Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə51/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

 
157 
(159;  160;  161),  Aydın  Məmmədov  (114),  Kamal 
Abdulla  (6)  dilçilik  və  poetika,  Mirəli  Seyidov 
mifologiya, Azad Nəbiyev və İsrafil Abbaslı isə folklor 
baxımından yanaşmışlar.  
Məsud  Əlioğlunun  “Məhəbbət  və  qəhrəmanlıq” 
(84) və Asif Əfəndiyevin “Qorqudluğumuz” (47, 44-52) 
məqalə-esselərində  məsələyə  sırf  fəlsəfi  kontekstdən 
yanaşılır. 
Qeyd  etmək  lazımdır  ki,  bu  müəlliflərin,  demək 
olar  ki,  istisnasız  hamısı  bilavasitə  Həmid  Araslının 
təqdim  etdiyi  mətnlərə  istinad  etmiş,  alimin 
düşüncələrindən yararlanmışlar. 
“Kitabi-
Dədə  Qorqud”un  araşdırılmasında  Güney 
Azərbaycan  alimlərinin  də  xidməti  az  olmayıb.  Bu 
baxımdan  doktor  Cavad  Heyət,  Həmid  Nitqi  və  b. 
vətənpərvər  ədəbiyyatşünaslar  kitab  və  məqalələrində 
epos haqqında öz fikir və mülahizələrini bildirmişlər. C. 
Heyət “Varlıq” jurnalındakı silsilə məqalələrində, “Azər-
baycan  şifahi  xalq  ədəbiyyatı”,  “Türklərin  tarix  və 
mədəniyyətinə  bir  baxış”  kitablarında  (93)  KDQ-dən 
bəhs  etmişdir.  Sonuncu  fundamental  tədqiqatında  o, 
dastanın  mənşəyinin  Orta  Asiyaya  bağlı  olduğunu,  XII 
əsrə  aidliyini,  XV  əsrdə  yazıya  alındığını  ehtimal  edir. 
Bununla belə, tədqiqatçı öz araşdırmasının başqa yerində 
KDQ-nin VI-
VII əsrlərin yadigarı olduğunu qeyd edir. C. 
Heyət bu əsəri “Türk oğuz Azərbaycan ədəbiyyatının şah 
əsəri”  adlandırır,  qəhrəmanlıq  xarakteri  daşıdığını,  bir 
fərd tərəfindən deyil, ümumən xalq tərəfindən yaradıldığı 
fikrini irəli sürür. 
Bu  tədqiqatçılar  da  bilavasitə  Həmid  Araslı 
irsindən faydalanmışlar. 
“Dədə  Qorqud”  dastanı  ilə  yanaşı,  “Koroğlu” 
dastanının  da  araşdırılmasında  və  nəşri  işində  Həmid 
Araslının  xüsusi  xidmətləri  olmuşdur.  Lakin  bu  işə  ilk 


 
158 
imza atan
lar  rus  və  Avropa  tədqiqatçıları  olmuşlar. 
Əliağa  Cəfərov  yazır  ki,  “XIX  əsrin  əvvəllərindən 
başlayaraq  “Koroğlu”  eposu  dünya  folklorşünaslığının 
diqqət  mərkəzində  olmuşdur.  Bu  iş  bilavasitə  rus  və 
Avropa mətbuatının köməyi ilə həyata keçirilmişdir.  
Heç  kəsə  sirr  deyildir  ki,  dastanının  toplanaraq 
yazıya alınması, tərtib, tərcümə və nəşr edilməsinin əhatə 
etdiyi dövr iki əsrdən artıq bir zaman kəsiyini əhatə edir. 
XIX-
XX  əsrlərdə  görülmüş  nəhəng  işin  gözdən 
keçirilməsi  göstərir  ki,  sözügedən  ədəbi  abidənin  ayrı-
ayrı detal və fraqmentləri hələ XIX əsrin 30-cu illərindən 
etibarən  dərc  edilməyə  başlamış  və  nəticədə  ortaya 
zəngin  material  qoyulmuşdur.  Bir  çox  türk  və  onlarla 
qonşuluqda  yaşayan  qeyri-türk  xalqlar  arasında  yayğın 
olan  və  sevilən  dastanın  ən  mükəmməl  variantları 
Azərbaycandan toplanmışdır (3, 4). Elə bu səbəbdən də 
əksər  tədqiqatçılar  “Koroğlu”  dastanının  genezisinin 
bilavasitə Qafqaz, daha dəqiq desək, Quzey Azərbaycan 
ədəbi mühiti ilə bağlı olduğunu söyləmişlər. Məsələn, M. 
Vəlizadə  həmin  dastanı  sırf  “Zaqafqaziya  (Ön  Qafqaz) 
tatarlarının  (türklərinin)  təfəkkür  və  təxəyyülünün 
məhsulu” hesab edir, Koroğlunu da “quldur” (razboynik) 
adlandıraraq  yazırdı:  “Zaqafqaziya  tatarları”  özlərinin 
yaratdıqları  “Koroğlu”  nəğmələrini  “balalaykanın” 
(sazın) müşayiəti ilə çox şövqlə ifa edirlər” (178,  112). 
Koroğluşünaslıqda  belə  bir  fikir  hakimdir  ki, 
“Koroğlu” eposunun ilk dəfə elmə məlum olması vaxtilə 
“Erməni  vilayəti”nin  gəlirləri  və  hökumət  mülkləri 
idarəsi”nin rəisi vəzifəsində çalışmış (78, 82) İ. Şopenin 
fəaliyyəti  nəticəsində  mümkün  olmuşdur”  (211).  Onun 
Güney Az
ərbaycandan topladığı, daha dəqiq desək, Aşıq 
Ömərin dilindən qeydə aldığı epizod dastanın ən maraqlı 
variantlarından hesab edilir (211, 12-25.). Həmin variant 
1840-
cı ildə “Mayak” jurnalında İ. Şopenin qeydləri ilə 


 
159 
çap  olunmuşdur.  “Mətn  iki  qoldan  ibarətdir:  “Alı  kişi”  
və “Həmzənin Qıratı aparması”  (211, 57). Mətnin məz-
munu belədir: “Nəhayət, igid qoçağın səfərlərinin sorağı 
konkyerə  (xotkara)  gedib  çatır  və  onun  qəzəbinə  səbəb 
olur.  Konkyer  əmr  verir  ki,  Koroğlunun  ya  ölüsünü, ya 
da  dirisini  tapıb  gətirmək  lazımdır.  Qərar  belə  olur, 
Koroğlunun atını oğurlamaq lazımdır. Xotkar tərəfindən 
buna  görə  böyük  ənam  vəd  olunur.  Xotkarın  adamı 
Çənlibelə  gəlir  və  atı  oğurlayıb  aparır.  Koroğlu  əlində 
ağac,  çiynində  saz  səyyah  kimi  osmanlıların  torpağına 
yoll
anır.  O,  aşıqlığı  ilə  camaatı  heyran  qoyur.  Söhbət 
atdan  gedəndə  Koroğlu  sultana  deyir  ki,  mən  sizin 
mehtərləri  öyrədə  bilərəm.  Beləliklə,  Koroğlu  çox 
ustalıqla  hamını  aldadır,  atın  yanına  gəlir.  Qırat  onu 
tanıyır.  Koroğlu  atın  üstünə  aşırılandan  sonra  deyir ki, 
“Sultan,  mən  Koroğluyam”.  Oradan  Çənlibelə  yol  alır, 
Koroğlunun  şöhrəti  daha  da  artır,  varlılar,  ağalar  onun 
əlindən  zara  gəlirlər.  Qorxuya  düşən  ağalar  min  cürə 
fırıldağa  əl  atır.  Koroğlu  ilə  hətta  öz  doğma  qızlarının 
həyatı  bahasına  qohum  olmağı,  ondan  aman  diləməyi 
özlərinə  xoşbəxtlik  sayırlar.  Hər  tərəfdən  Çənlibelə 
hədiyyələrlə  elçilər  gəlir,  qızıl,  daş-qaş  hesabına  əmin-
amanlıq  və  müdafiə  əldə  edirlər.  Beləliklə,  Koroğlu 
böyük bir ölkəyə sahib olmuşdu” (211, 57). 
Amma fakt budur ki, bu, “Koro
ğlu”nun  ilk  nəşri 
hesab  edilə  bilməz.  Çünki  elm  aləminə  ondan  əvvəlki 
tarixdə gerçəkləşdirilmiş daha bir nəşr məlumdur. Söhbət 
ondan  10  il  öncə  Tiflisdə  dərc  olunan  variantdan  gedir 
(181).  Əliağa  Cəfərov  yazır  ki,  “Koroğlu”  haqqında  bu 
ilk  mətbu  yazı  1830-cu  ilə  təsadüf  edir.  «Тифлисские 
ведомости»  qəzetinin  68-ci  sayında  (23    avqust)  isə 
naməlum  müəllifin  «Деревня  Огруджа:  замок 
разбойника  Урушана  Кер-оглы,  его  история» 
məqaləsi çap olunmuşdur. Məqalədə Koroğlu qalasından 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə