Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə38/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

 
117 
Füzuli  kimi  görkəmli  nümayəndələrinin  həyat  və  yara-
dıcılığını  dərindən  təhlil  edən,  bu  böyük  ədiblərin 
əsərlərinin 
tarixi-mədəni 
dəyəri, 
ideya-məzmun 
məziyyətlərinə  işıq  salan  tədqiqatçının  “XVII-XVIII 
əsrlər Azərbaycan ədəbiyyatı tarixi” monoqrafiyası da ən 
önəmli  əsərlərindəndir.  Söz  sənəti  tariximizin bu dövrü 
az  öyrənilmiş,  lakin  bu  mərhələ  ilə  bağlı  mənbələr  az 
olmamışdı.  Yüksək    vətəndaşlıq  və  vətənpərvərlik 
hisslərinə malik olan H. Araslı çoxlu sayda ədəbi əsərləri 
diqqət  və  obyektivliklə  təhlil  etmiş,  Saib  Təbrizi,  Tərzi 
Əfşar kimi farsdilli şairlərimiz ədəbiyyat tariximizdə öz 
yerlərini  almış,  Qövsi  Təbrizi,  Fədai,  Əmani,  Arif 
Təbrizi  kimi  şairlərin  irsini  təhlil  edən  dəyərli  oçerklər 
yaradılmışdır:  “Bu  monoqrafiyada  Vidadi,  Şəkili  Nəbi, 
Şakir  Şirvani,  Məhcur  Şirvani,  Baba  Şirvani  kimi 
müxtəlif  səviyyəli  söz  sənətkarlarının  klassik  şeir 
janrlarında  yaratdıqları  əsərlər,  o  cümlədən  “Şəhriyar 
dastanı” kimi nəsr abidəsi araşdırılmışdır” (114). 
Görkəmli  alim  Məmməd  Arif  Dadaşzadə  alimin 
mətnşünaslıq  sahəsindəki  məhsuldar  fəaliyyətini  yüksək 
qiymətləndirərək  yazmışdır:  “Bir  mətnşünas  sifətilə  də 
H.  Araslı  xeyli  fəal  olmuşdur.  Müxtəlif  illərdə  o, 
Vaqifin,  Vidadinin,  Xətainin,  Qövsinin  və  başqalarının 
irsini  oxuculara  çatdırmışdır.  Ümumiyyətlə,  qədim 
mətnlərin toplanması, müəyyən bir sistemə salınması və 
nəşri məsələsi H. Araslını daim düşündürürdü. O, yaxşı 
anlayırdı  ki,  xalqın  yüz  illər  ərzində  yaratdığı,  onun 
ədəbi,  bədii,  elmi  fikrinin  məhsulu  olan  nadir  əsərlər 
xüsusi bir qayğıya möhtacdır. H. Araslı bu işlə hələ 30-
cu  illərdən  məşğul  olmuş,  sonralar  Nizami  adına 
Ədəbiyyat və Dil İnstitutunda mətnşünaslıq şöbəsi təşkil 
etmişdi” (69). 
Azərbaycanda  “Kitabi-Dədə  Qorqud”  dastanının 
tədqiqi  və  nəşri  sahəsində  mətnşünaslığın  müəyyən 


 
118 
uğurlar  qazandığını  diqqətə  çatdıran  və  bu  sahədə  ilk 
təşəbbüsün  H.  Araslıya  məxsus  olduğunu  vurğulayan 
Nazif Ələkbərli alimin “Kitab”ın ilk nəşrini Orxan Şaiq 
Gökyay  ilə,  demək  olar  ki,  eyni  vaxtda  (1938) 
hazırladığına  və  Bakıda  nəşr  etdirdiyinə  diqqət  çəkərək 
yazır  ki,  bu  nəşrin  təkmilləşdirilmiş  çapları  1962  və 
1978-
ci illərdə işıq üzü görmüşdür: “H. Araslı qeyd edir 
ki,  bu  vaxta  qədər  (yəni  1978-ci  ilədək)  çap  olunanlar 
içərisində  ən  qiymətli  elmi  əhəmiyyətə  malik  nəşr 
Türkiyədə Dil Qurumunun nəşridir (1958). O, əlyazma-
la
rının  fotosurətlərinin  verilməsini  və  hər  iki  nüsxə 
əsasında  tənqidi  mətnin  hazırlanmasını  bu  nəşrin  əsas 
məziyyəti kimi qiymətləndirir. Məlumdur ki, KDQ mətni 
üzərində  H.  Araslı  ilə  O.  Şaiq  və  M.  Ergin  arasında 
qiyabi mübahisələr getmişdir. Məsələn, H. Araslı onların 
KDQ  mətnini  bəzi  məqamlarda  düzgün  oxumadıqlarını 
iddia edir. Digər tərəfdən, mətnlərin tədqiq obyekti kimi 
seçilməsində  də  anlaşılmazlıqlar  mövcud  olmuşdur” 
(212).  
Azərbaycan  qorqudşünaslıq  elmində  danılmaz 
xidmətləri  olan  H.  Araslının  “Kitabi-Dədə-Qorqud”un 
1978-
ci il nəşrinə yazdığı “ön söz”də M. Erginin Vatikan 
nüsxəsinin  Drezden  nüsxəsindən  köçürülmüş  olduğunu 
düşündüyü  üçün  alimin  hazırladığı  tənqidi  mətnə 
əhəmiyyət  vermədiyi  öz  əksini  tapmışdır.  Öz 
növbəsində,  H.  Araslı  hər  iki  nüsxənin  üçüncü  bir 
nüsxədən  köçürüldüyünü  yəqin  etdiyi  üçün  onların 
ikisinin  də  tənqidi  mətndə  bərabər  hüquqa  malik 
olduğunu qeyd etmişdir:  
“Azərbaycan  türkünün  qədim  tarixi,  məişəti,  adət-
ənənəsi, etik-estetik görüşləri, mifik baxışları, bir sözlə, 
ma
ddi  və  mənəvi  dünyasını  bütöv  şəkildə  əhatə  və  əks 
etdirən  “Dədə  Qorqud”  dastanının,  bildiyimiz  kimi,  “2 
orijinal nüsxəsi məlumdur. Bunlardan birini 1815-ci ildə 


 
119 
alman  şərqşünası  H.  F.  Dits  Drezden  kitabxanasında, 
digərini  isə  1952-ci  ildə  italyan  alimi  Ettore Rossi 
Vatikan kitabxanasında ortaya çıxarmışdır. Berlində hər 
səhifəsində 34 sətir olan 37 səhifəlik başqa bir əlyazma 
da  tapılmışdır.  Berlin  nüsxəsi  kimi  tanınan  bu  abidə 
əslində  Drezden  nüsxəsindən  köçürülmədir”  (172,  6-8; 
153, 12). 
M. Ergin “Kitabi-
Dədə  Qorqud”un  Türkiyə 
nəşrindən  danışarkən  bildirir  ki,  dastanın  bu  ölkədə 
1916-
cı  ildə  Kilisli  Rüfət,  1938-ci  ildə  isə  Orxan  Şaiq 
Gökyay “tərəfindən edilən nəşrləri dastanın əsl nüsxələri 
deyil”  (200,  14).  F.  Zeynalov  və  S.  Əlizadə  isə,  öz 
növbəsində  qeyd  edirlər  ki,  Kilisli  Rüfətin  ərəb  əlifbası 
ilə çap etdirdiyi kitab Berlin nüsxəsi əsasında hazırlanıb 
(172,  6-8). 
Türkiyədə “Kitabi-Dədə Qorqud”un ən kamil nəşri 
M. Ergin tərəfindən həyata keçirilmişdir (200). “Kitabi-
Dədə  Qorqud”un  Bakı  nəşrlərindən  bəhs  edən  Ə. 
Tanrıverdi  qeyd  edir  ki,  “Bakıda  isə  “Kitabi-Dədə 
Qorqud”  ilk  dəfə  1938-ci  ildə  Həmid  Araslı  tərəfindən 
nəşr edilib: “Dədə Qorqud” dastanı Bakıda 4 dəfə 1938, 
1962,  1978  və  1988-ci  illərdə  nəşr  edilmişdir”.  (Amma 
hörmətli  alimimiz  Əzizxan  Tanrıverdi  “Kitabi-Dədə 
Qorqud”un  söz  dünyası”  adlı  tədqiqat  əsərində  bizə 
naməlum  səbəblərdən  dastanın  Bakıda  ilk  dəfə  1938-ci 
ildə  (səh.  12,  13)  nəşr  olunduğunu  qeyd  edir.  Bizə 
məlum olduğu kimi, KDQ Bakıda ilk dəfə 1939-cu ildə 
çap  edilmişdir.  1938-ci  ildə  isə  H.  Araslının  eyni  adlı 
məqaləsi yayınlanmışdır – V. S.). 
 
Dastanın  nəşrlərindən  ilk  üçünün  (1939,  1962, 
1978  - 
V.S.)  müəllifinin  Həmid  Araslı  olduğunu 
xatırladan  alim  daha  sonra  yazır  ki,  “müəllifin  1938-ci 
ildə  çap  olunan  “Kitabi-Dədə  Qorqud”  məqaləsində 
dastanın  elm  aləminə  məlum  olan  nüsxələri  barədə 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə