Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə48/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

 
148 
məzmununa və bədii-poetik spesifikasına nəzər salmağa 
yönəldir” (212). 
Alim bildirir ki, XX əsrin 20-ci illərinin başlarında 
KDQ ilə ilk dəfə fundamental surətdə Əmin Abid məşğul 
olmuşdur:  “O,  “Azərbaycan  türklərinin  ədəbiyyat 
tarixi”nin I cildinin böyük bir qismini KDQ-
yə və digər 
oğuznamələrə  həsr  etmişdir.  Azərbaycan  ədəbiyyatını 
ümumtürk ədəbi kontekstində araşdıran Ə. Abid KDQ-ni 
“Əşirət dövrünə aid ən qədim vəsiqə”, oğuznamə hesab 
edir,  onun  yazıya  alınması,  ifadə  etdiyi  geniş  tarixi 
informasiya,  dastanın  boyları  və  obrazları,  bədii-poetik 
səciyyəsi  haqqında  maraqlı  mülahizələr  irəli  sürür” 
(212). 
170  ildən  artıq  dünya  şərqşünaslarının  diqqətini 
cəlb  edən  “Kitabi-Dədə  Qorqud”un  ilk  azərbaycanlı 
tədqiqatçısının  Əmin  Abid  olduğunu  bildirən  Əli  Şamil 
də  göstərir  ki,  “Ə.  Abidin  1926-cı  ildə  “Maarif  və 
mədəniyyət”  jurnalının  2-3-cü  nömrələrindəki  “Azəri 
ədəbiyyatında  türkcənin  təkamülü”  və  “Maarif  işçisi” 
jurnalının  1927-ci il 3, 4 6, 7-ci  nömrələrindəki  “Heca 
vəzninin tarixi” məqalələrində “Kitabi-Dədə Qorqud”dan 
nümunələr verilmiş, haqqında söhbət açılmışdır. Müəllif 
yazırdı:  “Dədə  Qorqud”  kitabının  bu  nüsxəsinin 
(Drezden  nüsxəsi  nəzərdə  tutulur  –  Ə.  Şamil)  hər  nə 
qədər  müsəlmanlığın  Oğuzlar  tərəfindən  qəbulundan 
sonra  köçürüldüyü  məlum  olursa  da,  fəqət  mündəricatı 
istər  mövzu,  istər  yazı  üsulu  etibarı  ilə  olsun  tamamən 
vəznli nəsr dövrünün xarakterini göstərir” (147).  
Ə. Abidin qələmə aldığı, fəqət bu günə qədər hələ 
də  çap  olunmamış  “Oğuznamə”,  “Kitabi-Dədə 
Qorqud”un  mətni  haqqında  məlumat”,  “Azərbaycan 
folklo
ru”  və  s.  kimi  son  dərəcə  dəyərli  əsərlərində 
“Kitab”a  geniş  və  əhatəli  elmi  nəzər  salınmışdır.* 


 
149 
*
“Kitabi–
Dədə  Qorqud”un  tədqiqi  ilə  məşğul olan 
alimlərimizin  əksəriyyəti  dastanın  Azərbaycan  xalqına 
məxsus  olduğunu  sübut  etməyə  çalışarkən  böyük rus 
şərqşünası, akademik V.V. Bartoldun 1930-cu ildə dərc 
etdirdiyi  “Türk  eposu  və  Qafqaz”  məqaləsindəki 
“Qorqud adı ilə bağlı olan epik silkin Qafqaz mühitindən 
kənarda  yaranmış  olduğunu  təsəvvür  etmək  çətindir” 
cümləsinə  istinad  edirlər.  Ə.  Abid  yazırdı:  “Qorqud 
kitabındakı  mənbələrin  cərəyan  etdiyi  coğrafi  yerlər  də 
əski  Azərbaycan  sahəsinin  dəxi  tamamilə  daxil  olduğu 
göstərilməkdədir...  misalların  içində  zikr  olunan  və 
zəmanəmizcə  məlum  olan  yerləri  başdan  ayağa  qədər 
gözdən  keçirəlim.  Mardin  qələsi,  Bayburt  hisarı,  Aq 
hisar,  Trabzon,  Qara  dəniz,  Qadlıq  dağ,  Axbaza, 
Gürcüstan ağzı, Göycə dənizi, Gəncə, Dəmir qapı, Qara 
Dərbənd, yaxud Darvand... Bu yerləri xəritə üzərində bir-
birinə  bağlarsaq  bu  nəticəyi  əldə  ediriz:  İndi  Şərqi 
Anadolu adlanan Qara dənizdən Dərbənd şəhərinə qədər 
uzanan bir sahə... Cənubi Qafqaz da buraya daxildir. Bir 
də  hər  nə  qədər  ad  zikr  olunmuşdursa  da  vəkələrin 
gedişindən  Şimali  İranın  (Cənubi  Azərbaycanın)  da  bu 
sahənin  cənub  ətəyini  təşkil  etdiyini  təxmin  ediriz. 
Məsələn,  Dərbənd  və  Gürcüstana  kafirləri  çapıb  yağma 
etməyə gedərkən axar sulardan keçildiyindən bəhs edilir 
ki,  heç  şübhəsiz  bunlar  Kür  və  Araz  nəhirləri  ilə 
qollar
ıdır” (147).  
Nazif  Ələkbərlinin  fikrincə,  “ədəbiyyatşünasın  ən 
əsas  qənaətləri  Azərbaycan  ədəbiyyatının  KDQ  ilə 
başlamadığını və bu abidənin Azərbaycan gerçəkliyi ilə 
                                                 
*
 
Əmin  Abidin  yuxarıda  adı  çəkilən  məqalələri  2016-cı  ildə 
AMEA  Folklor  İnstitutu  tərəfindən  nəşr  olunmuş  “Azərbaycan 
türklərinin ədəbiyyatı tarixi” kitabına salınmışdır. Bax: Əmin Abid 
(
Əhmədov). Azərbaycan türklərinin ədəbiyyatı tarixi. Bakı: Elm və 
təhsil, 2016, 240 s.    


 
150 
doğmalığını sübut etmək olmuşdur”. O yazır ki, “1923-
cü ildə tədqiqatçı M. Mirbağırov KDQ haqqında məqalə 
çap etdirmişdir. Məqalədə KDQ-dən “əski türk ədəbiyya-
tı  nümunələri”  kimi  bəhs  edilir,  dastanlardakı  obrazlar, 
örnək  kimi  götürüləsi  fədakarlıq  və  qəhrəmanlıqlar, 
oğuzların tarixi və məişəti ilə bağlı epizodlar təhlil olu-
nur. 30-
cu illərin ədəbiyyatşünasları KDQ-dən bu və ya 
başqa  dərəcədə  bəhs  etmişlər.  KDQ  görkəmli  dilçi, 
ədəbiyyatşünas və türkoloq B. Çobanzadənin diqqət mər-
kəzində olmuş, o, dastanları yüksək qiymətləndirmişdir. 
Təəssüf  ki,  Orxon-Yenisey  abidələri,  “Kodeks 
Kumanikus”, “İbn Mühənna lüğəti” və s. əsərlər barədə 
ge
niş tədqiqat aparmış B. Çobanzadənin KDQ haqqında 
yazdığı elmi əsər indiyədək tapılmamışdır” (212). 
Həmid  Araslıya  qədər  eposla  məşğul  olmuş 
tədqiqatçılardan söz açarkən, H. Zeynallının 1928-ci ildə 
A.  Şaiq,  A.  Musaxanlı  və  C.  Əfəndizadə  ilə  birlikdə 
qələmə  aldıqları  “Ədəbiyyatdan  iş  kitabı”nı  da  qeyd 
etmək  lazımdır  (171).  Həmin  kitabın  I  hissəsində,  daha 
dəqiq  desək,  H.Zeynallının  “Xalq  ağız  ədəbiyyatı”  adlı 
yazısında  “Kitab”dan  da  söz  açılır  və  deyilir  ki,  “Dədə 
Qorqud  “hekayələrində”  fərdiyyətçilik  psixologiyası, 
mal-
mülk məsələsi çox qabarıq şəkildə ortaya çıxır, hətta 
Dədə Qorqud kimi dünya görmüş ozanlar da el həyatın-
dan  ayrılıb  “öz  xanına”  mənsub  mənzumələr  yazmağa 
girişirlər. H. Zeynallı KDQ boylarına sinfi baxımdan, bir 
qədər də ehtiyatla yanaşmışdı. O, belə bir fikir söyləyir 
ki, “Orxon kitabələri”, “Qutadqu bilik”lər heç bir zaman 
nə  ruhunu,  nə  dilini,  nə  də  üslubunu  dəyişə  bilməyib, 
əsrlər  boyu  birər  abidə  halında  saxlanılacaqdır”  (170, 
28). 
Eyni  kollektiv  tədqiqat  əsərində  KDQ-dən  bəhs 
edən A. Musaxanlının “Qutadqu bilik” və “Kitabi-Dədə 
Qorqud”  adlı  məqaləsi  də  dərc  edilib  və  müəllif  həmin 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə