Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə30/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

 
92 
mənəvi gözəlliyinə hörmət duyğularının qüvvətləndiyini 
hiss edir…” (17, 5; 18, 5). 
Alim  yazır  ki,  Füzuli  Azərbaycan dilinin bütün 
xüsusiyyətlərini  bilən  şair  olmaqla  bədii    irsi  çox  yaxşı 
mənimsəmiş,  eyni  zamanda  canlı  xalq  dilindən  də 
bacarıqla  istifadə  etmiş,  şeiri  dar  din  və  təriqət 
çərçivəsindən çıxarmış, ümumi hisslər, bəşəri həyəcanlar 
ifadə  edərək  onu  zənginləşdirmişdir:  “Onun  dilində 
bəzən ağır ərəb, fars tərkibləri olduğu kimi, xalq dilinin 
ən  incə  xüsusiyyətləri  və  zərbül-məsəlləri  də  əks 
olunmuşdur. 
         
Nazik bədən ilə bərgi – gülsən, 
        
Amma nə deyim ki mən, yüngülsən. 
        
Təmkini-cünuna qılma təbdili 
        
Qızsan, ucuz olma qədrini bil! 
         
Hər surətə əks kimi baxma, 
Hər gördüyünə su kimi axma!” (16, 16). 
H.  Araslı  Füzulinin  Azərbaycan  dilində  yazdığı 
divanın  müqəddiməsində  “Təvəqqö  budur    ümumən 
əhaliyi  –  izzi  etibardan,  xüsusən  büləqayi  Rum  və 
fusəhayi  tatardan  ki,  əyər  şahidi  hüsni  –  ibarətimdə  ol 
diyarın  əlfaz  və  ibarələrindən  zivər  olmasa  və 
müxəddərəyi  –  nəzmim  ol  mülklərin  lətayifü  – 
zərbülməsəllərindən  zib  bulmasa  bu  daiyi  məzur 
buyuralar
. Zira hər məmləkətin əhlinə ariyətdən ar gəlir... 
Bu diyarın istilahatı qeyrə məqdur olmamaq üzr xahimiz 
yetər”  (17)  kimi  cümlələrdə  Rum  fəsihlərdən,  yəni 
türkiyəlilərdən  və  tatarlardan  üzr  istədiyini,  dilinin  və 
zərbülməsəllərinin  onlardan  ayrı  olduğunu  şairə  eyib 
tutmamağı söylədiyini qeyd edir (21, 12-13). 
Füzulinin  “Leyli  və  Məcnun”  adlı  poemasının, 
“daha  dogrusu,  mənzum  romanı”nın  (16)  onun  əsərləri 
arasında  xüsusi  yer  tutduğunu  söyləyən  Həmid  Araslı 
bil
dirir ki, bu əsərdə Füzuli feodal – patriarxal mühitdə 


 
93 
doğulmuş,  azadlıq  uğrunda,  azad  məhəbbət  uğrunda 
mübarizə edən yeni gəncin bütün fəlakətlərini vermişdir. 
Bu  əsərdə  o,  Azərbaycan  qadınının  əsarətini,  onun  bir 
əmtəə    kimi  satıldığını  göstərmişdir.  Füzuli  “Leyli  və 
Məcnun”  əsərinin  mövzusunu  xalq  ədəbiyyatından al-
mışdır: “Bu poemanın süjeti, Dunyevskinin də göstərdiyi 
kimi,  hələ  bizim  eramızdan  altı  əsr  əvvəl  Vavilon 
xalqının  içərisində  yaşamışdır.  Vavilon  kitabələrində 
Leyli – 
Lilaqs, əsl adı Qeys olan Məcnun – Qis adlari ilə 
qeyd  olunmuşlar.  Burada  Qis  öz  sevgilisi  ilə  evlənir. 
Lakin o
nun başqa bir qadını sevdiyini görən Lilaqs özü-
nü  öldürür.Vavilon  xalqının  içərisində  olan  bu  sevgi 
dastanı  sonra  ərəblərə  keçmişdir.  Müxtəlif  variantlarda 
ərəb folklorunda yaşamışdır. Bu variantlarda Leyli bəzən 
ço
ban,  bəzən  şairə,  bəzən  bədəvi  göstərilir.  Məcnun 
(Qeys) çoban, keçəl, şeir maraqlısı kimi verilir” (16, 22-
23). 
Alim qeyd edir ki, bu mövzunun ərəb folklorunda 
uzun müddət  yaşamasına baxmayaraq,  yazılı ədəbiyyata 
birinci  dəfə  Azərbaycanın  dahi  şairi  Nizami  tərəfindən 
gətirilmişdir:  “Leyli  və  Məcnun”  poemasını  ilk  dəfə 
Nizami yaratmışdır. Nizamidən sonra fars, hind, cıgatay, 
Türkiyə və Azərbaycan şairləri bu mövzuda 30-dan artıq 
əsər  yaratmışdır.  Füzuli  də  bu  şairlərdən  birisidir.  Hər 
şair  Leyli  və  Məcnun mövzusunu  özünə  məxsus 
xüsus
iyyətlərlə qurduğu kimi Füzuli də onu bədiiləşdirə-
rək özündən əvvəl yazılan “Leyli və Məcnun” poemaları 
arasında yüksək yer tutan bir əsər meydana çıxartmışdır” 
(16, 22-23). 
H.  Araslının  sözlərinə  görə,  Füzuli  bu  əsərdə 
Azərbaycan xalqının bütün ailə quruluşunu (doğum, toy, 
elçilik və məktəb səhnələrində), adət və ənənələrini real 
təsvir  etmişdir:  “Əsərin  temasının  ərəb  folklorundan 


 
94 
alınmasına  baxmayaraq  poema  XVI  əsr  Azərbaycan 
həyatı ilə yaxından bağlıdır” (16, 25 – 26). 
Həmid Araslı daha sonra qeyd edir ki, Füzulinin bu 
əsəri  Azərbaycan  xalq  ədəbiyyatına  keçmişdir. 
Azərbaycan  aşıqları  bu  əsərin  təsiri  altında  “Leyli  və 
Məcnun” dastanını yaratmışlar (16, 28). 
Həmid Araslının Şah İsmayılla bağlı yazdıqları da 
xüsusi maraq doğurur. O bildirir ki, Şah İsmayıl Xətainin 
divanında  dini  mahiyyətli  şeirlər  çox  olsa  da,  əsas  yeri 
məhəbbət  mövzusunda  yazılmış  qəzəllər  tutur.  Şairin 
məhəbbət mövzusunda yazılmış qəzəllərində şifahi xalq 
yaradıcılığının təsiri duyulur: “Şairin belə şeirlərində dil 
olduqc
a sadə, aydındır, xalq yaradıcılığından gələn bədii 
ifadələrlə zəngindir: 
  
Qızılgül, bağü bustanım, nə dersən? 
  
Fəda olsun sənə canım, nə dersən, 
  
Qərarü səbrü ararım tükəndi, 
  
Kəsildi külli fərmanım, nə dersən? (103, 5). 
Xətainin  bu  kimi  məhəbbət  mövzusunda  yazılmış 
çox  zərif  lirik  qəzəllərində  səmimi  bir  qəlb  ilə  sevən 
aşiqin iztirabları, ürək sözləri sadə və səmimi bir şəkildə 
ifadə olunmuşdur. Burada hisslərin həyatiliyi,  aydınlığı, 
dilin  sadəliyi,  vəznin  hecaya  uyğun  gəlməsi,  alimin 
təbirincə  desək,  bütün  bunlar  Xətai  şeirlərinin  ağızlara 
düşməsinə,  aşıqlar  tərəfindən  oxunmasına  səbəb 
olmuşdur. 
H. Araslı Xətainin ən böyük əsəri olan “Dəhnamə” 
əsərini  təhlil  edərkən  bu  məsnəvidə  şairin  təbiəti  canlı 
boyalarla  təsvir  etdiyini,  aşiqin  dililə  təhkiyə  olunan 
hadisədə  daxili  hissi-həyəcanın  verildiyini,  əsərdə  xalq 
dastanlarının  xüsusiyyətlərindən  bacarıqla  istifadə 
olunduğunu,  xalq  şeirində  çox  işlənən  səba,  ah  və  göz 
yaşları  məfhumlarının  burada  bir  surət  kimi  iştirak 
etdiyini,  xüsusən  hər  hadisə  ilə  əlaqədar  verilən 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə