Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

 
48 
Bir yerə gedəndə özünü öymə! 
Şeytana bac verib, kimsəyə söymə! 
Əgər qüvvətlisən, zəifi döymə! 
 
Demə var qüvvətim, qolum yaxşıdır! (8,73) 
“Xəstə  Qasım  həmin  şeirdə  təvazökarlıq,  xalqa 
hörmət,  mərd,  mübariz  olmaq  kimi  sifətləri  tərifləyir, 
oxucuları  yaxşı  ad  qazanmağa  çağırır,  “yaman  ad 
etməkdən  ölüm  yaxşıdır”  –  deyir.  O,  başqa  bir  şeirində 
qorxaq, namərd və yalançı adamları tənqid edir, düzlüyə, 
mərdliyə çağırır” (8, 73). 
Xəstə  Qasımın  eyni  zamanda  məhəbbət 
mövzusunda  yazılmış  şirin,  bu  günə  qədər  aşıqlar 
tərəfindən sevilə-sevilə oxunan qoşmaları da vardır: 
     
Gümüş kəmər bağlayıbdır belinə, 
     
Danışdıqca mail oldum dilinə. 
     
Gül uzatdım nazlı yarın əlinə, 
     
Canım aldı, gülü məndən alınca (8, 73). 
Bu bənddə gördüyümüz incəlik, zəriflik və aydınlıq 
Xəstə Qasımın heca vəznində yazdığı bütün şeirləri üçün 
səciyyəvidir. 
Xəstə  Qasımın  şeirlərində  nəsihətçilik  mühüm  yer 
tutsa  da,  bu  nəsihətçiliklə  əlaqədar  olaraq  dini  mistik 
görüşlərə yer verilsə də, şairin yaradıcılığında nikbinlik, 
gələcəyə inam nəzər-diqqəti daha çox cəlb edir: 
      
Alimdən dərs aldım əlif-bey üçün, 
      
Sürahilər düzülübdür mey üçün, 
      
Dəli könül, qəm çəkirsən nə üçün? 
      
Qəmli günün şad günü var dalınca (8, 60). 
Xəstə  Qasımın  belə  şad,  nikbin  əhval-ruhiyyəsi 
başqa əsərlərində də aydın görünür: 
       
Yaxşı olur qohum-qardaş, 
        
El başına dolandığım, 
        
Harda görsən yara yalvar
        
Dil başına dolandığım. 


 
49 
         
                        
Budur gəldi bahar vaxtı, 
                        
Sinəm oldu yarın taxtı, 
                        
Soyuldu bülbülün rəxti
                        
Gül başına dolandığım  (8, 60). 
Alim 
Xəstə  Qasımın  əsərlərinin  dil,  ifadə 
xüsusiyyətləri  baxımından  Vaqifin  yaradıcılığına  çox 
yaxın olduğunu göstərmişdir. “Vaqifdə olduğu kimi, o da 
klassik  şeirin  müvəffəqiyyətli  ifadələrini  canlı  danışıq 
dilinin, 
şifahi 
xalq 
şeirinin 
xüsusiyyətlərinə 
uyğunlaşdırmışdır.  Onun  şeirləri  əsasında  da  dastan 
yaranmışdır (8, 60). 
Həmid  Araslı  Aşıq  Abbas,  Növrəs  İman,  Aşıq 
Hüseyn  Bozalqanlı,  Qurbani  və  digər  aşıqların  öz 
əsərlərində  aşıq  sənətinin  mənəvi  keyfiyyətlərini 
müfəssəl surətdə izah etdiklərini vurğulayır. 
Alim  Tufarqanlı  Aşıq  Abbas  adı  ilə  məşhur  olan 
görkəmli xalq şairinin yaradıcılığını işıqlandırmış, onun 
XVII  əsrin  əvvəllərində  Cənubi  Azərbaycanda  yaşayıb 
yaratdığını, geniş xalq kütlələrinin məhəbbətini qazanan 
əsərləri  ilə  çox  şöhrətlənmiş  bir  şəxsiyyət  olduğunu 
diqqətə  çatdırmışdır.  Abbasın  şeirləri  o  qədər  xəlqi, 
xalqın  istək  və  arzularına  uyğun  olmuşdur  ki,  uzun 
müddət  öz  müəllifini  Azərbaycan  aşıqları  içərisində 
ustad aşıq kimi sevdirmişdir. 
XVII-
XVIII  əsrlərdən  qalmış  bir  çox  cünglərdə 
Tufarqanlı  Abbasın  aşıq  şeiri  üslubunda  yazılmış 
qoşmaları, gəraylıları ilə birlikdə qəzəlləri, dini mövzuda 
yazılmış müxəmməsləri də saxlanılmışdır (8, 60). 
H. Araslının təbirincə desək, şairin həyatı haqqında 
az-
çox  təsəvvür  verən  yalnız  onun  adı  ilə  bağlı  “Abbas 
və  Gülgəz”  adlı  dastanıdır  ki,  aşıqlar  bu  gün  də  həmin 
dastanı  məclislərdə  söyləyir.  Abbası  ustad  aşıq  kimi 
tanıyırlar.  Onun  dini  mövzularda  yazdığı  qoşmalar, 


 
50 
nəsihətamiz-didaktiki şeirlər bu gün də aşıqlar tərəfindən 
ustadnamə kimi oxunmaqdadır. 
Abbasın  şeirləri  içərisində  ən  çox  məhəbbət 
mövzusunda  yazılmış  qoşmalar  məşhurdur.  Onun 
“İnciməsin” və s. rədifli bu kimi zərif qoşmaları bu gün 
də dillər əzbəridir. Yalnız aşıqlar deyil, geniş xalq kütləsi 
də  öz  məhəbbətini  çox  zaman  Abbasın  şeirində  ifadə 
olunmuş hiss və duyğularda tapır: 
              
Bulbul fəqan eylər gül həvəsindən
              
Elə gəl, elə get bağ bərəsindən 
              
Bülbüllər ürküşüb, gül inciməsin. 
Yaxud: 
              
Əsmə səba yeli, titrəmə çöllər, 
              
Cığalar tərpənib, çöl inciməsin (8, 61). 
Tədqiqatçı 
aşıq-şairin 
dövründəki 
ictimai 
bərabərsizliyin 
onun 
əsərlərində 
çox 
aydın 
göstərilməsinə  də  toxunur:  “Eyni  zamanda  Abbasın 
məhdud  görüşü,  dini  etiqadlara  şübhə  ilə  yanaşan 
müasirlərinə  qarşı  münasibəti  də  öz  ifadəsini  tapmışdır. 
Şair belələrini yol ərkanı bilməyən, Allahı tanımayanlar 
adlandıraraq  məzəmmət  edir,  bunu  zəmanənin 
dəyişilməsi ilə, xeyir-şərin öz yerində olmaması ilə izah 
edir: 
                 
Adam var çölləri gəzər kəllahı, 
Adam var tanımaz gözəl Allahı. 
  
Adam var ki, bilməz o bismillahı, 
               
Adam var ki, yol ərkanı bəyənməz (8, 62). 
H. 
Araslı  bu  tədqiqatında  həmin  dövrdə  yaşayıb-
yaradan  bir  çox  aşıqların  öz  əsərlərini  XVIII  əsrdə  baş 
verən  tarixi  hadisələrə  həsr  etdiyini  də  xüsusilə 
vurğulamışdır.  Öz  əsərlərini  Şikəstə  Şirin,  Həmrah 
Hüseyni, Saili, Urfani, Zabit, Xurşid, Səyyad təxəllüsləri 
ilə yazmış məşhur aşıqlar, əsasən, məhəbbət mövzusunda 
əsərlər  yazmışlar  ki,  bu  aşıqların  da  adları  ilə  əlaqədar 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə