Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

 
64 
daha  çox  yazılı  ədəbiyyata  yaxınlaşdırır.  Bu  xüsu-
siyyətlərdən  ən  başlıcası  aşıq  yaradıcılığına  aid  olan 
əsərlərin  folklorun  başqa  janrlarına  nisbətən  daha  çox 
müəlliflə  bağlı  olması  məsələsidir.  Bu  dastan  Azərbay-
can aşıqlarının yaradıcılıq məhsuludur. Lakin epos əsrləri 
aşaraq gəldiyi kimi, ölkələri də aşaraq yayılmış, sevilmiş, 
şöhrətlənmişdir” (50, 482). 
1937-
ci  ildə  “Koroğlu”  dastanı  orta  məktəbin 
ədəbiyyat  proqramına  daxil  edilmişdir.  Proqramı  tərtib 
edən  akademik  Həmid  Araslı  demək  olar  ki,  ilk  dəfə 
eposu  xalq  hərəkatı,  kəndli  üsyanları  ilə  bağlayır,  onda 
istismarçılara  qarşı  xalq  nifrətinin  əks  olunduğunu 
söyləyir (154, 15).  
Həmid  Araslı  “Şah  İsmayıl”  dastanını  “Koroğlu” 
dastanı ilə müqayisə edərək birincinin öz xüsusiyyətləri 
ilə  ikincidən  ayrıldığını  vurğulayır:  “Koroğlu  və  onun 
qəhrəmanlarının  hamısı  bir  məqsəd  uğrunda  vuruşurlar. 
Onlar  padşahlara,  xanlara,  bəylərə,  xotkarlara  –  xalqın 
bütün  düşmənlərinə  düşməndirlər.  Şah  İsmayıl  isə, 
əsasən  öz  səadəti  uğrunda  mübarizə  edir.  Burada  xalq 
mənafeyi  deyil,  şəxsi  məhəbbət  ilk  plana  keçirilmişdir. 
Hər şeydən əvvəl burada əməkçi xalq içərisindən çıxmış 
qəhrəman  deyil,  bəlkə  zülmkar  şahın  ədalətli  oğlu  olan 
bir şahzadə ilə əvəz olunmasından bəhs olunur” (8, 77). 
Alim  bu  mövzu  ilə  bağlı  fikirlərini  belə 
yekunlaşdırır:  ““Koroğlu”  dastanında  əsas  qoşmalar 
qəhrəmanlıqdan  bəhs  edir.  Doğrudur,  “Koroğlu”da  da 
məhəbbət  məsələsi  var.  Lakin  “Koroğlu”  dastanında 
məhəbbət ikinci planda, yardımçı bir motiv kimi qalırsa, 
“Şah  İsmayıl”  dastanında  məhəbbət  ilk  plana  çəkilir, 
qəhrəmanlıq ilə bir səviyyədə durur” (8, 77). 
Azərbaycan  aşıqlarının  əsərləri  yalnız  Qafqazda 
deyil, həmçinin bütün Şərq və Qərbdə yayılmışdır. 1842-
ci  ildə  Azərbaycan  aşıq  sənətinin  ən  möhtəşəm 


 
65 
abidələrindən  olan  “Koroğlu”  dastanını  ingilis  dilinə 
tərcümə  edən  A.  Xodzko  yazırdı:  “Asiyada  və  bütün 
Şərqdə  elə  bir  guşə  tapmaq  olmaz  ki,  bu  ad  orada 
şöhrətlənməmiş  olsun.  Siz  bu  adı  Bessarabiyada, 
Moldaviyada da eşidə bilərsiniz...Hər halda Şərqdə onun 
şöhrəti Homerin Yunanıstandakı şöhrəti qədər böyükdür” 
(207).   
Biz  Monoqrafiyanın  III  fəslində  Həmid  Araslı 
yaradıcılığında  və  ümumiyyətlə  folklorşünaslıqda 
“Koroğlu”  dastanının  nəşri  və  tədqiqi  məsələlərindən 
geniş bəhs edəcəyimiz üçün bu bölmədə həmin mövzuya 
qısaca toxunuruq. 
H.Araslının    tədqiqatlarında  “Əsli  və  Kərəm” 
dastanı  da  yer  almışdır.  Alim  bu  dastanın  Azərbaycan 
dastan  yaradıcılığında  özünəməxsus  yer  tutduğunu 
göstərir  və  onun  bununla  bağlı  fikirləri  böyük  maraq 
doğurur. H.Araslı qeyd edir ki, Kərəm adına hələ XVII 
əsrin  sonu,  XVIII  əsrin  əvvəllərində  yaşamış  şairlərin 
əsərlərində rast gəlinir: “Bu əsərlərdə Kərəmin məhəbbət 
ucun
dan  yanması  hadisəsinə işarə edilir  ki,  bu  da  “Əsli 
və  Kərəm”  mövzusunun  XVII  əsrdə  mövcud  olduğunu 
aydınlaşdırır.  Lakin  bu  gün  bizə  gəlib  çatan  “Əsli  və 
Kərəm”  variantı  XVIII  əsrdə  müəyyənləşmiş  variantdır 
ki, həmin variant bu əsrin şifahi xalq ədəbiyyatında çox 
geniş  bir  şəkildə  yayıla  bilmişdir.  XVIII  əsrdə 
Azərbaycan  aşıqları  keçmiş  qəhrəmanlıq  dastanları  ilə 
birlikdə  məhəbbət  mövzusunda  yaranmış  dastanları  da 
təkmilləşdirir  və  həmin  əsrin  siyasi-ictimai  və  iqtisadi 
həyatı  ilə  əlaqələndirib,  bitkin  bir  sənət  nümunəsi  kimi 
yenidən canlandırırlar (8, 77). 
H.Araslı yazırdı ki, “Əsli və Kərəm” dastanı dastan 
epizodluğundan  çıxaraq  hələ  XVII  əsrdə  bitkin  bir  əsər 
şəklinə  düşmüşdü  ki,  XVIII  əsrdə  təkmilləşmiş  olan  bu 
mövzu  öz  ideya  istiqaməti  etibarı  ilə  də  başqa 


 
66 
dastanlardan  fərqlənməkdə  idi.  Bu  dastan,  hər  şeydən 
əvvəl, Qafqaz xalqlarının dostluq və qardaşlığı ideyasına 
xidmət  edir,  bu  qardaş  xalqların  arasında  dini  ayrılıq 
salan qüvvələrə qarşı çevrilirdi. 
Başqa dastanlarda xalq aşıqları bir-birini sevən iki 
gəncin 
arasında 
yaranan 
məhəbbətə 
ictimai 
bərabərsizliyin  mane  olduğunu  göstərirlərsə,  bildiyimiz 
kimi,  “Əsli  və  Kərəm”də  sevgililərin  ayrılmasına  din 
ixtilafı səbəb olur. 
Alim göstərir ki, “Əsli və Kərəm” dastanının XVIII 
əsrdə  yaranmış  variantında  əsərin  əsas  qəhrəmanları 
gəncəli olaraq göstərilir. Kərəm Gəncə xanı Ziyad xanın 
oğlu,  Əsli  isə  Ziyad  xanın  xəzinədarı  Qara  Keşişin 
qızıdır.  Ziyad  xanın  oğlu  Mahmud  ova  çıxanda  Gəncə 
yaxınlığında  olan  Qara  Keşiş  kəndində  keşişin  qızı 
Məryəmi  görür  və  sevir.  Məryəm  də  Mahmud  Mirzəni 
sevir.  Oğlanla  qız  arasında  şərti  olaraq  oğlana  Kərəm, 
qıza Əsli adı verilir. 
Tədqiqatçı  qeyd  edir  ki,  bununla  belə  başqa 
variantlarda  Kərəm,  İsfahan  şahının  oğlu  kimi  verilir, 
məhəbbətin ilk günləri İsfahanla əlaqələndirilir. 
  
Mən Kərəməm, İsfahandır elimiz, 
  
Ördək uçdu, viran qaldı gölümüz (8, 79). 
Kərəmin anası Qəmər Banunun dilindən deyilən bir 
şeirdə dərdli bir ananın keçirdiyi dərin həyəcanlar ifadə 
olunduğu kimi, bu dastanın Gəncə xanlığı ilə əlaqəsi də 
göstərilir: 
Gəlmişdim tərlana, şuğudu getdi
Ünlədim-ünlədim ünümdən ötdü. 
Öldü Ziyad xanım, Mahmudum itdi. 
O itgin Mahmudun anasıyam mən.  
Oğul gedə-gedə bizdən yad oldu
Müjdə gəldi, seyraqublar şad oldu. 
Dağıldı dövlətim, bütün bad oldu


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə