Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

 
61 
Alimin  fikrincə,  dastanda  irəli  sürülən  nəcib 
məhəbbət  onun  geniş  xalq  kütləsi  içərisində  daha  çox 
yayılmasına  səbəb  olmuşdur.  Məşhur  Azərbaycan 
bəstəkarı Müslüm Maqomayevin həmin dastan əsasında 
yazdığı  “Şah  İsmayıl”  operası  Azərbaycan  opera 
teatrında  bu  gün  də  müvəffəqiyyətlə  tamaşaya 
qoyulmaqdadır. 
XVII  əsrin  sonlarına  doğru  Azərbaycanda 
məhəbbət dastanları daha çox yaranır və yaşayır (8, 66). 
Bu dövrdə, şifahi xalq ədəbiyyatının inkişaf etdiyi illərdə 
ustad  aşıqlar  eyni  zamanda  sələfləri  olan  aşıq-şairlərin 
əsərləri  əsasında  da  yeni  dastanlar  yaradırdılar.  Bu 
dastanlar  çox  zaman  yeni  yaradıcıların  ruhuna  uyğun 
olaraq  məhəbbət  aləmindən  bəhs  edir,  tacir,  sövdəgər 
mühitindən  alınmış  qəhrəmanların  müaşiqəsi,  feodal 
qızları ilə sevişməsi süjeti üzərində qurulurdu. 
Əsərləri belə dastan şəklinə keçmiş şair-aşıqlardan 
biri XVI əsrdə yaşamış Qərib təxəllüslü şair, ikincisi isə 
onun müasiri olan Qurbani təxəllüslü sənətkardır. 
Alim  “Aşıq  Qərib”  dastanının  təbrizli  Qərib 
t
əxəllüslü 
şairin 
(aşığın) 
qoşmaları 
əsasında 
qurulduğunu,  bu  şeirlərin  ağızlarda  dolaşdığından  çox 
dəyişdirilib,  dastanın  ümumi  ahənginə  uyğun  bir  şəkil 
aldığını  qeyd  edir:  “Burada  Qəribdən  çox  başqa 
naməlum  aşıqların  əsərlərindən,  qoşmalarından  da 
istifadə edilmişdir” (8, 67). 
Həmin  tarixi  dövrü  işıqlandıran  alim  yazır  ki,  o 
zaman  şəhər  həyatında  baş  verən  hadisələrdən,  İsfahan 
lotularının  fırıldaqlarından  bəhs  edən  giriş  hissəsi  bu 
dastanı  yaradanların  xalq  nağıllarından  çox  istifadə 
etdiklərini  aydınlaşdırır:  “Burada  təsvir  olunan 
fırıldaqçıların İsfahan ətrafında toplanması o zaman yeni 
S
əfəvi  dövlətinin  mərkəzi  şəhəri  olan  İsfahanın 
böyüməsi ilə əlaqədardır. Məhz buna görə də ölkənin hər 


 
62 
tərəfinə  yayılıb,  müxtəlif  yollarla  xalqa  kələklər  gələn, 
xüsusən  Azərbaycanın  şəhər  və  kəndlərində  bir  çox 
fırıldaqlar  işlədib,  var-dövlət  qazanan  İsfahan  lotuları 
haqqında  o  zaman  bir  çox  rəvayətlər  danışılırdı.  Biz 
“Aşıq Qərib” dastanında da bu xüsusiyyəti görürük” (8, 
67). 
Bu  dastan  məhəbbət  mövzusu  üzərində 
qurulmuşdur.  Yoxsul  aşıq  ilə  varlı  qızı  Şahsənəmin 
arasındakı  məhəbbətə  ictimai  bərabərsizlik,  yoxsulluq 
mane  olur.  Söz  qüdrətinə,  sənətkarlığa  böyük  qiymət 
verən xalq kütlələri yoxsul aşığı müdafiə edir, onun azad 
məhəbbətini yüksək qiymətləndirirlər. Aşığın sevgilisini 
əlindən almaq istəyən şahvələdlər ifşa edilir, aşıq xalqın 
köməyi ilə öz arzusuna çatır. 
“Beləliklə,  biz  bu  dastanda  qədim  dastanlardan 
fərqli olaraq qol qüvvətinin söz qüdrəti, mənəvi qüvvə ilə 
əvəz olunduğunu görürük. Burada var-dövlət, pul ilə mə-
nəvi  qüdrət,  şeir,  sənət  qarşı-qarşıya  qoyulur,  sənətin 
daha üstün olduğu göstərilir (8, 68). 
Sevgilisindən  ayrı  düşmüş  aşığın  iztirabları 
göstərilən  qoşmalarla  yanaşı  ölkənin  o  zamankı 
vəziyyətini aydınlaşdıran şeirlər də vardır ki, bu da tarixi 
nöqteyi-
nəzərdən  çox  qiymətlidir  (8,  67-68).  Cənubi 
Azərbaycanda 
şəhərlərin 
dağıldığını, 
viranəyə 
çevrildiyini  göstərən  ayrı-ayrı  parçalarla  bərabər,  xalq 
sənətkarları  Təbriz  şəhərinin  qüdrətli  günlərini  də 
xatırlayaraq,  vaxtı  ilə  oranın  böyük  bir  ticarət  mərkəzi 
olduğunu  iftixarla  tərənnüm  edirdilər.  Dastanda  Təbriz 
əhalisinin  mərdliyini,  bir  çox  ölkələrlə  ticarət  əlaqəsi 
saxladığını göstərən misralar xüsusilə mənalıdır: 
  
Pəhləvanlar kisvət geyir, yağlanır, 
  
Cümlə bəzirganlar burda əylənir. 
  
Üç yüz altmış yükü birdən bağlanır, 
  
Əldən-ələ gəzir malı Təbrizin (8, 68). 


 
63 
 
Öz doğulduğu şəhərdən, vətənindən uzaq düşməyə 
məcbur  olub,  Hələb  şəhərində  pul  qazanmaq 
məcburiyyətində  qalan  Qərib  vətənini  bir  an  belə 
unutmur.  Onun  üçün  vətən  son  dərəcə  əziz  və 
mehribandır.  Ərzurum  şəhərində  söylədiyi  bir  qoşmada 
aşıq vətənə olan məhəbbətini belə ifadə edir:  
    
Sizin ellər, dağlar, daşlar virandır, 
    
Zalım fələk mərdə tələ qurandır. 
    
Bayırda qar, çovğun, dolu, borandır, 
    
Vətənimdən ayrı düşdüm, ağlaram (8, 68). 
Alim  dastanda  qalib  gələn  vətən  məhəbbətinə 
diqqəti yönəldərək yazır ki, böyük bir məhəbbətin, vətən 
məhəbbətinin  şəxsi  məhəbbətlə  birlikdə  belə  qabarıq 
şəkildə  verilməsi,  xüsusən  burada  yoxsul  aşığın  var-
dövlət  sahiblərinə  qalib  gəlməsinə,  onun  xalq  kütlələri 
içərisində çox geniş yayılmasına və aşıqların bu dastanı 
danışıb oxumasına səbəb olmuşdur” (8, 68). 
“Aşıq  Qərib”  dastanı  bu  gün  də  xalq  içərisində 
sevilə-sevilə  oxunur.  Bu  dastan  qonşu  xalqlara,  onların 
şifahi və yazılı ədəbiyyatına müəyyən təsir göstərmişdir. 
Qərib  və  Şahsənəm  adları  şifahi  xalq  ədəbiyyatında 
vəfalı aşiq simvolu kimi işlənir.  
Həmid  Araslının  “Koroğlu”  barədə  araşdırmaları 
da  xüsusi  maraq  doğurmaqdadır.  O,  dastanla  bağlı 
yazırdı ki, xalq qəhrəmanı, mərd və dönməz bir sərkərdə 
ki
mi  Koroğlu  bədii  obrazından  yazılı  ədəbiyyatımızda 
istifadə olunmuşdur (32). 
İstər  Azərbaycan  xalqının  zəngin  tarixində,  istərsə 
də aşıq sənəti tarixində əhəmiyyətli yer tutan “Koroğlu” 
qəhrəmanlıq  dastanı  aşıqlar  tərəfindən  yaradılmışdır. 
Akademik H. Araslı həmçinin bu qəhrəmanlıq dastanı ilə 
bağlı  qiymətli  tədqiqatlar  aparmış,  maraqlı  nəticələrə 
gəlmişdir: “Aşıq poeziyasının özünəməxsus olan bir sıra 
xüsusiyyətləri vardır ki, bunlar, ümumiyyətlə, bu sahəni 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə