Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə31/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

 
95 
qəzəllərin  əsəri  daha  da  gözəlləşdirdiyini,  bu  əsərin 
oxucunu  eşq  və  məhəbbət  uğrunda,  ümumiyyətlə  arzu, 
məqsəd,  məfkurə  uğrunda  iradəli  və  fədakar  olmağa 
çağırdığını vurğulamışdır (103, 5-6). 
Həmid Araslı Qövsi Təbrizinin əsərlərinin də xalq 
yaradıcılığından  qaynaqlandığını  əsaslandıra  bilmişdir: 
“Qövsi klassik irsə və şifahi xalq ədəbiyyatına yaxından 
bələd  olduğu  üçün  az  sözlə  dərin  fikir  verməyi  bacarır, 
sözləri  elə  qurur  ki,  onlar  bir-birini  tamamlayır,  seçdiyi 
ifadələr  uyğun  bir  tərzdə  səslənir.  Qövsi  çox  zaman 
atalar sözlərindən istifadə edir. Gətirdiyi zərbi-məsəllərlə 
fikrini daha aydın ifadə edə bilir: 
  
Təsxiri-zülfi badi-səbadən dilər könül,  
  
Oxşar ona ki, “özgə əlilə ilan tutar” (135, 9 - 10). 
Qövsi  bəzən  atalar  sözlərini  olduğu  kimi  işlədir, 
bəzən  də  onun  mənasından  istifadə  edir.  Bu  cəhətdən 
aşağıdakı beytlər daha maraqlıdır: 
Yetməyən söz suzinə nə bilsin məninin, 
Ağzı şirineyləməz halva demək, halva kimi... 
Sinədə könlüm rövşən eylər məmi-dağ
Öz ayağı altına hərçənd işıq verməz çırağ” (135, 9 - 
10). 
Alim daha sonra bildirir ki, Qövsi eyni zamanda 
klassik  şeirin  yaxşı  nümayəndələrinə  də  istinad  edib, 
onlardan  gətirdiyi  misralarla  fikirlərini  möhkəmləndir-
məyə çalışır. 
Bu haman rəna qəzəldir kim, Nəvai söyləmiş: 
“Sür
mətün  dünlərdə  hicran  şamı  tut  bidar  göz” 
(135, 10). 
Bu  misralar Qövsinin Nəvai (1441-1501) irsini də 
yaxşı  bildiyini,  hətta  ona  nəzirələr  belə  söylədiyini 
aydınlaşdırır. 
H.Araslı Qövsi dilinin son dərəcə canlı, ifadələrinin 
ahəngdar, təşbihlərinin təbii və səmimi olduğuna diqqət 


 
96 
çəkərək  onun  klassik  şeir  dilimizin  ərəb-fars 
tərkiblərindən istifadə edən sənətkarların işlətmiş olduğu 
kəlmələrə  o  qədər  də  çox  bağlı  olmadığını  dilə 
gətirmişdir:  “Bəlkə  canlı  xalq  dilinin  şeirə  gətirilməmiş 
yazılı  ədəbiyyatında  işlənilməmiş  bir  sıra  orijinal,  sadə 
və  təbii  ifadələrindən  daha  çox  istifadə  edir.  Onun 
qafiyələri də yeni və orijinaldır” (135, 10). 
Bir  tərəfdən  Nizami  dühasının  bəşəri  ideyaları  ilə 
zənginləşdirilən,  Məhsəti,  Xaqani,  Qətran  Təbrizi,  Saib 
Təbrizi  kimi  söz  ustadlarının  müdriklik  çeşməsindən 
qaynaqlanan,  digər  tərəfdən  anadilli  şeirimizin  böyük 
İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Füzuli, 
Xətai  kimi  əvəzsiz  nümayəndələrinin  beytləri  ilə 
zinətlənən  ədəbiyyatımızın  qədim  və  orta  əsrlər 
dövr
ünün  araşdırılması  Həmid  Araslı  yaradıcılığında 
vacib mərhələ təşkil edir və bu tədqiqatlar öz əhəmiyyəti 
ilə  yeni-yeni  əsərlərin  yazılmasına  böyük  imkanlar 
yaradır. 
 
Həmid  Araslı  klassik  ədəbiyyatımızın  və 
folklorum
uzun  yorulmaz  tədqiqatçısı  kimi.  Alim öz 
tədqiqatlarında  ədəbiyyatımızın  qədim  və  orta  əsrlər 
dövrü  ilə  bağlı  müfəssəl  fikirlər  söyləmiş,  apardığı 
məhsuldar  araşdırmalarda  gəldiyi  qənaətləri  elmi 
baxımdan  əsaslandırmışdır.  Tədqiqatçı  yazır  ki,  XVIII 
əsrin  ikinci  yarısında  şifahi  xalq  yaradıcılığı  və  onun 
təsirilə yaranan ədəbiyyat daha sürətlə inkişaf edirdi. Bir 
çox sənətkarlar xalq ədəbiyyatından təsirlənərək həyatla, 
məişətlə  əlaqədar  şeirlər  yaratmağa  daha  çox  səy 
edirdilər.  Vidadi,  Vaqif,  Xəstə  Qasım,  Saleh  Şirvani  və 
başqaları nəinki yalnız xalq ədəbiyyatından ruhlanırdılar, 
hətta,  Həmid  Araslının dediyi  kimi,  aşıqlar  kimi  saz  da 
çalırdılar.  Daha  çox  kütləviləşmiş,  xalq  həyatı  ilə  bağlı 
olan  şifahi  ədəbiyyat  şeirin  zəhmətkeş  insanın  gündəlik 


 
97 
həyatının  tərənnümü  səviyyəsinə  yüksəlməsinə  kömək 
edirdi. 
Həmid  Araslının  “XVII-XVIII  əsrlər  Azərbaycan 
ədəbiyyatı tarixi” tədqiqatının folklorşünaslığımız, eləcə 
də  ədəbiyyatşünaslığımızın  geniş  tədqiqi  üçün  böyük 
əhəmiyyət  kəsb  etdiyini  vurğulayan  akademik  K. 
Talıbzadə  bu  tədqiqatı  əvəzsiz  bir  əsər  kimi 
dəyərləndirərək yazırdı: “Bu qiymətli əsərdə şifahi xalq 
ədəbiyyatının  “Koroğlu”,  “Şah  İsmayıl”,  “Aşıq  Qərib”, 
“Əsli və Kərəm” kimi abidələri, dövrün zəngin aşıq şeiri, 
...  yeni  ədəbi,  tarixi  materiallar  əsasında  təhlil  olunur, 
ədəbiyyatın  milli  özünəməxsusluğu,  inkişaf  meylləri 
müəyyənləşdirilir” (150). 
Aliml
ərin yekdil fikrinə  görə,  şifahi  söz  sənəti, 
estetikliyi il
ə  seçilən gözəl, yaddaqalan  ifadələr və 
dolğun  fəlsəfi  fikir  xalqın  mənəvi  ehtiyaclarından 
qaynaqlanmışdır.  Ən  qədim zamanlardan ən dəyərli,  ən 
yaddaqalan folklor nümun
ələri  –  nağıllar,  əfsanələr, 
bayatılar,  qoşmalar,  dastanlar  və  s.  xalqın  arzusuna, 
zövqün
ə, istək və arzusuna cavab verə biləcək forma və 
m
əzmunda  yaradılmışdır.  Elə  bu səbəbdəndir ki, istər 
orta 
əsrlərdə  yaşamış  ədiblərimiz, istərsə  də  çağdaş 
dövrd
ə  yazıb-yaradan  yazıçı  və  şairlər  şifahi  xalq 
ədəbiyyatından  hər  zaman bol-bol bəhrələnməyə  səy 
etmişlər.  Ən  istedadlı  və  ən qüdrətli  qələm sahibi belə 
folklor kimi d
ərin ümmana baş vurmadan keçinə bilməz.  
Sədnik  Paşa  Pirsultanlı  aşıq  poeziyası  ilə  yazılı 
poeziyanın  əlaqəsindən  danışarkən,  vaxtilə  akademik 
Feyzulla  Qasımzadənin  ilk  dəfə  işlətmiş  olduğu  “şifahi 
aşıq  poeziyası”  (133,  34)  ifadəsinin  önəminə  diqqət 
çəkərək yazır: “Aşıq yaradıcılığı, aşıq sənəti doğrudan da 
folklorumuzun  canıdır.  Daha  obrazlı  şəkildə  desək, 
folklorumuzun  həyatıdır.  Aşıq  yaradıcılığı  –  folklorun 
yaradıcısı,  daşıyıcısı  olan  ana  folklorumuzdur.  Bu 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə