Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə36/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

 
110 
müharibələrindən  çöl  kimi  xarabalığa  çevrilən,  talan 
olunan,  odlanan  ölkəsinə  oxşadır.  Onun  bu  qoşmasında 
qəriblikdən  danışılır,  ölkəyə,  aşna-dosta  həsrəti  ifadə 
edilir: “Könül həsrət, can intizar, göz yolda”  misrası ilə 
başlanan  qoşmanı  o  Tbilisidə  dustaq  olduğu  zaman 
yazdığını söyləyirlər. Vidadi bu qoşmada da qəriblikdən 
danışır. Doğruların əməyi itməz deyir. Feodal patriarxal 
həyatda  aldığı təcrübələri bədii surətdə ifadə edir. 
   
Mərdlər ilə gəz ki vəfadar olur, 
   
Nakəslərə yoldaş olan xar olur, 
   
Namərd odur yaxşı gündə yar olur. 
   
Yaman gündə baxmaz ötər yan ilə (120, 9). 
Bu  bənddə  aşıq  poeziyasının  ən  xarakter 
nümunələrindən sayıla biləcək dərəcədə folklor ilə bağlı 
xalq ruhu, xalq mənəviyyatı öz əksini tapır. 
Vidadinin xalq yaradıcılığı ilə bağlı olan qoşmaları 
Vaqif    hələ  “yenicə  əlinə  qələm  aldığı”  zamanlar 
yazılmışdır.  Bu  qoşmaların  Vaqif  yaradıcılığında  və 
Vaqifin  yaratdığı  yeni  şeir  cərəyanının  inkişafında 
mühüm rolu olmuşdur” (120, 10). 
Vidadini  aşıq  poeziyasının  bədii  vasitələrindən 
bacarıqla istifadə edən və bu poeziyanın özünə belə təsir 
edən  sənətkarlardan  adlandıran  alimin  yazdığına  görə, 
“lirik  poeziyamızın  ən  görkəmli  və  bacarıqlı 
ustadlarından  olan  Vidadinin  qoşmalarının  mühüm 
h
issəsi və bayatıları hələ tapılmamışdır” (120, 11). 
Həmid  Araslı  şairin  əsərlərinin  1957-ci  il  nəşrinə 
yazdığı  müqəddimədə  isə  bildirmişdir  ki,  Vidadi  qədim 
Azərbaycan şeirinin bütün xüsusiyyətlərini yaxşı bildiyi 
klassik  irsə,  xüsusən  Füzuli  əsərlərinə  dərindən  bələd 
olduğu kimi, aşıq şeirinə, şifahi xalq şeiri təsirində yazan 
sənətkarların  ədəbi  irsinə  də  yaxından  bağlı  bir  şair 
olmuşdur.  Odur  ki,  onun  əsərlərində  qəzəl,  müxəmməs, 


 
111 
müsəddəslərlə  bir  sırada  heca  vəznində  yazılmış  qoşma 
və gəraylılar da mühüm yer tutur” (120, 6). 
Alimin  sözlərinə  görə,  “istər  xanlıqlar  şəraitində 
gördüyü  hərc-mərclik,  feodal  vuruşmaları  və 
haqsızlıqları,  istərsə  şəxsi  həyatındakı  acılar  Vidadinin 
onsuz da çox aydın olmayan dünyagörüşündə cəmiyyətə, 
həyata  qarşı  bir  küskünlük  yaratmışdır.  Bu  dərin 
iztirablar  şairin  “Belə  qalmaz”  rədifli  müsəddəsində 
yekunlaşdırılmışdır:  “Burada  biz  bir  tərəfdən  Vidadinin 
küsgün  əhvali-ruhiyyəsini,  ikinci  tərəfdən  isə  həmin 
qəmlər  içərisində  ictimai  quruluşa  qarşı  etiraz  və 
istehzasını  açıq-aydın  görürük.  Bu  əsər  Vidadi 
yaradıcılığına  bir  yekundur.  Müsəddəsin  ilk  bəndində 
ömrün,  gözəlliyin,  ümumiyyətlə,  hər  şeyin  keçici 
olduğunu söyləyən şair ikinci bənddə həyatın, dövlət və 
şövkətin faniliyindən danışır” (120, 8). 
Alim  daha  sonra  yazır:  “Vidadinin  yaradıcılığı  ilk 
gündən  belə  kədərli  olmamışdır.  O,  şifahi  xalq  şeirilə 
bağlı  bir  sənətkar  olduğundan  ilk  əsərlərində  nikbinlik, 
təbiətə  məhəbbət,  real  sevgi  və  həyat  eşqi  çox 
qüvvətlidir.  Bu  dövrdə  şair  dönə-dönə  məhəbbət  və 
gözəllikdən  bəhs  edir.  Belə  əsərlərində  real  məhəbbətin 
həyəcanları,  dərin  bir  məhəbbətlə  sevən  aşiqin  ürək 
çırpıntıları və arzuları tərənnüm edilir: 
Seyri-
gülşən etsən ey gülüzarım, 
Bülbül oxur bağlar sədayə düşər. 
Xəttinə baş əgər sünbül, bənəfşə, 
Gül xaki-
payinə fədayə düşər (120, 9). 
Bu  bənd  ilə  başlayan  qoşma  şairin  ilk  yaradıcılığı 
üçün  səciyyəvidir.  Şairin  belə  qoşmalarında  həyata 
bağlılıq,  ruh  yüksəkliyi,  nikbinlik  mühüm  yer  tutur” 
(120, 9). 
Vidadinin  şeirlərinin  müəyyən  hissəsinin  Vaqiflə 
əlaqədar  yazıldığını  xatırladan  Həmid  Araslı  bunların 


 
112 
bəzisinin  Vaqifə  məktub,  bəzilərinin  isə  deyişmə 
olduğunu yazır və bildirir ki, “məktub xarakterli şeirlərdə 
iki dostun ailə, məhəbbət, görüşmək haqqındakı arzuları 
ifadə  edilirsə,  deyişmələrdə  Vaqiflə  Vidadi  arasındakı 
fikir 
yaradıcılığı,  onların  dünyagörüşündəki  uyğun 
gəlməyən  məsələlər  haqqındakı  mülahizələr  öz  əksini 
tapa  bilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  Vaqif  nə  qədər 
yaşca  kiçik  olsa  da,  Vidadi  ilə  yaxın  dost  olduğundan 
onların  deyişmələri  bəzən  münaqişə  şəkli  alır.  Bu 
deyişmələrdə  hər  iki  sənətkarın  dünyaya,  sənətə  baxışı 
daha  aydın  nəzərə  çarpır.  Vaqif  öz  şeirlərində  Vidadini 
də  özü  kimi  nikbin  görmək  istəyir.  O,  Vidadi 
yaradıcılığındakı kədəri tənqid edir, dünyagörmüş təcrü-
bəli  şairi  dünyanın  bütün  çətinliklərinə  dözməyə 
çağırdığı  kimi,  ümumi  dərd  çəkmədən  uzaqlaşmağa  da 
dəvət  edir.  Vidadi  də  Vaqif  əsərlərindəki  mövzu 
məhdudluğunu,  onun  məhəbbət  mövzusundan  kənara 
çıxa bilmədiyini haqlı olaraq göstərirdi. Vaqif öz dostuna 
“Keçmişlərin dərdini çəkmə, həyatı, yaşayışı qənimət bil, 
ağlın  olsun,  keçən  keçdi,  geri  gəlməz,  həyatı  kədərlə 
keçirmə,  bu  dünyanın  əzab-əziyyəti  də  xoşdur,  onu 
mərdliklə qarşılamaq lazımdır” dediyi zaman Vidadi də 
ona:  “Hələ  cavansan,  həyatı  yenicə  başa  düşürsən, 
dövrün xanına, sultanına etibar etmə” deyə cavab verir, 
Vaqifin  gələcəkdə  cahil  xanların  əlində  məhv  olacağını 
söyləyirdi: 
   
Gəl, bulanma bu dünyanın qanına, 
   
Vəfa yoxdur sultanına, xanına (120, 11). 
Həmid  Araslının  aşağıdakı  qeydi  mövzumuz 
baxımından böyük maraq doğurmaqdadır:  
“Vaqif 
onun  qocaldığı  üçün  kədərli  şeir  yazdığını 
göstərir: 
     
Müxəmməs deməyin seyrəklənibdir, 
     
Bayatıda zehnin zirəklənibdir. 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə