daha da təkmilləşdirilmiş ön 
söz, daha öncəki nəşrlərdən sonrakı işlərin qısa xülasəsi, 
sonda 
isə  lüğət  və  şərhlər  vardır.  Drezden  nüsxəsindəki 
dil  xüsusiyyətləri  əsasən  saxlanılmış,  Vatikan 
nüsxəsindən  əlavə  olunmuş  kəlmə  və  cümlələr 
mötərizədə  verilmişdir.  1978-ci  il  nəşrində  isə  lüğət, 
adlar cədvəli, yer adları verilmişdir. Həmçinin 1962-ci il 
nəşrində gedən mətbəə xətaları da təshih edilmişdir. 
 
Bununla  belə,  alim  dastanın  özündən  əvvəlki 
tədqiqatçılarının  nəşrlərini  də  araşdıraraq  oradakı 
qüsurları  göstərmiş,  onlara  aydınlıq  gətirmişdir.  Həmid 
Araslı  “Dədə  Qorqud”  dastanının  elm  aləminə  məlum 
olan  əsas  nüsxəsinin  Almaniyada  kral  kitabxanasında 
saxlandığını, bu nüsxə haqqında Fleyşer kataloqunda (№ 
86)  məlumat  olduğunu  qeyd  etmiş,  XIX  əsrin 
başlanğıcında  Dits  tərəfindən  surətinin  çıxarılıb  Berlin 
kitabxanasına  verildiyini  və  bu  əlyazma  haqqında  da 
Perc kataloqun
da  (№203)  məlumatın  olduğunu 
göstərmişdir. Həmçinin Ditsin bu əlyazmadan Avropada 


 
131 
ilk dəfə istifadə edərək, özünün “Denkwürdigretten von 
Asien”  adlı  əsərinin 2-ci cildinin 399-cu  səhifəsində 
“Təpəgöz” nağılını alman dilində, 1859-cu ildə isə prof. 
Nyoldekin bütün əlyazmanın surətini çıxararaq böyük bir 
hissəsini  tərcümə  etdiyini,  lakin  bəzi  yerlərini 
anlamadığından çap edə bilmədiyini, sonralarsa bu işdən 
rus akademiki V. V. Bartoldun istifadə etdiyini, 1894-cü 
ildə bu əsər haqqında məlumat verərək “Duxa Qoca xan 
oğlu  Dəli  Domrul”  hekayəsini  «Записки  восточного 
отделения 
императорского 
русского 
Археологического  общества»  məcmuəsinin  8-ci 
cildinin III-
IV buraxılışında, sonralarsa “Dərsə xan oğlu 
Buğaç”,  “Salur  Qazanın  evinin  yağmalanması”, 
“Qambura  xan  oğlu  Bamsı  Beyrək”  hekayələrini  rus 
dilində  həmin  məcmuənin  11,  12,  15  cildlərində, 
müəllim  Rüfət  tərəfindən  isə  tam  fotosurət  əsasında 
1915-
ci ildə nəşr etdirildiyini söyləyən Həmid Araslı bu 
dastan  haqqında  ətraflı,  ciddi  bir  elmi  əsər  yazılmadığı 
qənaətinə gəlmişdir (106, 5-6). 
Həmid  Araslı  Bartoldun  tərcüməsinin  rus 
şərqşünasları  arasında  “Kitabi-Dədə  Qorqud”  dastanına 
qarşı maraq oyatdığını və A. Q. Tumanski, A. Dibayev, 
K.  A.  İnostrantsev  kimi  başqa  alimlərin  də  bu  dastanın 
tədqiqi ilə məşğul olduqlarını qeyd etmişdir (23,19). 
Bundan əlavə, Həmid Araslı 1938-ci ildə dastanın 
türk  alimi  Orxan  Şaiq  Gökyay,  ondan  sonra  isə  İtaliya 
şərqşünası professor Ettore Rossi tərəfindən başqa bir va-
rian
tının  tapılıb  1952-ci  ildə  Vatikanda  italyanca 
tərcüməsi  və  böyük  müqəddimə  ilə  nəşr  etdirildiyini 
bildirmişdir (50, 10).  
Bununla  belə,  Həmid  Araslı  Ettore  Rossinin  öz 
müqəddiməsində “Dədə Qorqud” abidəsinin öyrənilməsi 
və  nəşri  tarixi  haqqında  verdiyi  məlumatda  Fridrix  fon 
Ditsdən  başlayaraq  müasir  türk  və  Avropa 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə