Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

 
39 
edəcəklər.  Kitabın  çapında  ümumi,  aşığın  yaradıcılığı 
haqqında  heç  bir  şey  söylənməyən  müqəddimədə  bu 
məsələ  aydınlaşdırılmalı  və  vaxtilə  “Aşıq  Abdulla”nın 
ortaya  çıxarılmasının  böyük  bir  səhv  olduğu 
aydınlaşmalı idi” (60).                   B. Behcət bu mə-
qaləsində  bir  sıra  mübahisəli  məqamlara  toxunur. 
Məhəmməd bəy Aşiqə və Q. Zakirə məxsus nümunələrin 
də Sarı Aşığın adına getməsini vurğulayır. Eyni zamanda 
mənbəni    –  F.  Köçərlinin  “Azərbaycan  ədəbiyyatı 
materiall
arı”nı göstərir.  Son olaraq vurğulayır: “Mühüm 
bir bayatı şairini gündə bir rəngə boyamaq rəva deyildir” 
(60).  B. Behcətin bu məqaləsinin özündə də mübahisəli 
məqamlar  var.  Hətta  elə  faktlar  var  ki,  onlar  təsdiqini 
tapmamışdır.  İkinci  məqalədə  Sarı  Aşığın  şəxsiyyəti 
məsələsinə  diqqət  yetirilir.  Burada  o,  heç  bir  mənbəyə 
əsaslanmadan Sarı Aşığın Konyadan  qaçaraq Qarabağa 
gəldiyini,  bir  dul  qadının  evində  qaldığını,  ev  yiyəsinin 
qızına aşiq olduğunu və s. məsələləri qeyd edir. “Haman 
bu dövrlərdə Qaraman eli təriqətçiləri öz yurdlarını tərk 
edib,  dəstə-dəstə  ətrafa  da  dağılmışlardı.  Onlardan  olan 
bir  dəstənin  içində  də  bizim  bayatı  şairimiz  Qaramanlı 
Sarıca  Nəbi  gəlir…dul  bir  qadına  qonaq  olmuşdur.  Ev 
sahibləri  bu  gözəl  xasiyyətli  qonağı  çox  bəyənmişlər. 
Qadının  yeganə  bir  qızı  varmış.  Bizim  bayatı  şairi  bu 
gözəl qıza aşiq olur, ondan ayrılıb getməyi bacarmayır… 
Lakin  bu  hal  çox  davam  etmir.  Yaxşını  Sarıca  Nəbinin 
əlindən  alırlar”  (61).  Göründüyü  kimi,  burada  heç  bir 
mənbəyə  əsaslanılmır.  Bu  isə  özlüyündə  fikir 
ayrılıqlarına,  mübahisələrə  imkan  yaradır.  B.  Behcət 
məqaləsində  bayatıların  tərtibi  prinsiplərinə  də  toxunur 
və  doğru  olaraq  vurğulayır  ki,  bu  məzmun  baxımından 
qruplaşdırılmalıdır.  Onu  da  əlavə  edək  ki,  bu 
məqalələrdən sonra gedən mübahisələr Yazıçılar İttifaqı 
səviyyəsinə qalxdı. Hətta xüsusi olaraq vurğulanır ki, bu 


 
40 
mübahisə  və  müzakirələr  dörd  gün  davam  etdi.  S. 
Mümtaz yersiz hücum və kəskin tənqidlərə məruz qaldı. 
Sonra isə o, bu tənqidlərə özünün tutarlı faktları ilə cavab 
verdi. Onun Sarı Aşığın adı və şəxsiyyəti, bayatı sözünün 
etimologiyası haqqında dedikləri inandırıcılığı ilə marağa 
səbəb  oldu  (Həmin  çıxış  Respublika  MDƏİ-nin 
arxivindədir).  Əlyazma  sənədlərindən  aydın  olur  ki, 
Nazim,  Araslı,  Dəmirçizadə  və  tələbə  yoldaşlarından 
başqa  yerdə  qalanlar  başda  H.  Zeynallı  olmaqla  S. 
Mümtazın  mülahizələrinə  qarşı  çıxdılar.  Xüsusi  olaraq 
vurğulanır:  “Bu  kürsüdən  danışanların  dörd  nəfərindən 
başqa  hamısı  bir  sözü  dedilər”.  Bir  məsələni  də  qeyd 
edək  ki,  H.  Araslı,  Ə.  Dəmirçizadə,  Ə.  Qarabağlı 
m
üzakirə münasibətilə mətbuatda  öz sözlərini də demiş-
lər.  
Qeyd  etdiyimiz  kimi,  H.  Araslı  “Sarı  Aşıq 
haqqında”  (32)  məqaləsini  də  yazmış  və  özünün  S. 
Mümtazın  dediklərinə  münasibətini  bildirməklə 
əlavələrini də etmişdi. O, hətta bir sıra maraqlı faktik ma-
terial
ları elmi dövriyyəyə gətirmişdi. H. Araslı ilk olaraq 
vurğulayır  ki,  “...  ədəbiyyatımızın  öyrənilməsi  uğrunda 
ciddi çalışan və bir çox faktik materiallar nəşr etmək ilə 
onun  öyrənilməsi  işinə  yardım  etmiş  olan  hörmətli 
Salman Mümtaz yolda
şa  aiddir”  (32).  Sonra  görkəmli 
alim  əlavə  edərək  yazır:  “Aşıq  haqqında  ilk  mətbu 
məlumat  Mir  Həmzə  Əfəndi  Nigarinin  Türkiyə  və 
Qafqazda  təb  olunmuş  divanındadır.  Nigari  Aşığın 
Qarabağda  dəfn  olunduğunu,  bayatı  deməklə  şöhrət 
qazandığını və ləqəbi Sarı Aşıq olduğunu söyləyir” (32). 
H.  Araslı  klassik  ədəbiyyatın  dərinliklərinə,  mənbələrə 
bələd  olan  tədqiqatçılardandır.  Onun  Mirhəmzə  Seyid 
Nigari  divanında  Sarı  Aşıq  adının  getməsi  ilə  bağlı 
informasiyası  məsələlərə  aydınlıq  gətirmək  işində 
mühüm əhəmiyyət kəsb edir. O da aydınlaşır ki, həmin 


 
41 
dövrdə  Sarı  Aşıq  xalq  arasında  böyük  marağa  səbəb 
olmuşdu.   
H.Araslı məqaləsində digər bir  məqama da toxunur 
və  xüsusi  olaraq  vurğulayır  ki,  “2-ci  və  3-cü  məlumat 
1923-
cü ildə “Kommunist” qəzetinin 225-ci nömrəsində 
“Sarı  Aşıq”  və  “Qərib  Aşıq”  adlı  məqalələrdədir. 
“Hüseyn” imzası ilə dərc olunmuş məqalə, əsasən Həsən 
Əli  xan  Qaradağskinin  təzkirəsindən  götürülmüşdür: 
“Mən bu təzkirəni Ə. A. Müznib yoldaşda olan müəllifin 
əlyazısından  oxumuşam.  Burada  Aşığın  adı  Qurban  Əli 
olub,  Sarı  Aşıq  və  “Haqq  aşığı”  adı  ilə  şöhrət  tapmış 
olduğu  və  bayatı  yazdığı,  Qaradağdan  gəlib,  Qarabağın 
Zəngəzur  mahalında  vaqe  Güləbürd  adlı  qəryədə 
yaşadığı  göstərilir”  (32).  Bütün  bunlar  Sarı  Aşıq  haq-
qında  deyilənlərə  əlavələr  idi.  Bu  fikirlər  özlüyündə 
digər  araşdırmalara,  mövcud  mülahizələrin  gərəkliyinə 
ehtiyac doğururdu. H.Araslı Qaracadağinin bu məlumat-
larına da fikrini bildirir və xüsusi olaraq vurğulayır ki, bu 
deyilənlər bir istiqamətdə xalq arasında olan rəvayətlərə 
əsaslanırsa,  digər  istiqamətdə  burada  bayatılardan  gələn 
faktlara  da  istinad  vardır.  Onu  da  əlavə  edək  ki,  S. 
Mümtazın  dedikləri  ilə  Ə.  Qaradağlının  təzkirəsində 
olanlar arasında bir yaxınlıq var. Heç şübhəsiz təzkirədə 
olanlar  S.  Mümtaza  bələd  olmuşdu  və  oradan  çıxış 
edərək bir sıra maraqlı fikirlər söyləmişdi.  
Məqalədə müəllifin təxəllüslü bayatılara toxunması 
da diqqəti cəlb edir: “Bu müqəddimədə (1927-ci il nəşri 
nəzərdə  tutulur)  təxəllüslü  bayatıların  varlığını  göstərən 
S.  Mümtazın  bu  doğru  fikri  rədd  edilir  və  deyilir  ki, 
“Müəllifin  Aşıq  Abdulla  adı  ilə  toplamış  olduğu 
bayatıların  Aşıq  Abdullanın  olduğu  kimsə  tərəfindən 
isbat  ediləməz,  onun  üçün  dəlil  gətirmək  istəyənlər  də 
böyük  yanlışlıq  yapmış  olacaqdır…”  (32).    Bunlar 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə