Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə35/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

 
107 
Məhbubi-müntəxəb, bir ali nəsib
Qəmzəsində qəzəb, sən saxla, yarəb! 
Güli-
rux, qünçə-ləb, turunci ğəb-ğəb, 
Lisanında əcəb hekayəti var! (116, 15). 
Alim  yazır  ki,  xalq  ədəbiyyatının  bu  şəkli  qədim 
şeirimizdən, 
qəzəldə 
daxili 
qafiyə 
yaratmaq 
xüsusiyyətindən istifadə edilərək yaranmışdırsa da, Vaqif 
bu  xüsusiyyəti  müxəmməslərə  də  tətbiq  edir.  Ancaq 
müxəmməsdə  hər  misranın  içərisində  həmqafiyə  sözlər 
işlətməyə çalışmışdır: 
Gül nəfəs, bir xarü kəs, məhbubi növrəs, eyş baz, 
Xoş liqa, bürqə güşa, əbrünüma, xatirənəvaz, 
Aşinadil, dosta mail, nazi istiğnası az... (116, 15). 
Vaqif, bəzən, bütün bir şeiri bir cümlə kimi yaradır: 
“Əyibdir  qəddimi,  dəlib  bağrımı”  misrası  ilə  başlanan 
qoşmanı nəzərdən keçirsək belə çıxar: “Bir kirpiyi oxlu, 
q
aşı  kamanlı,  gözləri  can  alan,  cəmali-sərməst,  baxışı 
hərami,  qəmzəsi  qanlı,  nazik  kəmallı,  nazik  işli,  şirin 
kəlməli,  şəkər  gülüşlü,  mərcan  dodaqlı,  dürdanə  dişli, 
cavahir  sözlü,  sədəf  dəhanlı,  sərxoş  gəzişli,  gizli  imali, 
Kəbə  ziyarətli,  qiblə  nümali,  mələk  şəkilli,  huri  simalı, 
cənnət eşikli, əla məkanlı, durna avazlı, bülbül nəvali, İsa 
nəfsli,  Loğman  davalı,  bənövşə  iyli,  ənbər  havalı,  təzə 
çəmənli,  tər  gülüstanlı  qəddimi  əyib,  bağrımı  dəlibdir” 
(116, 14-15). 
Vaqifin təcnislərinin aşıq şeirimizdə olan təcnislər 
qədər  müvəffəqiyytətli  olmadığını  vurğulayan  Həmid 
Araslı  bunun  əsl  səbəbini  şairin  işlətdiyi  cinasların, 
bəzən,  səs  tərkibini,  ahəngini  deyil,  yazılışını  əsas 
götürməsində  görmüş  və  yazmışdır:  “Aşıq  təcnis 
yaradanda cinas kəlmələrin tələffüzünə fikir verir, qulaq 
qafiyələri yaradır, düzələn cinaslar qulağı oxşayır. Lakin 
Vaqif  göz  cinasları  yaradır.  Yazı  şəkli  oxşar  kəlmələri 


 
108 
seçir, odur ki, onları bugünkü əlifbamıza keçirəndə çox 
zaman cinaslığını itirir. Məsələ: 
  
Qəmzən qılınc çəkib budar da məni, 
   
Başın üçün qoyma bu darda məni
   
Yetir mətləbimə bu dərdə məni (116, 15). 
H.  Araslı  xüsusilə  vurğulayır  ki,  Vaqif  qəzəl, 
xüsusən  müxəmməs,  qədim  şeirin  bütün  şəkillərində 
əsərlər  yaratmışdır.  Əruz  vəzninin  tələbinə  görə  şairin 
dili qoşmalarından fərqlənir. O ərəb, fars tərkiblərini tez-
tez  işlətməyə  məcbur  olur.  Bəzən  də,  “şeyxlər  şəyyad 
abidlər  əbusən qəmtərir,” - kimi misralar yaradır. Ancaq 
Vaqif  şeiirdə aydınlığa artıq diqqət verdiyindən, əruz ilə 
yazdığı  şeirlərin  çoxu  özündən  əvvəl  yazan  şairlərdən 
daha  tez  anlaşılır.  Belə  əsərlərində  şair  təsvirdən  daha 
çox  mənaya  diqqət  verir.  Məhəbbətin  ümumi  fəlsəfi 
mahiyyətindən  bəhs  edir,  müəyyən  hissləri  ümumiləş-
dirən beytlər yaradır: 
       
Dili roşən gərək nadan içində sərf edə ömrün, 
       
Çırağın səltənətgahı  savadi-şami-eldadır (116, 
17). 
Onun  “Olmaya”,  “İgidlərdə”,  “Düşər”,  “Düşmə”  
və “Bax” rədifli qəzəllərində bu xüsusiyyəti görə bilərik. 
Həmid Araslı bildirir ki, “Vaqifin şeirləri əsasında 
bir  məhəbbət  dastanı  da  yaranmışdır.  “Vaqif  nağılı” 
adlanan bu dastanda Vaqifin Qarabağa köçməsi, İbrahim 
xanın  bacısı  Sənəm  xanımla  müaşiqəsi  və  Gürcüstan 
hökmdarı Vali xanla görüşü təsvir edilir” (116, 17). 
Həmid  Araslının  Vidadi  ilə  bağlı  fikirləri  də  çox 
maraqlıdır.  Alim  yazır  ki,  XVIII  əsrdə  ardı-arası 
kəsilmədən  aparılan  müharibələr  insanlarda  gələcəyə 
inam və arzu ümidlərin öldürür, xalqın çox az bir hissəsi 
bu  vuruşmalarda  iştirak  edərək  gələcək  qalibiyyətə 
inanırdı: “Xalqın bu əhval-ruhiyyəsi, pessimizmi xalq ilə 
bağlı  olan  böyük  sənətkar  Vidadinin  əsərlərində  əks 


 
109 
olunmuşdur.  Dövrün  tarixi  ümidsizliyi  ilə  əlaqədar 
olaraq şair: 
“Kimsəyə qılmaz vəfa bu dəhri-bipayana bax 
 
Olma  məmurinə  rəqib  axırı  viranə  bax”  demişdir 
(116, 17).     
Lakin  bu  dövrdə  Vidadinin  müasiri  və  vətəndaşı 
böyük sənətkar Vaqif bu pessimizmin tərsinə optimist bir 
əhvali-ruhiyyədə idi. O, xalq yaradıcılığına məxsus olan 
şən  əhvali-ruhiyyəni  öz  yaradıcılığında  əks  etdirirdi. 
Vaqif  aşıq  poeziyasından,  onun  formasından  istifadə 
edən  şairlərin  işini  son yüksəkliyə  qaldırıb  müasirlərinə 
özündən  sonra  gələn  sənətkarlara  və  aşıq  poeziyasına 
böyük təsir etdi” (120, 6-7). 
Həmid  Araslının  fikrincə,  Vidadinin  istər  klassik 
ədəbiyyatımızla  bağlı  olan  qəzəl  və  müxəmməslərində, 
istərsə xalq yaradıcılığı üslubunda yazdığı qoşmalarda bu 
pes
simizm,  bu  kədər  və  iztirab  əks  olunmuşdur:  “Onun 
qəzəllərində  böyük  Fizulinin  şikayətləri,  kədərləri  hiss 
olunur. Bu şeirlər içərisində onun məlum müsəddəsi bu 
ruhu  daha  aydın  ifadə  edir.  Bu  şeirdə  hər  şeyin 
müvəqqəti olduğunu söyləyən şair saqiyə müraciətən: 

Bir qam yetir, saqi, bu dövran belə qalmaz! 
  
Tən bir gün olur xakilə yeksan, belə qalmaz!” 
deyib dərdlərini ifadəyə çalışır” (120, 8). 
Həmid  Araslı  şairin  şeirlərinin  1939-cu  il  nəşrinə 
yazdığı müqəddimədə Vidadinin xalq poeziyası təsiri ilə 
yazılmış  qoşmalarında  da  eyni  ruhun  ifadə  olunduğunu 
qeyd edir: 
  
Heç bilmədim dövran necə dolandı, 
  
Yandı cismim atəşlərə qalandı, 
  
Könül şəhri gündən günə talandı 
  
İndi oldu bir xaraba çöllər hey” (120, 9). 
Həmid Araslı daha sonra yazır ki, bu misralarda o 
şəxsi  dərdlərini  belə  ifadə  edərkən,  könlünü  feodal 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə