Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə33/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

 
101 
incə  xüsusiyyətlərini  seçə  bilməsini,  bir  rəssam  kimi 
canlı  şəkil  yarada  bilməsini,  qoşmalarının  əsl  lirik  şeir 
olduğu  üçün  əsrlərdən  bəri  xalq  xanəndələri  və  aşıqlar 
tərəfindən nəğmə kimi oxunaraq əsrimizə qədər gəldiyini 
və  bu  gün  də  nəğmə  kimi  oxunduğunu  diqqətə 
çatdırmışdır.  
Vaqif realist bir sənətkardır. Vaqif realizminin əsas 
xüsusiyyətlərindən  biri,  onu  öz  müasirlərinin  çoxundan 
fərqləndirən nikbinlikdir: “Vaqif nikbinliyi iki mənbədən 
nəşət  edir.  Bu  mənbələrdən  ən  mühümü  şifahi  xalq 
yaradıcılığıdır.  İkincisi,  şairin  o  zamankı  mübarizədə 
tutduğu  mövqe,  həyata,  mübarizəyə  münasibətidir” (50, 
564).                            
Həmid  Araslının  sözlərinə  görə,  Vaqifin,  demək 
olar  ki,  bütün  qoşmalarında,  qəzəl,  yaxud 
müxəmməslərində  bu  cəhət,  yəni  şad  bir  əhval-
ruhiyyənin ifadəsi nəzəri cəlb edir: “Vaqif yaradıcılığı öz 
şəkli  xüsusiyyətləri  etibarilə  də  yeni  və  zəngindir.  O, 
istər  aşıq  şeiri  şəklində  yazdığı  qoşmalarda,  istərsə  də 
klassik  şeirin  təsirində  yaratdığı  qəzəl  və  müxəmməs-
lərdə  xalq  şeirinin  ruhunu  qədim  ədəbi  irsin  mütərəqqi 
cəhətləri  ilə  uyğunlaşdıraraq  yeni  və  orijinal  bir  tərzdə 
canlandırır. Vaqif əsərlərində, xüsusən qoşmalarda onun 
dili son dərəcə canlı, sadə və aydındır. Şairin bədii ifadə 
vasitələri  canlı  xalq  dilindən  gələn  təbii  və  səmimi 
ifadələrdir” (50, 567). 
Həmid  Araslı  haqlı  olaraq  yazır  ki,  ümumiyyətlə 
aşıq  qoşması  saz  havalarına  uyğun  yaradıldığından 
aşıqlar  təqtilərə  xüsusi  diqqət  verirlər.  Aşıq 
qoşmasındakı  təqti  müxtəlifliyi  də  buradan  irəli  gəlir: 
“Xalq sənətkarı saz havasının tələbindən doğan müəyyən 
təqtini  qoşmanın  sonuna  qədər  saxlayır.  Lakin  Vaqif 
qoşmaları  bu  cəhətdən  aşıq  şeiri  qədər  müvəffəqiyyətli 
deyil.  O,  bəzən  qoşmanın  birinci  bəndini  bir,  ikinci 


 
102 
bəndini isə başqa təqti ilə yazır. Yaxud müəyyən bəndin 
özündə  misranın  biri  altı-beş,  ikincisi  dörd-dörd, üç 
olaraq  verilir.  Əlbəttə  bu,  şeirin  ahənginə  təsir  edir. 
Ümumiyyətlə,  vəznin  on  birlik  olmasına  baxmayaraq 
təqti müxtəlifliyi nəzərə çarpır. Məsələn: 
    
Ala gözlü, sərv boylu dilbərim
    
Həsrətin çəkdiyim canan, bəri bax! (50, 567). 
Vaqifin  əsərlərində  qoşma  şəklindən  fərqli  olaraq 
altı misrada verilmiş şeirlərə də təsadüf edilir. Aşağıdakı 
şeirdə olduğu kimi, adi qoşmadan fərqli olaraq hər bəndə 
əlavə olunan iki misra öz-özlüyündə həmqafiyə olur: 
       
Nə bəyaz gərdəndi, nə sayə sinə, 
       
Tər saxla, dəyməsin nəs ayə sinə
       
Sığındım qüdrətin nə sayəsinə - 
       
Kərəm eylə, gəl, canımdan budaq al. 
       
Şahım, qibləğahım, pənahım mənim, 
       
Bəsdir mənə munca bidadın sənin” (50, 568). 
Alimin  fikrincə,  “şairin  gözəllik  meyarı  kənd 
təbiətidir.  Odur  ki,  onun  “ixtilatı  şirin,  sözü  məzəli”, 
“Ellər  yaraşığı,  ölkə  gözəli”  adlandırdığı  gözəllər 
yaşılbaş  sonaya,  sərxoş  ceyrana  bənzədilən  gül  bədən, 
qönçə  ağız,  kəklik  yerişli,  maral  baxışlı,  sona  sığallı, 
şahmar  saçlı  qızlardır  ki,  bu  ifadələrin  hamısı  kənddən, 
xalq ədəbiyyatından gəlir. 
Lakin  Vaqif  eyni  zamanda  XVIII  əsr  şəhər 
mühitində  gördüyü  və  klassik  ədəbiyyatdan  öyrənmiş 
olduğu canlı ifadələrlə də şeiri zənginləşdirir, bədii dilin 
inkişafına,  vüsətlənməsinə  kömək  edir.  Onun  klassik 
şairlərin  işlətdiyi  ifadələri  yeni  və  orijinal  mənada 
işlətməsi şeirin bədii qüvvətini artırdığı kimi, ədəbi dildə 
işlənən ifadə normalarını da zənginləşdirmiş olur. 
Vaqifin  təsvir  vasitələrində  zəngin  təbiət  ifadələri 
nə  qədər  çoxdursa  da,  onun  təbiətin  təsvirinə  həsr 
olunmuş  ayrıca  heç  bir  əsəri  yoxdur.  Halbuki  şairin 


 
103 
istifadə etdiyi şifahi xalq şeirində zəngin təbiət təsvirləri 
olduğu  kimi,  klassik  ədəbiyyatımızda  da  təbiət  təsviri 
müəyyən yer tutur (50, 569).  
Həmid Araslı Molla Pənah Vaqifin ayrı-ayrı illərdə 
işıq  üzü  görən  əsərlərinə  yazdığı  müqəddimələrdə  haqlı 
olaraq qeyd edir ki, Vaqifin əsərləri, eyni zamanda şifahi 
xalq  ədəbiyyatına  qüvvətli  təsir  göstərmiş,  əsərləri  hələ 
XVIII  əsrdən  başlayaraq,  aşıqlar  və  xanəndələr 
tərəfindən  məclislərdə,  yığıncaqlarda  oxunmuş,  peşəkar 
aşıqlar tərəfindən oxuna-oxuna yayılmışdır (116, 4; 117, 
2). 
Aşıqlar,  xalq  şairləri  məhəbbətlə  sevib  onun 
yaradıcılığını  yüksək  qiymətləndirmişlər.  Hələ  şairin 
müasirləri olan Aşıq Əli ona xitabən yazdığı şeirdə Vaqif 
yaradıcılığını belə qiymətləndirirdi: 
Bu əsrdə şairlərin xanısan, 
Müdərrisə bərabərsən yəni sən
Lütfün mədənisən, fəzlin kanisən, - 
Eşidənlər sözün səminə gəlmiş” (50, 570). 
Vaqifin  şeirlərinin  xalq  içərisində  dastanlaşdığını 
bildirən  Həmid  Araslı  yazır  ki,  Vaqif  yaradıcılığı  aşıq 
şeirinə  qüvvətli  təsir  göstərmiş,  XIX  və  XX  əsr 
aşıqlarının  çoxusu  Vaqifin  mövzularını  təkrar  etmiş, 
onun  kimi  qoşmalar  yaratmağa  çalışmış,  onun 
qafiyələrini,  rədiflərini  və  bədii  ifadələrini  dönə-dönə 
işlətmişlər:  “Xüsusən,  Aşıq  Ələsgərdən  sonra  məşhur 
ustad  aşıq  kimi  tanınan  Bozalqanlı  Aşıq  Hüseynin 
yaradıcılığına  Vaqifin  qüvvətli  təsiri  olmuşdur.  Onun 
qoşmaları  içərisində  Vaqifin  misralarına  çox  təsadüf 
edilir.  O,  hətta  şairin  “Yoxdur”  rədifli  şeirinə  də 
aşağıdakı nəzirəni söyləmişdir: 
 
Bayram gəlib, hamı geyib zər, ziba, 
 
Bizdə nə bez, qədək, nə şal da yoxdur. 
 
Qocaların şövqi olmaz söhbətə


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə