Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

 
67 
Viranə Gəncənin yiyəsiyəm mən (8, 79). 
 
Bu  misralardan  aydındır  ki,  xalq  Kərəmin  anası 
Qəmər  Banunun  dili  ilə  də  qəhrəmanını  Gəncə  ilə 
bağlayır.  Eyni  zamanda  bu  misralar  Türkiyə  və  İran  
mühari
bələri  illərində,  xüsusən  Nadirin  hakimiyyəti 
zamanı Gəncənin viranə qaldığını da göstərir (8, 80). 
Alim  dastanı  yaşadığı  dövrün  ənənəsinə  uyğun 
olaraq  təhlil  süzgəcindən  keçirir,  oxucuya  əsərin  bəşəri 
hisslər aşıladığını bildirir. Dastanda Əsli və Kərəm dini 
ayrı-seçkiliyə  əhəmiyyət  verməyən  mərd,  mübariz, 
fədakar insanlar kimi tərənnüm olunur.  
  
Faciəli  sonluqla  bitən  dastanın  sonunda  belə  bir 
simvolik  səhnə  vardır:    Əsli  ilə  Kərəmin  qəbirləri  baş-
başa  verib  birləşəndə,  bu  iki  qəbir  arasında  basdırılmış 
Qara Keşişin qəbrindən bir qara tikan qalxır və bu gülləri 
birləşməyə qoymur (8, 80-81).  
Bu  dastan  həmin  dövrdə  özünəməxsus  havalar  ilə 
“Kərəmi” adlanan (Yanıq Kərəmi, Sallama Kərəmi və s.) 
saz havası ilə icra edilərək əsrimizə qədər yaşamışdır. Bu 
hava zaman keçdikcə nə qədər dəyişdirilmiş olsa belə, bu 
gün də özünün qədim xüsusiyyətlərini saxlamaqdadır (8, 
83). 
 
XIX  əsrdə  Azərbaycanda  çar  hökumətinin  ağır 
siyasətinə  baş  qaldırıb  etiraz  edən,  zülmə  qarşı  çıxan, 
yerli idarəçiləri öldürüb dağlara çəkilən, silahlı mübarizə 
aparan,  qaçaq  həyatı  keçirən  bir  çox  kəndlilər  xalq 
tərəfindən  hörmətlə  yad  edilərək  adlarına  dastanlar 
qoşulurdu.  “Qaçaq  Kərəm”,  “Qaçaq  Nəbi”  belə 
dastanlar
dandır.  H.Araslı  qeyd  edir  ki,  kəndlilər 
içərisindən  çıxıb  onun  mənafeyini  müdafiə  edən  bu 
qəhrəmanların  ayrı-ayrı  vuruşları  çar  kazakları,  pristav 
və  yerli  feodallarla  toqquşmalarda  göstərdikləri 
qəhrəmanlıqlar aşıqlar tərəfindən tərənnüm edilib onların 
adına  qoşmalar  yaradılırdı.  Bu  cür  aşıq  şeirinin 


 
68 
qəhrəmanı  olan  qaçaqlardan  biri  XIX  əsrdə  Qazax 
mahalında  mübarizə  aparmış  Qaçaq  Kərəmdir  ki,  onun 
qəhrəmanlıqları  haqqında  aşıqlar  az  şeir  yaratmamışlar 
(8, 90). 
Aşıqların  yaratdığı  bu  dastanda  Kərəmin  həyatı, 
qəhrəmanlığı, mərdliyi və onu tutmaq əzmində olan Zalı 
xanın ölümü və Kərəmin qalibiyyəti alqışlanır (8, 92). 
H.  Araslı  qaçaqlara  həsr  olunmuş  qəhrəmanlıq 
qoşmaları  içərisində  ən  çox  Nəbinin  mübarizəsinin 
alqışlandığını da qeyd etmişdir. Muzdur Nəbinin apardığı 
davamlı  mübarizə,  göstərdiyi  qəhrəmanlıqlar,  arvadı 
Həcərin igidlikləri heç vaxt aşıqların nəzərindən kənarda 
qalmamışdır.  Muzdur  Nəbini  öz  dəstəsi  ilə  birlikdə  çar 
məmurları,  yerli  mülkədar,  bəy  və  xanlarla  apardığı 
mübarizə  XIX  əsrin  sonunda  Azərbaycanda  yoxsul 
kəndlilərin azadlıq uğrunda  apardığı mübarizənin parlaq 
bir timsalıdır. 
Alim yazır ki, təxminən 1870-ci ildən 1899-cu ilə 
kimi vuruşan bu xalq qəhrəmanı Azərbaycanın müxtəlif 
yerlərində  qüvvə  toplayıb  düşmənin  silahlı  dəstələrinə 
qan  ağlatmışdır  (8,  93).  (Bir  çox  mənbələrdə  bu  tarix 
1896-
cı il kimi göstərilir – V.S. (54, 210; 87, 169; 130, 
192;  180,  38;  194,  30)).    Nəbi  geniş  xalq  kütlələrinə 
arxalandığından  mülkədarlar,  bəylər  və  çar  kazakları, 
Cənubi  Azərbaycana  keçməyə  məcbur  olduqda  isə  İran 
xanla
rı  onu  uzun  müddət  öldürə  bilməmişlər:  “O,  çar 
hökumətini və onun yerli əlaltılarını vahiməyə salan bir 
qəhrəman olmuşdur. Lakin bütün kəndli üsyanları kimi, 
bu  üsyan  da  fəhlə  sinfi  ilə  əlaqədar  olmadığı,  ondan 
rəhbərlik  almadığı  üçün  məğlub  edilmişdi”  (8,  93). 
(Bildiyimiz  kimi,  Qaçaq  Nəbi  əslində  çar  hökumətinə 
qarşı  deyil,  müstəmləkəçi  Rusiyaya  qarşı  mübarizə 
aparırdı. Sadəcə, o dövrdə bunu demək mümkün deyildi. 
– V.S.). 


 
69 
Alim dastanı “Koroğlu” dastanının bəzi epizodları 
ilə müqayisə etmiş, lakin dastanın hələ əsl bitkin dastan 
halına düşmədiyini və bu qəhrəmanlıq səhnələrinin ayrı-
ayrı  xatirələr  şəklində  olsa  belə,  bir-biri  ilə  bağlı 
olduğunu qeyd etmişdir. Nəbi də Koroğlu kimi vuruşma 
zamanı öz yoldaşlarını coşğun bir dil ilə döyüşə çağırır: 
O qarlı dağları duman bürüdü, 
Düşmən tərəfinə qoşun yürüdü. 
İgidlərim, bu gün dava günüdü
Mərd olub nər kimi girək meydana! 
Gücümüzü göstərək bu gün divana! (8, 94). 
Dastandakı  hadisələrdə  Nəbinin  qardaşı  Mehdi  və 
İsmayıl  kimi  qoçaq  yoldaşları,  Həcər  kimi  qəhrəman 
arvadı da iştirak edir. Həcərin Nəbi ilə birlikdə mübarizə 
aparması xüsusi bir səmimiyyətlə tərənnüm edilir. 
Həmid  Araslının  Azərbaycan  folklorşünaslığının 
ayrılmaz  hissəsi  olan  aşıq  yaradıcılığının  araşdırılması 
istiqamətindəki  tədqiqatlarını  yüksək  qiymətləndirən, 
onun  aşıqlıq  sənəti  ilə  bağlı  apardığı  ciddi 
araşdırmalardan  bəhs  edən  professor  Nizami  Cəfərov 
yazır:  “H.Araslı  sübut  etdi  ki,  “Koroğlu”  eposunun, 
onlarla  mükəmməl  xalq  dastanlarının  yarandığı  (və 
yazıya köçürüldüyü), A.Tufarqanlının, Sarı Aşığın, Xəstə 
Qasımın...Əmaninin,  Qövsinin,  Saibin,  nəhayət,  yeni 
Azərbaycan  ədəbiyyatının  baniləri  Vidadinin,  Vaqifin 
yetişdiyi  dövr  “tənəzzül  dövrü”  ola  bilməz.  Xalqın 
ruhuna doğma olan, onun sosial-ideoloji, mənəvi-mədəni 
həyatını  bütün  genişliyi,  səmimiliyi  ilə  əks  etdirən,  yad 
və  ya  yabançı  ifadələrlə  yadlaşdırılmış  bir  dildə  deyil, 
bulaq suyu kimi saf ana dilində yaranan ədəbiyyat hər bir 
millətin  mədəniyyət  tarixində  məhz  tərəqqinin, 

ksəlişin, intibahın hadisəsidir” (66). 
Professorun  görkəmli  alimin  aşıq  ədəbiyyatı  kimi 
zəngin  bir  yaradıcılığı  bu  qədər  geniş  şəkildə  tədqiq 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə